Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə145/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   141   142   143   144   145   146   147   148   ...   158

www.vivo-book.com 

 

579 



 

 

 

 

 

 

 



Ġki gündən sonra, ayın on səkkizi, Bill Doc, Hank Bitterman və 

bir  də  kimsə  baĢqa  birisi  –  kim  olduğunu  xatırlamıram,  deyəsən 

müvəqqəti iĢçilərdən birisi – Con Koffini duĢ qəbul etməsi üçün “D” 

blokuna apardılar və o burada olmadığı müddət ərzində biz onun necə 

edam  ediləcəyini  məĢq  etməyə  baĢladıq.  Biz  qoca  Tut-Tuta  onun 

rolunu  oynamağa  imkan  vermədik;  heç  bir  izahatsız  da  hamı  baĢa 

düĢürdü ki, bu ədəbsizlik olardı.  

Conun yerində mən idim.  

–  Con Koffi, – mən əl-qolum Old Sparkiyə bənd edilmiĢ halda 

oturanda, Brutus elə də qətiyyətli olmayan bir səslə dedi, – sən elektrik 

stulunda edam edilməklə ölümə məhkum edilmisən, hökm səninlə eyni 

mövqedə olan andlılar məhkəməsi tərəfindən çıxarılıb... 

–  Con Koffi ilə eyni mövqedə? Bu zarafata oxĢayırdı. Bildiyim 

qədər,  bütün  Yer  kürəsində  onun  tayı-bərabəri  yox  idi.  Sonra  Con 

Koffinin  mənim  kabinetimdən  aĢağı  aparan  pilləkənlərin  dibində 



www.vivo-book.com 

 

580 



dayanıb  Old  Sparkiyə  baxaraq  bizə  dediyi  sözləri  xatırladım:  “Onlar 

hələ də buradadırlar. Mən onların fəryadlarını eĢidirəm.” 

–  Məni buradan buraxın, – deyə mən xırıltılı bir səslə qıĢqırdım. 

– Lənətə gəlmiĢ bu toqqaları açın və məni buraxın.  

Onlar  məni  açdılar,  amma  bir  anlıq  mən  yerimdə  donaraq 

tərpənə bilmədim, elə bil Old Sparki məni buraxmaq istəmirdi.  

Biz  bloka  geri  qayıdanda,  bizim  arxamızda  sonuncu  stulları  da 

yerbəyer eliyən Harri  ilə  Din belə  onu eĢidə bilməsinlər deyə,  Brutus 

alçaq səslə mənə az qala pıçıldadı:  

–  Bütün həyatımda məni utandıra biləcək cəmi bir neçə əməlim 

olub,  amma  indi,  ilk  dəfə,  əməlimə  görə  cəhənnəmə  düĢəcəyimdən 

qorxuram. 

Mən  onun  zarafat  etmədiyinə  əmin  olmaq  üçün  dönüb  onun 

üzünə baxdım. Onun həmin anda zarafat etdiyini düĢünmürdüm.  

– Axı nə demək istəyirsən? 

–  Demək istəyirəm  ki,  biz Allahın hədiyyəsini,  vergisini  edam 

etməyə hazırlaĢırıq, – deyə o cavab verdi. – Nə bizə, nə də baĢqalarına 

heç  bir  ziyan  vurmamıĢ  birisini.  Demək  istədiyim  odur  ki,  birdən 

Allahın,  Qüdrətli  Atamızın  hüzuruna  aparılanda,  o  məndən  bunu  nə 

üçün etdiyimi soruĢsa, mən Ona nə cavab verəcəyəm? Deyəcəyəm ki, 

bu mənim vəzifə borcum idi? Mənim iĢim idi?  

