www.vivo-book.com
90
– Qorxmadığını haradan bilirsən?
– Bir dəfə də gəlmiĢdi. Persi də onu görüb. Billi isə ona
“Paroxod Billi” adını verib.
Bu sözləri eĢidəndə Persi qəribə tərzdə fınxırdı, amma heç nə
demədi. O, dəyənəyi indi daha sürətlə əlinə vururdu.
– Bir ora bax! – Din dedi. Siçan artıq masaya lap yaxınlaĢmıĢdı.
– Mənə maraqlıdır, bəlkə o, yenə keçən dəfəki kimi edəcək?!
Siçan sanki ata qatilinin iyindən xoĢu gəlmirmiĢ kimi,
Prezidentdən bir xeyli aralı keçərək yaxınlaĢdı. O, iki boĢ kameranı
yoxladı, hətta üstündə döĢək olmayan çarpayılardan birinin altına girib
nəyisə iylədi və yenə YaĢıl Milə döndü. Persi isə öz dəyənəyini əlinə
döyəcləyə-döyəcləyə sakitcə yerində dayanmıĢdı, sanki geri
qayıtdığına görə siçana yaxĢıca dərs vermək istəyirdi.
– UĢaqlar, nə yaxĢı ki, bu siçanı Qoca Qığılcımın qucağına
oturtmalı deyilsiniz, – Bill təbii bir maraqla dedi. – Yoxsa onun
pəncələrini bağlamaq və baĢına dəbilqəni geyindirmək üçün xeyli
əziyyət çəkməli olardınız.
Persi yenə də bir söz demədi, amma əlindəki dəyənəyi
barmaqlarının arasında siqar kimi astaca sıxdı.
Siçan, keçən dəfəki kimi, yenə masadan təxminən bir metr
aralıda dayandı, barmaqlıqlar arxasındakı məhbus kimi, gözlərini Dinə
zillədi. O, gözlərini döndərib bir anlıq Billə baxandan sonra nəzərlərini
www.vivo-book.com
91
ondan ayırıb yenə diqqətini Dinə yönəltdi. Elə bil Persini heç
görmürdü.
– Necə də cəsurdur, balaca Ģeytan. Mən bunu ona verməliyəm, –
deyəndən sonra Billi səsini bir balaca ucaltdı: – Ey! Ey! Paroxod Billi!
Siçan yerində azca qımıldandı və qulaqlarını tərpətdi, amma heç
hara qaçmadı və hətta qaçmaq istədiyinin iĢarəsini belə vermədi.
– Ġndi buna tamaĢa elə, – deyərək Din Brutusun siçana necə
buterbrod tikəsi verdiyini xatırladı. – Bilmirəm, o bunu edəcək, ya
yox...
O, quru Ritz peçenyesindən bir tikə qoparıb düz siçanın önünə
atdı. Siçan öz iti və qara gözləri ilə narıncı tikəyə, sadəcə, baxdı. O,
tikəni iyləyəndə nazik uzun bığları hərəkətə gəldi. Sonra pəncələrini
uzadıb quru peçenye tikəsini götürdü, yerə oturaraq yeməyə baĢladı.
– BaĢıma xeyir! – Bill ucadan dedi. – Lap məhəllə keĢiĢinin
Ģənbə günündə yediyi kimi yeyir, tamam səliqə ilə.
– Amma o mənə qarpız yeyən zəncini xatırladır, – Persi istehza
ilə dedi, lakin nəzarətçilərdən heç kim onun dediklərinə əhəmiyyət
vermədi. BaĢçı ilə Prezident də onun dediklərini qulaqardına vurdu.
Siçan isə quru peçenyeni yeyib bitirdikdən sonra da öz məharətli
quyruğu ilə müvazinətini saxlayırmıĢ kimi gözlərini masadan
çəkməyərək tərpənmədən yerində oturmuĢdu.
www.vivo-book.com
92
– Ver, mən də yoxlayım. – deyərək Bill quru peçenyedən bir tikə
qopardı, masanın üstündən irəli əyildi və tikəni ehtiyatla siçanın önünə
atdı. Siçan tikəyə yaxınlaĢıb onu iynəsə də, toxunmadı.
– Hə.., – Bill dedi. – Deyəsən, daha ac deyil.
– Heç də yox, – Din dilləndi. – O, sənin müvəqqəti iĢçi olduğunu
bilir, əsl səbəb budur.
– Müvəqqəti? Mən? Buna sözünüz varmı?! Mən burada ən azı
Harri Tervilliger qədər iĢləmiĢəm. Bəlkə də ondan da artıq!
– Özündən çıxma, köhnə dost, özündən çıxma, – Din
gülümsəyərək dedi. – Bax və gör ki, mən düz deyirəm, ya yox, –
deyərək, daha bir quru peçenye tikəsini siçanın önünə atdı. Siçan heç
tərəddüd etmədən məhz Dinin atdığı tikəni götürüb yeməyə baĢladı,
Billin ona verdiyi yeməyə isə heç gözünün ucu ilə də baxmadı. Siçan
peçenye tikəsindən heç bir-iki diĢlək almağa fürsət tapmamıĢ, Persi
əlindəki dəyənəyi nizə atırmıĢ kimi onun üstünə tolazladı.
Siçanın balaca hədəf olduğunu deməyə ehtiyac yoxdur, amma o
balaca Ģeytanın da cəldliyini qeyd etmək lazımdır, çünki Persinin
zərbəsi elə dəqiq alınmıĢdı ki, əgər siçan vaxtında ildırım sürəti ilə
ondan yayınmasaydı, dəyənək baĢını parça-parça edəcəkdi. O, eynilə
insan kimi yerə əyildi və peçenye tikəsini yerə saldı. Ağır ağac
dəyənək onun baĢı və belinə elə yaxından keçdi ki, siçanın
peysərindəki tükləri pırtlaĢdırdı (Dinin dediyinə görə, doğrusu, mən də
onun yalançısıyam və heç özüm də onun dediklərinə bir elə
www.vivo-book.com
93
inanmıram). Dəyənək yaĢıl linoliuma çırpılandan sonra səkərək boĢ
kameranın barmaqlıqlarına tərəf uçdu. Siçan bu hücumun səhvən olub-
olmadığını aydınlaĢdırmaq üçün heç gözləmədi; baĢqa yerdə vacib bir
iĢinin olduğunu xatırlayıbmıĢ kimi, qəfildən geri dönərək sürətlə
dəhliz boyu karser kamerasına tərəf qaçmağa baĢladı.
Persi hikkəsindən bağırdı – öz istəyinə nə qədər yaxınlaĢmıĢ
olduğunu dərk edirdi axı – və yenidən siçanın arxasınca götürüldü. Bill
Doc onun qolundan tutdu, böyük ehtimalla o bunu sövq-təbii
hisslərinin diktəsi ilə etmiĢdi. Lakin Persi onun əlindən çıxa bildi.
Yenə də, Dinin dediklərin inansaq, məhz elə bu bir anlıq gecikmə
Paroxod Billinin həyatını xilas etmiĢdi, axı o, siçana çox
yaxınlaĢmıĢdı. Persi siçanı sadəcə öldürmək yox, əzib suyunu
çıxarmaq istəyirdi. Ona görə də siçanın arxasınca iri, biçimsiz
sıçrayıĢlarla, lap maral kimi, qara, “padoĢ” iĢ ayaqqabılarını döĢəməyə
bərk-bərk vura-vura qaçırdı. Siçan dəhlizdə bir neçə ziqzaq vuraraq
Persinin son iki sıçrayıĢından güclə canını qurtardı. O, son dəfə
“salamat qal, yad adam” – deyirmiĢ kimi uzun quyruğunu havada
yelləyərək kameranın qapısının arxasında gözdən itdi.
– Sənin ananı! – Persi söyərək əlini qeyzlə qapıya çırpdı. Sonra
karser kamerasına girib bu təqibi davam etdirmək üçün öz açarlarının
arasında lazım olan açarı axtarmağa baĢladı.
Din dəhlizlə onun arxasınca getdi. Lakin bilərəkdən tələsmirdi
ki, əsəblərini sakitləĢdirməyə, özünü ələ almağa vaxtı olsun. Sonralar
Dostları ilə paylaş: |