www.vivo-book.com
70
vaxt bir heyvanın belə yemək yediyini görməmiĢdim, hətta gözəl təlim
keçmiĢ it də belə yemirdi. Siçan tikəni yediyi müddət ərzində gözlərini
bir an belə bizdən çəkmədi.
– Ya bu ağıllı siçandır, ya da acından ölürmüĢ, – deyən yeni bir
səs eĢidildi. Bu, Bitterbak idi. O ayılmıĢdı və indi əynində yalnız
tumanla kameranın barmaqlıqlarının yanında dayanmıĢdı. O, sağ əlinin
Ģəhadət və orta barmaqları arasında eĢmə papiros tutmuĢdu, onun
polad kimi boz, dən düĢmüĢ saçlarından hörülmüĢ iki hörüyü bir
zamanlar əzələli, indi isə boĢalmağa baĢlayan çiyinlərinin üstünə
düĢürdü.
– Sən siçanlar haqqında hinduların dediyi nəsə hikmətli bir söz
bilirsənmi, BaĢçı? – siçanın yeməsinə tamaĢa edən Brutus soruĢdu. Biz
hamımız, siçanın duzlu mal əti tikəsini pəncələri ilə necə səliqəli
tutmasına və hərdən o üz-bu üzə çevirərək ətə heyranlıq və
minnətdarlıqla baxmasına, sadəcə, heyran olmuĢduq.
– Yox, – Bitterbak cavab verdi. – Bir cəsur adam tanıyırdım,
onun bir cüt əlcəyi vardı. O deyirdi ki, əlcəklər siçan dərisindən
hazırlanıb, amma mən ona inanmadım. – Sonra o, ucadan gülərək
barmaqlıqlardan aralandı, sanki onun bütün dedikləri, sadəcə, bir
zarafat idi. O, yenidən yatağına uzananda, biz çarpayının cırıltısını
eĢitdik.
Bu səs siçan üçün getmək vaxtının gəlib çatdığını bildirən bir
siqnal oldu. O, əlindəkini yeyib bitirdi, yeməyin qalıqların iylədi
www.vivo-book.com
71
(əsasən, içinə sarı xardal çəkilmiĢ çörək idi), sonra bizə tərəf baxdı,
sanki bir də görüĢəcəyimiz halda bizi tanımaq üçün üzlərimizi yadda
saxlamaq istəyirdi. Sonra geri çevrilib gəldiyi yolla qaçaraq getdi,
amma bu dəfə heç bir kameraya tərəf baxmadı. Onun bu tələskənliyi
mənə “Alisa möcüzələr diyarında” nağılındakı ağ dovĢanı xatırlatdı və
gülümsədim. O, karserin qarĢısında ləngiməyərək qapının ağzında
gözdən itdi. Beyinləri yüngülcə yumĢalmıĢ insanlar üçün bu otağın
divarları yumĢaq idi. Biz otaqdan təyinatı üzrə istifadə etmədiyimiz
vaxtlarda orada təmizləyici avadanlıq və bir neçə kitab saxlayırdıq
(əsasən Klarens Milfordun vestern – qərb kitablarını və bir də, xüsusi
hallarda ələ verilən kitab – Popey, Bluto və hətta Uimpinin –
Hamburger udanın – növbə ilə Oliv Oylun qəlbini qazanan
qəhrəmanlarından danıĢan çoxlu illüstrasiyalar ilə bəzədilmiĢ bir
kitab). Orada, Delakruanın sonralar yaxĢı istifadə üsulu tapdığı rəngli
karandaĢlar kimi, bir çox baĢqa əĢyalar da vardı. Karserdə heç kimin
geyinmək istəmədiyi bir gödəkcə də vardı: ağ, ikiqat kətandan,
arxasında düymələr, qarmaqlar və toqqalı. Biz “problem yaradan
uĢağı” bu gödəkcənin içinə bir anda necə qablaĢdırmalı olduğumuzu
yaxĢı bilirdik. Bizim itirilmiĢ oğlanlar elə də tez-tez dəlilik etmirdilər,
amma onlar coĢub özlərindən çıxanda, inan mənə, qardaĢım, onların
öz-özünə sakitləĢməsini heç kim gözləmirdi.
Brutus masanın siyirməsindən dəri cildinin üstündə qızılı
hərflərlə “ZĠYARƏTÇĠ” sözü həkk edilmiĢ böyük bir kitab çıxardı.
www.vivo-book.com
72
Adətən, bu kitab siyirmədə aylarla qalardı. Məhbusun yanına ziyarətçi
gələndə – vəkil və keĢiĢdən baĢqa – onu yeməkxananın arxasındakı
belə görüĢlər üçün ayrılmıĢ xüsusi otağa aparırdılar. Biz oranı “pasaj”
adlandırırdıq, amma bilmirəm niyə.
– Allah xatirinə, de görüm, neyləmək istəyirsən? – Brutus kitabı
açıb artıq həyatda olmayan insanların yanına gələn ziyarətçilərin
adlarının qeyd edildiyi vərəqləri çevirməyə baĢlayanda, Din Stanton
eynəyinin üstündən baxaraq soruĢdu.
– 19-cu qaydaya görə, – həmin səhifəni tapan Brutus sözə
baĢladı. O karandaĢı götürüb ucunu yaladı – bu pis vərdiĢdən o heç cür
əl çəkə bilmirdi – və yazmağa hazırlaĢdı. – 19-cu qaydada deyilir: “E
blokuna gələn hər bir ziyarətçi müdiriyyətin verdiyi sarı buraxılıĢ
vərəqəsini göstərməli və hökmən müvafiq jurnalda qeydiyyata
alınmalıdır”.
– O, deyəsən, ağlını itirib, – Din mənə dedi.
– O, bizə öz buraxılıĢ vərəqəsini göstərmədi, amma bu dəfə onu
buraxacağam, – Brutus dedi. KarandaĢın ucunu bir də yaladı və “gəliĢ
vaxtı” sütununda 9:49 yazdı.
– Əlbəttə, niyə də yox? Böyük rəislər siçanlar üçün istisnalar
edirlər, – dedim.
– Doğrudur, – Brutus mənimlə razılaĢdı. – Onun cibləri yox idi,
– masanın arxasında divardan asılmıĢ saata baxmaq üçün geri çevrildi
və sonra “Getmə vaxtı” sütununa 10:01 yazdı. Bu iki rəqəmin
www.vivo-book.com
73
arasındakı uzun sətirin baĢlığında “Ziyarətçinin adı” yazılmıĢdı. Bir
neçə an gərgin düĢündükdən sonra – ola bilsin ki, sözləri düz yazmaq
üçün, çünki bu fikrin lap əvvəldən onun ağlında olduğuna adım kimi
əminəm, – Brutus Hovell səliqə ilə yazdı: “Paroxod Billi”. O vaxtlar
əksər adamlar onu Mikki Maus kimi tayırdı. Ona görə ki, ilk səsli
multfilm göstəriləndə, o öz gözlərini fırladır, ayaqlarını yırğalayır və
kapitan körpüsündəki fitin ipini dartırdı.
– Bax belə, – Brutus dedi və kitabı bağlayıb siyirməyə qoydu. –
Ġndi hər Ģey qaydasındadır.
Mən güldüm, amma zarafat edildiyini bildiyi halda belə öz
ciddiyyətindən əl çəkə bilməyən Din qaĢlarını çatıb qeyzlə eynəyinin
ĢüĢələrini silməyə baĢladı.
– Kimsə bunu görsə, sənin ciddi problemlərin olacaq. – Bir anlıq
tərəddüddən sonra əlavə etdi: – Kimsə baĢqası! – O yenə sözünə ara
verib susdu, uzağı görməyənlər kimi gözlərini qıyaraq ətrafa baxdı,
sanki divarların qulaqları çıxıb-çıxmadığını görmək istəyirdi. Sonra
yenə dilləndi: – Kimsə, məsələn, Persi kimi bir əclaf.
– Daha nələr, – Brutus dedi. – Persi Uetmor öz arıq dalı ilə bu
masanın arxasına oturan gün mənim təqaüdə çıxacağım gün olacaq.
– Sən onda burada olmayacaqsan, – Din dedi. – Səni ziyarətçilər
kitabında yazdıqlarına görə çoxdan qovmuĢ olacaqlar, əgər Persi lazım
olan sözü lazım olan adamın qulağına desə. Ġnan, o bunu eləyə bilər.
Sən də bunu yaxĢı bilirsən.
Dostları ilə paylaş: |