 

 




www.vivo-book.com 

 

581 



 

 

 



Con  duĢ  qəbul  edib  geri  qayıdandan  və  müvəqqəti  iĢçilər  çıxıb 

gedəndən sonra, mən onun kamerasının qapısını açdım və içəri girərək 

onun  yanında,  çarpayısının  kənarında  oturdum.  Brutus  isə  növbətçi 

masasının  arxasında  oturmuĢdu.  O,  baĢını  qaldırıb  məni  Koffinin 

kamerasında onunla tək olduğumu görəndə, heç bir söz demədi. Brutus 

yenə  baĢını  aĢağı  salıb  əlindəki  karandaĢın  ucunu  dili  ilə  tez-tez 

isladaraq qarĢısındakı kağızlara qeydlər etməyə davam etdi.  

Con  öz  qəribə  gözləri  ilə  mənə  baxdı:  qızarmıĢ,  ifadəsiz  və 

ağlamağa hazır dayanmıĢ, amma bununla belə sakit gözləri ilə. Elə bil 

göz  yaĢı  tökmək,  ağlamaq  elə  də  pis  hal  deyil,  əgər  ona  öyrəĢməyə 

macal tapmısansa. O, hətta yüngülcə gülümsədi də. Ondan xoĢ sabun 

qoxusu  gəldiyini  də  xatırlayıram,  –  təmiz  və  təravətli,  axĢam 

çimizdiriləndən sonra lap balaca uĢaqdan gələn ətir kimi.  

–  Salam, boss, – o dedi, sonra da mənim əllərimi öz ovuclarına 

aldı. O bunu çox səmimi və təbii bir tərzdə etdi.  

–    Salam,  Con,  –  deyə  mən  cavab  verdim,  amma  boğazımda 

sözlər elə bil düyümlənmiĢdi  və mən udqunaraq boğazımı arıtlamağa 

çalıĢdım.  –  Məncə,  sən  də  baĢa  düĢürsən  ki,  artıq  yolun  sonuna 

yaxınlaĢırıq. Cəmi bir neçə gündən sonra. 



www.vivo-book.com 

 

582 



O,  cavab  vermədi,  mənim  əllərimi  öz  ovuclarında  tutaraq 

dinməzcə  oturdu.  Ġndi  keçmiĢə  baxanda,  düĢünürəm  ki,  hələ  o  vaxt 

mənə  nəsə  olmağa  baĢlamıĢdı,  amma  mənim  bütün  diqqətim,  həm 

emosional, həm də əqli, öz iĢimin üstündə olduğuna görə, mən bunu o 

zaman sezə bilməmiĢdim.  

–    Həmin  axĢam  sən  Ģam  yeməyi  üçün  nəsə  xüsusi  bir  yemək 

istəyirsənmi, Con? Biz sənin üçün, demək olar ki, hər Ģey edə bilərik. 

Əgər istəsən, hətta sənə pivə də gətirə bilərik. Sadəcə, onu qəhvədana 

tökərik, vəssalam.  

–  Heç vaxt onun dadına baxmamıĢam, – deyə o cavab verdi.  

–  Onda bəlkə hansısa bir yemək adı çəkəsən? 

Onun  geniĢ  və  sığallı  qafa  dərisinin  altında  alnı  qırıĢdı.  Sonra 

onun qırıĢları açıldı və o gülümsədi.  

–  Ət ruleti pis olmazdı. 

–    Ət  ruletini  hazırlatdırarıq,  özü  də  sousu  və  kartof  püresi  də 

yanında.  –  Mən  bədənimə  iynələr  batdığını  hiss  edirdim,  belə  hiss 

qolunuzun üstündə uzun müddət yatıb onun keyləĢdirən də olur, amma 

mən iynə batmasına bənzər bu sancıları bütün bədənimdə hiss edirdim. 

Bütün bədənimdə. – Daha nə istəyərdim? 

–    Bilmirəm,  boss.  Düçünürən  ki,  nəyiniz  varsa,  onu.  Bəlkə  də 

qaxac edilmiĢ donuz budu da olsa yaxĢı olardı, amma mən yeməyə elə 

də tələbkar deyiləm. 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə