|
![](/i/favi32.png) Суал Мяшял системинин истисмарыСуал-86: Дахилийанма мцщяррикляри
|
səhifə | 101/138 | tarix | 13.05.2022 | ölçüsü | 1,66 Mb. | | #86951 |
| sual cavablar (3)Суал-86: Дахилийанма мцщяррикляри
Ъаваб:
Daxiliyanma mühərrikinin işlənmiş qazlar sistemi işlənmiş qazların quyu ağzından 15m-dən az olmayan, intiqal blokunun yan örtüyündən 5m-dən az olmayan (işlənmiş qazlar boru xətti üfqi qoyularsa) və intiqal bloku damının səthindən 1,5m-dən az olmayan hündürlüyə (işlənmiş qazlar boru xətti şaquli qoyularsa) çıxarılmasını nəzərdə tutmalıdır (əgər blok örtüyü yanan materialdan hazırlanmışdırsa).
Işlənmiş qazlar boru xətti qığılcımyağtutanla təchiz olunmalı və buruqdakı iş yerlərinə bu qazların daxil olmasını istisna etməlidir.
Işlənmiş qazlar borusu daxiliyanma mühərriki ilə, kollektorlar işləyən zaman onlardan gələn titrəyişin ötürülməsinin qarşısını alan amortizasiya qurğusu vasitəsi ilə birləşdirilməlidir.
Daxiliyanma mühərriki üçün yanacaq tutumlarının intiqal blokundan, digər binalar və qazma qurğularından 40m-dən az olmayan məsafədə yerləşdirilməsi nəzərdə tutulmalıdır. Yanacaq-sürtgü materiallarının ehtiyatı buruqdan vışka hündürlüyündən 10m-dən artıq olan məsafədə yerləşdirilməlidir.
Yanacaq xəttinin hər iki ucunda siyirtmə olmalıdır: biri yanacaq çənlərinin çıxışında; digəri isə intiqal bloku tərəfdən bayır örtüyündən 5m-dən az olmayan məsafədə olmalıdır.
Daxiliyanma mühərrikləri üçün təyin olunmuş otaqda silgi materiallarının və yanacağın saxlanılması qadağandır.
Daxiliyanma mühərriklərini qidalandırmaq üçün təbii və ya neft səmt qazlarından istifadə edilən zaman mütləq onu əlavə separasiya etməli və 22-ə uyğun olaraq qaz xəttində təzyiq tənzimləyicisi qoyulmalıdır.
Суал-87: Traktor-qaldırıcılar, dartıcılar, xüsusi təyinatlı traktorlar, ekskavatorlar və
Dostları ilə paylaş: |
|
|