www.vivo-book.com
499
əminən ki, hər Ģey çox tezliklə baĢ verəcək. Bir gün bizlərdən birimiz
kameraları yoxlayanda, onu öz yatağında ölmüĢ vəziyyətdə uzanmıĢ
görəcəyik.
Mən elə bildim ki, iĢimi bitirmiĢəm, amma həmin an
kürəyimdən qəfil gizilti keçdi və sidik yenidən axdı. Mən Ģalvarımın
qabağını düymələyə-düymələyə düĢündüm ki, Brutusun dediklərində
məntiq vardı və mən ümid edirdim ki, o öz zənnində yanılmır. Əgər
mən Detteriklərin qızları ilə bağlı düĢüncələrimdə haqlı idimsə, Con
Koffi, ümumiyyətlə edam edilməyə layiq deyildi və əgər o, edam
ediləcəkdisə, onda bunun mənim əlimlə edilməsini heç istəməzdim.
Onu edam etmək lazım olduqda, mən əlimi qaldırıb bunu edə
biləcəyimə əmin deyildim.
– Hə, tərpənin, – deyə Harri qaranlıqda bizi səslədi. – Artıq
gecdir. Gəlin bu iĢi bitirək.
Biz geriyə, yük maĢının yanına qayıdanda, mən birdən dərk
etdim ki, biz Koffini tamamilə tək qoymuĢduq – Persi Uetmorin
səviyyəsində bir axmaqlıq. Həmin an düĢündüm ki, o, asanlıqla qaça
bilər; ona heç kimin nəzarət etmədiyini görəndə, içindəki qara
mığmığaları tüpürər və Hak ilə Jim “Biq Muddi” çayı ilə qaçdıqları
kimi, aradan çıxar. Bizə də onun çiyninə atdığı adyal qalar.
Amma o, heç yana qaçmamıĢdı, hələ də kürəyini kabinəyə
söykəyərək maĢının kuzovunda oturmuĢ və əllərini dizlərinin üstünə
qoymuĢdu. Bizim yaxınlaĢan addım səslərini eĢidəndə, o, baĢını
www.vivo-book.com
500
qaldırıb gülümsəməyə çalıĢdı. Təbəssüm onun yorğun üzünü bir anlıq
iĢıqlandırandan sonra dərhal yox oldu.
– Vəziyyətin necədir, nəhəng Con? – Brutus yenidən kuzova
dırmaĢaraq soruĢdu və tez də adyala büründü.
– Qaydasındadır, boss, – deyə Con süst bir halda cavab verdi. –
Hər Ģey qaydasındadır.
Brutus əli ilə onun dizini Ģappıldatdı.
– Çox tezliklə geri qayıdacağıq. Hər Ģeyi qaydasına salandan
sonra bilirsənmi nə olacaq? Mən özüm nəzarət edəcəyəm ki, sənə
böyük bir fincan qaynar qəhvə verilsin. Özü də qənd və qaymaqla.
“Hə, özü də dərhal”, – deyə düĢünərək mən maĢının ətrafına
dolanıb kabinəyə tərəf addımladım. Əgər bizim özümüzü həbs edib
həbsxanaya atmasalar, əlbəttə.
Biz Persinin əyninə dəli köynəyi geyindirib onu karser
kamerasına atdığımız andan bəri mən bu fikirlə yaĢayırdım və bu fikir
daha məni yuxumu ərĢə çəkəcək qədər narahat da etmirdi. Mən
mürgülədim və yuxumda Qolqofa təpəsini gördüm. Qərbdə göy
gurultusu və ardıc giləmeyvələrinin iyini xatırladan qoxu. Brutus,
Harri, Din və mən baĢımızda dəmir dəbilqə ilə Sesile B. Demille
filmindəki kimi dövrə vuraraq dayanmıĢdıq. Məncə, yuxumda biz
senturionlar idik. Yerə üç xaç basdırılmıĢdı, kənarlarda Persi Uetmor
ilə Delakrua, ortada isə Con Koffi. Mən baĢımı aĢağı əyib öz əllərimə
baxanda gördüm ki, əlimdə qan bulaĢmıĢ bir çəkic tutmuĢam.
www.vivo-book.com
501
“Biz onu çarmıxdan çıxarmalıyıq, Pol! – deyə Brutus mənə
qıĢqırırdı. – Onu çarmıxdan çıxarmalıyıq!”
Amma biz onu çarmıxdan çıxara bilmirdik, çünki nərdivanı
harasa aparmıĢdılar. Mən bunu Brutusa demək istəyəndə, maĢın bərk
silkələndi və mən yuxudan ayıldım. Biz yavaĢ-yavaĢ Harrinin yük
maĢınını həmin gün gizlətdiyi yerə çatırdıq.
Biz ikimizdə kabinədən çıxıb kuzova yaxınlaĢdıq. Brutus
asanlıqla atılaraq kuzovdan düĢdü, amma Con Koffinin ayağı nəyəsə
iliĢdi və o az qala yıxılaraq yerə çırpılacaqdı. Biz üçümüz də onu
tutmağa çalıĢırdıq, amma o, yerə ayaq basmağa macal tapmamıĢ, onu
yenə öskürək tutdu, amma bu dəfəki tutma əvvəlkilərdən daha güclü
oldu. O, öskürək səslərini boğmaq üçün aĢağı əyilərək əlləri ilə ağzını
tutdu.
Öskürək tutması bir qədər sakitləĢdikdən sonra, biz yenidən yük
maĢının üstünə Ģam ağacının budaqlarını düzdük və gəldiyimiz yolla
həbsxanaya geri qayıtmağa baĢladıq. Bu fantastik məzuniyyətin ən pis
hissəsi – ən azından mənim üçün – yolumuzun son iki yüz metri oldu,
yəni biz yolun kənarı ilə geri tələsərkən. ġərqdə, səhərin ilk solğun
Ģəfəqləri ilə səmanın iĢıqlandığını mən artıq görə bilirdim (bəlkə də
mənə elə gəlirdi) və öz balqabaqlarını yığmaq, ya da son bir neçə ləki
belləmək üçün erkən çıxmıĢ bir fermerlə üzləĢəcəyimizə mən artıq
əmin idim. Hətta bu baĢ verməsə belə, mən “Ələddin” açarı ilə tunelə
gedən qapının ətrafındakı hasarın darvazasını açanda, kimsə:
www.vivo-book.com
502
“Olduğun yerdə dur” – deyə qıĢqıracağını (mənim təsəvvürümdə bu
Körtis Anderson olacaqdı) mütləq eĢidəcəkdik. Sonra da iyirmi-iyirmi
beĢ nəfər nəzarətçi əllərində karabin tüfənglər ilə ağacların arasından
çıxacaq və bizim bu sərgüzəĢtimiz beləcə baĢa çatacaqdı.
Həmin hasara yaxınlaĢanda mənim ürəyim elə sürətlə döyünürdü
ki, ürəyimin hər vuruĢunda gözlərimin önündə bəyaz nöqtələr
görürdüm. Əllərim buz kimi soyuyaraq donmuĢdu və mən uzun
müddət açarı kilidə sala bilmədim.
– Aman Allah, maĢın faraları! – deyərək Harri inildədi.
Mən baĢımı qaldırıb baxanda, yolda bir cüt parlaq nöqtə gördüm.
Son anda açar bağlamasını tutmasaydım, onları əlimdən yerə
salacaqdım.
– Ver onları mənə, – Brutus dedi. – Mən açaram.
– Yox, artıq hər Ģey qaydasındadır, – deyə mən cavab verdim.
Açar nəhayət ki, kilidin dəliyinə düĢmüĢdü və mən onu burdum. BĠr
an sonra, biz artıq içəriyə girmiĢdik. Biz yuxarı açılan qapının ağzına
yığıĢıb həbsxananın yanından keçən çörək maĢınına baxırdıq.
Yanımda dayanmıĢ Con Koffinin qeyri-müntəzəm tənəffüsünün səsini
eĢidə bilirdim. Bu səs mənə içində yağı tükənmiĢ mühərrikin səsini
xatırladırdı. Biz həbsxanadan çıxanda, yuxarı açılan qapını bizim üçün
Con asanlıqla qaldıraraq saxlamıĢdı, amma bu dəfə biz ondan yardım
istəmədik, bu mümkün deyildi. Brutusla mən qapını qaldırdıq, Harri
isə Koffini onun altından keçirərək pilləkənlər ilə aĢağı apardı. Nəhəng
Dostları ilə paylaş: |