|
![](/i/favi32.png) Суал Мяшял системинин истисмарыQələvi və turşularla əlaqəli işlər
|
səhifə | 110/138 | tarix | 13.05.2022 | ölçüsü | 1,66 Mb. | | #86951 |
| sual cavablar (3)Qələvi və turşularla əlaqəli işlər
Qələvi və turşularla işləyərkən avadanlıqların, boru kəmərlərinin və armaturların flans birləşmələri örtüklə bağlanmalıdır.
Qələvi və turşuların səviyyəsini ölçən qurğular elə quraşdırılmalıdır ki, işçilərin tutumun üstünə qalxması istisna olunmuş olsun.
Qələvi və turşular saxlanılan tutumlara dövri olaraq baxış keçirilməlidir. Bütün aşkar olunmuş qüsurlar dərhal aradan qaldırılmalıdır.
Kaustik sodanı əl ilə bölmək (xırdalamaq) qadağandır. Onu xüsusi tutumda buxara verməklə yumşaltmaq lazımdır.
Kaustik sodanı buxara verərkən, işçilərin qələvinin sıçrantılarından (damcılarından) və ya buxardan yanıq almaması üçün, barabanın altına verilən buxarı ehtiyatla buraxmaq lazımdır.
Qələvinin buxara verilməsini müşahidə etmək üçün, buxarın verilməsini dayandırmadan barabanı əymək qadağandır.
Barabanların buxara verilməsi üçün onların tutuma qaldırılması mexanikləşdirilməlidir.
Müxtəlif qatılıqlı turşuların, onların saxlanıldığı tutumlarda qarışdırılması qadağandır.
Ammonyak, qələvi və turşu məhlullarının hazırlanmasından əvvəl tutumların, boru kəmərlərinin, ventillərin, siyirtmələrin sazlığı yoxlanılmalıdır.
Sulfat turşusunu su ilə qarışdırmaq üçün turşunu suyun üzərinə yavaş-yavaş tökmək lazımdır.
Qələvi, ammonyak və ya turşu dərinin üzərinə düşərsə, dərhal həmin yer yetərincə su ilə yuyulmalı, neytrallaşdırıcı vasitələrlə işlənməli və tibb məntəqəsinə müraciət olunmalıdır.
Ammonyakın 25% sulu məhlulu ilə işlər görülərkən qələvilərə tətbiq olunan eyni təhlükəsizlik tələblərinə riayət olunmalıdır.
Qələvi, turşu və göz üçün təhlükəli digər maddələrlə işləyərkən mühafizə eynəyindən istifadə olunmalıdır. Eynəksiz işləmək qadağandır.
Dostları ilə paylaş: |
|
|