Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə140/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   136   137   138   139   140   141   142   143   ...   158

www.vivo-book.com 

 

559 



–  O, Uortona qarĢı Persidən bir silah kimi istifadə edib, arvadım 

Cenis belə demiĢdi, elə mən də bu haqda çox düĢünmüĢəm. Axı Azğın 

Billini  öldürmək  Con  Koffinin  nəyinə  lazın  idi?  Persini,  bəlkə  də, 

öldürmək istəyərdi, çünki o, Delakruanın siçanını düz onun gözlərinin 

önündə tapdalamıĢdı, Persi Delakruanı diri-diri yandırmıĢdı və Con da 

bütün bunları bilirdi... Bəs nə üçün Uorton? Uorton bizim hamımızın 

kefinə  bu  və  ya  digər  Ģəkildə  soğan  doğramıĢdı,  amma  zənnim  məni 

aldatmırsa,  onun  Conla  ümumiyyətlə  heç  bir  mübahisəsi  olmamıĢdı, 

mübahisə  bir  tərəfə,  onlar  YaĢıl  Milə  gəldikləri  gündən  bu  yana  bir-

biri  ilə  heç  kəlmə  belə  kəsməmiĢdilər,  əlbəttə,  dünənki  günü 

saymasaq.  Bəs  onda  Uortonu  nə  üçün  öldürmək  istəsin?  O,  Purdom 

qraflığından  idi  və  həmin  yerlərdə  ağdərili  oğlanlar  zəncilərlə,  əgər 

zəncilər  özləri  onların  yolunun  üstünə  çıxmasalar,  heç  vaxt 

rastlaĢmırlar. Bəs onda niyə? Uorton ona toxunanda o, belə qorxunc nə 

hiss  etdi,  ya  da  gördü  ki,  Melindanın  bədənindən  çəkib  çıxartdığı 

zəhəri öz içində saxlayıb?  

–  Və az qala özünü də məhv edəcəkdi, – Brutus dedi.  

–  Demək  olar  ki,  həyatının  dörddə  üçünü  itirmiĢdi.  Mənim 

ağlıma təkcə Detteriklərin əkiz qızlarının qətli gəlir, onun bu əməlini 

izah  etmək  üçün  yalnız  bu  kifayət  qədər  dəhĢətli  hadisədir.  Mən 

dəfələrlə  özümə  demiĢəm  ki,  bu  axmaq  fikirdir,  bəlkə  də,  təsadüfdən 

baĢqa  bir  Ģey  deyil  və  bu  ola  bilməz.  Sonra  isə  Körtis  Andersonun 

Uorton  haqqında  bizə  yazdığı  ilk  raportu  xatırladım,  o  yazırdı  ki, 



www.vivo-book.com 

 

560 



Uorton  azğın  və  dəlidir,  bir  çox  insanları  qətlə  yetirib  ələ  keçincəyə 

qədər  bütün  Ģtatı  baĢdan-ayağa  gəzib  dolaĢıb.  “Bütün  Ģtatı  baĢdan-

ayağa  gəzib  dolaĢıb”.  Bu  sözləri  mənim  yaddaĢıma  iliĢib  qalmıĢdı. 

Sonra  bura  gələndə,  onun  Dini  boğaraq  öldürməyə  cəhd  eləməsi. 

Bütün bunlar məni düĢünməyə vadar elədi... 

–  Bəs it, – deyərək Din Uortonun onun boynuna zəncir saldığı 

yeri  ovuĢdurdu.  DüĢünmürəm  ki,  bunu  edərkən,  o,  nə  etdiyini  baĢa 

düĢürdü. – Bəs itin boynunu necə sındırmıĢdılar.  

–    Ġstənilən  halda,  mən  Uortonun  məhkəmə  iĢlərini  yoxlamaq 

üçün Purdom qraflığına getdim – onun haqqında bizdə olan qeydlərin 

hamısı  onun  YaĢıl  Milə  düĢməsi  ilə  nəticələnən  qətl  iĢləridir.  BaĢqa 

sözlə  desək,  o  qeydlər  onun  cinayətkar  karyerasının  sonuna  aiddir. 

Mənə isə bu karyeranın baĢlanğıcını bilmək lazım idi.  

–  Çox Ģeymi öyrənə bildin? – deyə Brutus soruĢdu. 

–    O  qədər.  Vandalizm,  xırda  oğurluqlar,  saman  tayalarının 

yandırılması, hətta partlayıcı  maddələrin oğurlanması. O və bir dostu 

dinamit  patronu  oğurlayaraq  onu  balaca  bir  çayın  sahilində 

partladıblar.  Sən  demə,  Uorton  öz  fəaliyyətinə  çox  erkən  yaĢlarda, 

təxminən on  yaĢı  olanda baĢlayıbmıĢ,  amma mənim axtardığım  Ģey o 

qeydlərin  arasında  yox  idi.  Sonra  mənim  kim  olduğumu  və  orada  nə 

etdiyimi  öyrənmək üçün ġerif gəldi. Mən ona  yalan danıĢaraq dedim 

ki,  həbsxananın  kameralarında  axtarıĢ  aparılan  zaman  Uortonun 

döĢəyinin içindən bir dəstə azyaĢlı qız uĢaqlarının çılpaq fotoĢəkilləri 



www.vivo-book.com 

 

561 



tapılıb. Bir də ona dedim ki, Uortonun keçmiĢdə uçaqbazlıqla məĢğul 

olmasına  dair  qeydlərin  olub-olmamasını  bilmək  istəyirəm,  çünki 

Tennessidə  bir  neçə  buna  bənzər  iĢlərin  üstü  açılmamıĢ  qaldığını 

eĢitmiĢəm. Mən öz söhbətimdə Detteriklərin əkiz qızları haqqında bir 

söz belə demədim. DüĢünmürəm ki, onun da ağlından bu fikir keçmiĢ 

olsun.  


–    Əlbəttə  yox,  –  deyə  Harri  dilləndi.  –  Necə  keçsin  axı,  iĢ  ki 

artıq bağlanıb. 

–    Mən  ona  dedim  ki,  bəlkə  də  bu  fikrin  ardınca  düĢməyinə 

dəyməz, çünki Uortona aid arxiv sənədlərində heç nə  yoxdur. Demək 

istəyirəm  ki,  onun  haqqında  material  çoxdur,  amma  bizə  lazım  olan 

qeydlər yoxdur. Sonra ġerif, onun adı Katlettdir, güldü və Billi Uorton 

kimi  çürük  almanın  törətdiyi  bütün  cinayət  əməllərinin  hamısı 

məhkəmə  sənədlərində  qeydə  alınmayıb.  Və  indi  o,  ölmüĢ  olduğuna 

görə, bunun nə fərqi vardı?  

–    Mən  ona  dedim  ki,  sadəcə,  öz  marağımı  təmin  etmək 

istəyirəm,  baĢqa məqsədim  yoxdu və  bu da onu sakitləĢdirdi.  O məni 

öz kabinetinə gətirdi, masanın arxasına otuzdurdu, ponçiklə bir fincan 

qəhvə  verdi  və  mənə  dedi  ki,  təxminən  on  altı  ay  bundan  əvvəl, 

Uortonun  o  vaxt  hələ  on  səkkiz  yaĢı  ancaq  olardı,  əyalətin  qərb 

hissəsində yaĢayan birisi onu öz qızı ilə birlikdə samanlıqda tutmuĢdu. 

Bu  zorlama  deyildi,  yox,  həmin  adam  Katlettə  danıĢanda  demiĢdi  ki, 

bu “sadəcə, iyli barmaq məsələsi imiĢ”. Üzr istəyirəm, əzizim.  



www.vivo-book.com 

 

562 



–    Eybi  yoxdur,  –  deyə  Cenis  cavab  versə  də,  onun  rəngi  bir 

balaca avazımıĢdı. 

–  Qızın necə yaĢı varmıĢ? – Brutus soruĢdu. 

–  Doqquz, – deyə mən cavab verdim. 

Bunu eĢidəndə Brutus səksəndi.  

–  Ona yardım edəcək qardaĢları, ya da kuzenləri olsaydı, həmin 

adam  özü  Uortonun  cəzasını  verə  bilərdi,  amma  onun  heç  kimi  yox 

imiĢ.  Ona  görə  də  o,  Katlettin  yanına  gedib  və  deyib  ki,  Uortona, 

sadəcə,  xəbərdarlıq  edilməsini  istəyir.  Heç  kim  belə  biabırçılığın 

ictimaiyyətdə  müzakirə  edilməsini  istəməz,  əlbəttə,  əgər  bundan 

yayınmaq  mümkündürsə.  Bununla  belə,  ġerif  Katlett  Uortonun  bəd 

əməlləri  ilə  uzun  müddət  məĢğul  olmalı  olub:  Uortonun  hələ  on  beĢ 

yaĢı olarkən, onu təxminən səkkiz aylığına islahedici xüsusi məktəbə 

qoyub  və  düĢünüb  ki,  daha  onunla  əlləĢdiyi  bəsdir.  ġerif  özü  ilə  üç 

nəfər  köməkçi  də  götürərək  Uortonun  evinə  gedir  və  missis  Uorton 

ağlayıb-sızlamağa baĢlayanda, onu bir kənara çəkirlər, sonra da mister 

Uilyam “Körpə Billi”yə aybaĢının nə olduğunu hələ eĢitməmiĢ balaca 

qız uĢaqlarını samanlığa aparan üzü sızanaqlı gənclərin baĢına nələrin 

gələ  biləcəyi  haqqında  xəbərdarlıq  edirlər.  “Biz  o  balaca  uĢaqbazı 

yaxĢıca qorxuzduq” – deyə Katlett mənə dedi. – “Onun baĢından qan 

axıncaya  qədər,  çiyini  yerindən  çıxınca  və  onun  dalını  az  qala 

sındırıncaya qədər biz ona xəbərdarlıq etdik”. 

Brutus özündən asılı olmayaraq güldü.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə