Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə141/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   137   138   139   140   141   142   143   144   ...   158

www.vivo-book.com 

 

563 



–    Bu,  Prudom  qraflığına  yaraĢır,  –  deyə  o  dilləndi.  –  Çox 

yaraĢır. 

–  Təxminən üç aydan sonra Uorton  özünə gəlir və  yenidən öz 

əyləncələrinə  baĢlayır,  sonunda  da  bu  əməllərinə  görə  həbs  edilir,  – 

mən  dedim.  –  Həmin  əməllərə  və  törətdiyi  qətllərə  görə  də  bizim 

yanımız düĢür. 

–  Deməli, onun əvvəllər də bir azyaĢlı qız uĢağı ilə əlaqəsi olub, 

–  deyə  Harri  dilləndi.  O,  eynəyini  çıxarıb  onun  ĢüĢələrini  nəfəsiylə 

tərlətdi və onları silməyə baĢladı. – Çox az yaĢlı. Bir dəfə hələ bunun 

müntəzəm əlaqələr olduğunu isbat eləmir, elə deyilmi? 

–  Belə Ģeyləri, adətən, bir dəfə eləmirlər, – deyə mənim arvadım 

müdaxilə  etdi  və  dodaqlarını  bir-birinə  elə  bərk  sıxdı  ki,  onlar 

görünməz oldu.  

Sonra  mən  onlara  Trapinqus  əyalətinə  etdiyim  səfər  haqqında 

danıĢdım. Rob Makci ilə mən daha açıq danıĢmıĢdım, əslində, mənim 

baĢqa seçimim də yox idi. Ġndiyə qədər Makcinin mister Detterikə nə 

danıĢdığını  bilmirəm,  amma  kafedə  mənim  yanımda  oturmuĢ  Makci 

yeddi il qocalmıĢ  görünürdü. Mayın ortalarında, Uortonun cinayətkar 

kimi  qısa  karyerasının  bitməsinə  səbəb  olan  basqından  və  qətllərdən 

təxminən  bir  ay  öncə,  Klaus  Detterik  öz  sarayını  boyatdırmıĢdı  (və 

əlbəttə  ki,  Bauzerin  sarayın  yanındakı  damını  da).  O  öz  oğlunun 

yüksək  taxtabəndlərə  dırmaĢmasını  istəmirdi,  həm  də  uĢaq  məktəbə 

gedirdi,  ona  görə  də,  bu  iĢi  görmək  üçün  adam  tutmuĢdu.  Kifayət 



www.vivo-book.com 

 

564 



qədər yaxĢı bir adam. Çox sakit bir adam. Bu üç günlük bir iĢ idi. Yox, 

həmin adam onların evində gecələmirdi, çünki Detterik yaxĢı və sakit 

olmağın  heç  də  həmiĢə  təhlükəsiz  olmaq  mənasına  gəlmədiyini  baĢa 

düĢmək üçün kifayət  qədər ağıla malik  idi, xüsusilə də  yolların üstü-

baĢı tozlu avaralarla dolu olduğu bir vaxtda. Ailəsi olan bir adam çox 

ehtiyatlı  olmalıdır.  Həm  də  həmin  adamın  gecələmək  üçün  yerə 

ehtiyacı yox idi, o, Detterikə demiĢdi ki, Ģəhərdə Yeva Praysın evində 

mənzil kirayələyib. Teftonda Yeva Prays adında bir qadın yaĢayırdı və 

o, həqiqətən, müĢtərilərə mənzillər kirayəyə verirdi, amma həmin ilin 

may  ayında  onun  Detterikin  muzdla  tutduğu  adamın  xarici 

görünüĢünün  təsvirinə  uyğun  gələn  kirayəĢini  olmamıĢdı,  sadəcə, 

əyinlərinə  dama-dama  kostyumlar,  baĢlarına  Ģlyapalar  geyinmiĢ  adi 

insanlar  –  baĢqa  sözlə  desək,  kommivoyajörlar  –  ticarət  agentləri. 

Makci  bunu  mənə  deyə  bilərdi,  çünki  Detteriklərin  fermasından  geri 

qayıdarkən, missis Praysla görüĢərək məsələni yaxalamıĢdı – ona görə 

də belə dilxor olmuĢdu.  

–  Hətta belə də olsa, – deyə o əlavə etmiĢdi, – meĢədə paltarla 

yatmağa qarĢı heç bir qanun yoxdur, mister Eckum. Mən özüm də bir 

neçə dəfə meĢədə yatmalı olmuĢam. 

Detterikin  muzdla  tutduğu  adam  onların  evində  yatmasa  da, 

onlar  ilə  birlikdə  iki  dəfə  nahar  etmiĢdi.  O,  Hovi  ilə  tanıĢ  olmuĢdu. 

Yəqin Kora və Kati ilə tanıĢ olmağa fürsət tapıbmıĢ. Yəqin onların yay 

fəslini  səbirsizliklə  gözlədikləri  və  əgər  özlərini  yaxĢı  apararlarsa  və 



www.vivo-book.com 

 

565 



havalar  da  yaxĢı  olarsa,  analarının  onlara  bəzi  gecələri  artırmada 

yatmalarına  icazə  verəcəyi  və  həmin  gecələrdə  artırmada  yatarkən, 

özlərini  bağlı  furqonlarda  Böyük  Düzənliklər  yaylasını  keçənlərin 

arvadları  kimi  təsəvvür  etmələri  haqqındakı  söhbətlərinə  də  qulaq 

asıbmıĢ.  

Mən  onun  orada,  masanın  arxasında  oturub  missis  Detterikin 

biĢirdiyi qızarmıĢ toyuq və çovdar çörəyini yeyə-yeyə söhbətlərə qulaq 

asdığını, öz qurd gözlərindəki əsil niyyətini gizlədərək gülümsədiyini 

və hər Ģeyi yadda saxlamağa çalıĢdığını təsəvvür edə bilirəm.  

–    Bu  dediklərin  onun  ilk  dəfə  YaĢıl  Milə  gəldiyi  vaxt  mənə 

danıĢaraq təsvir elədiyin o azğın adama bənzəmir, Pol, – Cenis Ģübhə 

ilə dedi, – heç bənzəmir.  

–  Siz onu Ġndianola xəstəxanasında görməmisiniz, mem, – deyə 

Harri dilləndi. – O, ağzın ayrılıb sakitcə dayanmıĢdı, onun çılqaq dalı 

isə  pijamasının  arxasından  çölə  çıxırdı.  O,  hətta  bizə  özünü 

geyindirməyə  də  imkan  verdi.  Həmin  vaxt  biz  elə  düĢündük  ki,  o  ya 

narkotik  vasitələrin  təsiri  altındadır,  ya  da  dəlinin  birisidir.  Düz 

demirəmmi, Din? 

Din baĢını yıqğaladı. 

–    O,  sarayı  rəngləyib  bitirəndən  və  Detteriklərin  evini  tərk 

edəndən sonrakı  gün Carvisdə üzünə maska geyinmiĢ birisi “Hampey 

Fraxt”  ofisini  qarət  etmiĢdi,  –  mən  onlara  dedim,  –  və  yetmiĢ  dollar 

pul  aparmıĢdı.  O,  hətta  yük  daĢımaları  üzrə  agentin  bəxt  niĢanı  kimi 



www.vivo-book.com 

 

566 



saxladığı  1892-cı  ilin  gümüĢ  dollarını  da  aparmıĢdı.  Uorton 

yaxalanandan  sonra  həmin  gümüĢ  dollar  onun  üstündən  tapılmıĢdı. 

Carvisdən  Teftona isə cəmi əlli kilometrlik bir yol var.  

–    Deməli,  bu  oğru...  bu  azğın  adam...  demək  istəyirsən  ki,  bu 

adam  Klaus  Detterikə  sarayı  rəngləməyə  yardım  etmək  üçün  üç  gün 

dayanmalı olub, – arvadım dedi, – və onlarla birlikdə nahar edib, arada 

da,  normal  adamlar  kimi  –  “zəhmət  olmasa,  noxudu  mənə  ötürün”  – 

deyib. 


–  Belə  adamların  ən  qorxulu  cəhəti,  onların  bir  an  sonra  nə 

edəcəklərini  təxmin  etməyin  mümkün  olmamasıdır,  –  Brutus  dedi.  – 

O,  Detterikləri  öldürməyi  və  onların  evini  yağmalamağı  planlaĢdıra, 

sonra da bu planından vaz keçə bilərdi, çünki bulud münasib olmayan 

bir vaxtda GünəĢin qarĢısını kəsdi ya da buna bənzər bir Ģey. Bəlkə də 

o, bir balaca soyumaq istəyirmiĢ. Amma böyük ehtimalla, onun balaca 

qızlara  artıq  gözü  düĢübmüĢ  və  geri  qayıtmağı  planlaĢdırırmıĢ.  Sən 

necə düĢünürsən, Pol? 

Mən baĢımı yırğaladım. Əlbəttə, mən də elə düĢünürdüm. 

–  Bir də özünü Detterikə təqdim etdiyi ad. 

–  Nə ad? – deyə Cenis soruĢdu. 

–  Uil Bonni. 

–  Bonni? Mən... 

–  Bu, “Körpə Billi”nin əsl adıdır.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə