230
zorla qəbul etdirilən ilk qeyri-bərabərhüquqlu və qarətkar
mü
qavilə idi. Beləliklə 1824-1826-cı illəri əhatə edən 1-ci
Birma-
İngiltərə müharibəsi nəticəsində Birma İngiltərənin
xeyrinə bir sıra güzəştlərə getməyə məcbur oldu. Birma, bu
müharibədə geri çəkilsə də ingilislər bununla kifayətlənmədi.
İkinci ingilis - Birma müharibəsi
İngiltərənin hakim dairələri bütünlüklə Birmanı zəbt
etmək və onu öz müstəmləkəsinə çevirmək səylərindən əl
çəkməmişdilər. 1852-ci ilin aprelində İngiltərə ilə Birma
arasında ikinci müharibə başlandı. Bu müharibəni Birmada
Britaniya tacir
ləri ilə pis rəftar edilməsi bəhanəsilə ingilis
Ost-Hind kompani
yası başladı.
Aprel-
iyun aylarında Britaniya müstəmləkəçiləri Aşağı
Birmanın Martaban, Ranqun, Basseyi və başqa ən mühüm
məntəqələrini tuta bildilər. Düşmənə qəhrəmancasına müqa-
vi
mət göstərməsinə baxmayaraq Birma qoşunları geri çəkil-
məyə məcbur oldu.
İngilis müstəmləkəçiləri ölkənin içərilərinə soxulduqca
işğal edilmiş ərazidə yerli əhalinin partizan müharibəsi geniş-
lənməyə başladı. İngilislərin Birma xalqına qarşı müharibəsi
Birmanın nizami hissələri ilə müharibədən daha təhlükəli idi.
Vuruşmalar uzun sürən müharibə xarakteri aldı, böyük maddi
v
ə insan itkisinə səbəb oldu. İkinci ingilis-Birma müharibəsi
bütün Birmanın işğalının başa çatdırılmasında həlledici amil-
lərdən biri oldu. Amma bu dəfə də xalqın fədakar müqavi-
məti ingilis hakim dairələrinin çox planlarını pozdu. Nəhayət,
Hindistanın ingilis general-qubernatoru 1852-ci ilin dekabrında
Pequ əyalətinin ilhaq olduğunu elan etdi və 1853-cü il iyunun
30-
da isə hərbi əməliyyatın qurtarması haqqında intibahnamə
nəşr edildi. Britaniya hökumət orqanlarının təklif etdiyi sülh
müqavi
ləsi layihəsi dörd maddədən ibarət idi: 1) əbədi sülh
qoyulma
sı; 2) Pequ əyaləti Böyük Britaniyaya verilməsidi;
3) ticarət azadlığı; 4) Birma hökuməti tərəfindən müqavilənin
231
dərhal imzalanması və təsdiq edilməsi. Əks təqdirdə Birma
krallığı tamamilə istila olunanadək müharibənin davam etdi-
ri
ləcəyi şərti irəli sürülürdü.
İngilislərin müxtəlif hədələrinə məhəl qoymayan Birma
kralı Mondon (1853-1878) təklif edilən müqaviləni imzala-
maqdan və Pequ əyalətinin işğalını tanımaqdan imtina etdi.
İngilis burjuaziyasının qarətkar hərəkətlərinə qarşı xalq kütlə-
lərinin hiddəti yeni mərhələyə daxil olmaqda idi. Hətta, İngil-
tərə Birma kralını yenidən hərbi əməliyyata başlayacağı ilə
hədələsə də, lakin o zaman əməli olaraq bu işə girişməyə cürət
etmədi.
1852-1860-
cı illərdə Pequda partizan müharibəsi
Pequ əyalətinin əsasən monlardan və ya talainqlərdən
i
barət olan yerli əhalisi ingilis işğalçılarını öz vətənindən
qov
maq qətiyyətində idi. Amma buna nail olmaq mümkün ol-
murdu. Səbəb? Səbəb ondan ibarət idi ki, müstəmləkəçilər
Bir
mada işğalçı müharibə aparanda digər tayfalar sadəcə ola-
raq bunu müşahidə edirdilər, həmrəylik göstərmirdilər. Daha
dərk etmirdilər ki, bu istila bir gün onlar üçün də olacaqdır.
Bu dövrdə yalnız ingilis qarnizonları olan məntəqələrdə Bri-
ta
niyanın hakimiyyəti yaradılmışdı. İngilislərin bütün əyaləti
öz haki
miyyətinə tabe etmək səyləri hər dəfə xalqın silahlı
mü
qavimətinə rast gəlirdi. Bunun nəticəsi idi ki, ingilislər
1861-
ci ilədək əhalini hələ də özlərinə tabe edə bilməmişdi-
lər. Əgər ümumi birlik olsaydı işğalçılar heç sərhədə də
yaxınlaşa bilməzdi. Təəsüf ki, o milli həmrəylik hələ yox idi.
Hökumətin özü də mövcud şəraitdə qapalı siyasət yeri-
dirdi. Amma xalqın inadkar mübarizəsi 1853-1854-cü illərdə
yenidən gücləndi. Həmin illərdə hətta ingilis hakim dairə-
lərinin özü də Pequda vəziyyətin son dərəcə ağır olduğunu
etiraf edirdilər. Onlar etiraf edirdilər ki, bütün ölkəni başdan-
başa "qiyam və həyəcanlar" bürümüşdür. Bu zaman Pequda
232
ingilis nizami qoşunlarının sayı 18-19 minə çatırdı, halbuki
ikinci ingilis-
Birma müharibəsində 8100 nəfər istirak etmişdi.
İngilis işğalçıları özgə torpağında həyasızcasına ağalıq
etdiklərindən, misilsiz qarətkarlığa əl atdıqlarından və əhalini
şiddətli surətdə istismar etdiklərinə görə ingilis zalımlarına
qar
şı Birma xalqının nifrəti, qəzəbi, intiqam hissi, getdikcə
güc
lənirdi. Britaniya hökumət orqanları Pequnu işğal etdiyi
birinci ildən başlayaraq müharibə nəticəsində müflisləşmiş
əhali üzərinə öz xeyrinə gücçatmaz ağır vergilər, can vergisi
və başqa vergilər qoymuşdu. Balıqçılar üzərinə isə xüsusi
vergi qoyul
muşdu. Təsərrüfatında balıqçılığın mühüm yer
tutduğu dəniz sahili əyalətinin əhalisi bu vergidən xüsusilə
bezmişdi. Ölkədə mütamadi olaraq vergilərin artırılması
kütləvi aclığa səbəb oldu və Pequ əyalətinin bir çox rayonları
xaraba
zarlığa çevrildi. Əhali kütləvi surətdə acından ölürdü.
Təəccüblü deyildir ki, işğal edilmiş vilayətlərin əhalisi qaçıb
cəngəllərdə partizanlara qoşulur, ya da ingilis ağalığına qarşı
üsyan qaldırırdı.
Yerli əhalidən, həmçinin nizami ordunun Pequda qalmış
əsgərlərindən partizan dəstələri yaradılırdı. Bu dəstələr kənd-
li
lərdən, balıqçılardan və dilənçilərdən ibarət idi. Öz hakimiy-
yətini və imtiyazlarını xarici işğalçılarla bölüşdürmək istəmə-
yən feodalların və budda ruhanilərinin bir hissəsi də xalq mü-
qaviməti hərəkatına qoşulmuşdu. Vətənpərvərlərin baçlıca
məqsədi öz vətənindən ingilis müstəmləkəçilərini qovmaq və
bütün əyaləti xaricilərin ağalığından azad etmək idi.
Belə bir şəraitdə Britaniya qoşunları partizan dəstələrilə
şiddətli vuruş-malar aparmalı oldular. Bilin, Pequ kimi ayrı-
ayrı şəhərlər dəfələrlə əldən-ələ keçdi. Birma partizanları çox
zaman açıq döyüş meydanında vuruşmayaraq ingilis düşərgə-
ləri üzərinə meşələrdən və pusqulardan hücum edirdilər.
Yerli əhali partizanlara geniş yardım göstərirdi. Yerli əhali-
dən olan "bələdçilər" adətən ingilisləri cəngəlliklərdə azdırır
və burada partizanlar onları mühasirəyə alır və məhv edirdilər.
Dostları ilə paylaş: |