Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə77/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   73   74   75   76   77   78   79   80   ...   142

230 

zorla  qəbul  etdirilən  ilk  qeyri-bərabərhüquqlu  və  qarətkar 

qavilə  idi.  Beləliklə  1824-1826-cı  illəri  əhatə  edən  1-ci 



Birma-

İngiltərə  müharibəsi  nəticəsində  Birma  İngiltərənin 

xeyrinə bir sıra güzəştlərə getməyə məcbur oldu. Birma, bu 

müharibədə geri çəkilsə də ingilislər bununla kifayətlənmədi. 



 

İkinci ingilis - Birma müharibəsi 

 

İngiltərənin  hakim  dairələri  bütünlüklə  Birmanı  zəbt 



etmək  və  onu  öz  müstəmləkəsinə  çevirmək  səylərindən  əl 

çəkməmişdilər.  1852-ci ilin  aprelində  İngiltərə  ilə  Birma 

arasında  ikinci  müharibə  başlandı.  Bu  müharibəni  Birmada 

Britaniya tacir

ləri  ilə  pis  rəftar  edilməsi  bəhanəsilə  ingilis 

Ost-Hind kompani

yası başladı. 

 Aprel-


iyun  aylarında  Britaniya  müstəmləkəçiləri  Aşağı 

Birmanın  Martaban,  Ranqun,  Basseyi  və  başqa  ən  mühüm 

məntəqələrini tuta bildilər. Düşmənə qəhrəmancasına müqa-

vi

mət  göstərməsinə  baxmayaraq  Birma  qoşunları  geri çəkil-



məyə məcbur oldu. 

 

İngilis  müstəmləkəçiləri  ölkənin  içərilərinə  soxulduqca 



işğal edilmiş ərazidə yerli əhalinin partizan müharibəsi geniş-

lənməyə başladı. İngilislərin Birma xalqına qarşı müharibəsi 

Birmanın nizami hissələri ilə müharibədən daha təhlükəli idi. 

Vuruşmalar uzun sürən müharibə xarakteri aldı, böyük maddi 

v

ə insan itkisinə səbəb oldu. İkinci ingilis-Birma müharibəsi 



bütün Birmanın işğalının başa çatdırılmasında həlledici amil-

lərdən  biri  oldu.  Amma  bu  dəfə  də  xalqın  fədakar  müqavi-

məti ingilis hakim dairələrinin çox planlarını pozdu. Nəhayət, 

Hindistanın ingilis general-qubernatoru 1852-ci ilin dekabrında 

Pequ əyalətinin ilhaq olduğunu elan etdi və 1853-cü il iyunun 

30-


da isə hərbi əməliyyatın qurtarması haqqında intibahnamə 

nəşr edildi. Britaniya hökumət orqanlarının təklif etdiyi sülh 

müqavi

ləsi layihəsi  dörd  maddədən  ibarət  idi:  1)  əbədi  sülh 



qoyulma

sı;  2)  Pequ  əyaləti  Böyük  Britaniyaya  verilməsidi;  

3) ticarət azadlığı; 4) Birma hökuməti tərəfindən müqavilənin 



231 

dərhal  imzalanması  və  təsdiq  edilməsi.  Əks  təqdirdə  Birma 

krallığı tamamilə istila olunanadək müharibənin davam etdi-

ri

ləcəyi şərti irəli sürülürdü. 



 

İngilislərin müxtəlif hədələrinə məhəl qoymayan Birma 

kralı  Mondon  (1853-1878)  təklif  edilən  müqaviləni  imzala-

maqdan  və  Pequ  əyalətinin  işğalını  tanımaqdan  imtina etdi. 

İngilis burjuaziyasının qarətkar hərəkətlərinə qarşı xalq kütlə-

lərinin hiddəti yeni mərhələyə daxil olmaqda idi. Hətta, İngil-

tərə  Birma  kralını  yenidən  hərbi  əməliyyata  başlayacağı  ilə 

hədələsə də, lakin o zaman əməli olaraq bu işə girişməyə cürət 

etmədi. 

   


1852-1860-

 illərdə Pequda partizan müharibəsi 

 

Pequ  əyalətinin  əsasən  monlardan  və  ya  talainqlərdən 



i

barət  olan  yerli  əhalisi  ingilis  işğalçılarını  öz  vətənindən 

qov

maq qətiyyətində idi. Amma buna nail olmaq mümkün ol-



murdu.  Səbəb?  Səbəb  ondan  ibarət  idi  ki,  müstəmləkəçilər 

Bir


mada işğalçı müharibə aparanda digər tayfalar sadəcə ola-

raq bunu müşahidə edirdilər, həmrəylik göstərmirdilər. Daha 

dərk etmirdilər ki, bu istila bir gün onlar üçün də olacaqdır. 

Bu dövrdə yalnız ingilis qarnizonları olan məntəqələrdə Bri-

ta

niyanın hakimiyyəti yaradılmışdı. İngilislərin bütün əyaləti 



öz haki

miyyətinə  tabe  etmək  səyləri  hər  dəfə  xalqın  silahlı 

qavimətinə  rast  gəlirdi.  Bunun  nəticəsi  idi  ki,  ingilislər 



1861-

ci ilədək əhalini hələ də özlərinə tabe edə bilməmişdi-

lər.  Əgər  ümumi  birlik  olsaydı  işğalçılar  heç  sərhədə  də 

yaxınlaşa bilməzdi. Təəsüf ki, o milli həmrəylik hələ yox idi.  

 

Hökumətin özü də mövcud şəraitdə qapalı siyasət yeri-



dirdi. Amma xalqın inadkar mübarizəsi 1853-1854-cü illərdə 

yenidən  gücləndi.  Həmin  illərdə  hətta  ingilis  hakim  dairə-

lərinin  özü  də  Pequda  vəziyyətin  son  dərəcə  ağır  olduğunu 

etiraf edirdilər. Onlar etiraf edirdilər ki, bütün ölkəni başdan-

başa "qiyam və həyəcanlar" bürümüşdür. Bu zaman Pequda 



232 

ingilis  nizami  qoşunlarının  sayı  18-19  minə  çatırdı,  halbuki 

ikinci ingilis-

Birma müharibəsində 8100 nəfər istirak etmişdi. 

 

İngilis  işğalçıları  özgə  torpağında  həyasızcasına  ağalıq 



etdiklərindən, misilsiz qarətkarlığa əl atdıqlarından və əhalini 

şiddətli  surətdə  istismar  etdiklərinə  görə  ingilis  zalımlarına 

qar

şı  Birma  xalqının  nifrəti,  qəzəbi,  intiqam  hissi,  getdikcə 



güc

lənirdi.  Britaniya  hökumət  orqanları  Pequnu  işğal  etdiyi 

birinci  ildən  başlayaraq  müharibə  nəticəsində  müflisləşmiş 

əhali üzərinə öz xeyrinə gücçatmaz ağır vergilər, can vergisi 

və  başqa  vergilər  qoymuşdu.  Balıqçılar  üzərinə  isə  xüsusi 

vergi qoyul

muşdu.  Təsərrüfatında  balıqçılığın  mühüm  yer 

tutduğu  dəniz  sahili  əyalətinin  əhalisi  bu  vergidən  xüsusilə 

bezmişdi.  Ölkədə  mütamadi  olaraq  vergilərin  artırılması 

kütləvi aclığa səbəb oldu və Pequ əyalətinin bir çox rayonları 

xaraba

zarlığa  çevrildi. Əhali kütləvi surətdə acından ölürdü. 



Təəccüblü deyildir ki, işğal edilmiş vilayətlərin əhalisi qaçıb 

cəngəllərdə partizanlara qoşulur, ya da ingilis ağalığına qarşı 

üsyan qaldırırdı. 

 

Yerli əhalidən, həmçinin nizami ordunun Pequda qalmış 



əsgərlərindən partizan dəstələri yaradılırdı. Bu dəstələr kənd-

li

lərdən, balıqçılardan və dilənçilərdən ibarət idi. Öz hakimiy-



yətini və imtiyazlarını xarici işğalçılarla bölüşdürmək istəmə-

yən feodalların və budda ruhanilərinin bir hissəsi də xalq mü-

qaviməti  hərəkatına  qoşulmuşdu.  Vətənpərvərlərin  baçlıca 

məqsədi öz vətənindən ingilis müstəmləkəçilərini qovmaq və 

bütün əyaləti xaricilərin ağalığından azad etmək idi. 

Belə bir şəraitdə Britaniya qoşunları partizan dəstələrilə 

şiddətli vuruş-malar aparmalı oldular. Bilin, Pequ kimi ayrı-

ayrı şəhərlər dəfələrlə əldən-ələ keçdi. Birma partizanları çox 

zaman açıq döyüş meydanında vuruşmayaraq ingilis düşərgə-

ləri  üzərinə  meşələrdən  və  pusqulardan  hücum  edirdilər. 

Yerli  əhali  partizanlara  geniş  yardım  göstərirdi.  Yerli  əhali-

dən olan "bələdçilər" adətən ingilisləri cəngəlliklərdə azdırır 

və burada partizanlar onları mühasirəyə alır və məhv edirdilər. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə