www.vivo-book.com
595
zərrə qədər olsun Ģübhəm yoxdur. Amma bu dəfə göz yaĢları
axıdılmadı, çünki onu evdə gözləyən, evə çəkən arvadı, könül dostu
vardı və o, indi tamamilə sağlam idi. Con Koffinin sayəsində o, sağ və
salamat idi və Koffinin edam sənədini imzalamıĢ bir adam, indi iĢdən
çıxıb həmin qadının yanına gedə bilərdi. Bundan sonra baĢ verəcək
Ģeylərə o, baxmaq məcburiyyətində deyildi. O bu gecəni yataqda,
arvadının bədəninin istiliyini hiss edərək yata biləcəkdi, amma Con
Koffinin getdikcə soyuyan bədəni səhər saatları yaxınlaĢana qədər
əyalət xəstəxanasının sement döĢəməsində uyuyacaqdı. Bu Ģeylərə
görə, mən Hal Mursa nifrət edirdim. Elə də çox yox, bir balaca, çünki
mən öz hislərimi boğa bilirdim, amma yenə də bu nifrət hissi idi.
Həqiqi hiss.
Budur, mən kameraya daxil oldum, mənim arxamca isə Harri və
Din. Onların hər ikisi qaĢqabaqlı görünürdülər və bənizləri ağarmıĢdı.
– Sən hazırsanmı, Con? – deyə mən Koffidən soruĢdum.
O, baĢını yırğaladı.
– Hazıram, boss. DüĢünürəm ki, hə.
– YaxĢı. Amma mən kameradan çıxmazdan əvvəl sənə bəzi
Ģeyləri söyləməliyəm.
– Nə söyləmək lazımdırsa, söylə boss.
– Con Koffi, məhkəmənin nümayəndəsi kimi...
Mən öz nitqimi sonuna qədər söylədim və nitqin sonuna çatanda,
Harri Tervilliger irəli gələrək mənim yanımda dayandı və öz əlini irəli
www.vivo-book.com
596
uzatdı. Con bir anlıq özünü itirmiĢ kimi görünsə də, sonra
gülümsəyərək ona uzanmıĢ əli sıxaraq silkələdi. Üzü həmiĢəkindən
daha çox avazımıĢ Din də ona əlini uzatdı.
– Sən bundan daha yaxĢı Ģeylərə layiqsən, Conni, – Din xırıltılı
səslə dedi. – Mən çox təəssüf edirəm.
– Mən qaydasında olacağam, – deyə Con cavab verdi. – Ən
çətini bu hissədir. Bir müddət sonra hər Ģey qaydasına düĢəcək. – O,
sözünü bitirib ayağa qalxdı və həmin an Mellinin ona bağıĢladığı,
üstündə Əziz Kristoferin əksi olan medalyon onun köynəyinin
yaxasından bayıra çıxdı.
– Con, mən onu səndən almalıyam, – deyə mən medalyonu
görən kimi dilləndim. Mən medalyonu yenidən... əgər istəyirsənsə,
sonra onu sənin boynuna taxa bilərəm, amma hələlik onu səndən
almaq məcburiyyətindəyəm. – Medalyon və zəncir gümüĢdən idi və
Van Hey elektrik açarını qoĢanda, əgər medalyon onun dərisinə
toxunsaydı, əriyib onun bədənini içinə keçə bilərdi. Əvvəllər mən belə
Ģeylərin baĢ berməsinin Ģahidi olmuĢdum. Mən yazıq YaĢıl Mildə
iĢlədiyim vaxt ərzində nələr görməmiĢəm ki. Mənə lazım olandan da
artıq. Ġndi isə bunun baĢ verəcəyini dəqiq bilirəm.
O, zənciri boynundan çıxardı və mənim ovcumun içinə qoydu.
