www.vivo-book.com
515
tuneli öz gücü ilə keçə bilərdi; çömbələrək yerimək belini Ģax tutub
yeriməkdən daha çox güc sərf etməyi tələb edir və tunelin tavanı Con
Koffi kimilər üçün həddən artıq alçaq idi. Mən Conun orada yıxılıb
qala biləcəyi haqqında düĢünmək belə istəmirdim. Biz bunu necə izah
edərdik, onsuz da Persiyə nə üçün dəli köynəyi geyindirməyizi və
onun nə üçün karser kamerasına atdığımızı izah etməli olacaqdıq?
Lakin, Allaha Ģükürlər olsun ki, bizim tuneldə arabamız vardı və
biz Conu anbar otağına çıxan pilləkənlərə tərəf apararkən, o özünü
sahilə atmıĢ kit kimi, arabanın üstündə uzanmıĢdı. Biz pilləkənlərə
çatanda, o, arabadan düĢdü, yerində bir neçə dəfə ləngər vurdu və ağır-
ağır nəfəs alaraq və baĢını aĢağı dikərək sakitcə dayandı. Onun dərisi
elə bozarmıĢdı ki, elə bil ki, o, unun içinə uzanıb ora-bura
yuvarlanmıĢdı. Mən düĢündüm ki, günortaya biz onu lazaretə aparmalı
olacağıq... əgər, əlbəttə, ölməyib sağ qalsa.
Brutus gülümsəməyə çalıĢaraq ümidsizlik dolu baxıĢlarını mənə
zillədi. Mən də ona eynilə cavab verdim.
– Biz onu yuxarı apara bilmərik, biz yalnız ona kömək edə
bilərik, – mən dedim. Sən onun sağ qolunun altına gir, mən isə sol
qolunun.
– Bəs mən? – deyə Harri soruĢdu.
– Sən də arxamızca gəl. Görsən ki, o, arxası üstə yıxılmaq
istəyir, onu kürəyindən tutub irəli itələyərsən.
www.vivo-book.com
516
– Əgər bu alınmasa, onda onun yıxılacağı yerə çömbələrsən və
bu yolla da yerə çırpılmasını yumĢaldarsan, – deyə Brutus Harriyə
sataĢdı.
– Ġlahi, – deyə Harri astadan inildədi. – Sən elə məzəlisən ki,
Orfey teatrlarında səhnəyə çıxmalısan.
– Mənim, sadəcə, yumor hissim var, vəssalam, – Brutus qeyd
etdi.
Nəhayət, biz Koffini pilləkənlər ilə yuxarı qaldıra bildik. Mənim
ən qorxduğum Ģey onun qəfildən huĢunu itirə biləcəyi idi, amma belə
bir Ģey baĢ vermədi.
– Mənim yanımdan keçib irəli get və bax gör anbarda kimsə var
ya yox, – mən təngnəfəslikdən boğula-boğula Harriyə dedim.
– Əgər orada kimsə varsa, mən nə deməliyəm? – mənim
qoltuğumun altında keçərkən, Harri soruĢdu. – “Eyvondan sizə zəng
var” – deyim və sonra geri qayıdım?
– Özünü olduğundan ağıllı göstərməyə çalıĢma, – Brutus ona
çımxırdı.
Harri ehtiyatla qapını aralayıb baĢını içəri saldı. Mənə elə gəldi
ki, o bu vəziyyətdə saatlarla qaldı. Nəhayət, o, baĢını çıxarıb bizə tərəf
döndü, onun üzündə, demək olar ki, sevinc ifadəsi vardı.
– Sahil təmizdir. Hər yanda sakitlik hökm sürür.
– Ümid edək ki, elə belə də davam edəcək, – Brutus dedi. –
Gedək, Con Koffi, biz demək olar ki, evə çatmıĢıq.
www.vivo-book.com
517
O, anbar otağından bizim yardımımız olmadan keçə bildi, amma
mənim kabinetimə gedən üç pillədən qalxması üçün biz ona kömək
etməli olduq və balaca qapıdan onu az qala itələyərək içəri soxduq.
Koffi yenidən ayağa qalxanda, o, xırıldayaraq nəfəs alırdı, onun
gözləri isə ĢüĢə kimi parıldayırdı. Biz Melindanın otağına girib onu
balıĢlara söykənərək oturmuĢ vəziyyətdə gördüyümüz vaxt ağzının sağ
tərəfi əyildiyi kimi, Koffinin də ağzının sağ tərəfi aĢağı sallanırdı.
Din bizim səsimizi eĢidib YaĢıl Milin baĢ tərəfində qoyulmuĢ
növbətçi masasının arxasından duraraq yanımıza gəldi.
– Allaha Ģükürlər olsun! Elə düĢünürdüm ki, bir də geri
qayıtmayacaqsınız, mən az qala özümü inandırmıĢdım ki, ya sizi
yaxalayıblar ya da rəis Murs sizi güllə ilə vurub ya da... – Conu görən
kimi, o, sözünü yarımçıq kəsərək susdu. – Aman Allah! Ona nə olub
belə? Elə bil bu dəqiqə öləcək!
– Onun ölmək fikri yoxdur... düz demirəmmi, Con? – Brusuts
dedi və gözlərini ağardaraq Dinə iĢarə etdi.
– Əlbəttə ki, yox, mən, əslində “öləcək” demək istəmirdim, –
deyə Din əsəbi bir tərzdə astadan güldü. – Lakin lənət Ģeytana...
– Fikir vermə, – deyərək mən onun sözünü kəsdim. – Kömək
elə onu kamerasına aparaq.
Biz yenə dağı – bu dəfə dağ milyon illər ərzində eroziyaya
məruz qalmıĢ kimi, həm baĢı yastılaĢmıĢ, həm də çox kədərli
görünürdü – ətrafındakı təpəciklər kimi onu dövrəyə aldıq. Con Koffi
www.vivo-book.com
518
çox siqaret çəkən qoca kimi ağzından nəfəs ala-ala çox ləng gedirdi,
amma yenə də gedirdi.
– Bəs Persi necədir? – deyə mən soruĢdum. – Çox hay-küy
salmadı ki?
– Əvvəlcə, bir az səs-küy saldı, – deyə Din cavab verdi. – Onun
ağzına bağladığınız yapıĢqanlı lentin altından nəsə bağırmağa cəhdlər
elədi, yəqin bizi söyürdü.
– Allahın mərhəmətidir ki, – deyə Brutus dilləndi, – bizim incə
qulaqlarımız bu söyüĢlərdən uzaq olub.
– Ondan sonra isə arada bir qatır kimi qapını təpikləyib. – Din
bizi görməyinə elə Ģad idi ki, elə hey üyüdüb tökürdü. Onun tərdən
parlayan eynəyi burnunun ucuna sürüĢmüĢdü və o, barmağı ilə onu
yuxarı itələdi. Biz Uortonun kamerasının yanından keçdik, bu heç
nəyə dəyməz gənc adam kürəyi üstə uzanıb suzafon – mis musiqi aləti
tuba kimi xoruldayırdı. Bu dəfə onun gözləri açıq deyildi.
Din mənim ona baxdığımı görəndə, güldü.
– Bu adamla heç bir problem olmadı. Çarpayısına uzandıqdan
sonra bir dəfə belə qımıldanmayıb. Elə bil ölüb. Persinin arada bir
qapıya atdığı Ģıllaqlara gəlincə, heç o da mənim vecimə olmayıb.
Düzünü desəm, mən hətta buna sevinirdim də. Əgər o, ümumiyyətlə,
heç bir səs çıxarmasaydı, sizin onun ağzına bağladığınız lentdən onun
boğulduğunu düĢünərək narahat olardım. Amma ən təəccüblüsü bu
deyil. Bilirsinizmi ən təəccüblüsü nədir? Buralar, Yeni Orleanda
Dostları ilə paylaş: |