www.vivo-book.com
82
gedəndə, mənə elə gəlirdi ki, çox balacayam, elə balacayam... demək
olar ki, lap siçan kimi. Balaca qalacağımdan elə qorxurdum ki, az
qalırdı, ürəyim partlasın. Bilirsənmi onda nə etdim?
Dinməzcə baĢımı buladım. Bayırda yenə küləyin vıyıltısı
eĢidildi. Tirlərin arasındakı hörümçək toru cırılmıĢ krujeva kimi
yellənirdi. Həyatım boyu heç vaxt bu qədər çox kabus və xəyalların
olduğu bir yerdə olmamıĢdım və məhz burada, dayanıb bizə bu qədər
əzab-əziyyət vermiĢ makaranın qırıqlarına baxanda, birdən Con
Koffinin YaĢıl Mil ilə gedərkən ürəyimdən keçən hislərin nə olduğunu
baĢa düĢdüm: mən daha burada iĢləyə bilməyəcəkdim. Artıq mənim
vecimə deyildi – Depressiya var, ya yoxdur: daha insanların mənim
kabinetimdən keçərək necə ölümə getdiklərinə baxa bilmirdim. Hətta
bir nəfər belə baĢqa məhbus gəlsəydi, bu da məndən ötrü həddən artıq
çox olacaqdı.
– Mən öz anamdan onun burun dəsmallarından birini istədim, –
Brutus dedi. – Özümü balaca hiss edib ağlamaq istəyəndə, anamın
dəsmalını çıxarır, ondan gələn ətri iyləyir və özümü daha yaxĢı hiss
edirdim.
– Sən demək istəyirsən ki... Necə? Yəni bizim bu siçan
Delakruanı xatırlamaq üçün o makaranın qırıqlarınımı çeynəyirdi?
Yəni biz siçandan danıĢırıq, elə deyilmi?
O nəzərlərini qaldırdı. Bir anlıq mənə elə gəldi ki, onun gözləri
yaĢarıb, amma zənnimcə, yanılırdım.
www.vivo-book.com
83
– Mən heç nə demək istəmirəm, Pol. Lakin o çubuqları burada
tapdım və onlardan gələn nanəli kökənin ətrini hiss etdim, lap elə
sənin kimi – axı sən də bu ətri hiss etdin! Mən daha belə iĢləyə
bilmirəm. Daha burada iĢləmək istəmirəm. Mənə elə gəlir ki, bircə
nəfəri də o lənətə gəlmiĢ stulda görsəm, dərddən öləcəyəm. Bazar
ertəsi rəhbərlikdən xahiĢ edəcəyəm ki, məni azyaĢlılar üçün olan
koloniyalardan birinə keçirsinlər. Bura baĢqa bir məhbus gələnədək
yerimi dəyiĢə bilsəm, nə əla olar, yox, əgər bu mümkün olmasa, onda
iĢdən çıxacağam və yenə öz fermamıza qayıdacağam.
– Öz həyatın boyu daĢlardan baĢqa nə becərmisən?
– Bunun heç bir əhəmiyyəti yoxdur.
– Mən nə demək istədiyini baĢa düĢürəm, – dedim. –
FikirləĢirəm ki, səninlə birlikdə mən də bu zəhrimara qalmıĢ iĢdən
çıxım.
O, bir müddət diqqətlə mənim üzümə baxdı, sanki yenə zarafat
edib-etmədiyimi müəyyənləĢdirmək istəyirdi, sonra dinməzcə baĢını
yırğaladı, guya hər Ģey artıq razılaĢdırılmıĢdı. Yenidən küləyin vıyıltısı
eĢidildi, amma bu dəfə elə güclü əsirdi ki, onun təzyiqinə davam
gətirməkdə zorlanan tavan tirləri cırıldadı. Biz təlaĢla ətrafa, üzünə
parça çəkilmiĢ divarlara baxdıq. Bir anlıq mənə elə gəldi ki, biz
Uilyam Uortonun səsini eĢitdik – Körpə Billinin yox, onun yox. Bizim
üçün hələ Bloka gəldiyi ilk gündən o, “Azğın Billi” idi. O, tez-tez
qıĢqırır və gülərək bizə deyirdi ki, ondan canımızı qurtaranda, həddən
www.vivo-book.com
84
artıq sevinəcəyik. Bir də deyirdi ki, biz onu heç zaman yaddan
çıxarmayacağıq. Ġndi boynuma alıram ki, onun dedikləri həqiqət oldu.
O, haqlı çıxdı.
Brutusla həmin axĢam karser kamerasında razılaĢdığımız
məsələyə gəlincə, hər Ģey elə qərar verdiyimiz kimi də oldu. Elə bil,
həmin axĢam biz rənglənmiĢ taxtanın xırda qırıqları üzərində təntənəli
and içmiĢdik. Heç birimiz həmin gündən sonra edam prosesində iĢtirak
etmirdik. Con Koffi sonuncu oldu.
İkinci Hissə
Siçan Yaşıl Mildə
1
Həyatımdakı bütün qeyri-müəyyənliklərə aydınlıq gətirdiyim,
dolaĢıq fikirlərimi sahmana saldığım qocalar evinin adı Corciya Paynz
idi. Bu yer Atlantanın təxminən 100 kilometrliyində, əksər insanların
həyatından – səksən yaĢına çatmamıĢ və belə deyək ki, sadəcə öz
həyatlarını yaĢayan insanlardan – iki yüz iĢıq ili məsafədə yerləĢir. Bu
sətirləri oxuyan sizlər çox diqqətli olmalısınız ki, gələcəyinizdə belə
www.vivo-book.com
85
məkanlara yer olmasın. Əslində, bu məkan əksər cəhətlərinə görə elə
də qorxulu yer deyil: burada kabel televiziyası var, dadlı yeməklər
verilir (baxmayaraq ki, insanın çeynəyə biləcəyi çox az Ģey var),
amma müəyyən mənada, bu məkan da bir növ Kold Mauntindəkı “E”
bloku kimi ölüm kamerasıdır.
Burada hətta bir oğlan var ki, mənə bir qədər, yalnız Ģtatın
qubernatorunun qohumu olduğuna görə YaĢıl Mildə iĢə qəbul edilmiĢ,
Persi Uotmoru xatırladır. DüĢünmürəm ki, buradakı oğlanın nüfuzlu
qohumları var – baxmayaraq ki, o özünü lap elə Persi Uotmor kimi
aparır. Onun adı Bred Dolandır. O, lap Persi kimi, durmadan öz
saçlarını darayır və onun arxa cibində oxumaq üçün hər zaman nəsə
bir Ģey olur. Persi yanında hər zaman “Argosi” və “KiĢilərin
macəraları” kimi jurnallar gəzdirərdi, Bredin yanında isə “Ədəbsiz
lətifələr” və “Pozğun lətifələr” adlı nazik qabıqlı kitablar olur. O,
həmiĢə insanlara belə suallar verir: “Nə üçün fransız küçəni keçdi?” və
ya, “Bir lampanı yerinə bağlamaq üçün neçə polyak lazımdır?” və
yaxud, “Harlemdəki dəfn mərasimində tabutu neçə nəfər daĢıyırdı?..”
Persi kimi, Bred də baĢdan xarabdır və onun anlayıĢına görə, içindən
bədxahlıq yağmayan heç nə gülüĢ doğura bilməz.
Bu günlərdə Bredin dediyi bir söz mənə çox ağıllı və incə
yumorlu gəldi. Lakin onun ağlına o qədər də inanmıram, çünki zərb-
məsəldə deyildiyi kimi, hətta durmuĢ saat da gündə iki dəfə vaxtı düz
göstərir. “Poli, sənin bəxtin yaman gətirib, səndə qocalarda olan
Dostları ilə paylaş: |