Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə87/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   83   84   85   86   87   88   89   90   ...   142

260 

 Bu  da 


İngiltərə-İran  münasibətlərinin  pisləşməsinə  sə-

bəb oldu və Napoleon bu məqamdan istifadə etdi. 1806-cı il-

də Napoleonun Tehrana göndərdiyi nümayəndəsi Jober Rusi-

yaya  və  İngiltərəyə  qarşı  Fransa  ilə  hərbi  ittifaq  bağlamağı 

şaha təklif etdi. Rusiya ilə müharibədə şah qoşunlarının mü-

vəffəqiyyətsizliyi  və  rus  qoşunlarının  1806-cı  ildə  Dərbənd, 

Bakı, Muğanı və Zaqafqaziyanın başqa şəhər və rayonlarını 

tutması, şahı Napoleonla ittifaq bağlamağa sövq etdi. Fransa 

tərəfindən  aldadıldığını  bəlkə  də  hələlik  dərk  etməyən  şah 

1807-ci il ma

yın 4-də Finkenşteyn şəhəri yaxınlığında Napo-

leo


nun qərargahında Fransa ilə İran arasında müdafiə və hü-

cum müqavi

ləsi imzalandı. Bu müqaviləyə əsasən şah İngil-

tərə ilə bütün əlaqələri kəsməyi, İngiltərəyə müharibə elan et-

məyi, Fransa ordusunu Əfqanıstan ərazisindən Hindistana bu-

raxma


ğa əfqanları məcbur etməyi və fransız orduları Hindis-

tanı istila etmək üçün hərəkət etdikdə İran qoşunlarını fransız 

ordusuna birləşdirməyi öhdəsinə götürdü. Bununla İran İngil-

tərə  müstəmləkəsi  olan Hindistanın parçalanmasında  bilava-

sitə iştirak edirdi. Bunlardan əlavə şah Fars körfəzinin bütün 

limanlarını fransız eskadrası üçün açmağı və fransızlar üçün 

əlverişli şərait yaradılacağına vəd verirdi. Eyni zamanda İranı 

Rusiya  ilə  müharibəni  davam  etdirməyə  təhrik  edən  Napo-

leon  Rusiyanı  Gürcüstan  və  digər  Zaqafqaziya  xanlıqlarını 

İrana qaytarmağa məcbur etməyi, habelə şah qoşunlarını silah 

və  döyüş  sursatı  ilə  təchiz  etməyi,  İran  ordusunun  yenidən 

təşkili  üçün  özünün  hərbi  təlimatçılarını  İrana  göndərməyi 

öhdəsinə götürürdü. 

Bu  müqavilə  bağlandıqdan  sonra,  1807-ci  ildə  general 

Qordan  başda  olmaqla  İrana  böyük  heyətdən  ibarət  fransız 

missiyası gəldi və Avropa qaydasında nizami qoşun, piyada 

və topçu hərbi hissələri təşkil etməyə başladı. Bununla yana-

şı, Qordan Fransa-İran ticarət müqaviləsi bağladı. Həmin mü-

qa

vilə 1708-ci və 1715-ci illər Fransa-İran müqavilələri əsa-



sında fransızların əldə etmiş olduğu kapitulyasiya hüquqlarını 


261 

təsdiq edib genişləndirdi. Müqavilə, İranın iqtisadi və siyasi 

cəhətdən əsarət altına alınması məqsədini güdürdü. 

