Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə26/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   22   23   24   25   26   27   28   29   ...   158

www.vivo-book.com 

 

102 



çağlarına  qayıdıb  orada  əbədiyyən  yaĢaya  bilərmi?  Cənnət  –  elə 

mənim dediyimə bənzər bir Ģey deyilmi? 

–  Mən  də  məhz  belə  olduğuna  inanıram,  –  cavab  verdim. 

Cavabım, əlbəttə ki, yalan idi, amma bu yalana görə qətiyyən peĢman 

deyiləm.  Mən  əbədi  dəyərlər  haqqında  anamın  qəĢəng  dizlərinin 

yanında  öyrənmiĢəm  və  Ġlahi  Kitabda  qatillər  haqqında  deyilənlərə 

inanıram:  onlar  üçün  əbədi  cənnət  həyatı  yoxdur.  Məncə,  onlar  elə 

birbaĢa cəhənnəmə düĢür və Allah Cəbrayıl mələyə Hökm ġeypurunu 

çalmaq əmri verməyincə, cəhənnəm odunda yanaraq dəhĢətli əzablara 

düçar olurlar. Cəbrayıl Ģeypuru çalanda, onlar sönərək yox olacaq... və 

yəqin ki, buna da sevinəcəklər. Mən özümün bu inancım haqqında nə 

Bitterbaka  demiĢəm,  nə  də  baĢqa  məhbuslara.  DüĢünürəm  ki,  onlar 

daxilən  bunu  onsuz  da  bilirdilər.  “Sənin  qardaĢın  haradadır?  –  Allah 

Qabildən  soruĢdu,  –  onun  qanı  torpağın  altından  ağlayaraq  məni 

səsləyir”.  Bu  sözlərin  yolunu  azmıĢ  uĢaq  üçün  gözlənilməz  olduğuna 

Ģübhə  edirəm.  Habilin  qanının  torpağın  altında  inildədiyini  Qabilın 

torpağa basdığı hər addımında eĢitdiyinə baĢımla cavabdehəm.  

Mən  gedəndə  BaĢı  gülümsəyirdi,  yəqin  özünün  Montanadakı 

viqvamını  və  ocağın  yanında  döĢləri  açıq  uzanmıĢ  arvadını  yadına 

salırdı. Onun tezliklə odun içinə girəcəyinə Ģübhəm yox idi.  

Dəhlizə çıxanda Dinlə rastlaĢdın və o, mənə dünən axĢam Persi 

ilə  arasında  baĢ  vermiĢ  münaqiĢə  haqqında  danıĢdı.  Fikrimcə,  o, 

məxsusən məni gözləmiĢdi ki, bu söhbəti danıĢsın. Ona diqqətlə qulaq 



www.vivo-book.com 

 

103 



asdım. Məsələ Persiyə aid olanda mən həmiĢə diqqətlə qulaq asırdım, 

çünki  Dinin  onun  haqqındakı  fikirləri  ilə  tam  razı  idim  –  Persi  həm 

özü, həm də ətrafındakılar üçün daim problemlər yaradan birisi idi.  

Din  öz  söhbətini  bitirəndə  qoca  Tut-Tut  üstündə  Bibliyadan 

sitatlar – “Tövbə edin, unutmayın ki, Rəbbiniz öz xalqı ilə haqq-hesab 

çəkəcək”, Deuteronomi – 32:36-cı ayə (Ġkinci Qanun, Musanın beĢinci 

kitabı), “Əlbəttə, Mən sizin həyat cövhəriniz olan qanınızı alacağam”, 

Genesis,  9:5-ci  ayə  (Kövn,  Musanın  birinci  kitabı)  və  buna  bənzər 

baĢqa  ayələr  –  yazılmıĢ  ərzaq  daĢıdığı  arabası  ilə  yanımıza  gəldi  və 

bizə  bir  neçə  sendviç  və  spirtsiz  qazlı  içki  satdı.  Din  cibində 

eĢələnərək  xırda  pul  axtara-axtara  deyinirdi  ki,  biz  bir  daha  Paroxod 

Billini  görməyəcəyik,  çünki  lənətə  gəlmiĢ  Persi  Uetmor  siçanı  bərk 

qorxudub. Elə bu dəmdə qoca Tut-Tutun səsi eĢidildi: “Oradakı nədir 

elə, ay uĢaqlar?” 

Qocanın  dediyi  səmtə  baxanda  nə  görsək  yaxĢıdır?  Bizim 

siçanımız YaĢıl Milin düz ortası ilə qaçırdı. O, bir qədər irəliləyəndən 

sonra  dayandı,  öz  yağ  damcısına  bənzər  muncuq  gözləri  ilə  ətrafa 

baxdı və yenə yoluna davam etdi.  

– Ey, siçan! – deyə BaĢçı qıĢqıranda siçan dayandı və bığlarını 

oynadaraq ona baxdı.  

Həqiqi  sözümdür,  bu  lənətə  gəlmiĢ  balaca  məxluq  çağırıldığını 

açıq-aĢkar baĢa düĢürdü.  




www.vivo-book.com 

 

104 



–  Sən  kiminsə  ruhani  rəhbərisən?  –  deyərək  Bitterbak  öz  Ģam 

yeməyindən qalmıĢ balaca pendir parçasını ona tərəf atdı. Pendir qırığı 

düz onun burnunun önünə düĢdü, amma siçan heç gözünün ucu ilə də 

baxmadı, boĢ kameraları yoxlaya-yoxlaya YaĢıl Mil ilə yoluna davam 

etdi.  

–  Rəis  Eckum!  –  deyə  Prezident  qıĢqırdı.  –  Sizcə,  bu  balaca 



vələdüzzina  Persi  Uetmorun  burada  olmadığını  bilirmi?  Məncə,  bilir; 

Allaha and olsun ki, bilir!  

Mən  də  elə  düĢünürdüm...  lakin  bu  düĢüncələrim  haqqında 

bərkdən danıĢmaq istəmirdim.  

Harri  bir  neçə  dəqiqə  ayaqyolunda  rahatlanandan  sonra  adəti 

üzrə  Ģalvarının  düymələrini  bağlaya-bağlaya  dəhlizə  çıxanda  yerində 

donub, ağzı açıla qaldı. Tut-Tut da nəzərlərini siçana zilləyib baxırdı, 

üzündəki təbəssüm qırıĢla dolu sifətini və diĢləri tökülmüĢ ağzını daha 

da eybəcər hala salırdı.  

Siçan  həmiĢəki  yerində  dayandı,  uzun  və  tüklü  quyruğunu 

pəncələrinə dolayıb bizə baxmağa baĢladı. Yenə də gözlərimin önündə 

hakimlərin  bədbəxt  müttəhimlərə  hökm  oxuduqları  səhnə  canlandı... 

lakin o müttəhimlər arasında bizim bu siçan kimi belə balaca və cəsur 

məhbus görən olubmu? Əlbəttə, o, bildiyimiz mənada məhbus deyildi, 

istədiyi  vaxt  gələ  və  çıxıb  gedə  bilərdi.  Amma  bu  fikir  heç  cür 

ağlımdan  çıxmırdı:  yenə  də  xəyalımda  canlandırdım  ki,  ömrümüzü 

baĢa  vurandan  sonra,  Ulu  Rəbbimizin  Hesab  Taxtının  önünə 



www.vivo-book.com 

 

105 



yaxınlaĢanda, bizim bir çoxumuz özünü bax beləcə, kiçik bir məxluq 

kimi  hiss  edəcək,  lakin  aramızdan  çox  az  insan  öz  Rəbbinə  belə 

cəsarətlə baxa biləcək.  

– And içirəm, – qoca Tut-Tut dilləndi, o lap “AldadılmıĢ Billi” 

kimi oturub.  

– Sən hələ, demək olar ki, heç nə görmüsən Tut, – Harri dedi. – 

Bir buna bax! – O, əlini döĢ cibinə saldı və oradan mumlanmıĢ kağız 

parçasına bükülmüĢ açıq-Ģabalıdı rəngli bir alma qaxı çıxardı. Qaxdan 

bir parça qoparıb döĢəməyə atdı. Alma qaxı quru və bərk olduğundan, 

düĢündüm ki, o yerə dəyəndən sonra uçub qırağa düĢəcək. Lakin siçan 

pəncəsini  irəli  uzadıb,  saymazyana  bir  hərəkətlə  almanı  havada 

vuraraq  öz  önünə  saldı  –  lap  insan  vaxt  keçirmək  üçün  milçək 

öldürəndə etdiyi kimi. Siçanın bu hərəkətini görəndə hamımız təəccüb 

və  heyranlıqla bərkdən gülüĢdük. Belə  gur səs  siçanı  qorxuda bilərdi, 

amma  o,  heç  yerindən  belə  qımıldanmadı.  Alma  qaxını  pəncələri  ilə 

götürüb,  bir  neçə  dəfə  yalayandan  sonra  onu  yerə  atdı  və  yenə  bizə 

baxdı, sanki demək istəyirdi ki, pis deyil, daha nəyiniz var? 

Tut-Tut  öz  arabasının  ağzını  açaraq  oradan  bir  buterbrod 

götürtdü və onun içindəki hisə verilmiĢ Bolonya kolbasasından bir tikə 

qopardı.  

– Narahat olma, – Din dedi.  

–  Nə  demək  istəyirsən?  –  deyə  qoca  Tut-Tut  ondan  soruĢdu.  – 

Canlı bir siçan heç hisə verilmiĢ Bolonya kolbasasından imtina edərmi 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə