Суал Мяшял системинин истисмары


Суал-84: Гурьулар, механизмляр вя алятляр аваданлыглар



Yüklə 1,66 Mb.
səhifə98/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   94   95   96   97   98   99   100   101   ...   138
sual cavablar (3)

Суал-84: Гурьулар, механизмляр вя алятляр аваданлыглар,

Ъаваб:

  • Yenidən işlənilmiş, modernləşdirilmiş və təkmil­ləş­di­ril­miş qurğuların, avadanlıqların və alətlərin işlənilməsi və is­ti­fa­də edilməsi AzDƏMTTETI tərəfindən sənaye təhlükəsizliyi eks­per­tizası aparıldıqdan sonra və Azdövdağtexnəzarət Komi­tə­si­nin icazəsi ilə həyata keçirilməlidir.

  • Qurğuların, avadanlıqların, mexanizmlərin, alətlərin, nə­zarət ölçü cihazlarının istismarı 180-ə müvafiq tərtib edilmiş is­tismar üzrə təlimatlara uyğun yerinə yetirilməlidir. Xaricdə is­teh­sal olunmuş qurğu, avadanlıq və alətlər istehsalçı firmaların texniki sənədlərinə uyğun olaraq istismar edilməlidir.

  • Texnoloжi sistemlər, onların ayrı-ayrı elementləri, ava­danlıqlar təhlükəsiz istismarı təmin edən zəruri tənzimləmə va­sitələri ilə və bloklayıcılarla təchiz edilməlidir.

  • Partlayış təhlükəli texnoloжi əməliyyatların, bütün iş re­жimlərində nəzərdə tutulmuş son yol verilən parametrlərdən kə­naraçıxma hallarında partlayış təhlükəli mühitin və digər qəza hal­larının yaranmasının qarşısını alan və prosesin təhlükəsiz da­yan­dırılmasını və ya təhlükəsiz vəziyyətə keçirilməsini təmin edən avtomatik tənzimləmə və qəzaların qarşısını alan sistemləri ol­malıdır.

  • Təhlükəli istehsalat obyektlərində istifadə olunan yük­qaldırma maşın və mexanizmlərin görünən yerində (oxunan) yük­qaldırma qabiliyyəti, növbəti, texniki yoxlamanın tarixi gös­tə­rilməlidir. Təzyiq altında işləyən qablarda, buxar qazanlarında ica­­zə yerilən təzyiq, növbəti texniki yoxlamanın tarixi və qey­diy­yat nömrəsi göstərilməlidir.

  • Avadanlıq, onun normal işini təmin edən, istehsalçı za­vodun layihəsinə və quraşdırma (istismar) üzrə təlimatlarının tə­ləblərinə uyğun olaraq möhkəm özül üzərində qoyulmalıdır.

  • Partlayışyanğın təhlükəli sistemlər üçün (istismar pro­sesində titrəyişə məruz qalan avadanlıqlar və boru kəmərləri) la­yihədə titrəyişi azaldan, avadanlıqların yerdəyişməsini (qəzaya sə­bəb ola biləcək), dağılmasını və kipliyinin pozulmasını is­tis­na edən tədbirlər nəzərdə tutulmalıdır.

  • Yenidən quraşdırılmış, təkmilləşdirilmiş (modernləş­diril­miş), əsaslı təmir edilmiş avadanlıqların istismara buraxıl­ma­sı müəssisənin əmrinə əsasən həyata keçirilməlidir.

  • Quraşdırma, texniki yoxlama və ya istismar zamanı ava­danlıqda texniki istismar və təhlükəsizlik qaydalarının tələb­lə­rinə uyğunsuzluq aşkar edilərsə, o, istismardan çıxarılmalıdır. Onun istismarına, aşkar edilmiş çatışmamazlıqlar aradan qal­dı­rıl­dıqdan sonra icazə verilir.

  • Avadanlığın konstruksiyasında dəyişiklik, bu ava­dan­lığı istehsal və layihə edən təşkilatın və onun istehsalına icazə ver­miş Dövlət orqanının razılığından sonra edilə bilər. Modern­ləş­­dirilmiş avadanlığın istifadəsinə sənaye təhlükəsizliyi eksper­ti­za­sının müsbət rəyi olduqda icazə verilir.

  • Işləyənlər üçün təhlükə mənbəyi olan avadanlığın ele­mentləri, tərtibatlar, hissələr, bəndlər, habelə çəpər və mü­ha­fi­zə qurğularının səthləri müvafiq siqnal rəngində olmalıdır.

  • Avadanlıqların (aparatlar, boru kəmərlərinin mü­va­fiq hissələri və s.) işə salınması və dayandırılması zamanı tex­no­lo­жi sistemdə partlayış təhlükəli qarışıqların, habelə hidrat əmələ gəl­məsinin və ya mayelərin donmasının qarşısını almaq üçün təd­bir­lər (təsirsiz qazla üfürülmə, üfürülmənin səmərəli olmasına nə­za­rət və s.) nəzərdə tutulmalıdır.

  • Avadanlığın gərginlik altına düşə bilmə ehtimalı olan metal hissələrində mühafizə yerləbirləşdirilməsi ilə birləş­di­ril­mək üçün görünən konstruktiv element nəzərdə tutulmalıdır. Bu elementin yanında «Yer»in rəmzi işarəsi təsvir edilməlidir.

  • Avadanlığın xarici səthinin və istilikdən izolə ör­tü­yü­nün temperaturu, tətbiq olunan ən çox partlayışyanğın təh­lü­kə­li məhsulun öz-özünə alışma temperaturundan çox olmama­lıdır.

  • Istismar zamanı konstruksiyanın elementlərinin və boru kə­mərlərinin səthlərinin temperaturu 450C-dən artıq olarsa, hə­min yerlər çəpərlənməli və ya xidmət heyətinin təmasda olma eh­ti­malı olan sahələr istilikdən izolə olunmalıdır.

  • Nasos və ya kompressorların vurucu və sorucu bo­ru kəmərlərində qoyulmuş bağlayıcı, kəsici (ayırıcı) və qoruyucu qur­ğular nasosa (kompressora) maksimum yaxınlaşdırılmalı, xid­mət üçün rahat və təhlükəsiz olan zonada yerləşdirilməlidir.

  • Boru kəmərlərində quraşdırılmış bağlayıcı arma­tur­lar­da (siyirtmələrdə, kranlarda) «Açıqdır» və «Bağlıdır» vəziyyət gös­təriciləri olmalıdır.

  • Quyularda, kameralarda və ya xəndəklərdə (qanovlarda) yer­ləşdirilmiş bağlayıcı armaturun quyuya və ya xəndəyə (qa­no­va) xidmət heyəti üzvlərinin düşmədən (enmədən)armaturun açıl­masına (bağlanmasına) imkan verən rahat intiqalı olmalıdır.

  • Mərkəzdənqaçma nasoslarının və kompressorların vu­rucu boru kəmərlərində əks klapan və ya nəql edilən mad­də­lə­rin əks (geriyə) istiqamətdə yerdəyişməsinin qarşısını alan digər qur­ğu, lazım gələrsə qoruyucu klapan da nəzərdə tutulmalıdır.

  • Tezalışan və yanar mayelərin vurulması üçün is­ti­fa­də edilən nasoslar (onların iş parametrlərinin pozulması haq­qın­da) xəbərdaredici siqnalverici vasitələrlə təchiz edilməlidirlər. Təh­lükəsiz iş parametrlərinin son həddi texnoloжi reqlamentlər və ava­danlıqların istismarı üzrə təlimatlarla müəyyən edilməlidir.