La

kin tezliklə beynəlxalq vəziyyətdə əsaslı dəyişikliklər 



baş  verdi.  1807-ci il iyulun 7-də  Tilzitdə  Fransa  ilə  Rusiya 

arasında  sülh  müqaviləsi  imzalandı.  Bundan  sonra  ingilislər 

şahla yenidən danışıq aparmağa başladı. 1808-ci ildə rus qo-

şunları Naxçıvanı tutmuş və İrəvanı mühasirəyə almışdı. İn-

gi

lislər şaha təzyiq göstərmək üçün Fars körfəzinə çoxlu hər-



bi gəmi gətirdilər. Şahı və onun yaxın adamlarını ələ almaq 

üçün çoxlu vəsait sərf etdilər. Bütün bunlarla əlaqədar olaraq 

şah  və  saray  adamları  ingilislərlə  yenidən  yaxınlaşdı.  Çevik 

in

gilis  diplomatiyası  qalib  gəldi  və  şahın  tələbilə  Qordan 



1809-

cu ilin fevralında İranı tərk etməyə məcbur oldu. Uzun 

müddət idi ki, Britaniya hökuməti İrana qarşı müxtəlif təzyiq 

v

asitələrindən istifadə edirdi. Nəhayət, İngiltərə digər rəqiblə-



ri

ni  aradan  çıxardı  və  Tehrana  gələn  ingilis  nümayəndəsi 

Harford Cons 1809-

cu ilin martında İngiltərə ilə İran arasında 

müqavilə bağlamağa müvəffəq oldu. Həmin müqaviləyə əsa-

sən şah Fransa ilə və İngiltərəyə düşmən olan başqa dövlət-

lərlə  bütün  əlaqələrini  kəsməyi  öhdəsinə  götürdü.  İngiltərə 

İranı Rusiya ilə müharibəni davam etdirməyə təhrik edərək, 

Rusiya ilə müharibə aparıldığı müddətdə şaha çoxlu pul yar-

dımı göstərməyi (bu pulun miqdarı sonralar ildə 200 min tü-

mənə qədər çatdırılmışdı), habelə şah qoşunlarına hərbi təli-

mat


çılar  və  silah  göndərməyi  öhdəsinə  götürdü.  Sonra  isə, 

yəni 1810-cu və 1811-ci illərdə ingilislər şah qoşunları üçün 

top və hərbi təlimatçılar, habelə üçillik maddi yardım olaraq 

600 min tümən pul göndərdilər. 

 

Lakin Fransa və İngiltərənin şaha yardım göstərməsinə 



baxmayaraq, İrana nisbətən güclü olan Rusiya ilə müharibədə 

və  müharibənin  gedişində  İran  müvəffəqiyyətsizliyə  uğra-

maq

da davam edirdi. Basqınlara və dinc əhalini soymağa da-



ha çox adət edən, yalnız öz feodal xanlarına tabe olan dağınıq 

feodal dəstələri və qoşunları o zaman Avropada ən yaxşı qo-

şunlardan biri hesab olunan nizami rus ordusuna müqavimət 



262 

göstərməyə qadir deyildi. İran xanları və şahlarının əsarətin-

d

ən xilas olmağa çalışan xalqlar, o cümlədən Zaqafqaziyanın 



xalqları  və  qəbilələri,  feodalların  cüzi  bir  hissəsi  istisna  ol-

maq


la,  onların  torpaqlarını  qarət  edən  İran  xanlarına  və  qo-

şunlarına düşmən  münasibət bəsləyir və İrana qarşı mühari-

bədə rus qoşunlarına kömək edirdilər. İran feodalları içərisin-

də birlik olmaması İran şahının qüvvələrini zəiflədirdi. Bəzi 

xanlar çox zaman öz dəstələri ilə birlikdə rus ordusu tərəfinə 

keçirdi. Müharibə dövründə İranda hərcmərclik, feodal istis-

ma

rının  həddini  aşması,  proteksionizmin  eybəcər  formaları-



nın saxlanılması ölkədə ictimai-siyasi gərginliklərin daha da 

art


masına səbəb olmuşdu. Xorasanda və İranın bəzi başqa vi-

layətlərində şah hakimiyyətinə qarşı, demək olar, arasıkəsil-

məyən  üsyan  və  qiyamlar  baş  verməsinin  başlıca  səbəbləri 

bunlar idi. 

 

Rusiyanın eyni zamanda Türkiyə ilə müharibə aparma-



sından istifadə edərək şahın 1810-cu ildə Türkiyə ilə bağla-

dığı hərbi ittifaq da İrana kömək edə bilmədi. Hətta 1812-ci 

ildə Napoleonun Rusiyaya hücumu da İran qoşunlarının və-

ziyyətini yaxşılaşdırmadı. Rus qoşunları 1812-ci ilin oktyab-

rında  Aslandüz  vuruşmasında  Abbas  Mirzənin  qoşunlarını 

darmada


ğın  etdi.  Bundan  sonra  sülh  danışıqları  başlandı. 

Nəticədə 1813-cü il oktyabrın 12-də müasir Goranboy rayo-

nunun Gü

lüstan kəndində sülh müqaviləsi imzalandı. 

Gülüstan müqaviləsi İranın Dağıstana, Gürcüstana və Şi-

mali Azərbaycana iddialarından əl çəkməsini və bu ölkələrin 

Rusiyanın tərkibinə daxil olmasını rəsmiləşdirdi. Müqavilədə 

nəzərdə tutulmuşdu ki, Xəzər dənizində yalnız Rusiya hərbi 

dona

nma  saxlaya  bilər.  Müqavilənin  bu  şərti  İrana  qarşı  ol-



maqdan daha çox, İranın köməyilə İngiltərə və ya Fransanın 

Rusiyaya 

hücum üçün Xəzər dənizindən istifadə edə bilmək 

səylərinə qarşı çevrilmişdi. Müqaviləyə əsasən Rusiya tacirlə-

rinə sərbəst surətdə İrana getmək, İran tacirlərinə isə Rusiya-

ya gəlmək və ticarət etmək hüququ verilirdi. Gətirilən malla-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə