www.vivo-book.com
591
baĢını yırğaladı, onun da rahatlandığı üzündən oxunurdu. Həqiqətənmi
arvadım rahatlanmıĢdı? Deyə bilmərəm. Altı saat əvvəl, hətta üç saat
əvvəl bunu deyə bilərdim, amma həmin vaxt artıq bilmirdim. Həm də,
nə yaxĢı ki bilmirdim. Con durmadan deyirdi ki, o, artıq yorulub və
mən indi onu yaxĢı baĢa düĢürdüm. Onda olan hər nə idisə, istənilən
adamı yorar, onu sakitlik və istirahət arzulamağa sövq edərdi. Cenis
məndən soruĢanda ki, mən nə üçün belə pörtmüĢəm və nə üçün belə
tər iyi verirəm, ona dedim ki, evə gələndə, yolda maĢını saxlayıb bir
balaca qaçmıĢam. Mən ona yalnız bu qədərini söylədim (yazılmıĢ
səhifələrin sayı indi həddən artıq çoxdur və xatırlamaq üçün o
səhifələrə qayıdıb onları bir də gözdən keçirmək istəməzdim), bütün
evlilik müddəti ərzində biz – bir-birimizə heç vaxt yalan
danıĢmamıĢdıq, lakin nə üçün yolda maĢını saxlayıb qaçmağımın
səbəbini mən ona izah etmədim.
Heç o özü də bunu məndən soruĢmadı.
9
www.vivo-book.com
592
YaĢıl Mildən keçmək üçün Con Koffinin növbəsi çatan gecə, heç
bir göy gurultusu eĢidilmədi. Otuzuncu illərdə, həmiĢə ilin bu
vaxtlarında olduğu kimi hava çox soyuq idi, milyonlarla ulduz əkin-
biçin sahələrinin üzərində səmanı bəzəyirdi və sahələrin kənarındakı
hasar dirəklərinin və quru qarğıdalı gövdələrinin üstünə düĢən qırov
brilyant qaĢlar kimi parıldayırdı.
Bu edam zamanı Brutus Hovell qabaqda dayanaraq sərəncam
verirdi. Con Koffinin baĢına dəbilqəni geyindirməli və lazım olan anda
elektriki qoĢması üçün Van Heyə göstəriĢ verməli olan adam da o idi.
Bill Doc da Van Hey ilə yanaĢı aparat otağında oturmuĢdu. Noyabrın
iyirmisində, təxminən saat on bir iyirmidə, Harri, Din və mən
blokumuzdakı içində sakini olan yeganə kameraya yaxınlaĢdıq, Con
Koffi əllərini dizlərinin arasında aĢağı salladaraq öz çarpayısının
kənarında oturmuĢdu. Onun mavi köynəyinin yaxalığında ət ruletinin
sousundan düĢmüĢ balaca bir ləkə vardı. O, dəmir barmaqlıqların
arasından bizə baxırdı və məncə, bizdən daha sakit görünrüdü. Mənim
əllərim buz kimi soyumuĢdu, gicgahlarım isə bərk döyünürdü. Onun
bunu özünün istəməsini bilmək bir Ģey – bunu bilmək ən azından bizə
öz iĢimizi görməyə güc verirdi – amma günahsız bir adamı baĢqa
birisinin cinayətinə görə elektrik stulunda edam etdiyini anlamaq isə
tamam baĢqa bir Ģey idi.
Mən həmin axĢam Hal Mursu son dəfə, təxminən saat yeddi
radələrində görmüĢdüm. O öz kabinetində dayanıb paltosunun
www.vivo-book.com
593
yaxasını düymələyirdi. Halın üzünün rəngi qaçmıĢdı və əlləri elə
titrəyirdi ki, barmaqları ilə paltosunun düymələrini tapıb dəliklərindən
keçirməkdə çətinlik çəkirdi. Ġçimdən hətta onun əllərini kənara itələyib
balaca uĢaq kimi onun paltosunun yaxalığını özüm düymələmək də
keçmiĢdi. Qəribə təsadüf ondan ibarət idi ki, keçən həftəsonu Cenislə
Melindanı yoluxmağa gedəndə, Melinda Con Koffinin edamı
ərəfəsində Hal Mursun düĢdüyü haldan daha yaxĢı görünürdü.
– Bu edama qalmaq istəmirəm, – o dedi. – Körtis də orada
olacaq və bilirəm ki, sən və Brutus oradasınızsa, Con Koffi yaxĢı
əllərdə olacaq.
– Bəli, ser, biz əlimizdən gələni edəcəyik, – mən dedim. –
Persidən nə xəbərlər var? YavaĢ-yavaĢ özünə gəlirmi?
Əlbəttə ki, mənim demək istədiyim bu deyildi. Məni narahat
edən Ģey, görəsən indi o, bir palata da oturub kiməsə – böyük
ehtimalla öz həkiminə – bizim ona necə dəli köynəyi geyindirərək
həbsxana qaydalarını pozmuĢ bir məhbus kimi... Persinin öz dili ilə
desək, adi gicbəsər kimi karser kamerasına saldığımız haqqında
danıĢırmı? Əgər danıĢırsa, ona inanan varmı?
Lakin Halın dediyinə görə, Persinin vəziyyəti elə dəyiĢməz
olaraq qalırdı. Heç kimlə danıĢmır, elə bil ruhu artıq, ümumiyyətlə, bu
dünyada deyil. O, hələ də Ġndianolada, Halın müəmmalı bir üz ifadəsi
ilə dediyinə görə, “müayinə keçirdi”, amma hələlik yaxĢılığa doğru
www.vivo-book.com
594
heç bir dəyiĢiklik müĢahidə olunurdu və ona görə də onun tezliklə
baĢqa yerə köçürməyi planlaĢdırırdılar.
– Koffi özünü necə aparır, dözüĢ gətirə bilirmi? – deyə Hal
soruĢdu. Nəhayət ki, o, sonuncu düyməni bağlamağa müvəffəq
olmuĢdu.
Mən baĢımı yırğaladım.
– O, qaydasında olacaq, rəis.
O, baĢını yırğaladı. Sonra isə qapıya tərəf addımladı. Hal Murs
çox qocalmıĢ və xəstə görünürdü.
– Bir adamın daxilində bu qədər Ģərlə birlikdə bu qədər yaxĢılıq
necə yola gedə bilirlər? Sənin arvadını ölümcül xəstəliyin caynağından
xilas etmiĢ bir adam o iki qızcığazı necə qətlə yetirə bilərdi? Sən bunu
dərk edə bilirsənmi?
Mən ona bütün bunların necə baĢ verdiyini anlamadığını,
Allahın yollarının bizlər üçün sirli və anlaĢılmaz olduğunu, hər
birimizin içində xeyir və Ģərin birlikdə yaĢadığını, bunu mühakimə
etməyin bizim iĢimiz olmadığını və sair və ilaxır bu kimi bir çox
Ģeylər söylədim. Ona söylədiklərimin, demək olar ki, hamısını Ġsaya
AlqıĢ, Allah Hər ġeyə Qadirdir Kilsəsində öyrənmiĢdim. Mən
danıĢanda Hal durmadan baĢını yırğalayır və üzündə təntənəli bir ifadə
ilə mənə baxırdı. O özünə baĢını yırğalayaraq haqqı tanıya bilərdi, elə
deyilmi? Bəli. Həm də təntənəli bir ifadə ilə. Amma onun üzündə
dərin bir kədər ifadəsi də vardı, o, tamamilə sarsılmıĢdı, mənim buna
Dostları ilə paylaş: |