  • Stasionar texnoloжi boru kəmərləri quraş­dırıldıq­dan, habelə qaynaqlama tətbiq etməklə təmirdən sonra kipliyə sı­na­nılmalıdır. Korroziya və temperatur prosesləri nəzərə alın­maq­la sınanılmanın dövrülüyü və şərtləri layihə ilə müəyyən edi­lir. Sınanma təzyiqi işçi təzyiqdən 1,25 dəfə artıq olmalıdır.

  • Bucurqadların, kranların və digər yükqaldırma me­xa­nizmlərinin yükqaldırma məhdudlaşdırıcıları, habelə yükün və mexanizmin öz-özünə hərəkətinə imkan verməyən etibarlı əy­ləc qurğuları və təsbitləyiciləri olmalıdır. Bu tələblər əl talına (bu­curqadına) şamil edilmir.

  • Avadanlıqların, mexanizmlərin dəstində işin ra­hat­lı­ğını və təhlükəsizliyini təmin edən, tezyeyilən və tez-tez dəyiş­di­ri­lən hissələri və bəndləri yenisi ilə əvəz etmək üçün xüsusi tər­ti­bat və ya qurğular nəzərdə tutulmalıdır.

  • Maşın və avadanlıqların bərkidici bənd və hissə­lə­rin­də öz-özünə açılma (boşalma) və ayrılmaların qarşısını alan tər­ti­batlar (əks qaykalar, şplintlər, pazlar və b.) olmalıdır. Isti­fa­də­nin zəruriliyi və tərtibatların tipləri layihə konstruktor sənəd­ləri ilə müəyyən edilir.

  • Qurğular, avadanlıqlar, mexanizmlər, alətlər nasaz vəziyyətdə və ya təhlükəsizlik quruluşları (bloklayıcı, təsbitləyici, siq­nalverici tərtibat və cihazlar) nasaz olduqda, habelə işçi pa­ra­metr­ləri pasportdakından fərqli olduqda onların istismarı qada­ğandır.

  • Avadanlığın təmiri yalnız onu elektrik şəbəkəsindən aç­dıqdan, qalıq təzyiqini buraxdıqdan, hərəkət edən hissələr da­yan­dırıldıqdan və təsadüfən onları hərəkətə gətirən ağırlıq qüv­vəsi və ya digər amillərə qarşı tədbirlər görüldükdən sonra apa­rıl­malıdır. Işəsalma qurğusunda mütləq «Işə salmayın, adamlar iş­ləyir» plakatı asılmalıdır.

  • Qazma, neft-mədən avadanlıqları, həmçinin ener­ge­tik qurğular və polad konstruksiyalar dövri olaraq, dağıdıcı ol­ma­yan üsulla [255, 256]–ya uyğun sınaqdan (defektoskopiya) ke­çirilməlidir.

  • Avadanlıqların, alətlərin, polad konstruksiyaların si­yahısı və sınaqdan keçirilmə müddətləri Azdövdağtexnəzarət Ko­mitəsi ilə razılaşdırılmaqla, onları istismar edən təşkilat tə­rə­fin­dən müəyyən edilməlidir.

  • Avadanlıqların, alətlərin, nəzarət ölçü cihazlarının is­tismardan çıxarılması qərarı fiziki yeyilmə göstəricisi, kor­ro­zi­ya və ya defektoskopiyanın nəticələri nəzərə alınmaqla qəbul edil­məlidir.

  • Avadanlıqların istismardan çıxarılma meyarı (ölçüsü) onu iş­ləyən və ya istehsalçı müəssisə tərəfindən müəyyən edilir və is­tis­mar üzrə olan təlimatda nəzərə alınır.

  • Texniki quruluşların, avadanlıqların və qurğuların təhlükəsiz istismar müddətinin artırılması mümkünlüyünün təyini üzrə işləri ekspert təşkilatı yerinə yetirir.

  • Təhlükəli istehsalat obyektlərində istifadə edilən istismar avadanlıqlarının, alətlərin və polad konstruksiyaların sertifikatlaşdırılması müəyyən edilmiş qaydada həyata keçirilir.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə