www.vivo-book.com
74
Brutus ona acıqla baxdı, amma bir söz demədi. FikirləĢdim ki,
sonra bu yazdıqlarını kitabdan silər. Əgər silməzsə, onda mən özüm
silərəm.
Növbəti axĢam, əvvəlcə, Bitterbakı, sonra isə Prezidenti “D”
blokuna aparandan sonra – oranın məhbusları yatandan sonra biz öz
qrupumuzu oradakı hamama aparırdıq – Brutus məndən soruĢdu ki,
bəlkə karserdə Paroxod Billini axtaraq.
– Hə, məncə, bunu etməliyik, – dedim. Keçən gecə bu siçan bizi
əməlli-baĢlı güldürmüĢdü, amma onu da bilirdim ki, əgər biz siçanı
karserdə tapsaq, xüsusilə də görsək ki, o, karserin yumĢaq üzlü
divarlarının birini gəmirərək özünə yuva düzəltməyə baĢlayıb, biz onu,
Ģübhəsiz, öldürəcəyik. Kolonistlər ilə birlikdə yaĢamaqdansa, nə qədər
əyləncəli biri olur olsun, kəĢfiyyatçını öldürmək daha yaxĢıdır. Bir də
açıq-açığına söyləməliyəm ki, aramızda heç kim bir siçanı
öldürməkdən xəcalət çəkməzdi. Əslində, məhz siçovulları
öldürdüyümüzə görə dövlət bizə maaĢ verirdi.
Lakin həmin axĢam biz, sonralar Mister Cingls kimi tanıdığımız
Paroxod Billini nə divarların yumĢaq üzlüklərinin arxasında, nə də
oradan dəhlizə çıxardığımız zir-zibilin arasında tapa bildik. Orada
həddən çox zir-zibil vardı, mənim düĢündüyümdən də çox, çünki biz
çoxdan idi ki, karser kamerasından istifadə eləmirdik. Uilyam
Uertonun gəliĢi ilə vəziyyət dəyiĢəcəkdi, amma biz, əlbəttə, bunu hələ
bilmirdik. XoĢbəxtlikdən.
www.vivo-book.com
75
– O hara itib? – nəhayət, Brutus iri göy rəngli yaylıqla boynunun
arxasından tərini silə-silə soruĢdu. – Nə bir deĢik var, nə də yarıq... heç
nə, amma ... – O, döĢəmədəki kanalizasiya dəliyini göstərdi.
Barmaqlığın altında nazik polad məftilli tor vardı, amma buradan heç
milçək də keçə bilməzdi. – O bura necə girir, buradan necə çıxır?
– Mən də bilmirəm, – dedim.
– Amma o necəsə bura gəlib, elə deyilmi? Demək istəyirəm ki,
biz üçümüz də onun bura girdiyini görmüĢük.
– Hə, düz qapının altından. Bir az sürtünsə də, keçə bildi.
– Aman Allah, – Brutus dedi. Bu sözlər belə yekəpər adamın
dodaqlarında qəribə səslənirdi. – Nə yaxĢı ki, məhbuslar belə
balacalaĢa bilmirlər, elə deyilmi?
– Hə, əlbəttə, – deyərək mən orada bir dəlik və ya çat olub-
olmadığına əmin olmaq üçün nəzərlərimi bir daha divarlara çəkilmiĢ
kətan parçanın üzərində gəzdirdim. Heç nə görə bilmədim. – YaxĢı,
gəl gedək.
Paroxod Billi bir də üç gün sonra, Harri Tervilliger növbədə
olanda göründü. Persi də növbədə idi və Dinin istifadə etməyi
düĢündüyü polağacı ilə siçanı YaĢıl Milin döĢəməsi boyu bir xeyli
qovdu. Gəmirici asanlıqla Persinin əlindən qaça bildi və müzəffər bir
görkəmlə karser otağının qapısının altında gözdən itdi. Var gücü ilə
bağıra-bağıra Persi qapını açdı və içəridəki zir-zibili yerindən dəhlizə
çıxartdı. Harrinin dediyinə görə, bu mənzərəyə baxmaq həm gülməli,
www.vivo-book.com
76
həm də vahiməli idi. Persi bu siçanı tutub onun baĢını üzəcəyini
bağırırdı, amma təbii ki, onu tuta bilmədi. Yarım saatdan sonra
tərləmiĢ, saçları qarıĢmıĢ və köynəyi arxadan çıxmıĢ bir vəziyyətdə
Persi növbətçi masasına yaxınlaĢaraq Harriyə (Harri həmin vaxt bu
səs-küyün içində oturub, sakitcə kitab oxuyurmuĢ) deyibmiĢ ki,
qapının altına səs izolyasiya edən zolaq yapıĢdıracaq və bu da gəmirici
problemini birdəfəlik çözəcək.
– Bunu çox gözəl düĢünmüsən, Persi, – deyə Harri əlindəki
vesternin vərəqini çevirərək cavab verib. O düĢündü ki, Persi qapının
altındakı yarığı bağlamağı unudacaq və o haqlı idi.
8
Bu hadisələr baĢ verəndən xeyli sonra, həmin il qıĢın sonunda
bir axĢam Brutus yanıma gəldi. Həmin axĢam “E” blokunda ikimizdən
baĢqa heç kim yox idi – kameralar müvəqqəti olaraq boĢdur,
nəzarətçilər isə baĢqa iĢ yerlərinə təyin edilmiĢdilər. Persi Briar
Ricdəki yeni iĢinə keçmiĢdi.
– Bura gəl, – Brutus bir az gülməli və boğuq səslə dedi və mən
diqqətlə ona baxdım. Bayırda yağan sulu qardan canımı qurtarıb
www.vivo-book.com
77
yenicə içəri girmiĢdim və kitelimi asmazdan öncə, çiyinlərimdəki qarı
silkələyirdim.
– Nəsə bir problem var? – deyə soruĢdum.
– Yox, – dedi. – Amma mən Mister Cinqlzın gizləndiyi yeri
tapdım. Demək istəyirəm ki, o ilk dəfə gələndə, yəni Delakrua onu
özünə götürməzdən öncə. Baxmaq istəyirsənmi?
Əlbəttə ki, görmək istəyirdim. Onun arxasınca, YaĢıl Mil ilə
karser kamerasına getdim. Bizim orada saxladığımız bütün əĢyalar
dəhlizə çıxarılmıĢdı; deyəsən, Brutus təmizlik iĢləri görmək üçün bu
müvəqqəti sakitlikdən istifadə etmiĢdi. Qapı açıq olduğundan,
kameranın içində polağacı ilə vedrəni gördüm. Rəngi YaĢıl Milin rəngi
ilə eyni çalarda olan döĢəmənin üstündəki nəmli zolaqlar qurumaqda
idi. Kameranın düz ortasında nərdivan vardı. Adətən, bu nərdivan
edama aparılarkən məhbusların son dəfə dayandıqları yer kimi də
istifadə edilən anbar otağında saxlanırdı. Nərdivanın lap yuxarı
tərəfində bir çıxıntı vardı – fəhlə bu çıxıntıya öz alətlərini, rəngsaz isə
boya vedrəsini qoya bilərdi. Bu çıxıntının üstündə balaca fənər vardı.
Brutus onu mənə uzatdı.
– Buraya dırmaĢırmıĢ. Sənin boyun mənimkindən alçaq
olduğuna görə lap baĢa qədər dırmaĢmalı olacaqsan, qorxma, sənin
ayaqlarından tutacam.
– Ayağıma toxunanda qıdığım gəlir, – yuxarı qalxa-qalxa dedim.
– Xüsusilə də dizlərimə toxunanda. Mən bunu nəzərə alaram.
Dostları ilə paylaş: |