Суал Мяшял системинин истисмары


Суал-5: Tutumlarda, çənlərdə (rezervuarlarda, тутумларда) və aparatlarda işlər



Yüklə 1,66 Mb.
səhifə66/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   62   63   64   65   66   67   68   69   ...   138
sual cavablar (3)

Суал-5: Tutumlarda, çənlərdə (rezervuarlarda, тутумларда) və aparatlarda işlər

Ъаваб:

  • Qurğuların və avadanlıqların normal işləməsinin tə­mi­ni məqsədi ilə texnoloжi avadanlıqların planlı-xəbərdarlıq tə­mi­rinin illik qrafiki tərtib edilməli və təsdiq olunmalıdır.

  • Təmir işlərinə başlamazdan qabaq, aparatlar, çən­lər, avadanlıqlar mövcud qaydalara riayət edilməklə hazır­lan­ma­lı və təmizlənməlidir.

  • Tutumlarda, çənlərdə və aparatlarda təmir işlərinin (təs­diq olunmuş və planda nəzərdə tutulmuş işlər) yerinə yeti­ril­məsinə cavabdeh olan şəxs idarənin əmri ilə təyin olunur.

  • Tutumlarda, çənlərdə və aparatlarda təmir işlərinin apa­­rılmasına yalnız bu işlərin hazırlanmasına və aparılmasına ca­vabdeh şəxs göstərilməklə «Tapşırıq-icazə» tərtib edildikdən sonra başlamaq olar.

  • Qurğuda təmir işlərinin aparılmasına hazırlıq aktı olduqdan sonra icazə verilir.

  • Neft və qazın hazırlanması qurğularının ayrı-ayrı ava­dan­lıq­larının və ya texnoloжi bloklarının akt üzrə təmirə verilməsinə icazə verilir.

  • Təmir işləri aparılan yerlərdə təhlükəsizlik plakat­ları və xəbərdaredici yazılar asılmalıdır.

  • Təmir işləri aparılarkən işçilər qoruyucu dəbilqədən istifadə etməlidirlər.

  • Hündürlükdə təmir işlərinin aparılması üçün ayaq­altılar və taxtabəndlər (lesa) quraşdırmalıdır

  • Təmizlənmiş və təmirə hazırlanmış çən, avadanlıq və ya aparatdan götürülmüş hava nümunəsinin tərkibində buxar və qaz qarışığının miqdarı buraxıla bilən sanitar normalarından yüksək deyilsə, oksigenin həcmi miqdarı 19%-dən aşağı deyilsə və çən, avadanlıq, aparata kənardan zərərli buxar və qazın daxil olması ehtimalı yoxdursa, təmir işlərinin əleyhqazdan istifadə etmədən aparılmasına icazə verilir.

  • Bu işlərin aparılmasına sahə, qurğu rəisi yazılı icazə ver­mə­li­dir.

  • Qaz təzahürü olarsa, həmçinin qonşu qurğuda və ya obyektdə qəza baş verərsə, təmir işləri dərhal dayandırılmalı və işçilər təhlükə zonasından kənarlaşdırılmalıdırlar.

  • Işə yenidən, yalnız hava nümunəsinin təkrar analizindən sonra, qaz qarışığının buraxıla bilən sanitar normalarından yüksək olmadığı hallarda başlamaq olar.

  • Avadanlığın sökülməsi və təmiri zamanı hissələrin yu­yulması üçün yanğın - partlayış təhlükəsi olmayan xüsusi yu­yu­cu məhlullardan istifadə edilməlidir. Bu məqsədlə benzin və digər asan alışan mayelərdən istifadə etmək qadağandır.

  • Partlayış təhlükəli otaqlarda təmir işləri daima iş­ləyən sorucu ventilyasiya altında aparılmalıdır.

  • Təmir işləri sutkanın işıqlı vaxtında aparılmalıdır. Sut­kanın qaranlıq vaxtı bu işlər yalnız qurğu rəisinin yazılı ica­zə­si ilə aparıla bilər. Təmir işləri sutkanın qaranlıq vaxtı apa­rıldıqda işçi zona lazımi səviyyədə işıqlandırılmalıdır.

  • Aparatların, tutumların, boru kəmərlərinin qay­naq tikişlərindəki qüsur və zədələrin döyülüb pərçimləmə ilə ara­dan qaldırılmasına icazə verilmir.

  • Kolon tipli aparatların təmirində boşqabların sö­kül­məsi yuxarıdan aşağıya doğru aparılmalıdır. Boşqabların his­sələri kolondan kənarda yığılmalıdır.

  • Hər bir elektrik avadanlığının və işıqlandırıcı qur­ğu­nun açılması və təmiri yalnız elektrotexniki heyət tərəfindən yerinə yetirilməlidir.

  • Təmirdən sonra bütün aparatlar, tutumlar, boru xət­ləri təzyiqə sınanmalıdır. Təzyiqlə sınanma bütün sızmalar ara­dan qaldırılanadək davam etdirilməlidir.

  • Aparılmış təmir işləri barəsində qurğunun paspor­tun­da qeydiyyat aparılmalıdır.

  • Aparatların, çənlərin və s. bu kimi avadanlıqların qa­palı fəzasında işləməsi nəzərdə tutulan bütün şəxslər mümkün təhlükələr, təhlükəsizlik tədbirləri, ilk tibbi yardım göstərilmə və qəza şəraitində hərəkət etmə qaydaları üzrə təlimatlan­dırıl­malıdırlar.

  • Qapalı fəzanın daxilində işlərin aparılmasına ha­zır­lıq işləri, texnoloжi heyət tərəfindən mümkün təhlükələr haq­qında mükəmməl məlumatı olan mühəndis-texniki işçinin rəh­bər­liyi altında yerinə yetirilməlidir.

  • Qapalı fəzada işlər, bir qayda olaraq, sutkanın işıqlı vax­tında aparılmalıdır. Qəza zamanı işlər sutkanın qa­ran­lıq vaxtı apa­rıla bilər. Hər bir qurğuda qapalı fəzada işlərin sut­ka­nın qa­ran­lıq vaxtı aparılması tələb olunan mümkün qəza hal­la­rının təş­ki­la­tın rəhbərləri tərəfindən təsdiq edilmiş siyahısı olmalıdır.

  • Qapalı fəzada işlərin yerinə yetirilməsindən əvvəl, bu işlərin aparılmasına Tapşırıq-icazə tərtib olunmalıdır Tapşırıq-icazəni verməyə hüququ olan şəxslər təş­ki­latın rəhbərliyi tərəfindən təsdiq olunurlar. Bu şəxslər rəhbər iş­çilərdən təyin edilir.

  • Qapalı fəzaya girişə və bu fəzada iş zamanı təh­lü­kə­sizliyə görə məsuliyyəti Tapşırıq-icazəni verən şəxs daşıyır. Müm­kün təhlükələrin qarşısını almaq üzrə tədbirlər onun vəzifə bor­cuna daxildir.

  • Statik elektrik yükünün yığılmasına yol verməmək üçün avadanlıqlar və tutumlar yerləbirləşdirməlidir.

  • Şlam və işlədilmiş yuyucu mayelər onlar üçün nə­zərdə tutulmuş xüsusi yerə yığılmalıdır.

  • Qapısı və ya lyuku olan qapalı fəza (tutum), üfü­rül­dükdən sonra açıq saxlanılmalı, fəzanın havası isə böyük həcm­li təmiz havanın vurulmasına hesablanmış mexaniki sistem­li məcburi ventilyasiyanın köməyi ilə dəyişdirilməlidir.

  • Qapalı fəza təmizləndikdən və havası dəyiş­di­ril­dik­dən sonra belə, yerinə yetiriləcək işin (məsələn: qaynaq və kəsmə, rəng­ləmə, üz çəkmə və s.) nəticəsində zərərli qarışıqların təsa­dü­fən bu fəzaya düşməsinin qarşısını almaq məqsədi ilə, həmçinin çirkləndirici maddələrin və ya yaranmış istinin kənarlaşdırılması üçün mexaniki ventilyasiya sisteminin işi davam etdirilməlidir.

  • Qapalı fəzaya işçiləri buraxmazdan qabaq, bu fə­za­nın hava mühitinin analizi aparılmalıdır.

  • Qapalı fəzadan hava nümunəsinin götürülməsi (ya­nar qazların qatılığını, oksigenin çatışmamazlığını, təhlükəli kim­yəvi qatışıqların fiziki mövcudluğunu təyin etmək üçün) bu­na icazəsi olan heyət tərəfindən yerinə yetirilməlidir. Bu məq­səd­lə işlədilən cihazlar partlayışdan mühafizə icralı olmalı və yox­la­nıl­malıdırlar.

  • Qapalı fəzaya hava nümunəsi götürmək üçün daxil olan işçi avtonom tənəffüs aparatlarından və ya şlanqlı əleyh­qaz­dan istifadə etməlidir. Tənəffüs aparatlarının növünü Tapşırıq-icazə verən şəxs müəy­yənləşdirir. Təcridedici əleyhqazdan istifadə etmək qadağandır.

  • Hava mühitinin nümunəsinin götürülmə qaydası və qapalı fəzada hava mühitinin tər­ki­bi­nin analizinin nəticələri Tapşırıq-icazədə qeyd edilməli, analizi apa­ran şəxsin imzası ilə təsdiq edilməlidir.

  • Qapalı fəzada işləyən bütün avadanlıqların intiqalı (məsələn: qarışdırıcı qurğular) və qidalanma mənbəyi dayan­dı­rıl­ma­lı, paylayıcı şitdə yerləşən müvafiq elektrik açarları blok­lan­ma­lı və xəbərdaredici nişanlarla təchiz edilməlidirlər.

  • Işlərin aparılmasına məsul şəxs işçilərin bilavasitə qa­palı fəzaya daxil olmasından qabaq, sual-cavab etməklə, on­la­rın əhval-ruhiyyəsini yoxlamalı, briqadanın bütün heyətini təhlü­kə­siz iş üsulları ilə təkrar təlimatlandırmalı, alətlərin, FMV-in key­fiyyətinin iş şəraitinə uyğunluğunu yoxlamalı, hər bir işçinin öz funksiya və vəzifə borclarını bilmələrinə əmin olmalıdır.

  • Qapalı fəzada bir işçinin işləməsinə icazə ve­rilir. Işin xüsusiyyətlərindən asılı olaraq qapalı fəzada bilavasitə iki və ya bir neçə işçinin olması tələb olunarsa, əlavə təhlü­kə­siz­lik tədbirləri işlənib-hazırlanmalı və onlar Tapşırıq-icazədə gös­tə­ril­məlidir.

  • Işçi qapalı fəzaya daxil olduqdan sonra, o, me­xa­nizm­lərin təsadüfən işə düşməsinin qarşısını alan tədbirlər gör­mə­lidir.

  • Qapalı fəzada işlər aparılarkən mümkün qəza və­ziy­yətindən sığorta məqsədi ilə girişdə və ya çıxışda iki nəfərdən az olmamaqla müşahidəçilər qoyulmalıdır.

  • Müşahidəçilər qapalı fəzada işləyən işçilərlə daima əla­qə saxlamalı, şlanqlı əleyhqazın şlanqı və qəbuledici qol­bo­ru­su­nun düzgün vəziyyətdə saxlanılmasını izləməli, tənəffüs apa­rat­la­rını hazır vəziyyətdə saxlamalıdırlar.

  • Qapalı fəzaya daxil olan şəxslər qayışlı qoruyucu kə­mər taxmalıdırlar.

  • Qoruyucu vasitələrdə hər hansı bir nasazlıq aşkar olu­narsa və ya işçi özünü pis hiss edərsə, qapalı fəzada işlər da­yan­dırılmalı, işçi dərhal oradan çıxarılmalıdır.

  • Qapalı fəzada tez alışan mayelərin və ya qazların möv­cudluğu aşkar olunarsa, işlər dərhal dayandırılmalıdır.

  • Hər bir qurğu və ya obyekt üzrə aparatların, çən­lə­rin və avadanlıqların işə hazırlıq qaydası, məhsullardan, zərərli mad­dələrdən boşaldılması, onların buxara verilməsi, yuyulması, havasının dəyişdirilməsi sxemləri və işçilərin təhlükəsizliyini tə­min edən digər tədbirlər işlənib hazırlanmalıdır.

  • Daxili baxış və təmizləmə üçün açılan aparatlar, çən­lər və avadanlıqların işi dayandırılmalı, onlar məhsuldan bo­şal­dılmalı, işləyən aparatlardan ayrılmalı, buxara verilməli və ha­vası dəyişdirilməlidir.

  • Buxara verilmənin, üfürülmənin davam etdirilmə müddəti, su ilə yuyulmanın zəruriliyi, havanın dəyişdirilməsi hər bir kon­kret hal üçün ayrılıqda müəyyən edilir.

  • Açılmalı aparatlarla, çənlərlə və avadanlıqlarla əla­qəli bütün boru xətləri qapayıcıların və siyirtmələrin köməyi ilə bağlanmalıdır.

  • Hazırlıq işləri zamanı aparatlardan, çənlərdən və ava­danlıqlardan neftin və neft məhsullarının istehsalat kana­li­za­si­yasına axıdılması qadağandır. Bu məhsullar xüsusi tutumlara yığılmalıdır.

  • Çənin (rezervuarın) buxara verilməsi yuxarı lyuk­lar­dan birinin açıq vəziyyətində aparılmalıdır.

  • Buxar aşağı lyukdan rezin boru vasitəsilə ucluğu çə­nin mərkəzinə istiqamətləndirilməklə, çənin diametrinin 1/4 nis­bəti məsafəsində yerləşdirilməklə verilməlidir.

  • Buxara vermə zamanı çənin (rezervuarın) da­xi­lin­də temperatur 600C-dən yuxarı olmamalıdır. Üzən metal ponton ol­duqda çənin yuxarı və aşağı hissələri (pontonun üstü və altı) ayrı-ayrılıqda buxara verilməlidir.

  • Sintetik pontonu olan çənin daxilindən buxarın sıxış­dırıl­ma­sı üçün çən su ilə doldurulmalıdır. Çəndən suyu boşaltdıqdan son­ra çənin havasının dəyişdirilməsi üçün yan lyuklar açıl­ma­lı­dır.

  • Rezin şlanqların metal ucluqları və buxar xətləri yerlə birləşdirilməlidir. Şlanqların ucluqları qığılcım verməyən me­taldan olmalıdır.

  • Açıq lyukların qapaqları lyuklara iki boltla bağ­la­na­raq qaykalarla bərkidilməlidir.

  • Hazırlıq tədbirləri qurtardıqdan sonra (buxara ver­mə, yuma və havasının dəyişdirilməsi) çənlərdə və ya apparat­lar­da havanın analizini aparmaqla yanar buxarların, qazların və ok­sigenin miqdarı müəyyənləşdirilir və Tapşırıq-icazədə qeyd edilir.

  • Üzən qapaqlı və ya pontonlu çənlərdən analiz üçün ha­va nümunəsi çənin aşağı hissəsindən qapağın (pontonun) al­tın­dan və yuxarı hissəsindən-qapağın (pontonun) üstündən götürülür.

  • Çənlərin və aparatların çirklərdən və çökün­tülər­dən təmizlənməsi üzrə aparılan işlər mexanikləşdirilməlidir. Bu iş­ləri apararkən işçilər şlanqlı əleyhqazdan istifadə etməlidirlər.

  • Çənlərin, aparatların və avadanlıqların daxili ba­xı­şı və təmizlənməsi üçün açılmasına ancaq bu işlərin hazırlığına və aparılmasına cavabdeh şəxsin iştirakı ilə icazə verilir.

  • Aparatların, çənlərin, tutumların, boru xətlərinin və armaturun lyuklarının flans birləşmələrində yerləşən qayka­la­rı­nın açılması və bağlanması pnevmatik və ya hidravlik intiqallı qay­kabağlayıcı ilə aparılmalıdır.

  • Kolon tipli aparatlardan hava axımına yol ver­mə­mək üçün, onlarda lyukların açılması bir qayda olaraq yuxa­rı­dan aşağı aparılmalıdır.

  • Hazırlıq işlərinin aparılması zamanı qızdırılmış çən­lərin və aparatların daxilinə işçiləri buraxmazdan qabaq çən­lər və aparatlar 300C–dək soyudulmalıdır. Işlərin daha yüksək tem­peraturda aparılması tələb olunan hallar üçün əlavə təh­lü­kə­siz­lik tədbirləri (təmiz havanın fasiləsiz verilməsi, asbest kos­tyum­lardan və istilik izolyasiyalı ayaqqabılardan istifadə edil­mə­si, işdə fasilələrin tez-tez verilməsi və s.) işlənib hazırlanmalıdır.

  • Çənlərin və aparatların təmizləməsi zamanı on­lar­dan çıxarılmış çirklərin və bərk çöküntülərin yuxarıdan aşağı atıl­­ması qadağandır. Bu məqsədlə mexanikləşdirilmiş qurğu­lar­dan istifadə edilməlidir.

  • Aparatın alt lyukdan təmizlənməsi zamanı xüsusi mey­dançadan istifadə edilməlidir.

  • Hündürlükdə işlərin aparılması zamanı detalların və alətlərin aşağıda işləyən işçilərin üstünə düşməsinin qarşısını al­maq üçün çənlər və aparatlar xüsusi üst örtükləri ilə təchiz olmalıdırlar.

  • Çənlərin və aparatların təmizlənməsi zamanı bila­va­sitə qığılcım verməyən materialdan hazırlanmış alətlərdən (tə­miz­ləmə vasitələri) istifadə edilməlidir.

  • Aparatların və çənlərin daxilinin işıqlandırılması üçün gərginlikliyi 12 V-dan yuxarı olmayan partlayışdan müha­fi­zə­li daşınma çiraqlardan istifadə edilməlidir.

  • Çən, dibində qalmış məhsuldan təmizlənmək üçün, su ilə doldurulmalı və üzə çıxan məhsul boşaldılmalıdır.

  • Bloklu üfqi-silindrik aparatların və çökdürücülərin (çök­dürücü çən) çöküntülərdən təmizləmə işləri, işçilərin təmiz­lə­mə işləri zamanı aparatın içərisində olmalarının qarşısını almaq məqsədi ilə, kiçik ölçülü hidromonitorlardan istifadə edilməklə hidromexaniki üsulla aparılmalıdır. Təmizləmə işlərindən sonra aparatlar və çənlər su ilə yuyulmalıdırlar.

  • Çənin və ya aparatın daxilində işlər tamamlan­dıq­dan sonra, işçi orada kənar əşyaların olmamasını yoxlamalı, alət­ləri, çırağı müşahidəçiyə verməli və bundan sonra aparatdan kə­nara çıxmalıdır.

  • Istilik mübadiləedicilərin və ya kondensatorların me­xaniki üsulla təmizlənməsi zamanı qarşı tərəf çəpərlənməli və «Təh­lükəli zona» xəbərdaredici yazısı olan nişan asılmalıdır.

  • Hidravlik və ya kimyəvi üsulla təmizləmə işlə­rin­dən əvvəl işçilər əməyin təhlükəsizliyi üzrə xüsusi təlimat keçməli və müvafiq mühafizə vasitələri ilə təmin olunmalıdırlar.

  • Kimyəvi təmizləmə işləri aparan işçilər xüsusi ge­yim­də, rezin əlcəklər və qoruyucu eynəklər tətbiq etməklə işlə­mə­li­dirlər.

  • Dalma kondensator - soyuducunun yeşiyindən ben­zin buxarlarının təmizlənməsi üçün, lyuk açılmalı və yeşiyin ha­vası dəyişdirilməlidir.

  • Boruların üz səthinin və yeşiyin divarlarının lil və çirkdən tə­mizlənməsi təzyiq altında olan su şırnağı ilə yerinə ye­ti­ril­məlidir.

  • Kondensator-soyuducunun çirkli yeşiyinə şlanqlı əleyhqazsız düşmək qadağandır.

  • Kondensator-soyuducunun yeşiyinin təmizlənməsi iş­ləri müşahidəçilərin (iki nəfərdən az olmayaraq) iştirakı ilə aparıl­malıdır.

  • Kondensator-soyuducunun yeşiyinə düşərkən ye­şi­yin daxilində olan nərdivandan istifadə etmək lazımdır. Yeşiyin da­xilinə ilanvari borular vasitəsi ilə düşmək qadağandır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə