Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə139/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   135   136   137   138   139   140   141   142   ...   158

www.vivo-book.com 

 

555 



əlindəki  siqareti  aqressiv  bir  tərzdə  mənə  tərəf  uzadırdı,  amma  onun 

üzündə  xəstə  bir  ifadə  vardı.  Hər  ikimiz  çox  yaxĢı    bilirdik  ki, 

məhkəmədə  heç  də  həmiĢə  bütün  sübut  və  dəlilləri  nə  görür,  nə  də 

eĢidirik. Mən elə gəldi ki, ġerif köməkçisi Makci ömründə ilk dəfə öz 

rəisi kimi kütbeyin olmadığına təəssüflənirdi.  

–  Bilirəm, – mən dedim. 

–    Əgər  siz  düĢünürsünüz  ki,  yalnız  bunun  əsasında  yeni 

məhkəmə dinləməsini çağırmaq mümkündür, yaxĢı olar ki, bunu bir də 

düĢünəsiniz, senyor. Con Koffi zəncidir və Trapinqus qraflığında biz 

zəncilərə təkrar məhkəmə Ģansı verilməsi məsələsində çox vasvasıyıq.  

–  Mən bunu artıq bilirəm. 

–  Bəs onda nə etmək fikrindəsiniz? 

Mən  öz  siqaretimi  artırmanın  məhəccərinə  basaraq  söndürdüm 

və onun kötüyünü küçəyə atdım. Sonra ayağa qalxdım. Evə qədər çox 

uzun  və  soyuq  yol  məni  gözləyirdi,  ona  görə  də,  yola  nə  qədər  tez 

çıxsaydım, evə bir o qədər də tez çatacaqdım.  

–  Mən özüm də bunu bilmək istərdim, ġerif köməkçisi Makci, – 

deyə  cavab verdim,  –  amma özüm  də  bilmirəm.  Bildiyim  yeganə  Ģey 

odur ki, ikinci piroqu gərək yeməyəydim.  

–  Əgər belə ağıllısansa, onda sənə bir Ģeyi də söyləyim, – deyə o 

hələ  də  boĢ  və  aqressiv  bir  tonla  dilləndi.  –  Məncə,  Pandoranın 

qutusunu açmalı deyildiniz.  




www.vivo-book.com 

 

556 



–  Onu mən açmamıĢam, – deyə cavab verdim və sonra evə yola 

düĢdüm.  

Evə  çox  gec  gəlib  çatdım,  artıq  gecədən  bir  xeyli  keçmiĢdi, 

amma  arvadım  yatmayaraq  məni  gözləyirdi.  Onun  yatmayaraq  məni 

gözləyəcəyini  təxmin  etmiĢdim,  amma  onu  görmək,  onun  qollarını 

boynuma  dolaĢmasını  duymaq,  onun  möhkəm  bədəninin  mənim 

bədənimə sürtünməsini hiss etmək mənə çox xoĢ idi.  

–    Salam,  qərib,  –  arvadım  dedi,  sonra  isə  əlini  aĢağı  salaraq 

qasığıma toxundu. – Bəs bu oğlan necədi, qaydasındadırmı? O, həmiĢə 

olduğu kimi sağlamdır? 

–    Bəli,  mem,  –  deyərək  mən  onu  qucağıma  alıb  yataq  otağına 

apardım və biz seviĢdik. Mən ən yüksək nöqtəyə, nəyisə verib, nəyisə 

almaq  nöqtəsinə  çatmağa  hazırlaĢanda,  daima  Con  Koffinin  aramsız 

yaĢlar  axıdan  gözləri  haqqında  düĢündüm.  Və:  –  “yuxumda  səni 

qaranlıqda  sərgərdan  dolaĢan  görmüĢdüm,  elə  özümü  də”  –  deyən 

Melinda  haqqında  düĢündüm.  Hələ  də  arvadımın  qolları  boynuma 

dolanmıĢ,  ayaqlarımız  isə  bir-birinə  dolaĢmıĢ  vəziyyətdə  və  hələ  də 

onun üstündə uzandığım halda ikən birdən ağlamağa baĢladım.  

–    Pol,  –  deyə  arvadım  qorxmuĢ  və  karıxmıĢ  halda  mənə 

səsləndi.  Uzun  sürən  evliliyimiz  ərzində  arvadımın  məni  altı  dəfədən 

çox  gözüyaĢlı  gördüyünü  düĢünmürəm.  Mən  adi  hallarda  ağlayan 

adamlardan deyildim. – Pol sənə nə olub? 




www.vivo-book.com 

 

557 



–    Mən  bilinməsi  mümkün  olan  hər  Ģeyi  bilirəm,  –  deyərək 

ağlaya-ağlaya  cavab  verdim.  –  Lənət  Ģeytana,  düzünü  bilmək 

istəyirsənsə, mən həddən artıq çox Ģey bilirəm. Bir həftədən də az bir 

müddətdən  sonra,  mən  Con  Koffini  edam  etməliyəm,  amma 

Detteriklərin qızlarını öldürən Uilyam Uortondur. Onları qətlə yetirən 

Azğın Billidir.  

 

 

 



 

 

 



Delakruanın  dəhĢətli  edamından  sonra,  mənim  mətbəximdə 

nahar edən həmin qrup ertəsi  gün  yenə orada toplaĢaraq nahar edirdi. 

Bu dəfə bizim hərbi Ģuramızda beĢinci Ģəxs də vardı: mənim arvadım. 

Hər Ģeyi baĢqalarına danıĢmağı məhz Cenis məni inandırmıĢdı, amma 

mənim ilk arzum bunu etməmək idi.  

–  Bu dəhĢətli həqiqəti bizim bilməmiz kifayət deyilmi? – deyə 

mən ondan soruĢdum. 

-

 



 Sən  bu  haqda  düzgün  düĢünmüsən,  –  deyə  o  mənə  cavab 

verdi.  Bəlkə  ona  görə  ki,  hələ  də  qanın  qaradır.  Ən  pis  xəbəri  onlar 




www.vivo-book.com 

 

558 



artıq bilirlər: Con törətmədiyi cinayətə görə həbs edilib. Bəlkə də bunu 

biləndən sonra onların əhvalı bir balaca düzələr. 

Amma mən buna onun qədər əmin deyildim, amma onun fikrinə 

qulaq asdım. Mən bildiyim hər Ģeyi (mən bunu sübut edə bilməsəm də, 

hər  Ģeyi  dəqiq  bilirdim)  Brutusa,  Dinə  və  Harriyə  danıĢandan  sonra, 

onların  səs-küy  salacaqlarını  gözləyirdim,  amma  onların  ilk  cavabı 

fikirli  bir  sükut  oldu.  Sonra  isə  Din  Cenisin  biĢirdiyi  peçenyelərdən 

birini götürüb onun üstünə qalın yağ qatı çəkə-çəkə soruĢdu:  

–  Səncə, Con onu görübmü? Uortonun qızları atmasını, bəlkə də 

zorlamasını Koffi görübmü? 

–    Məncə  o,  Uortonu  görsəydi,  ona  mane  olmağa  çalıĢardı,  – 

deyə mən cavab verdim. – Uortonu görməsinə gəlincə, Con onu yəqin 

qaçarkən görə bilərdi, yəqin belə də olub. Əgər onu görübsə də, yəqin 

sonra onu yaddan çıxarıb.  

–  Düz deyirsən, – Din dedi. – O, baĢqalarından fərqlənir, amma 

bu  onu  daha  ağıllı  etmir.  Uorton  öz  kamerasının  barmaqlıqlarının 

arasından  əlini  uzadıb  onun  qolundan  tutanda,  Con  qatilin  Uorton 

olduğunu baĢa düĢüb.  

Brutus baĢını yırğalayırdı.  

–  Yəqin,  məhz ona görə Con elə təəccüblənmiĢ... elə karıxmıĢ 

görünürdü. Yadınızdadırmı, o, necə gözlərini bərəltmiĢdi? 

Mən baĢımı yırğaladım.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə