Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə79/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   75   76   77   78   79   80   81   82   ...   142

236 

XIV əsrin axırlarında Teymurilərin əsarəti altına düşən Əfqa-

nıstan XVI əsrdə Böyük Moğollar imperiyasının (1526-1761) 

və Səfəvilər dövlətinin tərkibinə qatıldı. 

XVIII əsrin 30-cu illərində Nadir şahın istilaları ilə əla-

qədar Hindistanla yanaşı Əfqanıstan da bu istilaya məruz qal-

dı və 1747-ci ilə qədər, yəni Nadir şahın Xabuşanda qətlə ye-

ti

rilməsinə qədər bu imperiyanın tərkibində qaldı.  



Nadir şahın öldürülməsindən bəhrələnən Nadir şahın sər-

k

ərdələrindən biri olmuş Əhməd xan qoşunu, silah-sursatı ilə 



birlikdə  İran  ərazisini  tərk  edərək  1747-ci  ildə  Əfqanıstana 

qa

yıtdı  və  Əfqanıstan  dövlətini  tayfalar  ittifaqı  əsasında  ya-



rat

mağa başladı. 

 1747-

ci ildə Əfqan dövləti yaranana qədər "Əfqanıstan" 



haqqında  (XIII-XIV  əsr  məxəzlərində  tez-tez  təsadüf  edilir) 

və  bu  ölkənin  etnik-coğrafi  mənada  əfqanlar  ölkəsini,  yəni 

qədimdən  əfqan  qəbilələrinin  yaşadığı  Süleymani  dağlarını 

və  bunlara  bilavasitə  qonşu  olan  yerləri  bildirirdi.  Eyni za-

man

da Əfqanıstan haqqında yunan mənbələrində, o cümlədən 



Heredot, Plibi və digər klassiklərin məlumatlarında rast gəlinir. 

XVIII  əsrin  ortalarınadək  əfqanlar  indiki  Əfqanıstanın 

əsasən cənub hissəsində yaşayırdılar. Ölkənin digər yerlərinin 

əsas əhalisi taciklərdən, həzarilərdən, başqa kiçik xalqlardan 

və qəbilələrdən ibarət idi. 

Əfqanıstan  dağlıq  ölkədir,  onun  ərazisinin  beşdə  dörd 

his

səsi dağ və dağ yaylalarından ibarətdir. Əfqanıstanın Hin-



dis

tandan İrana və Orta Asiyaya gedən ticarət yolları üzərin-

də yerləşməsi qonşu ölkələr və xalqlarla əfqanların təsərrüfat 

və  mədəni əlaqələrinin inkişafına kömək etmişdir. Digər tə-

rəfdən isə, Hindistana bir növ qapı olan Kabil, Qəndəhar və 

Süleymani  dağlarının  strateji  və  iqtisadi  əhəmiyyəti  əfqan 

torpaqlarının  müxtəlif  istilaçılar  arasında  dəfələrlə  mübarizə 

meydanına çevrilməsinə səbəb olmuşdur. 

 



237 

Əfqan dövlətinin təşəkkülü 

 

XVI  əsrdə  Əfqanıstanın  ərazisi  Moğollar  və  Səfəvilər 

tərəfindən işğal edildi. Bunlara qarşı uzun sürən mübarizədə 

əfqan xalqının milli şüuru möhkəmlənir, onun vətənpərvərlik 

ənənləri yaranır və bu xalqda antimüstəmləkəçilik psixologi-

ya

sı  formalaşırdı.  Əfqan  qəbilələri  moğol  əsarətinin  devril-



məsi uğrunda uzun müddət silahlı mübarizə aparmışlar. Uzun 

sürən mübarizədən sonra nəhayət tayfalar arasında qan düş-

mənçiliyinə  bir  qədər  fasilə  verildi.  Tayfa  ağsaqqalları  ara 

haribələrinə son qoymağa nail oldular. Nəhayət, öz dövrü-



nün görkəmli mütəfəkkiri Bəyazid Ənsari tərəfindən (1585-ci 

ildə vəfat etmişdir) rövşəni dini təriqəti yaradılmış və bu tə-

riq

ət  uzun  müddət  azadlıq  uğrunda  mübarizəyə  başçılıq  et-



mişdi. Həmin dövrdə əfqanların azadlıq mübarizəsi eyni za-

manda sinfi mübarizə ilə birləşirdi. Eyni zamanda XVI-XVII 

əsrlərdəki rövşəni hərəkatı, əsasən kəndli hərəkatı olub, əfqan 

qəbilələrinin,  icma  torpaqlarını  zəbt  edən  yuxarı  təbəqələrə 

qarşı çevrilmişdi. 

Hind çayının sağ sahilində xəttəklərin yaşadığı yerlərdə 

XVI-

XVII  əsrlərdə,  ən  iri  əfqan  qəbilələri  olan  gilzayların 



yaşadığı  Qəndəharda  və  abdalilərin  yaşadığı  Heratda  isə 

XVIII  əsrin  əvvəllərində  yerli  sülalələrdən  çıxmış  xanların 

rəhbərliyi  altında  müstəqil  feodal  xanlıqları  yarandı. Bu za-

man əfqan qəbilələrinin dövlət halında birləşməsi üçün ilkin 

şərtlər yaranmışdı, lakin 1729-1738-ci illərdə Əfqanıstan Na-

dir şah tərəfindən işğal edildi. Nadir şah öldürüləndən sonra 

Əfqan dövlətinin yaradılması imkanları meydana çıxdı. İran-

da əmələ gəlmiş hakimiyyətsizlik şəraitində əfqan qəbilələri 

müstəqil oldular və onların siyasi mütəşəkkillik səyləri müs-

təqil dövlətin yaranması ilə nəticələndi. 

 

Yəni, 1747-ci il iyunun 19-da gecə Nadir şah Xabuşan-



da (Xorasandadır) öz düşərgəsində öldürülən kimi onun müx-

təlif qəbilələrdən ibarət olan qoşunları içərisində toqquşmalar 




238 

baş  verdi.  Əfqan  əsgərlərinin  sərkərdəsi  Əhməd  xan  öz  dö-

yüşçülərini yaranmış təhlükəli vəziyyətdən qurtara bildi. Əh-

məd xan baş verən qarışıqlıqdan istifadə edərək Nadir şahın 

toplarını, digər silah və sursatını və onun sərvətlərinin bir his-

səsini də özü ilə Əfqanıstana apardı. Bu hadisələr nəticəsində 

Əhməd  xan  Xorasandan  vətənə  qayıdan  əfqan  dəstələrinin 

başında durmaqla döyüşlərdə sınaqdan çıxmış dəstəni 1747-ci 

ilin  payızında  Qəndəhara  gətirdi.  Tezliklə  həmin  dəstə  yeni 

əfqan qoşunlarının özəyini təşkil etdi. 1747-ci ilin oktyabrın-

da Nadirabadda (Qəndəharın yaxınlığında) Əfqanıstanın şahı-

nı  seçmək  üçün  nüfuzlu  əfqan  xanlarından  corgə

1

 

toplandı. 



Corgəyə  gələnlər  Əhməd  xanı  tərəddüd  etmədən  Əfqanısta-

nın şahı seçdilər. Tarixi rəvayətə görə bir nəfər dərviş ilk əf-

qan hökmdarının başına tac əvəzinə buğda sünbüllərindən hö-

rülmüş  çələng  qoydu.  O  vaxtdan  indiyə  qədər  Əfqanıstan 

döv

lət gerbində taxıl sünbüllərindən hörülmüş çələngin təsvi-



ri vardır.  

Əhməd xanın şah seçilməsi onun təkcə hərbi sərkərdə ki-

mi  qazandığı  şöhrətlə,  ələ  keçirdiyi  sərvətlərlə  və  s. deyil, 

həm də onun adlı-sanlı sədozay tayfasına mənsubiyyətilə də 

izah olunur. Bu tayfa 

həmçinin abdali qəbiləsi içərisində im-

tiyazlı  xan  tayfası  mövqeyini  tuturdu  və  abdalilərin  ali  rəh-

bərləri  həmin  tayfa  nümayəndələrindən  döyüşkənliyinə  və 

mad

di  imkanına  görə  seçilirdi.  Əhməd  xan  ən  güclü  abdali 



tayfaları və qəbilələrinin başçıları üçün əlverişli bir namizəd 

idi. 


Əfqan  tayfalarının  rəhbərləri  həmçinin  inanırdılar  ki, 

Əhməd xan yenicə yaradılmış bu dövləti nüfuzlu dövlətə çe-

vi

rəcəkdir.  Eyni  zamanda  onlar  əmin  idilər  ki,  Əhməd  xan 



həmişə  bütün  tayfa  başçıları  ilə  onlarla  hesablaşmalı  ola-

caqdır.  Doğrudan  da  belə  oldu  və  abdali  xanları  Əfqanıstan 

dövlətində birinci dərəcəli yer tutdular. Abdalilərin imtiyazlı 

mövqelərini  möhkəmləndirmək  üçün  Əhməd  şah  onların 

                                                 

1

 



Əfqanlarda "Corgə"- "dairə", yığıncaq, ağsaqqallar şurası və s. 

deməkdir. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə