Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə74/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   70   71   72   73   74   75   76   77   ...   142

221 

parçalandı.  Nəticədə  XVIII  əsrin  ortalarında  Birmada vahid 

dövlətin əsası qoyuldu və feodalizm cəmiyyəti inkişaf etməyə 

başladı. 

1752-

ci  ildə  Konbaunlar  sülaləsinin  banisi Alaunpaya 



monlara qarşı üsyan qaldırdı və birmalılarla çoxəsrlik müna-

qişə monların hərbi məğlubiyyətilə nəticələndi. 

Birmada  ticarətlə  məşğul  olan  avropalılar  ölkənin  siyasi 

işlərinə qarışır, süni şəkildə vətəndaş həmrəyliyini pozurdular. 

Odur  ki,  Alaunpaya  avropalıların  ticarət  faktoriyalarını,  dəb-

dəbəli  malikanələrini  dağıdaraq  müstəmləkəçilərin  Birmanın 

daxili  işlərinə  qarışmasına  bir  müddət  son  qoydu. Bütün bu 

cəhdlər  Birmanın  müstəqilliyinin  möhkəmləndirilməsinə  yö-

nəlsə də ayrı-ayrı səltənət və knyazlıqların hakimləri xarici hi-

mayədarları vasitəsilə ölkənin müstəqilliyinə zərbə vurur, zəh-

mətkeş əhalinin istismarını daha da gücləndirirdilər.  

 

Bu  dövrdə  Birmada  aparılan  birləşdirmə  siyasəti  mü-



vəqqəti xarakter daşıdığına görə hələ də pərakəndəlik hökm 

sürürdü.  XVIII  əsrin  birinci  yarısında  Birma  hələ  də  vahid 

dövlət  olmayıb  bir  sıra  səltənət  və  knyazlıqlara  bölünmüş 

halda  qal

maqda idi. Bu dövlətlərin başında duran sülalələrin 

daim bir-

birilə  apardığı  müharibələr,  hakimiyyət  uğrunda 

tayfa mühari

bəsi  öz  ağırlığı  baxımından  zəhmətkeş  əhali 

üzərinə  düşür  və  ölkənin  məhsuldar  qüvvələrinin  inkişafını 

ləngidirdi.  XVIII  əsrin  ortalarından  etibarən  pərakəndəliyə 

son  qoymağa  və  mərkəzləşdirilmiş  dövlətin  yaradılmasına 

başlandı. Amma bu çox çətin proses idi. 

 

Ölkədəki  siyasi  pərakəndəlikdən,  tayfalar  arasında  da-



vam edən düşmənçilikdən, xüsusilə portuqaliyalılar, holland-

lar, sonra da ingilislər və fransızlar öz mənafeləri üçün isti-

fadə etməyə çalışırdı. Birma, müstəmləkə qarəti obyekti kimi, 

Çinə və Hindistana gedən yollarda əlverişli strateji məkan ki-

mi xaricilərin diqqətini daha çox cəlb edirdi. Lakin müstəm-

ləkəçilərin bir çox illərdən bəri orada möhkəmlənmək səyləri 

hələlik baş tutmurdu. Bunun səbəblərindən biri Birmanın Çin 

dövləti ilə münasibətləri ilə əlaqədar idi. Belə ki, bu zaman 




222 

Birma  rəsmi  olaraq  Çinin  vassalı  hesab  edilsə  də,  əslində 

müs

təqil  idi.  Bu  müstəqillik  Birmanın  sərbəst  fəaliyyətində 



özünü göstərirdi. 

 

Birmanın ictimai-iqtisadi quruluşu 

 

 

Birmanın ictimai-iqtisadi quruluşunun xarakter xüsusiy-



yətləri feodal münasibətlərinin hökmran olmasında idi. Tor-

paq    mülkiy

yətinin əsas formaları aşağıdakılardan ibarət idi. 

1) kral torpaq

ları  2)  xidmətə  görə  verilən  və  ya  bağışlanan 

torpaqlar  3) xüsusi 

mülkiyyətdə  olan  torpaqlar  4)  kilsə 

torpaqları. 

 

Birmanın ən məhsuldar və münbit torpaqları krala məx-



sus 

idi. Bu geniş torpaq sahələrini təhkimli kəndlilər becərir-

dilər.  Kral  eyni  zamanda  Birmanın  bütün  torpaqlarının  baş 

mül


kiyyətçisi hesab olunurdu və ən varlı adam idi. 

 Xid


mətə görə torpaq kateqoriyasına feodal zadəganlara 

verilmiş  torpaqlar  daxil  idi  ki,  bunun  da  müqabilində  onlar 

hərbi xidmət etməyə borclu idilər. 

Xüsusi mülkiyyət torpaqlarına satın alınmış, meşələri tə-

miz

ləmək və başqa vasitələrlə əldə edilən torpaqlardan ibarət 



idi. Bu torpaq hüquqi 

cəhətdən mübahisəli torpaq hesab olu-

nurdu. 

Amma müstəsna hal idi ki, torpaq sahibi öz torpağını 



həmişə geri ala bilərdi. Eyni zamanda bu torpaq sahibliyi hərbi 

mükəlləfiyət daşımaqla əlaqədar deyildi. 

Budda məbədləri və monastırları bəxşiş olaraq nəsli torpaq 

sahələri alırdılar ki, bunlarda isə mübahisəsiz torpaq sahələri idi. 

Ölkənin hər yerində kəndli icmaları var idi. Bunların ba-

şında  kəndxudalar  dururdu.  Bütün  torpaqlarda  kəndlilər  mül-

kədarın və dövlətin nəfinə ağır vergilər verir və mükəlləfiyyət 

daşıyırdılar. Onlar can vergisi, adətən məhsulun 10 faizi miq-

da

rında müxtəlif torpaq vergiləri verməli və əmək mükəlləfiy-



yətlərini yerinə yetirməkdə idilər. Bir çox istehlak şeylərindən, 

məsələn, duzdan və ev istehsalı şeylərindən də vergi alınırdı. 

Kralın əyalət və mahal hakimlərinin şəxsində feodalların yu-



223 

xa

rı  təbəqəsi  kəndlilər  üzərinə  istədikləri  vaxt  hər  cür  əlavə 



vergi

lər qoyur və bu sahədə hər cür sui-istifadə edirdilər. 

Birmada 

feodal münasibətləri əsil hərbi-feodal rejimi xa-

rakteri 

daşıyırdı. Aşağı inzibati vahidlərin daha iri inzibati va-

hid

lərdə  birləşməsi  kəndlilərin  mülkədarlardan  hərbi-feodal 



asılılığı prinsipinə əsaslanırdı. Belə ki, bir neçə kəndin, bəzən 

bir-


birindən xeyli aralı olan kəndlərin əhalisi bir hərbi hissə 

təşkil edirdi. Onlar feodal rentası verir, müxtəlif feodal mü-

kəlləfiyyəti daşıyır  və müharibə  dövründə  hərbi  hissəyə  ko-

man


danlıq edən mülkədarın tabeliyində olurdular. 

Dövlət  aparatının  rəhbərləri,  ölkənin  müxtəlif  inzibati 

vahidlərinin  hakimləri  feodal  sinfi  içərisindən  çıxırdı.  Onlar 

məhkəmə  hüququna  malik  olub,  vergi  toplayır,  müharibə 

döv

ründə qoşunlara komandanlıq edirdilər.  



Feodal münasibətlərinin hökmranlığı çoxlu köləlik qalıq-

la

rı  ilə  çulğalaşmışdı.  Hərbi  əsirlərin  köləliyə  verilməsi  da-



vam edirdi. Misal üçün, məbədlərdə xidmət edən nəsli kölələr 

var  idi.  O  zamankı  Birma  üçün  xarakterik  hallardan  biri  də 

borc

luların  köləliyə  çevrilməsi  idi.  Padşahın  torpaqlarında, 



xüsusi 

feodal malikanələrində, suvarma şəbəkələri, məbəd və 

saray inşaatında və sair işlərdə qul əməyindən istifadə edilir-

di. 


Qul  alveri  geniş  yayılmışdı.  Birmanın  ən  geridə  qalmış 

ucqar rayonlarında bir çox dağlı qəbilələr hələ də tayfa mü-

nasibətləri mərhələsində idilər. 

Ölkənin  iqtisadiyyatında  başlıca  olaraq  natural  xarakter 

daşıyan kənd təsərrüfatı əsas yeri tuturdu. Birma sənayesinin 

əsasını isə əkinçiliklə sıx bağlı olan ev sənayesi təşkil edirdi. 

Bu

nunla yanaşı, sənətkarlıq da xeyli inkişaf etmişdi. Pambıq 



və ipək parça istehsalı, gəmiqayırma, dulusçuluq geniş yayıl-

mışdı. Qızıldan, gümüşdən, fil sümüyündən mahiranə şeylər 

düzəldilirdi. Birmada istehsal olunan zinət əşyaları, fil sümü-

yündən hazırlanmış məmulatlar, lak çox qiymətli hesab olu-

nurdu 

və bu əşyalar Avropa bazarında yüksək qiymətə satılırdı. 



 Amma faktiki olaraq Birmada t

icarət ləng inkişaf edirdi. 

Böyük  şəhərlərdən  başqa,  bütün  ölkədə  mübadilə  ticarəti 

üstün yer tuturdu. Pul tədavülü Birmada yalnız 1861-ci ildən 

tətbiq  edilməyə  başlamışdı,  bundan  əvvəl  alver  müamiləsi 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə