Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə138/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   134   135   136   137   138   139   140   141   ...   158

www.vivo-book.com 

 

551 



öldürmüĢdü  –  ən  azından  buna  görə  Allaha  Ģükürlər  olsun!  –  lakin 

mərhum  qatil  də  olsa,  Persi  öz  kamerasında  sakitcə  yatan  bir  adamı 

öldürmüĢdü, bu isə heç də bir oyun deyildi. Bu cavan oğlanın hələ də 

“Mart dovĢanı” kimi ağlı baĢında olmaması faktını da bura əlavə etsək

onda  aydın  olar  ki,  qubernator  bu  iĢin  niyə  belə  tələm-tələsik 

bağlanmasını istəyirdi.  

Bizim  Harri  Tervilligerin  yük  maĢınında  rəis  Mursun  evinə 

etdiyimi  gecə  səfərinin  isə  üstü  heç  vaxt  açılmadı.  Bizim  bu 

səfərimizin  müddəti  ərzində  Persi  Uetmorun  əyninə  dəli  köynəyi 

geyindirilərək karser kamerasına salınması  faktı haqqında da heç kim 

xəbər  tutmadı.  Persinin  tapança  ilə  vurub  öldürdüyü  Billi  Uortona 

suyun  içində  narkotik  verilməsi  faktını  da  bilən  olmadı.  Niyə  də 

bilsinlər axı? Uortonun bədənində altı güllədən baĢqa bir Ģeyin də ola 

biləcəyindən Ģübhələnmək üçün hakimiyyət orqanlarının əlində heç bir 

əsas yox idi. Müstəntiq onun bədənindəki güllələri çıxartı, tabutçu isə 

onun  cəsədini  Ģam  ağacından  düzəldilmiĢ  yeĢiyin  içinə  qoydu  və  sol 

çiyninə “Körpə Billi” döyməsini vurdurmuĢ adamın sonu da bax belə 

oldu. Necə deyərlər, nə əkərsən, onu da biçərsən.  

Bununla belə, bu məsələnin  səs-küyü hələ  iki həftə  davam  etdi. 

Həmin dövr ərzində, o hadisənin səhərisi günü mətbəxdə ağlıma gələn 

fikri  araĢdırmaq  üçün  məzuniyyət  götürmək  bir  yana  qalsın,  ağzıma 

açıb  bir  söz  deməyə  belə  çəkinirdim.  Noyabr  ayının  ortalarında, 

məncə, ayın on ikisi idi, amma dəqiq xatırlamıram, iĢə gələndə, sirkin 



www.vivo-book.com 

 

552 



artıq  Ģəhəri  tərk  etdiyinə  əmin  oldum.  Həmin  gün  masamın  üstündə 

qorxu  ilə  gözlədiyim  bir  vərəq  gördüm:  Con  Koffinin  edam  tarixi 

haqqında  əmr.  Bu  sənədi  Hal  Mursun  əvəzinə  Körtis  Anderson 

imzalamıĢdı, amma istənilən halda bu sənəd hüquqi qüvvəyə malik idi 

və  əlbəttə  ki,  mənim  masamın  üstünə  qoyulmazdan  əvvəl  Mursun  da 

əlindən  keçmiĢdi.  Hal  Mursun  əlində  bu  sənədlə  inzibati  binadakı 

kabinetində  oturaraq  Ġndianoladakı  mərkəzi  xəstəxananın  həkimləri 

üçün  möcüzəyə  çevrilmiĢ  arvadı  haqqında  düĢünərək  necə  dərin 

düĢüncələrə  daldığını  xəyalımda  canlandırdım.  Onun  arvadına  da 

həkimlər  edam  günü  haqqında  əmr  sənədi  vermiĢdilər,  amma  Con 

Koffi  bu  sənədi  cırıb  bir  kənara  atmıĢdı.  Amma  indi  YaĢıl  Mildən 

keçmək Con Koffinin növbəsi idi və bizim aramızdan kim buna mane 

ola bilərdi?  

Edam  sənədində  edam  tarixi  iyirmi  noyabr  yazılmıĢdı.  Sənədi 

alandan üç gün sonra – deyəsən, noyabrın on beĢində – mən Cenisdən 

xahiĢ  etdim  ki,  mənim  iĢimə  zəng  edib  xəstə  olduğumu  desin.  Bir 

fincan  qəhvə  içəndən  sonra  mən  öz  köhnə,  amma  etibarlı  “ford”uma 

oturub  Ģimala  gedirdim.  Mən  yola  çıxanda,  Cenis  məni  öpüb  uğurlar 

arzuladı. Mən ona təĢəkkür etsəm də, artıq nəyin uğur sayıla biləcəyi 

haqqında  heç  bir  təsəvvürüm  yox  idi  –  axtardığım  Ģeyi  tapmağım, 

yoxsa, əksinə, onu tapa bilməməyim. Dəqiq bildiyim bircə Ģey vardı, o 

da həmin gün yolda mahnı oxumağa həvəsimin olmaması idi.  




www.vivo-book.com 

 

553 



Günorta  saat  üçə  yaxın  mən  artıq  dağlıq  ərazilərə  çatmıĢdım. 

Mən  əyalət  məhkəməsinin  binasına  çatanda,  artıq  iĢ  saatları  bitmək 

üzrə  idi,  macal  tapıb  bəzi  sənədləri  gözdən  keçirdim,  sonra  isə  ġerif 

mənim  görüĢümə  gəldi.  Yəqin  əyalət  dəftərxanasını  rəisi  ona  hansısa 

yadellinin buradakı ölülərin sümüklərini qurdaladığını xəbər vermiĢdi. 

ġerif Kətlett mənim burada nə ilə məĢğul olduğumu bilmək istəyirdi. 

Mən  nə  istədiyimi  ona  danıĢdım.  Kətlett  mənin  dediklərimi  bir  qədər 

fikrində götür-qoy edəndən sonra, mənə çox maraqlı bir Ģey söylədi. O 

mənə  xəbərdarlıq  etdi  ki,  əgər  mən  dediklərini  kiməsə  danıĢsam,  hər 

Ģeyi danacaq. Onun dediklərindən nəticə çıxarmaq hələ tez olsa da, bu 

da  vəziyyət  haqqında  heç  Ģübhəsiz  ki,  müəyyən  fikir  formalaĢdırırdı. 

Geri  qayıdarkən,  mən  yolboyu  və  sonra  da  yuxulaya  bilmədiyimdən 

bütün gecəni bu haqda düĢünmüĢdüm.  

Növbəti  gün  səhər,  hələ  gün  çıxmamıĢdan  mən  yerimdən 

qalxdım  və  Trapinqus  qraflığına  getdim.  Mən  Homer  Kribusu 

axtarsam  da, onun  əvəzinə  ġerif köməkçisi Rob  Makci  ilə  görüĢdüm. 

Makci  mənim  dediklərimə  qulaq  asmaq  belə  istəmirdi.  Özü  də  çox 

qətiyyətlə  qulaq  asmaq  istəmirdi.  Bir  anlıq  mənə  elə  gəldi  ki,  o  məni 

susdurmaq  üçün  ağzıma  sanballı  bir  zərbə  endirəcək,  amma  sonunda 

mənimlə gedib Klaus Detterinkə bir-iki sual verməyə razılaĢdı. Məncə, 

o  buna  ona  görə  razılaĢdı  ki,  ən  azından,  ora  təkbaĢına  gedərək  bu 

sualları mənim vermədiyimə əmin olsun.  




www.vivo-book.com 

 

554 



–    Onun  cəmisi  otuz  doqquz  yaĢı  var,  amma  ixtiyar  qoca  kimi 

görünür,  –  Makci  mənə  dedi,  –  və  onun  dərdi  qarsaq  bağladığı  bir 

vaxtda  özünü  xəfiyyə  zənn  edən  özündən  razı  bir  həbsxana 

nəzarətçisinin  gəlib  onun  rahatlığını  pozmasına  ehtiyacı  yoxdur.  Siz 

burada, Ģəhərin mərkəzində qalarsınız. Mən istəmirəm ki, Detteriklərin 

fermasına, hətta qıĢqırığın eĢidiləcəyi məsafəyə  yaxınlaĢasınız, amma 

Klausla  söhbətdən  sonra  mən  sizi  tapa  bilməliyəm.  Əgər  özünüzü 

narahat  hiss  etsəniz,  kafedən  özünüzə  nahar  üçün  bir  tikə  piroq  ala 

bilərsiniz.  Bu  sizi  sakitləĢdirər.  –  Sonra  mən  iki  tikə  piroq  yeməli 

oldum və özümü həqiqətən çox ağır hiss etdim.  

Makci geri qayıdıb kafedə mənim yanımda oturanda, mən onun 

üzündən nəsə sezməyə çalıĢdım, amma bacarmadım.  

–  Hə, nə oldu? – deyə mən soruĢdum. 

–    Gəl  mənim  evimə  gedək,  orada  danıĢarıq,  –  deyə  o  cavab 

verdi. – Bura mənin zövqüm üçün bir balaca gur yerdir. 

Biz  söhbətimizi  Makcinin  evinin  ön  artırmasında  etdik. 

Artırmada  hər  ikimizə  də  soyuq  olduğundan  büzüĢmüĢdük,  çünki 

missis  Makci  evdə  siqaret  çəkməyə  icazə  vermirdi.  O  öz  dövrünü 

qabaqlamıĢ  bir  qadın  idi.  Makci  çox  Ģey  danıĢmadı.  O,  danıĢarkən 

üzünü elə turĢudurdu ki, elə bil ağzından çıxan sözlər xoĢuna gəlmirdi.  

–  Bütün bunla heç nəyi sübut etmir, sən də bunu baĢa düĢürsən, 

elə  deyilmi?  –  deyə  o,  söhəbtinin  sonunda  məndən  soruĢdu.  Onun 

danıĢığında  davakar  ton  hiss  olunurdu  və  o,  danıĢdıqca  dəqiqəbaĢı 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə