www.vivo-book.com
539
Səhər saat təxminən on bir radələrində mən bütün bunlar
haqqında Cenisə danıĢdım – az qala “ertəsi gün səhər” yazacaqdım,
amma əlbəttə ki, gün elə həmin gün idi. ġübhəsiz, mənim həyatımın ən
uzun günü. Uilyam Uortonun yuxuda ikən Persinin güllələrinə tuĢ
gələrək necə həyatını itirməsi ilə mən burada öz hekayəmi
yekunlaĢdırarkən, həmin gün haqqında ətraflı danıĢdım.
Lakin bu, əslində, tam doğru deyil. Mən öz hekayəmi,
yadınızdadırsa, Persinin ağzından çıxan qara mığmığalar – ya da, nə
bilim, bəlkə də heç mığmığa deyildi, baĢqa bir Ģey idi, bilmirəm – ilə
bitirmiĢdim. Bu haqda kiĢi öz arvadına belə danıĢmaqda çətinlik çəkir,
amma mən danıĢdım.
Mən söhbət edərkən arvadım mənə yarım fincan qara qəhvə
gətirdi, çünki həmin anda mənim əllərim elə bərk əsirdi ki, dolu
fincanı, yəqin, dağıtmadan götürə bilməzdim. Mən söhbətimi
bitirəndə, əllərimin əsməsi bir qədər azalmıĢdı, mən hətta yemək də
yeyə bilirdim – qayğanaq, ya da Ģorba.
– Bizi xilas edən Ģey heç birimizin, demək olar ki, yalan
danıĢmaq məcburiyyətində qalmamamız oldu.
– Bəzi Ģeylər haqqında susdunuz, vəssalam, – deyə arvadım
dilləndi və baĢını yırğaladı. – Balaca Ģeylər haqqında susdunuz, yəni
ölümə məhkum edilmiĢ qatili həbsxanadan necə çıxardığınızı, ölüm
ayağında olan qadını onun necə sağaltdığını, sonra onun Persi
www.vivo-book.com
540
Uetmoru necə dəli etdiyini – nə ilə? – xalis beyin ĢiĢini onun boğazına
tüpürməklə?
– Mən də bilmirəm Cen, – mən dedim. Bircə onu bilirəm ki, əgər belə
danıĢmağa davam eləsən, ya Ģorbanı mənim əvəzimə özün yeməli
olacaqsan, ya da onu itin qabağına tökəcəksən.
– BağıĢla məni. Amma mən düz deyirəm, elə deyilmi?
– Hə, – deyə mən cavab verdim. – Amma bizim bu... Bu nə?
Bizim bu səfərimizi nə həbsxanadan qaçıĢ, nə də məzuniyyət
adlandırmaq olar... Bu sahəyə ezamiyyət səfəri idi. Nə vaxtsa geri
dönsə, hətta Persi də bu haqda onlara danıĢa bilməz.
– Nə vaxtsa geri dönsə... – arvadım əks-səda kimi arxamca
təkrarladı. – Onun geri qayıtma ehtimalı varmı?
Mən bir fikrim olmadığını göstərmək üçün baĢımı buladım.
Amma əslində, mən bunu bilirdim: mən onun nə 1932-ci ildə, 1942-ci
ildə, nə də 1952-ci ildə geri qayıdacağını düĢünmürdüm. Bu fikrimdə
mən yanılmamıĢdım. Briar Ric 1944-cü ildə yanıb kül olana qədər
Persi orada qaldı. Həmin yanğın zamanı on yeddi nəfər həlak olmuĢdu,
amma ölənlərin arasında Persinin adı yox idi. Həminki kimi dinməz və
hər Ģeyə laqeyd – bu vəziyyəti təsvir edən sözün “katatonik” olduğunu
da öyrənmiĢəm – olan Persini sanitarlardan biri, yanğın onun olduğu
cinaha hələ çatmamıĢ, onu baĢqa bir müəssisəyə köçürmüĢdülər –
həmin müəssisənin adını xatırlamıram və məncə, bunun elə bir
əhəmiyyəti də yoxdur – və Persi orada 1965-ci ildə vəfat etdi. Əgər
www.vivo-book.com
541
yaddaĢım məni aldatmırsa, onun son dəfə danıĢarkən bizə dediyi
sözlər – “sizlərdən biri mənim yerinmə bayıra çıxıĢ vaxtını qeyd edər...
əlbəttə, əgər mənim nə üçün iĢdən belə erkən getdiyimi izah etmək
istəmirsinizsə” – olmuĢdu.
Qəribə məqam ondan ibarət idi ki, biz bu haqda heç kimə,
ümumiyyətlə, izahat verməli olmadıq. Persi ağlını itirdi və Uilyam
Uortona atəĢ açaraq onu öldürdü. Biz yalnız bunu dedik və dediyimiz
hər söz həqiqət idi. Anderson, atəĢ açmazdan əvvəl Persinin özünü
necə apardığını Brutusdan soruĢanda, o bu suala bir sözlə cavab verdi:
“Sakit”, həmin an çox dəhĢətli bir an yaĢadım, çünki az qala qəhqəhə
çəkib güləcəkdim. Zira onun bu sözü də həqiqət idi. Həmin gecə Persi,
demək olar ki, bütün növbə müddəti ərzində çox söz danıĢmamıĢdı,
çünki onun ağzına yapıĢqanlı lent bağlanmıĢdı və o, “mmmh,
mmmmh, mmmh” kimi səslərdən baĢqa, heç nə söyləmək iqtidarında
olmamıĢdı.
Körtis, Persini səhər səkkizə qədər orada saxladı, Persi siqar
dükanındakı hindu kimi sussa da, onun müdhiĢ görünüĢü vardı. O
vaxta qədər Murs da gəlib çıxmıĢdı, görünüĢü qaĢqabaqlı olsa da, iĢə
baĢlamağa hazır görünürdü. Körtis Anderson dərhal iĢləri ona təhvil
verərək dərindən elə bir ah çəkdi ki, biz hamımız bunu eĢitdik.
QorxmuĢ və karıxmıĢ qoca yoxa çıxmıĢdı və qarĢımızda həbsxananın
rəisi Murs dayanmıĢdı. O, qətiyyətli addımlarla Persiyə yaxınlaĢdı və
onun çiyinlərindən tutaraq bərk silkələdi.
www.vivo-book.com
542
– Övlad! – deyə o, Persinin laqeyd üzünə qıĢqırdı – bu üz artıq
mum kimi yumĢalmağa baĢlamıĢdı. – Övlad! Sən məni eĢidirsənmi?
Əgər eĢidirsənsə, mən cavab ver! Mən burada nə baĢ verdiyini bilmək
istəyirəm!
Əlbəttə ki, Persidən bir cınqırtı da çıxmadı. Anderson rəisi
kənara çəkib bu vəziyyəti necə həll edəcəklərini müzakirə etmək istədi
– əlbəttə ki, bu iĢin siyasi rəngi də vardı – amma Murs onun bir kənara
itələyərək bu söhbəti təxirə saldı və məni qolumdan çəkərək YaĢıl
Milə apardı. Koffi üzünü divara çevirib öz çarpayısında uzanmıĢdı,
onun ayaqları həmiĢəki kimi çarpayının ucundan aĢağı sallanırdı. O,
yatmıĢ görünürdü, bəlkə doğrudan da yatmıĢdı... amma o, həmiĢə
göründüyü kimi olmurdu, biz bunu sonradan öyrənmiĢdik
– Mənim evimdə baĢ verənlərin, siz bura qayıtdıqdan sonra
burada baĢ verənlər ilə nəsə bir əlaqəsi varmı? – deyə Murs alçaq səslə
məndən soruĢdu. – Mən sizi var gücümlə qorumağa çalıĢacağam, hətta
buna görə iĢimi itirməli olsam belə, amma mən həqiqəti bilməliyəm.
Mən baĢımı buladım. Mən də danıĢanda, səs tonumu
alçaldırdım, çünki blokda ondan artıq təhqiqatçı ora-bura veyillənirdi.
Onlardan birisi Uortonun kamerada fotoĢəklini çəkirdi. Körtis
Anderson da o tərəfə çevrilərək ona baxırdı. Həmin anda yalnız
Brutusun gözləri bizə zillənmiĢdi.
– Yox, ser. Biz Con Koffini öz kamerasına geri qaytarandan
sonra, Persini təhlükəsizlik məqsədləri ilə saldığımız karser
Dostları ilə paylaş: |