|
![](/i/favi32.png) Суал Мяшял системинин истисмарыСуал-5: Korroziyaya qarşı mübarizə işləri
|
səhifə | 45/138 | tarix | 13.05.2022 | ölçüsü | 1,66 Mb. | | #86951 |
| sual cavablar (3)Суал-5: Korroziyaya qarşı mübarizə işləri (Ingibitorlarla korroziyaya qarşı mübarizə)
Ъаваб:
Ingibitorlar yüksək toksikoloжi xassələrə malik birləşmələrdən ibarət olmamalıdır.
Ingibitorlar yanğın-partlayış təhlükəsizliyi nöqteyi – nəzərindən aşağıdakı tələblərə cavab verməlidir:
-alovlanma temperaturu 550C yuxarı olmalı;
-alışma temperaturu 650C yuxarı olmalı;
-öz-özünə alışma temperaturu 2000C yuxarı olmalıdır.
Ingibitorlar sabit (dəyişməyən) komponentlərdən ibarət olmalı və minimum 1 il ərzində öz qoruyucu xassələrini və fiziki-kimyəvi göstəricilərini saxlamalıdır.
Ingibitorlar, korroziyadan qorunan sistemlərdə və basqı (vurucu) quyularının quyudibi zonasında sulfat bərpaedici bakteriyaların inkişafına şərait yaratmamalıdır.
Onlar neft veriminin artırılmasında istifadə olunan səthi aktiv maddələrlə kimyəvi reaksiyaya girməməlidir.
Ingibitorlar 100-1200C qədər temperaturda qoruyucu xassələrini saxlamalı, boru kəmərlərinin və aparatların divarlarında qətran çökmələri və yanıq əmələ gətirməməlidir.
Ingibitorlar avtosisternlərdə və ağzı klapanlarla təchiz olunmuş tutumlarda nəql edilməlidir. Tutumlar saz və germetik olmalıdır.
Bu məqsədlər üçün istifadə olunan avtosisternlərin və tutumların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan təhlükəlidir!» və yanar məhlullar üçün qəbul olunmuş digər xəbərdaredici yazılar və işarələr olmalıdır. Avtosisternlər mütləq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
Ingibitorlar doldurulan və boşaldılan ərazidə siqaret çəkmək və oddan istifadə etmək qadağandır.
Ingibitorların doldurulması və boşaldılması işinə, onların təhlükəli xüsusiyyətləri haqqında xüsusi təlim keçmiş fəhlələr buraxılır.
Işlənmiş qazların səsboğucu borusu qığılcımsöndürənlə təchiz olunmalı və avtosisternin mühərrikindən qabağa çıxarılmalıdır.
Avtosisternlərin ingibitorlarla doldurulması, boşaldılması prosesini azı 2 nəfər yerinə yetirməlidir.
Avtosisterni ingibitorla doldurarkən partlayış təhlükəli qatılığın əmələ gəlməsinin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görülməlidir. Tutum qabaqcadan su buxarı və ya təsirsiz qazla üfürülməli və ya müvafiq texniki yuyucu vasitələrlə yuyulmalıdır.
Avtosisterndə lyukun açılması və dirsəyin bərkidilməsi zamanı işçilər küləkdöyən tərəfdə dayanmalıdırlar.
Bu proseslər zamanı doldurma estakadasının 100m radiusunda bütün təmir işləri dayandırılmalıdır.
Ingibitorlar avtosisternə doldurularkən və quyuya vurularkən odlu işlərin aparılması, siqaret çəkilməsi qadağandır.
Avtosisterni doldurduqdan sonra şlanq tam boşaldılmalı, ingibitorun yerə tökülməsinə yol verilməməlidir.
Ingibitorlar üzvi həlledici əsaslı olduqda, onların nəql edilməsində istifadə olunan boru kəmərləri və doldurma estakadalarının dayaqları yerləbirləşdiriciyə bərkidilməlidir.
Avtosisterni ingibitorla dolduranda və ya boşaldanda onun gövdəsi yerləbirləşdirici qurğuya, əgər o yoxdursa, 0,5 m-dən az olmayan dərinliyə sancılmış daşınma yerləbirləşdirici milə etibarlı bərkidilməlidir.
Avtosisterni, yalnız doldurma, boşaldılma prosesi qurtardıqdan sonra yerləbirləşdirici qurğudan ayırmağa icazə verilir.
Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən çox olmamalı, məftilin bir ucu boşaldılan boruya, digər ucu isə şlanqın ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən qığılcım yaratmayan metaldan olmalıdır.
Üzvi həlledici əsaslı ingibitorların boru kəmərlərinə və tutumlara verilmə sürəti aşağıdakı göstəricilərdən artıq olmamalıdır:
xüsusi həcmi elektrik müqaviməti 105 Om.m –dən çox olmayan mayelər üçün – 10 m/san;
xüsusi həcmi elektrik müqaviməti 105 Om.m-dən çox, 109 Om.m-dən az olan mayelər üçün – 5m/san;
c) xüsusi həcmi elektrik müqaviməti 109 Om.m-dən çox olan mayelər üçün – 1,2 m/san (boru kəmərinin diametri 200 mm-ə qədər olanda).
Statik elektriklənmənin qarşısını almaq üçün avtosisternə yerin səthinə toxunan zəncir bərkidilməlidir.
Ingibitorun tənəffüs klapanı ilə təchiz edilməmiş tutumda saxlanılması qadağandır.
Ingibitorla doldurulmuş tutumların və quyuların yanında yerləşdirilmiş qurğuların üzərində müvafiq xəbərdaredici işarələr olmalıdır.
Ingibitor saxlanılan yer mütləq hasarlanmalı, bənd çəkilməli və yanğın təhlükəsizliyi qayda və normalarına uyğun lazımi yanğınsöndürücü vasitələrlə təchiz edilməlidir.
Ingibitorun quyuya vurulmasından əvvəl görüləcək işlərin planı tərtib olunmalı və cavabdeh rəhbər şəxs təyin edilməlidir. Iş planı hər quyu üçün ayrılıqda tərtib olunmalı, neft və qazçıxarma idarəsinin baş mühəndisi tərəfindən təsdiq edilməli və yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmalıdır.
Işə başlamazdan əvvəl işçilər mütləq aşağıdakılarla tanış olmalıdır:
görüləcək işlərin xarakteri, baş verə biləcək təhlükəli hallar və təhlükəsizlik tədbirləri;
qurğuların və quyu ağzının birləşmə sxemləri və ingibitorların vurulmasının texnoloжi reжimi;
qəza halları baş verərsə, görüləcək tədbirlər.
Işlərin təhlükəsizliyini təmin etmək üçün ingibitoru vurmazdan əvvəl avadanlıqların, mexanizmlərin, siqnal, nəzarət-ölçü cihazlarının və başqa qurğuların saz olmasını yoxlamaq lazımdır.
Vurucu aqreqatı quyuağzı armatura birləşdirdikdən sonra basqı xəttinin germetikliyi reagent vurulmamışdan əvvəl su ilə gözlənilən işçi təzyiqdən 1,5 dəfə artıq təzyiqlə sınanmalıdır.
Ingibitor verilən zaman basqı xəttində əks klapan, bağlayıcı qurğu, quyuağzı armaturda isə manometr olmalıdır. Əks klapan, bağlayıcı qurğu və manometr dozator nasosunda da qoyulmalıdır.
Ingibitoru quyuya vurarkən işçilərin quyu ağzında və basqı xəttinin yaxınlığında dayanması qadağandır.
Ildırım çaxan zaman ingibitorun boşaldılması, doldurulması və quyuya vurulması dayandırılmalıdır.
Ingibitorları quyuya vurarkən onların buxarlarının və qazlarının qurğuların yerləşdiyi sahədə və quyu ağzında yol verilən qatılığı (YVQ) sanitariya normalarından çox olmamalıdır. Qazların qatılığı səyyar qaz analizatoru ilə ölçülməlidir. Qazların qatılığı YVQ-dən çoxdursa, onların azaldılması üçün tədbirlər görülməlidir.
Ingibitorla işləyən zaman bu Qaydaların və həmçinin [8, 9, 291]-in tələblərinə əməl olunmalıdır.
Dostları ilə paylaş: |
|
|