Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə73/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   69   70   71   72   73   74   75   76   ...   142
    Bu səhifədəki naviqasiya:
  • BİRMA

218 

lonq, An-

jianq və Xa-tyen əyalətlərini də işğal etdilər. Fransa 

eyni zaman

da Kambocanı da öz protektoratına çevirdi. 

Fransa  burjuaziyasının  bu  təcavüzkar  hərəkətləri,  bütün 

Şərqi Hindçində öz hökmranlığını yaratmaq sahəsindəki ge-

niş planının həyata keçirilməsində ilk mərhələ idi. 

 

Mədəniyyət 

 

 



XIX  əsrin  birinci  yarısında  Vyetnamın  mədəni  həyatı, 

onun qədim milli mədəniyyətinin Çin mədəni təsir ənənələri 

ilə birləşmiş olsa da bu xalqın mədəniyyəti mürəkkəb şəraitdə 

inkişaf edirdi. 

 

Təhsil sahəsində Nquenlər canlı ünsiyyətə açıq demok-



ra

tiyaya və aşkarlığa çox böyük üstünlük verirdilər və orta əsr 

ənənələrindən olan müsabiqəli ədəbi imtahanları davam etdi-

rir


dilər. Belə imtahanlar həmçinin mərkəzi və yerli hökumət 

aparatına məmurları seçmək məqsədilə keçirilirdi. 

 

Qədim tarix sənədlərini toplayıb öyrənmək üçün Səlna-



məçilər Bürosu yaradılmışdı. Büronun fəaliyyəti nəticəsində 

bir  sıra  əsərlər  meydana  çıxdı  ki,  bunlardan  ən  görkəmlisi 

"Day Nam txuk lık" - "Nquenlər sülaləsinin tarixi" və "Day 

Nam  lyet  çıenq"  -  "Vyetnamın  görkəmli  adamlarının  tərcü-

meyi-

halı" əsərləridir. Alim Le Kuanq Din "Vyetnamın ümu-



mi coğrafiyasını" tərtib etdi. 10 cilddən ibarət olan bu əsərdə 

müəllif  Vyetnamın  bütün  vilayətlərinin  rabitə  yollarını,  sər-

hədlərini, əhalisinin məşğuliyyət və adətlərini müfəssəl təsvir 

etmişdir. Bu rəsmi sənədlərdən başqa, tarixə, coğrafiyaya və 

hüquq  məsələlərinə  həsr  olunmuş  bir  çox  başqa  əsərlər  də 

mey


dana  çıxdı.  Bu  əsərlər  içərisində  Fan  Xyun  Tyunun  yaz-

dığı "Bütün sülalələrin idarələri haqqında monoqrafiya" xüsusi 

yer tutur. 49 kitabdan ibarət olan bu əsər 10 hissəyə bölünür. 

Əsər o zamankı Vyetnamın bir növ ensiklopediyası hesab olu-

nurdu. 

İctimai-siyasi mahiyyətdən çox tarixiliyə diqqət yetiri-



lirdi. 

Təsvir olmadığına görə sinfi ziddiyyətlər milli mənafelərə 

xələl gətirmirdi. 

Bununla yanaşı ədəbiyyatda lirik poeziya əsas yer tuturdu. 

Müəlliflərin  əksəriyyəti  nisbətən  yaxınlarda  baş  vermiş 

Tayşen üsyanının təsiri altında olan, öz əvvəlki sərvətlərini və 




219 

müstəqilliyini itirmiş feodal-alimlər sinfinə mənsub olduqları 

üçün onların şeirləri əsas etibarilə keçmişə, mistikaya aid idi. 

Onlar büt

pərəstliyin  dünyaya  gətirəcəyi  səadəti  mədh  edir, 

ya  kimi  yox  olan  xəyallardan  danışır,  taleyin  faniliyindən 



şikayətlənirdilər. Qeyd etmək zəruri olardı ki, Vyetnamda ha-

ki

miyyət  tarixini  yazanlar  hakim  təbəqənin  nümayəndələri 



olduğuna görə iki cür tarix yazılırdı, birinci sülalə hakimiy-

yətinin  mədhindən  danışan,  ikinci  xalqın  real  vəziyyətindən 

bəhs edən tarix əsərlərindən ibarət idi. 

 

Məşhur  şair  Nquen  Zunun  yazmış  olduğu  "Kim  Van 



kyeu" romanı o zamankı Vyetnam ədəbiyyatının ən gözəl nü-

munəsidir. Dərin humanizm duyğuları ilə zəngin olan bu əsər 

feodal  Vyetnamın  ən  mühüm  ictimai  problemlərinə  toxu-

nurdu. 


Xalqın  istismar  edilməsi,  hakimlərin  xalqın  sərvətini 

talayaraq  yadellilərə  ötürməsi,  xarabalıqların  gündən-günə 

artması,  insanların  öz  ölülərini  dəfn  edə  bilməmələri,  hətta 

qəbir yerlərinin də satılması xalq yazarlarının həyatı bahasına 

nəşr üzü görmüşdü. İstismarın, səfalətin davam etdiyi ölkədə 

mövzu  bolluğu  olduğuna  görə  bundan  başqa  daha  bir  sıra 

görkəmli  əsərlər  yaradılmışdı.  Bunlar  içərisində,  müəllifləri 

məlum olmayan "Bit Kaunun möcüzəli görüşü", "Ərik ağacı-

nın ikinci dəfə çiçək açması", "Fan Çan" əsərlərini göstərmək 

olar. 


Sülalə  hakimiyyəti  bir-birini  əvəz  etdikdən  sonra  xalq 

ona  lazım  olan  tarixi  mənimsəyir  və  qəbul  edirdi  ki, bu da 

min illər boyu davam edən ənənə idi.  

Elm  və  ədəbiyyat  sahəsində  başlıca  olaraq  feodal  sinfi 

nümayəndələri yaradıcı fəaliyyət göstərirdilərsə, incəsənət və 

bədii sənətdə daha çox xalq nümayəndələri çoxluq təşkil edir-

di. 

XIX  əsrin  əvvəllərində  teatr,  xalq  içərisində  ən  geniş 



yayılmış sevimli əyləncə mərkəzlərindən biri idi. 

O zamanın memarlıq sənəti nümunəsi əsasən öz ifadəsini 

Xyuedə  imperator  iqamətgahının  tikintisində  tapmış  oldu. 

Vyetnamın minlərlə ustası on illər boyu saraylardan, məbəd-

lərdən,  bağlardan  və  süni  göllərdən  ibarət  mənzərəli  bir  an-

sambl yaratmaq üz

ərində çalışmışdır ki, bütün bu tikinti kom-

pleksi zəngin bəzəkləri və gözəlliyi ilə Şərqin tikinti sənətinin 

ən yaxşı nümunələri ilə müqayisə edilə bilər.  



220 

BİRMA 

 

 C

ənub-Şərqi  Asiyada,  Hind-Çin  yarımadasının  şimal-

qərbində yerləşən Birma Andaman dənizi ilə əhatələnir. Bir-

mada 70-


dən çox xalq, tayfa və etnik qrup yaşayır. Birmada 

birmalılarla yanaşı karenlər, şanlar, hindlilər, renlər, çinlilər, 

monlar, kaçinlər və başqa xalqlar və etnik qruplar yaşayırlar. 

Birmanın ən qədim arxeoliji abidələri Aşağı paleolitə aiddir. 

Tarixi məlumatlardan bir daha bəlli olur ki, Birma ərazisində 

Neolit dövründə indiki monların sələfləri olan monkxmer tay-

faları yaşamışlar. Bizim eranın əvvəllərində qəbilə-tayfa qu-

ru

luşunun  dağılması  nəticəsində  ilk  dövlətlər  meydana  gəl-



mişdir. VII-IX əsrlərdə indiki birmalıların əcdadları mranma 

və myanma tayfaları olmuşlar. Ehtimala görə bu tayfalar Çi-

nin şimal-qərb və cənub-qərb əyalətlərindən köçüb Birmaya 

gəlmişlər. 

 

Çin  ərazisindən  və  digər  ərazilərdən  Birmaya  məcburi 



və qeyri-məcburi miqrasiya edən tayfalar tədricən yerli xalq-

ları sıxışdırmağa başladılar. Beləliklə, uzun müddət Birmada 

tayfalar  arasında  hakimlik  uğrunda  mübarizə  aparılmışdır. 

1044-


cü ildə Paqon dövlətinin yaradıcısı Anorat bu mübarizə-

də  qalib  çıxdı.  Anoratın  hakimiyyəti  dövründə  (1044-1071) 

Paqon dövləti bütün Birmanı öz hakimiyyəti altında birləşdi-

rərək  Cənub-Şərqi  Asiyada  ən  qüdrətli  dövlətə  çevrilmişdi. 

Lakin XIII əsrdə Birma-Mon ziddiyyətləri baş qaldırdı. Dağlı 

tayfaları tez-tez basqınlar təşkil etdi. Əyanlarla ruhanilər ara-

sında mübarizə daha da gərginləşdi. Buddizmə qarşı çıxışlar 

təşkil edildi. 1283-cü ildə  monqolların dağıdıcı yürüşləri bu 

dövlətin süqutunu tezləşdirdi və ölkədə feodal pərakəndəliyi 

baş verdi. 1287-ci ildə Birmanın cənubunda Pequ dövləti ya-

ra

dıldı. XIV-XV əsrlərdə Birmada Ava və Pequ knyazlıqları 



arasında hakimiyyət uğrunda mübarizə başlandı. Uzun müd-

dətli  mübarizədən  sonra  Taunqu  knyazlığı  bu  hərbi-siyasi 

barizədə qalib çıxdılar və Birmanı birləşdirdilər. Lakin bu 



birlik uzun müddət davam etmədi və ölkə feodal mülklərinə 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə