Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə136/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   132   133   134   135   136   137   138   139   ...   158

www.vivo-book.com 

 

543 



kamerasından çıxardıq. Mən elə fikirləĢirdim ki, o, qəzəblə üstümüzə 

çığır-bağır  salacaq,  amma  belə  etmədi.  Sadəcə,  bizdən  tapançası  ilə 

dəyənəyini  qaytarmağımızı  istədi  və  baĢqa  heç  nə  demədən  dəhlizə 

çıxdı.  Sonra  da  Uortonun  kamerasına  çatanda,  belindən  tapançanı 

çıxarıb atəĢ açmağa baĢladı.  

–    Necə  düĢünürsən,  karser  kamerasında  olanda...  bəlkə  ağlını 

orada itirib? 

–  Yox, ser. 

–  Siz onun əyninə dəli köynəyi geyindirmiĢdinizmi? 

–  Yox, ser. Buna ehtiyac yox idi. 

–  O özünü sakit aparırdı? Sizə müqavimət göstərmirdi? 

–  Yox, heç bir müqavimət göstərmirdi.  

–  Hətta sizin onu karser kamerasına salmaq istədiyinizi görəndə 

də, o özünü sakit aparırdı və müqavimət göstərmirdi. 

–    Özüdür  ki,  var.  –  Bu  məqamda  mən  Persi  haqqında  bir-iki 

əlavə söz deyib hadisələri bir azca bəzəmək istədim, amma içimdə baĢ 

qaldırmıĢ bu arzunu boğa bildim. Nə qədər sadə olsa, bir o qədər yaxĢı 

olar, mən bunu baĢa düĢürdüm – Heç bir çaxnaĢma olmadı. O, sadəcə, 

kameraya girib bir küncdə oturdu. 

–  Həmin vaxt Uorton haqqında nəsə danıĢırdımı? 

–  Yox, ser. 

–  Koffi haqqında da heç nə demirdi? 

Mən baĢımı buladım. 



www.vivo-book.com 

 

544 



–    Səncə,  Persinin  Uortondan  qisas  alması  üçün  bir  səbəbi  ola 

bilərdimi? Bu adama qarĢı kin saxlaya bilərdimi?  

–    Məncə,  ola  bilərdi,  –  deyərək  mən  bir  az  da  astadan  cavab 

verdim.  –  Persi  dəhlizlə  gəzərkən  çox  ehtiyatsız  davranırdı,  Hal.  Bir 

dəfə  Uorton  əlini  uzadaraq  onu  yaxalamıĢ,  onu  özünə  tərəf  çəkərək 

kamerasının  dəmir  barmaqlıqlarına  sıxmıĢ  və  onu  bir  balaca 

əlləĢdirmiĢdi. –Bu məqamda mən susaraq ara verdim. – Belə deyək ki, 

onu bir balaca ehtirasla əlləĢdirmiĢdi. 

–  Elə bu? Sadəcə, “onu bir balaca əlləĢdirmiĢdi”, vəssalam?  

–    Hə,  amma  yenə  də  onun  bu  hərəkəti  Persiyə  çox  pis  təsir 

etmiĢdi. Üstəlik Uorton ona demiĢdi ki, onun bacısının qabağındansa, 

onun dalına üstünlük verərdi.  

–  Hmm. Murs gözlərini qırpmadan Con Koffiyə baxırdı, elə bil 

onun real  adam  olduğunun fasiləsiz olaraq təsdiq  edilməsinə ehtiyacı 

vardı.  –  Bu  onun  baĢına  gələnləri  izah  etmir,  amma  onun  nə  üçün 

silahı  Con  Koffiyə,  ya  da  sizlərdən  birinizə  deyil,  məhz  Uortona 

çevirdiyini  tamamilə  izah  edir.  Sənin  adamlarına  gəlincə,  Pol, 

onlardamı eyni hekayəni danıĢacaqlar? 

–    Bəli,  ser,  –  deyə  mən  cavab  verdim.  –  Onlar  da  eyni  Ģeyi 

danıĢacaqlar,  –  deyə  mən  Cenisin  masaya  gətirdiyi  Ģorbanı  yeməyə 

baĢlayaraq arvadıma izah etdim.  – Mən bunun belə olmasına nəzarət 

edəcəyəm. 




www.vivo-book.com 

 

545 



–    Sən  yalan  danıĢmısan,  –  arvadım  dedi.  –  Sən  Hala  yalan 

danıĢmısan. 

Hə, bu da sizə arvad fikri, elə deyilmi? Hər zaman sizin ən yaxĢı 

kostyumunuzda  güvə  deĢiyi  arayırlar  və  nə  qədər  təəccüblü  də  olsa, 

heç olmasa bir dəlik tapırlar.  

–  Məsələyə sənin dediyin tərəfdən baxsaq, belə çıxar. Mən ona 

elə bir Ģey demədim ki, onunla hər ikimiz də həyatımızı davam etdirə 

bilməyək.  Məncə,  Halın  vicdanı  təmizdir,  çünki  həmin  vaxt  o,  heç 

bizim yanımızda olmayıb. Körtis ona telefonla zəng edənə qədər, o öz 

evində oturub arvadına qulluq edirdi.  

–    O,  Melindanın  özünü  necə  hiss  elədiyi  haqda  bir  söz 

demədimi? 

–  Həmin vaxt biz onun hayında deyildik, amma sonra Brutusla 

mən  iĢdən  çıxıb  evə  gedəndə,  yenə  bir  az  söhbət  etdik.  Melinda  çox 

Ģey xatırlamasa da, özünü yaxĢı hiss edir. Ayaq üstədir, gəzir və gələn 

il əkəcəyi gül-çiçək ləkləri haqqında danıĢır.  

Bir  müddət  arvadım  susaraq  mənim  yemək  yeməyimə  tamaĢa 

elədi, sonra isə soruĢdu: 

–    Hal  bunun  möcüzə  olduğunu  bilirmi,  Pol?  O  bunu  dərk 

edirmi? 


–    Hə,  biz  hamımız  bunun  nə  olduğunu  baĢa  düĢürük,  orada 

olanların hamısı. 




www.vivo-book.com 

 

546 



–    Mənim  də  içimdə  bir  hissəm  həmin  vaxt  orada  olmadığıma 

görə heyfsilənir, – arvadım dedi, – amma ürəyimin dərinliyində həmin 

vaxt  orada olmadığıma  görə Ģadam.  DəməĢqə  gedən Saulun  (Savl və 

Talut  bu  adın  baĢqa  versiyalarıdır;  xristianlığı  yəhudilərdən 

baĢqalarının  da  qəbul  edə  biləcəyini  ilk  dəfə  elan  edən  bu  Ģəxs  Ġsa 

Məsihin  həvarilərindən  biridir  və  xristianlıq  tarixinə  Pavel  adı  ilə 

düĢüb)  gözlərinin  qabıq  qoyduğunu  görsəydim,  yəqin  ki,  ürəyim 

partlayıb ölərdim. 

–    Yox,  –  deyərək  mən  son  qaĢığı  doldurmaq  üçün  boĢqabımı 

əydim, – bəlkə də onun üçün Ģorba biĢirərdin. Əzizim, çox dadlı idi. 

–  YaxĢı. – Amma arvadım, əslində, nə Ģorba, nə aĢpazlıq, nə də 

DəməĢq yolunda olan Talut haqqında düĢünürdü. O, çənəsini əllərinin 

üstünə dayayıb pəncərədən qarĢıdakı dağlara baxırdı. Onun gözləri isti 

yay  səhərlərində  həmin  dağların  zirvələri  kimi  dumanlı  idi. 

“Detteriklərin əkis qızlarının tapıldığı yay səhəri kimi” – deyə mən heç 

bir  səbəb  olmadan  düĢündüm.  Mən  çox  təəccüblənirdim  ki,  axı  onlar 

nə  üçün  qıĢqırmamıĢdılar.  Onların  qatili  onları  bəlkə  vurmuĢdu; 

artırmada,  pilləkənlərdə  çoxlu  qan  izləri  varmıĢ.  YaxĢı,  bəs  onlar  nə 

üçün qıĢqırmamıĢdılar? 

–  Sən  düĢünürsən  ki,  Uortonu,  əslində,  Con  Koffi  öldürüb?  – 

deyə  Cenis  pəncərədən,  nəhayət,  geri  çevrilərək  soruĢdu.  –  Bu  nə 

bədbəxt hadisə, nə də buna bənzər bir Ģey deyil və sən düĢünürsən ki, 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə