Şüa diaqnostikası ixtisası üzrə yenilənmiş nümunəvi test sualları


Bölmə 22. Sidik sisteminin, cinsiyyət üzvlərinin və hamiləlik dövrünün radioloji diaqnostikası



Yüklə 1,82 Mb.
səhifə7/13
tarix30.04.2018
ölçüsü1,82 Mb.
#40457
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Bölmə 22. Sidik sisteminin, cinsiyyət üzvlərinin və hamiləlik dövrünün radioloji diaqnostikası
395)İkiləşmiş böyrək anomaliyasının əsas fəsadı hansıdır?

A) Xərçəng

B) Nefrolitiaz

C) Pielonefrit

D) Hidronefroz

E) Nefroptoz

Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
396)Böyrək sancılarından sonraki hematuriyanın səbəbi?

A) Konkrement

B) Pielonefrit

C) Xərçəng

D) Nefroptoz

E) Hidronefroz

Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
397)Aşağıdakı müddəalardan hansı kiçik çanaq strukturları üçün yanlışdır?

A) Pelvik limfa düyünləri median sakral arteriya ətrafında konsentrasiya olunur

B) Median sakral arteriya qarın aortası bifurkasiyasından başlanır

C) Kiçik çanaq üzvlərinin arterial qan təchizatı əsasən daxili iliak arteriyaların hesabınadır

D) Kiçik yaşlı uşaqlarda sidik kisəsi abdomino-pelvik orqan sayılır

E) Pelvik divarlarda yerləşən venaların divarı çox nazikdir və pelvis zədələnmələrində bəzən ciddi qanaxma yaradır

Ədəbiyyat: Clinical Anatomy for Medical Students, Richard S. Snell, 1995
398)Ormond xəstəliyinə aşağıdakı əlamətlərdən hansı aid deyil?

A) Xroniki böyrək çatmamazlığını yaradır

B) Tək ya bilateral sidik axarı keçiriciliyinin pozulması və onların medial dislokasiyası halları

C) Retroperitoneal sahədə patoloji fibroz toxumanın hiperptrofiyası

D) Periaortit ilə fəsadlaşan idiopatik fibroz

E) Sidik axarının laterala; qarın aortası və aşağı boş venanın önə dislokasiyasının səbəbidir

Ədəbiyyat: Direct Diagnosis in Radiology, Urogenital İmaging; B.Hamm, P.Asbach, D.Beyersdorff, P.Hein, U.Lemke, 2010
399)Pionefrozun yaranmasında və onun inkişafında aşağıdakı əlamətlərdən və hallardan hansı bu xəstəliyə xarakterik deyil?

A) Postoperativ striktur yaranması ilə nəticələnir

B) Proses hər zaman bilateral olur

C) Sidik yollarında inkişaf anomaliyası

D) Sidik axarının obstruksiyası (daş, şiş və s.)

E) Həmişə peri- və paranefrit yaranması ilə müşayiət edilir

Ədəbiyyat: Direct Diagnosis in Radiology, Urogenital İmaging; B.Hamm, P.Asbach, D.Beyersdorff, P.Hein, U.Lemke, 2010
400)Böyrək distopiyasını dəqiq əks edən müddəa hansıdır?

A) Embriogenez prosesi nəticəsində böyrəklərin atipik lokalizasiyası

B) Yaş ilə əlaqəli böyrəyin normal kaudal yerdəyişməsi

C) Bədən vəziyyətini dəyişdikdə böyrəklərin sərbəst patoloji dislokasiyası

D) Nəfəsalma zamanı böyrəklərin patoloji yerdəyişməsi

E) USM zamanı datchikin kompressiyası təsiri altında böyrəyin dislokasiyası

Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред.В.Догра. Д.Рубенс. Пер.с.анг.2005.456 с.
401)Böyrək KLS-nin uzunluğu 11.7 sm¬-dır. Böyrək sinusu parenximatoz çıxıntı ilə natamam olaraq 2 hissəyə ayrılıb. Bu şəkil hansı faktor hesabına yarana bilər?

A) “İkiləşmiş böyrək” tipli anomaliya səbəbinə

B) Bertin kolonnası səbəbinə

C) Kasa-ləyən sistemində duplikasiya ola bilər

D) Yaş ilə əlaqəli nefroskleroz nəticəsində

E) Medullyar nefrokalsinoz yarada bilər

Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред.В.Догра. Д.Рубенс. Пер.с.анг.2005.456 с.
402)USM zamanı varikoseleni dəqiqləşdirmək üçün hansı sınaqdan istifadə olunur?

A) Trendelenburq sınağı

B) Pronasiya və supinasiya sınaqları

C) Qarın boşluğunun arteriyalarının kompressiyası və Reberg sınaqları

D) Zimnitski sınağı

E) Ortostatik vəziyyət və Valsalva manevri

Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред.В.Догра. Д.Рубенс. Пер.с.анг.2005.456 с.
403)Hansı etioloji faktor və səbəb varikoselin yaranmasında önəmli deyil?

A) Ormond xəstəliyi

B) Böyrəkdə venoz hipertenziya

C) Sol böyrək venasının aorto-mezenterial sahədə sıxılması sindromu -Nutcraker xəstəliyi

D) Epididimit

E) Retroperitoneal adenopatiya

Ədəbiyyat: Ədəbiyyat: İntroduction to Vascular Ultrasonography; W.Zwiebel, J.Pellerito, 2006
404)Pasiyentin hər iki böyrəyinin medullyar hissələrində çoxsaylı kalsifikatlar aşkarlanır. Bu şəkil hansı patologiyaya xarakterik deyil?

A) Hiperparatireoz (hiperkalsiemiya ilə müşayət olunan)

B) Medullyar nefrokalsinoz

C) Süngərvari böyrək anomaliyasına

D) Böyrək kanallarında asidoz yaranmasına

E) Böyrək vərəmi

Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
405)USM-də testikulyar şişin metastazları ilk növbədə hansı üzvdə axtarılmalıdır?

A) Böyrəküstü vəzlərdə

B) Prostat vəzdə

C) Qara ciyərdə

D) Retroperitoneal limfatik vəzlər qrupunda

E) Mədəaltı vəzdə

Ədəbiyyat: Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
406)Testisin ən çox rast gələn şişi aşağıdakılardan hansıdır?

A) Seminoma

B) Teratoma

C) Leydiqoma

D) Androblastoma

E) Testikulyar adenoma

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
407)Nefrokalsinozlarda böyrəyin əsasən hansı strukturları zədələnir?

A) Kortikal qat, böyrək sinusu

B) Böyrəyin medulyar piramidaları

C) Kortikal qat

D) Medulyar və kortikal sahələr bərabər .də zədələnir

E) Böyrək sinusu

Ədəbiyyat: Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
408)Hidronefroz termininə aid olan hansı müddəa daha dəqiqdir?

A) Böyrək sinusunun ölçülərinin ümumi böyüməsi

B) Böyrəkdə və sidik axarında polivektorlu genişlənməsi

C) Renal ekskresiyanın mexaniki obliterasiyası

D) Patogenezindən asılı olmayan renal kasa – ləyən sisteminin dilyatasiyasının aşkarlanması

E) Sidik ifrazatının konkrement ilə obstruksiyası

Ədəbiyyat: Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
409)Parapelvikal kistanın ən dəqiq USM simptomu hansıdır?

A) Kapsulasının xarici səthində xarakterik kalsifikasiyalar yaranır

B) Dəqiq oval və dairəvi formalı olur

C) Kasa ləyən sistemi ilə əlaqəsi mövcud deyil

D) Daxilində kalsifikasiyalar olmalıdır

E) Daxilə kapillyar qanama və kalsium yarana bilər

Ədəbiyyat: Diagnostic Imaging, Ultrasound, Ahuija 2007
410)Sidik sisteminin kalsiləşmiş konkrementlərinin aşkarlanmasında ən informativ müayinə metodu hansıdır?

A) USM müayinəsi

B) Kontrastlı KT

C) Ekskretor uroqrafiya

D) MRT – uroqrafiya

E) Nativ KT

Ədəbiyyat: Д. Странг, Секреты компьютерной томографии, 2009
411)“Peyc böyrəyi” termini hansı morfoloji dəyişikliklərə aiddir?

A) Xroniki subkapsulyar hematom ilə əlaqəli böyrəkdə yaranmış parenximianın kompressiyası

B) Böyrəyin unilateral limfostazı və proliferativ ocaqları

C) Retroperitoneal hematom və fibroz nəticəsində böyrəyin sirkulyar kompressiyası halları

D) Böyrəyin çoxsaylı angiomiolipomaları

E) Böyrək parenximasının çoxsaylı kalsium tərkibli kistaları

Ədəbiyyat: Pocket Radiologist, Abdominal; Federle, Fishman, Jeffrey, Anne, 2003
412)Sadə böyrək kistalarının KT kriteriyalardan hansı yanlışdır?

A) 0 – 20 HU densitometriyası olan homogen tərkibi

B) Möhtəviyyatın içərisində kalsinasiya olunmuş əlavələrin aşkarlanması

C) Hamar nazik divarları

D) Kontrast maddənin venadaxili vurulduqdan sonra kontrastlaşması mövcüd deyil

E) Dəqiq sərhədləri ilə ətrafı normal parenximadan seçilməsi

Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. c. 257
413)Vilms tumorun xarakterik KT görüntüsü hansıdır?

A) Böyrəyin sinusundan inkişaf edən beyin madəsində sirayət edən, dəqiq forması olmayan infiltrativ tipli sahə

B) Çoxsaylı düyünü olan, intra-ekstrarenal həcmli patoloji əlavə

C) Solitar intraparenzimatoz, daxilində qarışıq strukturlu toxuması olan ( piy və s.) məhdudlaşmış subkapsulyar sahə.

D) İri həcmli, yumru formalı, psevdokapsulası olan, intrarenal heterogen tumor

E) Diffuz yayılmış, perirenal, bərk heterogen densitometriyalı törəmə

Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. 446 c.
414)Sadalanlardan böyrək şişlərində hansı xoşxassəli deyil?

A) Düzgün cavab yoxdur

B) Angiomiolipoma

C) Reninoma

D) Onkositoma

E) Adenoma

Ədəbiyyat: Джон Г. Стрэнг, Викрэм Догра. Секреты компьютерной томографии. Грудная клетка, живот, таз. Пер. с анг. М. 2009. c. 278
415)Adrenal krizləri olan pasientlərdə Tsukerkandl cismi (paraqanqlionu) hansı tipik yerdə axtarılmalıdır?

A) Perinefral toxumalarda və renal arteriyaların distal hissəsində yerləşir

B) Abdominal aortanın bifurkasiyasından yuxarıda, aşağı mezenterial arteriyanın kötüyün perivaskulyar toxumasında aşkar edilir

C) Böyrəküstü vəzin ətrafında

D) Karotid bifurkasiya ətrafında yerləşməsi tipikdir

E) Abdominal aortanın bifurkasiyasından aşağıda, iliak arteriyaların distal hissəsində olur

Ədəbiyyat: Д. Странг, Секреты компьютерной томографии, 2009
416)Transvaginal USM zamanı hansı strukturların aksial görüntüsü ovarial follikulyar strukturlar ilə differensiasiya edilməlidir?

A) Nazik bağırsaq ilgəkləri

B) Bütün sadalanan strukturlar ovarial follikullar ilə differensiasiya edilməlidir

C) Daxili iliak arteriyalar

D) Uşaqlığın arteriyaları və venaları

E) Ovarial damarlar

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
417)Ovarial karsinoid üçün ən xarakterik USM simptomları hansılardır?

A) Daxilində qaz və kistoz komponenti olan dəqiq konturlu kapsullaşmış kütlə

B) Çanaqda yerləşən, divarında solid düyün və daxilində piy toxuması olan dəqiq konturlu törəmə

C) Çanaqda bərk konsistensiyalı, daxilində kalsifikatlar olan heterogen tumor

D) Doppler zamanı diffuz qan dövranı olan nahamar konturlu solid tumor

E) Çanaqda və abdominal boşluqda aşkarlanan heterogen, daxilində kalsifikatlar olan patoloji kütlə

Ədəbiyyat: Diagnostic İmaging, Gynecology, Hricak, 2007
418)Rokitanski – Mayer – Hauser sindromuna hansı patoloji kompleks daxil deyil?

A) Uşaqlığın hipoplaziyası ovarial funksiyanın pozulmaları və vaginal hipoplaziya kompleksi

B) Vaginal atreziya

C) Vaginal hipoplaziya, uşaqlığın və uşaqlıq borularında disgeneziya simptomokompleksi

D) Vaginal hipoplaziya

E) Normal ovariumlar, normal hormonal (ovarial) funksiya və uşaqlığın anomaliyası

Ədəbiyyat: Diagnostic İmaging, Women Pathology, Hricak, 2005
419)Berkitt limfomalarında əsasən hansı qadın pelvik üzvləri zədələnir?

A) Sidik kisəsi

B) Uşaqlıq endometriyası

C) Yumurtalıqlar

D) Uşaqlıq boruları

E) Parametrial limfatik vəzləri

Ədəbiyyat: Д. Странг, Секреты компьютерной томографии, 2009. c.422
420)Meyq’s sindromu hansı radioloji simptomokompleksdən ibarətdir?

A) Mədənin (yaxud yoğun bağırsağın) xərçəngi və ovarial metastazlar

B) Ovarial fibroma, assit və plevral boşluqda maye yığıntısı

C) Ovarial xərçəng, ağciyərlərə metastazlar və massiv abdominal mezenximima

D) Abdominal assit, hepatomeqaliya və yumurtalıqlarda kistadenomalar

E) Ovarial kistadenoma, assit və çoxsaylı peritoneal leyomiomalar

Ədəbiyyat: Дифференциальная ультразвуковая диагностика в гинекологии. Медведев М.В., Зыкин Б.И., Хохолин В.Л.
421)Aşerman sindromuna hansı morfostruktur patologiya kompleksi aiddir?

A) Polipoz ilə müşayiət olunan endometriumun hiperplaziyası

B) Vaginal hipoplaziya, uşaqlığın və uşaqlıq borularının disgeneziyası

C) Uşaqlıq borlularının hipoplaziyası

D) Çoxsaylı ovarial kistalar və endometriumun atrofiyası

E) Uşaqlıq boşluğunun obliterasiyası və endomertial fibroz bitişiklərin aşkarlanması

Ədəbiyyat: Ədəbiyyat: Diagnostic İmaging, Gynecology, Hricak 2007
422)Ultrasəs müayinəsi zamanı saktosalpinks differensiasiyası aşağıdakılardan hansı ilə aparılmalıdır?

A) Paraovarial kista

B) Peritubar kistoma

C) Seroz kistadenoma

D) Saktosalpinksin differensiasiyası bütün sadalanan patologiyaları ilə aparılmalıdır

E) Serozosele tipli kista

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
423)Serozoseledə xas olan və paraovarial kistadan fərqləndirən əsas differensial diaqnostik kriterisi hansıdır?

A) Daxili möhtəviyyat

B) Intakt yumurtalığın strukturası

C) Kapsulanın mövcud olmamağı

D) Divarönü əlavələr

E) Ölçüləri

Ədəbiyyat: Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
424)Transvaginal ultrasəs müayinəsi hansı halda az informativ sayılır?

A) Daxili endometrioz halında

B) Endometriumun hiperplastik proliferasiyası

C) Çox böyük ölçülü yumurtalıq tumorlar zamanı

D) Uşaqlığın intramural düyünlərində

E) Uşaqlıqdan kənar hamiləlikdə

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
425)USM zamanı sentripetal tipli böyüməsi olan submukoz və interstisial uşaqlıq miomasının differensiasiyası hansı fazada ən dəqiq olur?

A) Qanama zamanı olmalıdır

B) Proliferativ fazada effektlidir

C) Fazanın əhəmiyyəti olmur

D) Periovulyator faza zamanı

E) Sekretor fazada dəqiq aşkarlanır

Ədəbiyyat: Дифференциальная ультразвуковая диагностика в гинекологии Медведев М.В., Зыкин Б.И., Хохолин В.Л., 1997
426)Leyomiomaların xüsusiyyətlərinə aid ən doğru müddəa hansıdır?

A) Xoşxassəli leyomiomanın torakal metastazları mümkün deyil

B) Disseminasiya olunmuş peritoneal leyomiomalar ola bilməz

C) İntravenoz leyomiomatoz olmur

D) Yuxarıda sadalanan leyomiomaların formaların hər tipi mümkündür

E) Parazitar leyomiomalar ola bilməz

Ədəbiyyat: Diagnostic Imaging, Gynecology, Hricak 2007
427)Yumurtalığın follikulyar kistaların exoqrafik əlamətlərinə aid olan hansıdır?

A) Dinamikada vizualizasiya olunmaması yaxud tam itməsi

B) Xırda hüçeyrəli torvari quruluşu

C) Nazik kapsulu

D) Bütün variantlar doğrudur

E) Anexogen möhtəviyyat olması

Ədəbiyyat: Ультразвуковая гинекологи,я. М.Н.Буланов. Видар.2011. с.312
428)Transabdominal USM zamanı uşaqlıq boruları necə vizualizasiya olunur?

A) Hiperexogen boru şəkilli strukturlar kimi

B) Izoexogen boru şəkilli strukturlar şəklində

C) Hipoexogen boru şəkilli strukturlar kimi

D) Anexogen boru şəkilli strukturlar qörüntüsündə

E) Normada uşaqlıq boruları vizualizasiya edilmir

Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
429)Daxili endometriozun exoqrafik əlamətlərinə aşağıdakılardan hansı uyğun gəlir?

A) Miometriya boyu diffuz nöqtəşəkilli exopozitiv əlavələr

B) Miometriumda diffuz, kiçik ölçülü exoneqativ əlavə exosiqnallar

C) Miometriyanın heterogen və qarışıq exogenlikdə olması

D) Daxili endometriozun ücün qeyd edilmiş variantların hamısı doğrudur

E) Uşaqlıq cisminin ön-arxa ölçüsünün artması

Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
430)Şteyn-Levental sindromu hansı exoqrafik əlamət ilə xarakterizə olunur?

A) Hiperexogen və hiperplastik yumurtalıq stroması

B) Variantların hamısı Steyn-Levental sindromu üçün doğrudur

C) Menstrual tsikl boyu dominant follikulun və sarı cismin yaranmaması

D) Yumurtalıqların həcminin 12 sm3-dən çox olması

E) Bir müayinə sahəsində 5 mm. diametrində 10-dən çox follikulun izlənməsi

Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
431)Uşaqlıq borusu ilə yumurtalıq arasında lokalizasiya olunan, 10 sm. diametrdə olan, dəyirəvi, təkkameralı, anexogen törəmə çox güman ki hansıdır?

A) Musinos duplikasiyon serozosele

B) Seroz kistadenokarsinoma

C) Adi serozosele

D) Paraovarial kista

E) Hamar kənarı olan kistadenoma

Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
432)USM-də embrionun hərəkət aktivliyi ilk olaraq adətən hansı həftədən başlayır?

A) 8 həftədən

B) 6 həftədən

C) 16 həftədən

D) 12 həftədən

E) 4 həftədən

Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
433)Hansı damarlar prenatal göbək damarlarınən normal anatomik quruluşuna daxildir

A) Iki arteriya və iki vena

B) Bir vena və iki arteriya

C) Bir arteriya və bir vena

D) Bir arteriya və çoxsaylı vena

E) Bir arteriya və iki vena

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
434)Doppler USM zamanı göbək venasının pulsasiyası hamiləliyin hansı periodundan sonra patoloji əlamət sayılır?

A) 4- 8 həftədən sonra

B) 16-20 həftədən sonra

C) 8-12 həftədən sonra

D) 12- 16 həftədən sonra

E) 2-4 həftədən sonra

Ədəbiyyat: В. Догра: Секреты ультразвуковой диагностики 2005
435)Natamam abortun USM diaqnostikası aşağıdakılardan hansına əsaslanır?

A) Döl yumurtasında embrionun olmamağı

B) Daxilində heterogen exostrukturlar olan genişlənmiş uşaqlıq boşluğu

C) Daxili dəliyin diametrinin həddən artıq dilyatasiyası

D) Duqlas boşluğunda mayenin olmağı

E) Miometriumda periferik damarların genişlənməsi

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
436)USM zamanı heterotopik hamiləliyə hansı tipli hamiləlik deyilir?

A) Uşaqlığın borularında yaranmış döl

B) Abdominal hamiləlik zamanı kalsifikasiya (mumifikasiya) olunmuş döl

C) Uşaqlıqdaxili və uşaqlıq kənarında hamiləliyin eyni zamanda yaranması

D) Uşaqlıqdan kənarda yaranmış hər hansı bir hamiləlik

E) Uşaqlıq boynunda yaranmış hamiləlik

Ədəbiyyat: В. Догра: Секреты ультразвуковой диагностики 2005
437)Exoqrafik “qarlı fırtına” simptomu aşağıdakı patologiyalardan hansında patoqnomonik sayılır?

A) Böyük ölçülü retroxorional hematomalarda

B) Anembrioniyada

C) Beçəxor zamanı ( qovuq yoluxması)

D) Uşaqlığın adenomiozunda

E) İnkişafdan qalmış hamiləlikdə

Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
438)Plasentanın vaxtından əvvəl qopmasının exoqrafik əlaməti aşağıdakılardan hansıdır?

A) Uşaqlıq divarı ilə plasenta arasında exoneqativ sahə yaranma halı

B) Plasentanın vaxtından əvvəl yetişməsi

C) Plasentanın nazikləşməsi

D) Plasentanın qalınlaşması və iltihabı düyünlər

E) Plasentanın strukturunda anexogen sahələr

Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
439)Prenatal USM-də qarın çevrəsinin orta diametrinin ölçülməsində əsas oriyentir hansı strukturdur?

A) Dalaq və qaraciyər

B) Böyrəklər

C) Öd kisəsi

D) Mədə

E) Qaraciyər və öd kisəsi



Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
440)Prenatal USM zamanı dölün ağız boşluğundan və burun-udlaqdan inkişaf edən patoloji törəmə nə cür adlanılır?

A) Dakriosistosele

B) Epiqnatus

C) Epikantus

D) Makroqlossiya

E) Probosçis

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
441)Prenatal USM-də, III trimestr zamanı dölün dəyişilməmiş (normal) sidik axarları necə vizualizasiya edilir

A) Diametri 5 mm olan hipoexogen boru şəklində izlənilir

B) Anexogen əyilmiş boru kimi qeyd edilir

C) Sidik axarları vizualizasiya edilmir

D) Diametri 3 mm olan anexogen boru şəklində olur

E) Nazik uzun hiperexogen əlavələr kimi görüntüsü olur

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
442)Daha çox rast gələn çoxdöllü hamiləliyin növü hansıdır?

A) Dixorional, diamniotik

B) Monoxorional, monoamniotik

C) Statistik dominantlıq yoxdur

D) Monoxorional, diamniotik

E) Monoamniotik, dixorional

Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
443)Hamiləliyin II trimestrində dölün mədəsinin exoqrafik üsül ilə aşkarlanmaması hansı halda olur?

A) Diafraqmal yırtığında

B) Kardiosplenik sindromda

C) Videman-Bekvitt sindromunda

D) Qida borusunun atreziyasında

E) Yoğun bağırsağın atreziyası halında

Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.Пер.с.анг.М.2005.454 с
444)USM-də hamiləliyin I trimestirində istmiko-servikal çatmamazlığını ən erkən hansı həftədən təyin etmək olur?

A) 8 həftədən sonra

B) 16 həftədən sonra

C) 14 həftədən sonra

D) 6 həftədən sonra

E) 10 həftədən sonra

Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под.ред. В.Догра. Д.Рубенс.
445)Beçəxor (qovuq yoluxması) zamanı yumurtalıqlarda əsasən hansı kista növü vizualizasiya olunur?

A) Paraovarial kista izlənilir

B) Endometrioid kistası

C) Bilateral tekalütein kistaları mövcuddur

D) Bilateral retension kistalar

E) Follikulyar kistalar

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
446)Dölün qeyri-immun hidropsunun exoqrafik əlamətləri hansıdır?

A) Dölyanı mayenin miqdarının çoxalması

B) Abdominal assit və dərialtı ödem

C) Assit, hidrotoraks, hidroperikard

D) Qeyri-immun hidropsunun exoqrafik əlamətlərinə daxil olunmuş simptomların hamısı mövcud ola bilər

E) Plasentanın qalınlaşması

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
447)Dölün ürəyinin ən çox rast gələn şişi aşağıda qeyd edilənlərdən hansıdır?

A) Hematoma

B) Fibroma

C) Rabdomioma

D) Miksoma

E) Perikardial teratoma

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
448)Hansı patologiyada dölün başının xarici konturları ikiləşmiş kimi vizualizasiya oluna bilər?

A) Mikrosefaliyada

B) Akraniya anomaliyasında

C) Dölün qeyri-immun hidropsu zamanı

D) Makrosefaliya və ventrikulomeqaliya hallarında

E) Anensefaliyada

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
449)Plasentanın qalınlaşması hansı patologiya üçün daha xarakterikdir?

A) Dandy – Walker sindromu

B) Videman - Bekvitt sindromu

C) HELLP sindromu

D) Dölün qeyriimmun hidropsu xəstəliyi

E) Amniotik arakəsmələr sindromu

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
450)Dölün endokard fibroelastozunun əsas diaqnostik kriteriyası aşağıdakılardan hansıdır?

A) Ürək kameraların həcmlərin kiçilməsi və endokardın nazikləşməsi

B) Sağ mədəciyin miokardının yığılmanın zəif funksiyası

C) Ürək kameraların həcminin kiçilməsi

D) İntraventrikulyar arakəsmənin yığılma funksiyasınında azalma

E) Endokardın exoğenliyin artması və sol mədəciyin patoloji yığılmaları

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
451)Endometriyanın hiperplyaziyası menstrual tsiklin hansı fazasında USM ilə daha dəqiq vizualizasiya olunur?

A) Erkən proliferativ fazasında

B) Erkən sekretor fazada

C) Sekretor fazada

D) Deskvamasiya zamanı

E) Ovulyasiya zamanı

Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
452)Ovulyasiyanın exoqrafik əlamətləri hansıdır?

A) Uşaqlığın ölçülərinin kiçilməsi

B) 10 mm. diametrində yetişmiş follikul

C) Duqlas boşluğunda sərbəst maye aşkarlanması

D) Qalınlaşmış endometrium

E) Yumurtalıqların böyüməsi

Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
453)5-ildən çox postmenopauzal periodda olan qadınlarda normal endometrial M-exonun ölçüləri adətən necə millimetr olur?

A) 1 mm


B) 10 mm

C) 3 mm


D) 5 mm

E) 7 mm


Ədəbiyyat: Ультразвуковая гинекология. М.Н.Буланов. Видар.2011. с.312
454)Prenatal USM zamanı hansı serebral strukturun seçilməməyi lissensefaliya üçün diaqnostik kriteri sayılır?

A) Serebral hemisferlərinin qırışların

B) Talamusun

C) Döyənən cismin

D) Beyinciyin

E) Serebral falksın

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
455)Fetal USM zamanı ənsə nahiyədə ensefalosele, polidaktiliya və böyrəklərin kistoz displaziyası – qeyd olunan triada kompleksi hansı xəstəlikdə aşkarlanır?

A) Dandy – Walker malformasiyasında

B) Tuberoz skleroz zamanı

C) Mekkel – Qruber sindromunda

D) Arnold – Chiari malformasiyasında

E) Potter anomaliyası zamanı

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
456)Ebşteyn anomaliyasının prenatal USM zamanı əsas əlaməti hansıdır?

A) Mədəciklərarası çəpərdə defekt və aortal koarktasiyalarda

B) Trikuspidal qapağın sağ mədəcik boşluğuna, zirvəyə doğru dislokasiyası və deformasiyası

C) Trikuspidal atreziyalarda

D) Aortal stenoz və sol mədəcikdə hipoplaziyası

E) Ağciyər arteriyasının stenozu və sağ mədəcikdə hipoplaziyası

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə