buldozerlər
Ъаваб:
Quyuların mənimsənilməsi, əsaslı və cari təmiri üçün qurğular və traktor-qaldırıcılar təhlükəsiz şpil makarası (şpilevaya katuşka) ilə təchiz olunmalıdırlar. Makara olmadıqda valın ucu örtüklə bağlanmalıdır. Traktor-qaldırıcı səs siqnalı ilə, sürücünün arxa tərəfindəki pəncərə şəbəkə və dayaqlarla təchiz olunmalıdır.
Traktorlarda gecə vaxtı işləmək üçün arxa və qabaq işıqlandırıcı fənərlər olmalıdır.
Traktorçu traktor-qaldırıcını yerindən hərəkət etdirməyə başlamazdan əvvəl, onun hərəkət yolunda adamların olmamasına və kənar əşyalara ilişmədiyinə əmin olmalıdır. Traktor–qaldırıcı hərəkətə gətirilməzdən əvvəl səs siqnalı ilə ətrafdakılar xəbərdar edilməlidir.
Qış vaxtı traktorun yana sürüşməsinin qarşısını almaq üçün onun tırtıllarında xüsusi tərtibatlar qoyulmalıdır.
Traktorların kabinəsinin baxış pəncərələri traktorçunu yaxşı görünmə ilə təmin etməli və şüşətəmizləyəni olmalıdır. Traktor- qaldırıcıların kabinəsində qabaq, yan və arxa pəncərələrdən savayı üstündə də baxış pəncərəsi olmalıdır. Traktor- dartıcının kabinəsinin arxa pəncərəsi, həmçinin traktor-qaldırıcının arxa və yuxarı pəncərələri dəmir barmaqlıqlarla mühafizə olunmalıdır.
Traktor- qaldırıcı işə başlamazdan əvvəl mühərrikin və qaldırıcı bucurqadın işi yoxlanılmalıdır.
Bu zaman əsas diqqət əyləc sisteminin və traktorun işlək hissəsinin sazlığına yetirilməlidir.
Yanacaq-sürtgü materiallarının ehtiyat tutumları traktor- qaldırıcının dayandığı yerdən 20m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
Traktor -qaldırıcının işlənmiş qazlar borusu səs boğucu və qığılcımsöndürücü ilə təchiz edilməli və yuxarıya elə qaldırılmalıdır ki, işlənmiş qazlar kabinəyə daxil olmasın.
Ekskavator dağın döşü ilə (yamacla) hərəkət edən zaman onun aşmasının qarşısını almaq üçün hərəkət marşrutu düzlənməlidir.
Qazmağa başlamazdan əvvəl ekskavator əvvəlcədən hazırlanmış hamar meydançaya qoyulmalı və onun tırtılları (çarxları) əyləclənməlidir.
Iş vaxtı, çalov (kovş) qruntdan çıxarılmayana qədər platformanın döndərilməsi, həmçinin ilməklərin köməyi ilə yanda yerləşmiş yükün dartılması qadağandır.
Əgər ekskavatorun idarəetmə banının arxa divarı ilə xəndəyin yanı və ya tikili arasındakı məsafə qolun istənilən vəziyyətində 1 m-dən az olarsa, ekskavatorda işlər dayandırılmalıdır.
Ekskavator işləyən zaman qazıntı aparılan tərəfdə hər hansı başqa işlərin yerinə yetirilməsinə və ekskavatorun hərəkət radiusu üstəgəl 5 m məsafədə adamların olmasına icazə verilmir.
Ekskavatorla qrunt yük avtomaşınına yüklənən zaman qrunt sürücünün kabinəsinin üstündən deyil, yalnız yan və arxa tərəfdən verilməlidir.
Ekskavator işləyən zaman adamların (sürücünün) yük avtomaşınının kabinəsində, yaxud avtomaşınla ekskavatorun arasında olmaları qadağandır.
Ekskavator dayandırılan zaman qolu ekskavatorun oxu boyunca yerləşdirilməli, çalovu (kovşu) isə yerə endirilməlidir. Ekskavatorçu qruntla dolu çalov (kovşun) yuxarı qaldırılmış vəziyyətdə olduqda ekskavatordan düşməməlidir.
Tikinti meydançası hüdudları daxilində, ekskavatorun hərəkət etdiyi yol əvvəlcədən düzləndirilməli, zəif qruntlarda isə inventar sipərlərlə möhkəmləndirilməlidir.
Birçalovlu ekskavatorun hərəkəti zamanı onun qolunu mütləq hərəkət istiqamətində qoymalı, çalovu isə yerdən 0,5-0,7 m qaldırmalı.
Ekskavatorun yüklənmiş çalovla hərəkət etməsi qadağandır.
Tırtıllı ekskavatorun körpülərin, kəsişən yolların üstündən salınan körpülərin və s. üzəri ilə hərəkət etməsinə yalnız müvafiq təşkilatlardan icazə alındıqdan sonra yol verilir.
Ekskavatorun kiçik çayların dayaz yerlərində hərəkət etdirilməsi məsul iş rəhbərinin hərəkət yolunu yoxlamasından sonra, onun icazəsi ilə yerinə yetirilməlidir.
Ekskavator işləyən zaman aşağıdakılara əməl edilməlidir:
-xəndəyin kənarında çalovlu qolun təhlükəli hərəkət zonasında olmamalı;
-ekskavatorçunun siqnalını izləməli;
-ekskavator qruntun dağılma (uçma) prizması hüdudlarında işləyən zaman xəndəyin kənarına yaxınlaşmamalı.
Xəndəyin qazılması üzrə işlərin müvəqqəti dayandırılması və ya ekskavatorun təmiri zamanı, çalov qaldırılmalı, ekskavator isə xəndəyin qırağından 2 m-dən az olmayaraq, dağılma prizması zonası hüdudlarından kənarda dayandırılmalıdır. Bu zaman ekskavator əyləclənməli, tırtılların (çarxların) altına dayaq (altlıq) qoyulmalıdır.
Buldozeri dayandıran zaman, onun laydırını yerə endirmədən buldozerçinin buldozeri tərk etməsi qadağandır.
Xəndəyin doldurulması zamanı, buldozerin xəndəyə sürüşüb düşməsinin qarşısını almaq üçün laydırın xəndəyin kənarı ilə hərəkətinə yol verilməməlidir.
Buldozerin sürüşməsinə və maşının aşmasına imkan verməmək üçün onun yağışlı havada gilli qruntlarda işləməsinə icazə verilmir.
Dostları ilə paylaş: |