Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə135/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   131   132   133   134   135   136   137   138   ...   158

www.vivo-book.com 

 

539 



Səhər  saat  təxminən  on  bir  radələrində  mən  bütün  bunlar 

haqqında  Cenisə  danıĢdım  –  az  qala  “ertəsi  gün  səhər”  yazacaqdım, 

amma əlbəttə ki, gün elə həmin gün idi. ġübhəsiz, mənim həyatımın ən 

uzun  günü.  Uilyam  Uortonun  yuxuda  ikən  Persinin  güllələrinə  tuĢ 

gələrək  necə  həyatını  itirməsi  ilə  mən  burada  öz  hekayəmi 

yekunlaĢdırarkən, həmin gün haqqında ətraflı danıĢdım.  

Lakin  bu,  əslində,  tam  doğru  deyil.  Mən  öz  hekayəmi, 

yadınızdadırsa,  Persinin  ağzından  çıxan  qara  mığmığalar  –  ya  da,  nə 

bilim, bəlkə də heç mığmığa deyildi, baĢqa bir Ģey idi, bilmirəm – ilə 

bitirmiĢdim. Bu haqda kiĢi öz arvadına belə danıĢmaqda çətinlik çəkir, 

amma mən danıĢdım.  

Mən  söhbət  edərkən  arvadım  mənə  yarım  fincan  qara  qəhvə 

gətirdi,  çünki  həmin  anda  mənim  əllərim  elə  bərk  əsirdi  ki,  dolu 

fincanı,  yəqin,  dağıtmadan  götürə  bilməzdim.  Mən  söhbətimi 

bitirəndə,  əllərimin  əsməsi  bir  qədər  azalmıĢdı,  mən  hətta  yemək  də 

yeyə bilirdim – qayğanaq, ya da Ģorba. 

–    Bizi  xilas  edən  Ģey  heç  birimizin,  demək  olar  ki,  yalan 

danıĢmaq məcburiyyətində qalmamamız oldu.  

–    Bəzi  Ģeylər  haqqında  susdunuz,  vəssalam,  –  deyə  arvadım 

dilləndi  və  baĢını  yırğaladı.  –  Balaca  Ģeylər  haqqında  susdunuz,  yəni 

ölümə  məhkum  edilmiĢ  qatili  həbsxanadan  necə  çıxardığınızı,  ölüm 

ayağında  olan  qadını  onun  necə  sağaltdığını,  sonra  onun  Persi 




www.vivo-book.com 

 

540 



Uetmoru necə dəli etdiyini – nə ilə? – xalis beyin ĢiĢini onun boğazına 

tüpürməklə?  

– Mən də bilmirəm Cen, – mən dedim. Bircə onu bilirəm ki, əgər belə 

danıĢmağa  davam  eləsən,  ya  Ģorbanı  mənim  əvəzimə  özün  yeməli 

olacaqsan, ya da onu itin qabağına tökəcəksən.  

–  BağıĢla məni. Amma mən düz deyirəm, elə deyilmi? 

–    Hə,  –  deyə  mən  cavab  verdim.  –  Amma  bizim  bu...  Bu  nə? 

Bizim  bu  səfərimizi  nə  həbsxanadan  qaçıĢ,  nə  də  məzuniyyət 

adlandırmaq  olar...  Bu  sahəyə  ezamiyyət  səfəri  idi.  Nə  vaxtsa  geri 

dönsə, hətta Persi də bu haqda onlara danıĢa bilməz.  

–    Nə  vaxtsa  geri  dönsə...  –  arvadım  əks-səda  kimi  arxamca 

təkrarladı. – Onun geri qayıtma ehtimalı varmı? 

Mən  bir  fikrim  olmadığını  göstərmək  üçün  baĢımı  buladım. 

Amma əslində, mən bunu bilirdim: mən onun nə 1932-ci ildə, 1942-ci 

ildə, nə də 1952-ci ildə geri qayıdacağını düĢünmürdüm. Bu fikrimdə 

mən  yanılmamıĢdım.  Briar  Ric  1944-cü  ildə  yanıb  kül  olana  qədər 

Persi orada qaldı. Həmin yanğın zamanı on yeddi nəfər həlak olmuĢdu, 

amma ölənlərin arasında Persinin adı yox idi. Həminki kimi dinməz və 

hər Ģeyə laqeyd – bu vəziyyəti təsvir edən sözün “katatonik” olduğunu 

da öyrənmiĢəm – olan Persini  sanitarlardan biri,  yanğın onun olduğu 

cinaha  hələ  çatmamıĢ,  onu  baĢqa  bir  müəssisəyə  köçürmüĢdülər  – 

həmin  müəssisənin  adını  xatırlamıram  və  məncə,  bunun  elə  bir 

əhəmiyyəti  də  yoxdur  –  və  Persi  orada  1965-ci  ildə  vəfat  etdi.  Əgər 



www.vivo-book.com 

 

541 



yaddaĢım  məni  aldatmırsa,  onun  son  dəfə  danıĢarkən  bizə  dediyi 

sözlər – “sizlərdən biri mənim yerinmə bayıra çıxıĢ vaxtını qeyd edər... 

əlbəttə,  əgər  mənim  nə  üçün  iĢdən  belə  erkən  getdiyimi  izah  etmək 

istəmirsinizsə” – olmuĢdu.  

Qəribə  məqam  ondan  ibarət  idi  ki,  biz  bu  haqda  heç  kimə, 

ümumiyyətlə,  izahat  verməli  olmadıq.  Persi  ağlını  itirdi  və  Uilyam 

Uortona atəĢ açaraq onu öldürdü. Biz yalnız bunu dedik və dediyimiz 

hər  söz  həqiqət  idi.  Anderson,  atəĢ  açmazdan  əvvəl  Persinin  özünü 

necə apardığını Brutusdan soruĢanda, o bu suala bir sözlə cavab verdi: 

“Sakit”, həmin an çox dəhĢətli bir an yaĢadım, çünki az qala qəhqəhə 

çəkib güləcəkdim. Zira onun bu sözü də həqiqət idi. Həmin gecə Persi, 

demək  olar  ki,  bütün  növbə  müddəti  ərzində  çox  söz  danıĢmamıĢdı, 

çünki  onun  ağzına  yapıĢqanlı  lent  bağlanmıĢdı  və  o,  “mmmh, 

mmmmh, mmmh” kimi səslərdən baĢqa, heç nə söyləmək iqtidarında 

olmamıĢdı.  

Körtis,  Persini  səhər  səkkizə  qədər  orada  saxladı,  Persi  siqar 

dükanındakı  hindu  kimi  sussa  da,  onun  müdhiĢ  görünüĢü  vardı.  O 

vaxta qədər Murs da  gəlib  çıxmıĢdı,  görünüĢü  qaĢqabaqlı olsa da, iĢə 

baĢlamağa  hazır  görünürdü.  Körtis  Anderson  dərhal  iĢləri  ona  təhvil 

verərək  dərindən  elə  bir  ah  çəkdi  ki,  biz  hamımız  bunu  eĢitdik. 

QorxmuĢ və karıxmıĢ qoca yoxa çıxmıĢdı və qarĢımızda həbsxananın 

rəisi Murs dayanmıĢdı.  O, qətiyyətli  addımlarla  Persiyə  yaxınlaĢdı  və 

onun çiyinlərindən tutaraq bərk silkələdi.  



www.vivo-book.com 

 

542 



–  Övlad! – deyə o, Persinin laqeyd üzünə qıĢqırdı – bu üz artıq 

mum  kimi  yumĢalmağa  baĢlamıĢdı.  –  Övlad!  Sən  məni  eĢidirsənmi? 

Əgər eĢidirsənsə, mən cavab ver! Mən burada nə baĢ verdiyini bilmək 

istəyirəm! 

Əlbəttə  ki,  Persidən  bir  cınqırtı  da  çıxmadı.  Anderson  rəisi 

kənara çəkib bu vəziyyəti necə həll edəcəklərini müzakirə etmək istədi 

– əlbəttə ki, bu iĢin siyasi rəngi də vardı – amma Murs onun bir kənara 

itələyərək  bu  söhbəti  təxirə  saldı  və  məni  qolumdan  çəkərək  YaĢıl 

Milə  apardı.  Koffi  üzünü  divara  çevirib  öz  çarpayısında  uzanmıĢdı, 

onun  ayaqları  həmiĢəki  kimi  çarpayının  ucundan  aĢağı  sallanırdı.  O, 

yatmıĢ  görünürdü,  bəlkə  doğrudan  da  yatmıĢdı...  amma  o,  həmiĢə 

göründüyü kimi olmurdu, biz bunu sonradan öyrənmiĢdik 

–    Mənim  evimdə  baĢ  verənlərin,  siz  bura  qayıtdıqdan  sonra 

burada baĢ verənlər ilə nəsə bir əlaqəsi varmı? – deyə Murs alçaq səslə 

məndən soruĢdu. – Mən sizi var gücümlə qorumağa çalıĢacağam, hətta 

buna görə iĢimi itirməli olsam belə, amma mən həqiqəti bilməliyəm. 

Mən  baĢımı  buladım.  Mən  də  danıĢanda,  səs  tonumu 

alçaldırdım, çünki blokda ondan artıq təhqiqatçı ora-bura veyillənirdi. 

Onlardan  birisi  Uortonun  kamerada  fotoĢəklini  çəkirdi.  Körtis 

Anderson  da  o  tərəfə  çevrilərək  ona  baxırdı.  Həmin  anda  yalnız 

Brutusun gözləri bizə zillənmiĢdi.  

–    Yox,  ser.  Biz  Con  Koffini  öz  kamerasına  geri  qaytarandan 

sonra,  Persini  təhlükəsizlik  məqsədləri  ilə  saldığımız  karser 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə