Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə103/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   99   100   101   102   103   104   105   106   ...   138
sual cavablar (3)

Суал-88: Полад канатлар

Ъаваб:

  • Yükqaldırma mexanizmlərinin tellənməsi üçün isti­fa­də edilən polad kanatlar t/t tələblərinə uyğun olmalıdır.

  • Bu tələblər həmçinin yük kanatı, daşıyıcı və dartıcı kimi istifadə edi­lən polad kanatlara şamil edilir.

  • Polad kanatlardan hazırlanmış yük ilməkləri müəyyən edil­miş tələblərə uyğun olmalıdır.

  • Quyuların tikilməsi zamanı tal kanatının ehtiyat möh­kəmlik əmsalı (kanatın qırılma qüvvəsinin tal kanatının işlək ucu­­nun gərilmə qüvvəsinə nisbəti) 3-dən az olmamalıdır. Müs­təs­na hal kimi ağır qoruyucu kəmər buraxılan və qəza işləri görülən za­­man bu əmsalın 2-yə endirilməsinə icazə verilir.

  • Quyuların təmiri üzrə qazma qurğuları və aq­re­qat­la­rı­nın tal sistemləri üçün müvafiq dövlət standartlarının tələb­lə­ri­nə uyğun, istismar və kəşfiyyat qazmaları üçün olan tal kanat­la­rı tətbiq edilməlidir.

  • Azdövdağtexnəzarət Komitəsinin icazəsi ilə keyfiyyətcə Azər­baycan Respublikası standartlarının tələblərindən aşağı sə­viy­yədə olmayan, xarici ölkələrdə istehsal olunmuş tal kanat­la­rın­dan istifadə etməyə yol verilir.

  • Kanatların birləşməsi onun sərbəst ucunun kouşdan ke­çirilərək hörülməsi və ya 3-dən az olmayaraq vintvari sıxacla bər­kitmək yolu ilə yerinə yetirilməlidir. Sıxaclar arasındakı mə­sa­fə kanatın diametrinin 6 mislindən az olmamalıdır.

  • Kanatın vəziyyətinə daima nəzarət edilməlidir. Ka­na­ta baxışın tezliyi işin xarakteri və şəraitindən asılı olaraq müəy­yən edilməlidir. Çıxdaşetmə və kanatın dəyişdirilməsi 7 ilə müəy­yən edilmiş meyarlara uyğun olaraq aparılmalıdır.

  • Aşağıda göstərilən hallardan biri olduqda kanatdan is­ti­fa­də etmək qadağandır:

-hörüklərindən biri qırılmışdırsa, əzilmişdirsə, kanatın bir və ya bir neçə hörüyündə tellər əzilmişdirsə;

-kanatın və ya hörüyün özəyi əzilmişdirsə;

-kanatda dalğaya və zənbiləbənzər şəkilli deformasiyalar var­dırsa, kanatın diametri artıb və ya azalmışdırsa (yerli);

-diametri 20mm-ə qədər olan kanatın bir addımında qı­rıl­mış tellərin sayı bütün tellərin sayının 5%-dən çox olarsa, dia­met­ri 20mm-dən çox olan kanatda isə qırılmış tellərin sayı bütün tel­lərin sayının 10%-dən çoxdursa;

-kanatda burulma («жuçok») vardırsa;

-səthi yeyilmə, korroziya nəticəsində kanatın diametri 7% və daha çox azalmışdırsa;

-kanatın xarici tellərinin diametri yeyilmə, korroziya nə­ti­cə­sində 40% və daha çox azalmışdırsa;

-onun üzərində yüksək temperatur şəraitində olmaq izləri (rən­ginin dəyişməsi, yanıq) və ya elektrik qısa qapanması (elek­trik qövsündən ərimə) izləri vardırsa.



  • Qazma qurğularında, əsaslı və cari təmirdə, traktor-qal­dırıcıda və digər yerlərdə calanmış kanatlardan istifadə edil­mə­si qadağandır.

  • Tal kanatlarının, həmçinin vışkaların, dorların qal­dı­rıl­ması üçün istifadə edilən kanatların, dartıcıların, qoruyucu ka­nat­ların elektrik qaynağı vasitəsi ilə kəsilməsi qadağandır. Ka­nat­ların kəsilməsini mühafizə eynəkləri (maska) tətbiq etməklə xü­susi tərtibatdan (kanatkəsən) istifadə edərək yerinə yetirmək la­zımdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə