www.vivo-book.com
451
Uorton indiyə daĢ kimi yatmıĢ olmalı idi, amma o, ağır zərbə – nokaut
almıĢ boksçu kimi dala-qabağa ləngər vura-vura dumanlı gözlərini
bizə zilləyərək diĢlərini ağardırdı.
Təəccüblü olan isə Koffinin buna reaksiyası idi. O bu qəfil
hərəkətdən səksənib geri atılmadı, amma o da qəfildən soyuq və
xoĢagəlməz bir Ģeyə toxunmuĢ adam kimi nəfəsini diĢlərinin arasında
içəri çəkərək boğuq bir səs çıxardı. Heyrətdən onun gözləri bərəldi, bir
anlıq o, elə görünüĢ aldı ki, elə bil o bu axmaqla heç vaxt rastlaĢmayıb,
mən hələ onların hər gün birlikdə yatıb qalxdıqlarını demirəm. O, çox
canlı görünürdü, elə mənə toxuna bilməsi üçün məni öz kamerasına
çağırdığı vaxtda olduğu kimi. “Mənə yardım etmək üçün” – əgər
Koffinin dili ilə desək. O, əllərini barmaqlıqların arasından siçana tərəf
uzadanda da belə görünürdü. Bu üçüncü dəfə idi ki, onun gözləri alıĢıb
yanır, üzü isə iĢıqlanırdı, elə bil ki, onun beyninin içində kimsə
qəfildən lampa yandırmıĢdı. Bununla belə, bu dəfə hər Ģey tamam
baĢqa cür idi. Bu dəfə onun üzündə soyuq bir ifadə vardı və mən ilk
dəfə olaraq düĢündüm ki, görəsən Con Koffi birdən qəzəblənərək
özünə nəzarəti itirsəydi, nələr baĢ verə bilərdi. Bizim silahlarımız vardı
və biz ona atəĢ aça bilərdik, amma onu yerə yıxmaq elə də asan iĢ
olmazdı.
Mən Brutusun üzündən onun da eyni Ģeyləri düĢündüyünü
oxudum, amma Uorton hələ də daĢ kimi ifadəsiz dodaqları ilə
gülümsəyirdi.
www.vivo-book.com
452
– Sən hara getdiyini düĢünürsən? – deyə Uorton soruĢdu. Bu
sözlər onun dilində “Sə haa gediyii düünürsən” kimi səsləndi.
Koffi nəzərlərini, əvvəlcə, Uortonun üzünə, sonra onun əllərinə,
sonra yenə də onun üzünə zilləyərək tərpənmədən dayanmıĢdı. Mən
onun üz ifadəsinin mənasını anlaya bilmədim. Demək istəyirəm ki, bu
üz ifadəsinin bir mənası olduğunu görürdüm, amma onu anlaya
bilmirdim. Uortona gəlincə, mən ona görə qətiyyən narahat deyildim.
Sonra o, heç nə xatırlamayacaqdı: indi o, ağlı baĢında olmayan sərxoĢ
kimi idi.
– Sən pis adamsan, – deyə Koffi pıçıldadı və mən onun səsində
hiss etdiklərimi sizə deyə bilərəm: ağrı, qəzəb və ya qorxu. Bəlkə də
hər üçü birlikdə. Koffi yenə onun çiyin əzələsini sıxan ələ baxdı, elə
bil istəsə, çox bərk sanca biləcək bir həĢərata baxırdı.
– Düz deyirsən, zənci, – Uorton üzündə donuq bir təbəssümlə
mırıldandı. – Sənin təsəvvür edə bilməyəcəyin qədər pis adamam.
Birdən mənə elə gəldi ki, indi nəsə qorxunc bir Ģey baĢ verəcək,
elə dəhĢətli bir Ģey ki, qəfil bir zəlzələ çayın yatağını dəyiĢdiyi kimi,
bizim bütün planlarımızın axarını dəyiĢəcək. Bu baĢ verəcəkdi və nə
mən, nə də bizlərdən heç kim bunu dayandırmaq üçün bir Ģey edə
bilərdi.
Brutus əlini uzadıb Uortonun əlini Con Koffinin qolundan dartıb
çəkdi və elə həmin an içimdəki bu fəlakət hissi də məni tərk etdi. Elə
bil ki, təhlükəli bir dövrə qırıldı. Mən sizə danıĢdığım bu hekayənin
www.vivo-book.com
453
əvvəllərində demiĢdim ki, mənim “E” blokunda iĢlədiyim müddət
ərzində quvernatorla birbaĢa əlaqədə olan telefon bir dəfə olsun zəng
çalmamıĢdı. Bu həqiqətdir, amma təsəvvür edirdim ki, əgər həmin
telefon, heç olmasa, bir dəfə zəng çalsaydı, yəqin ki, mən onda da
Brutusun Uortonun əlini mənim yanımda qüllə kimi ucalan bu adamın
qolundan dartıb çəkdiyi an hiss etdiyim rahatlığı hiss edərdim.
Koffinin gözləri yenə dondu, baxıĢları dərhal kütləĢdi, elə bil onun
beyninin içindəki lampanı söndürdülər.
– Çarpayına uzan, Billi, Brutus dedi. – Bir az istirahət elə. –
Adətən, məhbuslarla bu cür mən danıĢırdım, amma indiki Ģəraitdə
Brutusun bu cür danıĢmasına mən etiraz eləmədim.
– Bəlkə də uzanaram, – deyə Uorton razılaĢdı. O, bir addım geri
çəkildi, ləngər vurdu və az qala arxası üstə döĢəməyə çırpılacaqdı,
amma son anda müvazinətini qoruya bildi. – Bəh-bəh, əladı. Bütün
otaq baĢıma fırlanır. Elə bil sərxoĢ olmuĢam.
O, donuq gözlərini Koffidən çəkməyərək öz çarpayısına tərəf
geri çəkildi
– Zəncilərin öz elektrik stulu olmalıdır, – deyə o öz fikrini
bildirdi. Sonra onun dizlərinin arxası çarpayının kənarına toxundu və
o, leĢ kimi çarpayıya yıxıldı. Onun baĢı nazik həbsxana balıĢına
toxunmamıĢ, o, artıq xoruldayırdı. Onun gözlərinin altında tünd-mavi
kölgələr görünür və dilinin ucu ağzından bayıra çıxmıĢdı.
www.vivo-book.com
454
– Aman Allah, bu qədər narkotik qəbul edəndən sonra o, necə
ayağa qalxa bildi? – deyə Din pıçıldadı.
– Bu vacib deyil, indi o yatır, – deyə mən dilləndim. – Əgər o,
yenə ayılsa, ona bir stəkan suda bircə həbi həll edib verərsən. Amma
bir həbdən artıq vermə. Biz onu öldürmək istəmirik.
– Öz adından danıĢ, – deyə Brutus nərildədi və nifrətlə Uortona
baxdı. – Sən istəsən də, onun kimi meymunu narkotiklə öldürə
bilməzsən. Belələrinə narkotik gülə gübrə kimi təsir edir.
– O, pis adamdır, – deyə Koffi təkrara etdi, amma bu dəfə daha
alçaq səslə, elə bil nə dediyindən daha əmin deyildi.
– Düzdü, – deyə Brutus razılaĢdı. – Ən alçaq. Amma indi artıq o
bizim problemimiz deyil, çünki biz onunla tanqo rəqs etməyə
hazırlaĢmırıq. – Biz dördümüz də, öz bütlərini dövrəyə almıĢ
pərəstiĢkarlar kimi, yenə Con Koffinin dövrəyə alaraq getməyə
baĢladıq.
– Con, bir mənə de görüm hara getdiyimizi bilirsənmi?
– Kömək etməyə, – deyə o cavab verdi. – Məncə... kömək
etməyə... bir qadına? – deyərək o, ümid və həyəcanla Brutusa baxdı.
Brutus baĢını yırğaladı.
– Düzdü. Axı sən bunu haradan bildin? Sən bunu necə
öyrəndin?
Con Koffi bu suala nə cavab verəcəyini bir qədər düĢünəndən
sonra baĢını buladı.
Dostları ilə paylaş: |