Mən medalyonu cibimə qoydum və ona kameradan çıxmasını əmr
etdim. Keçiriciliyin yaxĢı olub-olmayacağını bilmək üçün onun baĢını
www.vivo-book.com
597
yoxlamağa ehtiyac yox idi, çünki onun baĢının dərisi mənim ovucum
kimi təmiz və sığallıydı.
– Bilirsənmi, boss, bu gün günortaüstü yatanda, bir yuxu gördü,
– o dedi. – Yuxuma Delin siçanı girib.
– Eləmi, Con? – deyərək mən ondan solda, Harri onun sağında,
Din isə arxada dayanaraq öz mövqelərimizin yerini tutduq və biz YaĢıl
Mil ilə addımlamağa baĢladıq. Bu mənim bir məhbus ilə YaĢıl Mildən
sonuncu keçiĢim oldu.
– Hə, elədir, – o dedi. – Yuxumda gördüm ki, siçan boss
Hovellin dediyi həmin Mausvillə gedə bilib. Yuxumda gördüm ki,
orada çoxlu balaca uĢaqlar var və onlar hamısı siçanın çıxardığı
oyunlara baxıb gülürdülər. – Öz dediklərini düĢünərək o özü də güldü,
sonra üzü yenə ciddi bir ifadə aldı. – Gördüm ki, həmin balaca sarıĢın
qızlar da oradadır. Onlar da gülüb əylənirdilər. Mən onları qucaqladım
və onların saçlarının arasında daha qan axmırdı, onlar da sağ-salamat
idilər. Biz hamımız birlikdə oturub Mister Cinqlzın makaranı
diyirlətməsinə tamaĢa edirdik və o ki var gülürdük. Biz çox yaxĢı
əylənirdik.
– Həqiqətən deyirsəmi? – mən düĢündüm ki, bu bir az davam
etsə mən artıq dözüĢ gətirə bilməyəcəyəm. Mən az qala hönkürtü ilə
ağlayacaq, qıĢqırıb səs-küy salacaqdım ya da dərdən ürəyim parça-
parça olacaqdı və hər Ģey də beləcə bitəcəkdi.
www.vivo-book.com
598
Hamımız mənim kabinetimə girdik. Con bir anlıq ətrafa nəzər
salandan sonra dizləri üstünə çökdü, baxmayaraq ki, biz ondan bunu
etməsini xahiĢ etməmiĢdik. Onun arxasından Harri dalğın gözləri ilə
mənə baxırdı. Dinin üzü isə kağız kimi ağarmıĢdı. Mən də Conun
yanında diz çökdüm və düĢündüm ki, talenin gərdiĢinə bir bax: o qədər
məhkumun ayağa qalxmasına və bu yolu bitirməsinə kömək etdiyim
halda, indi mənim özümə ayağa qalxmağım üçün yardım tələb
olunurdu. Ən azından, içimdə bunun belə olacağını hiss etmiĢdim.
– Biz dua edib nə istəyəcəyik, boss? – deyə Con məndən
soruĢdu.
– Güc istəyəcəyik, – deyə mən düĢünmədən dərhal cavab
verdim. Mən gözlərimi yumdum və dedim: “– Ey Allahımız, ey uca
Rəbbimiz, baĢladığımız iĢi bitirməmiz üçün bizə yardım et, bizə güc
ver və lütf edib bu adamı, Con Koffini – içki adı kimi, amma baĢqa cür
yazılan – öz səltənətinə qəbul elə, onu öz cənnətinə daxil et və ruhunu
rahatlat, rəhmətini ondan əsirgəmə. Bizə lütf elə və onu layiq olduğu
Ģəkildə sənin yanına yola salmağımıza yardımçı ol və hər Ģeyin
yolunda getməsinə Ģərait yarat. Amin.” – Mən gözlərimi açıb Harri ilə
Dinə baxdım. Hər ikisinin də vəziyyəti, deyəsən, bir balaca
düzəlmiĢdi. Amma düĢünmürəm ki, bunun səbəbi mənim söylədiyim
dua idi.
Dostları ilə paylaş: |