Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə137/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   133   134   135   136   137   138   139   140   ...   158

www.vivo-book.com 

 

547 



Uortonu  öldürmək  üçün  Con  Koffi  Persidən  bir  silah  kimi  istifadə 

edib.  


–  Hə. 

–  Nəyə görə? 

–  Bilmirəm. 

–    Sən  Con  Koffini  YaĢıl  Mil  ilə  apararkən  nə  baĢ  verdiyini 

mənə bir də danıĢ, danıĢarsanmı? Sadəcə, həmin hissəni.  

Və  mən  danıĢdım.  Biz  Uortonun  kamerasınan  yanından 

keçərkən, dəmir barmaqlıqların arasında arıq bir qolun qəfil uzanaraq 

Con  Koffinin  çiyin  əzələsindən  necə  yapıĢdığını,  o  qolu  ilana 

oxĢatdığımı  –  bataqlıq  ilanına,  çünki  uĢaq  vaxtı  çayda  çimərkən, 

hamımız ondan qorxurduq – və Con Koffinin necə dodaqaltı, az qala 

pıçıltı  ilə  onun  pis  adam  olamasını  söylədiyini  mən  arvadıma 

danıĢdım.  

–  Bəs Uorton ona nə cavab verdi?.. – Arvadım yenə pəncərədən 

bayıra baxırdı, amma bütün diqqəti məndə idi.  

–    Uorton  dedi:  “Düz  deyirəsn,  zənci,  məndən  pisini  tapa 

bilməzsən.” 

–  Elə bu? 

–  Hə. Həmin vaxt mənə elə gəldi ki, elə bu an nəsə baĢ verəcək, 

amma  heç  nə  baĢ  vermədi.  Brutus  Uortonun  əlini  Koffinin  qolundan 

dartıb  çəkmiĢ  və  ona  çarpayısına  uzanmağı  tapĢırmıĢdı.  Uorton  da 

onun  dediyinə  əməl  edərək  çarpayısına  uzanmıĢdı.  Amma  bunu 



www.vivo-book.com 

 

548 



etməzdən əvvəl, zəncilərin öz elektik stulu olması haqqında və bir çox 

baĢqa  anlaĢılmaz  Ģeylər  söyləmiĢdi,  vəssalam.  Biz  də  öz  iĢimizin 

dalınca getmiĢdik.  

–  Con Koffi onun pis adam olduğunu söylədi. 

–  Hə. Bir dəfə o, Persi  haqqında da belə söyləmiĢdi.  Bəlkə də 

bir  dəfədən  artıq.  Dəqiq  yadımda  deyil,  amma  bilirəm  ki,  onun  da 

haqqında belə demiĢdi. 

–  Axı  Uorton  Con Koffinin özünə heç bir pislik  eləməyib,  elə 

deyilmi? Demək istəyirəm ki, Persiyə elədiyi kimi. 

–    Hə,  düzdü.  Onların  kameraları  elə  yerləĢir  ki  –  Uortonun 

kamerası növbətçi masasını yaxınlığında, Con Koffininki isə ondan bir 

xeyli  uzaqda,  dəhlizin  bu  biri  baĢında  –  onlar  bir-birinin  üzünü  belə 

görə bilməzdilər.  

–    Uorton  onun  qolundan  tutanda,  Con  Koffinin  necə 

göründüyünü mənə bir də danıĢ.  

–  Cenis, bu yolla biz heç bir nəticəyə gələ bilmərik. 

–    Bəlkə  də  sən  düz  deyirsən,  amma  bəlkə  də  nəsə  aydınlaĢa 

bilər. Onun görünüĢünü mənə bir də təsvir elə.  

Mən dərindən bir ah çəkdim. 

–  Məncə, o, sarsılmıĢ görünürdü. O, nəfəsini çəkərək ufuldadı. 

Lap mən çimərlikdə arxadan gizlincə sənə yaxınlaĢaraq sənin kürəyinə 

soyuq  damcıladanda,  ufuldadığın  kimi.  Ya  da  elə  bil  kimsə  onun 

üzünə sillə vurmuĢdu.  



www.vivo-book.com 

 

549 



–  Hə, əlbəttə, – Cenis dedi. – qəfildən kiminsə onun qolundan 

tutması onu qorxuda, ya da bir anlıq oyada bilərdi. 

–  Hə elədir, – mən dedim. Sonra isə: – Yox. 

–  YaxĢı de görüm “hə”, yoxsa “yox”? 

–    Yox.  Onun  qorxaraq  səksəndiyini  demək  olmaz...  Məni 

sağaltmaq  üçün  onun  kamerasına  girməyimi  istədiyi  vaxt  da  o,  belə 

görünürdü.  Ya  da  məndən  siçanı  ona  verməyimi  istəyəndə.  O, 

təəccüblənmiĢdi,  amma  ona  görə  yox  ki,  ona  toxunmuĢdular...  ona 

görə yox... Aman Allah, Cenis, mən bilmirəm.  

-

 



 YaxĢı,  gəl  hələlik  bunu  bir  kənara  qoyaq,  –  arvadım  dedi.  – 

Mən,  sadəcə,  baĢa  düĢə  bilmirəm  ki,  Con  bunu  niyə  etsin.  Axı  onun 

təbiəti də təcavüzkar deyil. Buradan baĢqa bir sual meydana çıxır, Pol: 

əgər  qızlar  haqqında  düĢündüklərin  doğrudursa,  sən  onu  necə  edam 

edəcəksən? Sən onu elektrik stuluna necə otuzduracaqsan, əgər qızları 

kimsə baĢqası...  

Mən  oturduğum  stulda  silkələndim.  Dirsəyimlə  boĢqaba 

toxunaraq  onu  yerə  salıb  sındırdım.  Ağlıma  birdən  bir  fikir  gəldi. 

Həmin  an  mən  məntiq  əvəzinə,  yəqin  ki,  duyğularımla  hərəkət 

edirdim.  

–  Pol? – Cenis təĢviĢlə soruĢdu. – Sənə nə oldu? 

–    Bilmirəm,  deyə  cavab  verdim.  –  Mən  heç  nəyi  dəqiq 

bilmirəm, amma bacarsam öyrənməyə çalıĢacağam.  

 



www.vivo-book.com 

 

550 



 

 

 

 

 



Açılan atəĢlərdən sonra üç arenada sirk tamaĢası baĢladı: birinci 

arenada qubernator, ikincidə həbsxana, üçüncü arenada isə baĢı xarab 

olmuĢ  Persi.  Bəs  manejin  rəhbəri?  Bu  vəzifəni  mətbuatın  müxtəlif 

nümayəndələri  növbə  ilə  öz  üzərinə  götürürdülər.  O  zamanlar  onlar 

indiki  kimi  qeyri-peĢəkar  deyildilər  –  hətta  o  zamanlar  da,  Ceraldo, 

Mikki  Uollos  və  bir  çox  baĢqalarından  əvvəl,  əgər  onların  diĢlərinin 

arasında nəsə olardısa, çox sürətlə dördnala çapa bilirdilər. Bu dəfə də 

eyni  Ģey  baĢ  vermiĢdi  və  tamaĢa  davam  etdiyi  müddətdə,  hər  Ģey 

hələlik normal gedirdi.  

Lakin  ən  yaxĢı  sirk  belə  özünün  ən  dəhĢətli  bədheybətləri,  ən 

gülməli təlxəkləri və ən vəhĢi heyvanları ilə nə zamansa qonaq gəldiyi 

Ģəhəri tərk etməli idi. Bizim sirkimiz də, Təhqiat ġurasının iclasından 

– çox vacib və qoxuducu səslənsə də, əslində, daha səthi və maraqsız 

idi  –  sonra  Ģəhəri  tərk  etdi.  BaĢqa  Ģəraitdə  qubernator,  Ģübhəsiz, 

kiminsə baĢının boĢqabda onun önünə gətirilməsini tələb edərdi, amma 

bu  dəfə  belə  olmadı.  Onun  arvadı  tərəfdən  olan  qohumu  –  arvadının 

qanbir  qohumu  –  ağlını  itirmiĢ  və  adam  öldürmüĢdü.  Bir  qatili 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə