Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə95/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   91   92   93   94   95   96   97   98   ...   142

284 

hazırlanan yeni təhlükə ilə I Sultan Səlim 1514-cü il avqustun 

23-

də Şah İsmayıl Xətaini Çaldıran döyüşündə məğlubiyyətə 



uğratmaqla hər ikisi tarixi səhvə yol verdilər. Qüdrətli Azər-

bay


can Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin şəx-

siy


yətinə, idarəçilik qabiliyyətinə çox böyük qiymət verən və 

Azərbaycan  Səfəvi  imperiyası  haqqında  bəhs  edən  K.Marks 

yazırdı  ki,  "Şah  İsmayıl  Xətai  yeganə  hökmdardı  ki,  14  il 

ərzində 14 dövlət zəbt etmişdir". Belə qüdrətli dövləti sarsıt-

maq avropalılara lazım idi. Odur ki, Türkiyənin Azərbaycana 

qarşı  işğalçılıq  yürüşləri  nəticəsində  ölkə  iqtisadiyyatı  po-

zuldu, xalq kütləsi müflisləşdi və dövlətçilik ənənələri xeyli 

zəiflədi. Bu iki qardaş arasında süni şəkildə formalaşdırılmış 

faciə idi. 

Osmanlıların  Azərbaycana  qarşı  basqınları  XVIII  əsrin 

sonu  XIX  əsrin  əvvəllərinədək  davam  etdi.  Osmanlı  işğalı 

1514-1517-

ci illərdə daha da sürətlənərək yeni mərhələyə da-

xil 


oldu.  Zaqafqaziya,  Şimali  Mesopotamiya,  Suriya,  Fələs-

tin, Misir, Hicaz (

Qərbi Ərəbistan Məkkə və Mədinə şəhərləri 

ilə  birlikdə)  işğal  edildi.  Yalnız  1683-cü ildə  Polşa  kralı  III 

Yan Sobeski türk ordusunu məğlub etdi. Bu məğlubiyyət Os-

manlı  imperiyasının  tənəzzülünün  başlanğıcı  oldu.  Nəhayət, 

Karlovisi konqresində (1698-1699) təklənən Türkiyə Avropa-

dakı  torpaqlarının  xeyli  hissəsini  itirdi.  Avropa  dövlətlərilə 

ya

naşı  Rusiya-Türkiyə  ziddiyyətlərinin  də  dərinləşdirilməsi 



qəsdən qızışdırıldı. 

  Amma o


rta  əsrlər  dövründən  fərqli  olaraq  Türkiyənin 

ordusu başdan-başa silahlanma əsasında qurulurdu və bu ordu o 

zamanın ən güclü ordularından biri idi. Türk ordusunun əsasını 

feodal  süvariləri  təşkil  edirdi.  Türklər  Balkanlarda  istilaçılıqla 

məşğul  olan  zaman  əsir  aldıqları  qadınları  və  uşaqları  ordu 

hissələrində  təsərrüfat  işlərinə  cəlb  edirdilər,  dünyaya  gələn 

uşaqlar isə gələcəyin əsgərləri olurdu. Orduda nizami piyadalar 

xristian uşaqlarından icbari surətdə toplanan yeniçərilər böyük 

rol oynayırdı. Onları müsəlman mövhumatı və sultana sədaqət 

ruhunda  tərbiyə  edirdilər.  Amma  Osmanlı  dövlətinin  hərbi 

dairələrindən  rəhbərlər  unudurdular  ki,  əsirlik  həyatı  zamanı 



285 

dünyaya  gələn  mənşəyi  məlum  olmayan  gələcək  hərbiçilərin 

günindəki  əlamətlər  nə  vaxtsa  özünü  büruzə  verəcək.  Tarix 

gələcəkdə  bunu  sübut  etdi.  Ordu  möhkəm  mərkəziyyəti  ilə 

fərqlənirdi.  Bu  isə  orta  əsrlərdə  Avropa  orduları  müqayisədə 

türk ordusunun böyük üstünlüklərindən xəbər verirdi. 

XV əsrin axırları XVI əsrin birinci yarısında türk xalqının 

art


ıq təşəkkül tapması və formalaşması başa çatmışdı, onun öz 

ərazisi, dili və müəyyən dərəcədə mədəniyyəti formalaşmışdı. 

 

Sinfi və etnik ziddiyyətlər 

 

Osmanlı istilasının əsarət altına alınmış xalqlara, xüsusi-

lə əksəriyyəti slavyanlardan ibarət olan xalqlara misilsiz fəla-

kət  və  iztirablar  gətirməsi  haqqında  çoxlu  obyektiv  və  sub-

yaktiv 

slavyan  mənbələri  vardır.  Əsarət  altına  alınmış  xalq-



ların torpaqları sultanın şəxsində Türkiyə dövlətinin mülkiy-

yətinə çevrilmiş və feodallara paylanmışdı. Yerli əhali ikiqat 

zülm  – 

ictimai  və  milli  zülm  altında idi. Balkanlara çoxlu 

əkinçi və maldar türklər axışıb gəlmiş və xeyli hissəsi zorla 

köçürülmüşdü.  Yerli  əhalinin  torpaqları  yeni  gəlmələrə  ve-

rilmişdi.  Balkan  yarımadasının  yüz  minlərlə  əhalisinə  zorla 

is

lam qəbul etdirilir və onlar zorla türkləşdirilirdi. Beləliklə, 



Osmanlı  imperiyasında  əsarət  altına  alınmış  xalqlarla  onları 

əsarət  altına  alanlar  arasında  kəskin ziddiyyətlər  meydana 

gəlmişdi. Feodallar türk, onların istismar etdikləri yerli əhali-

nin  əksəriyyəti  isə  slavyan  olduğundan, Balkanlardakı  milli 

ziddiyyətlər ictimai ziddiyyətlərlə birləşirdi.  

Türklərin  öz  daxilində  də  sinfi  ziddiyyətlər  var  idi  və 

bun

lar getdikcə daha da kəskinləşirdi. Osmanlı imperiyasında 



hərbi-len torpaq sahibliyi sistemi yaranmışdı. Torpaqlar sulta-

nın şəxsində dövlət mülkiyyəti hesab olunurdu. Sultan bu tor-

paqları feodallara, ruhanilərə paylayır, torpağın xeyli hissəsi-

ni isə öz şəxsi istifadəsində saxlayır və ya sultan ailəsi üzvlə-

ri

nə  verirdi.  Təbəqələşmə  prosesi getdiyinə  görə  iri,  orta və 



ki

çik  feodallar  var  idi.  İri  və  orta  feodalların  əraziləri  ziya-

mət, kiçik feodal malikanələri isə timar adlanırdı. Bunlardan 

başqa, bir də mühüm vəzifə daşımaqla əlaqədar olan və xassə 




286 

adlanan iri torpaq sahibli

yi var idi. Ziyamət və timar sahibləri 

haribə vaxtı sultanın tələbi ilə müharibəyə getməli və öz 



torpaq malikanələrinin gəlirinə uyğun olaraq müəyyən sayda 

hazırlıqlı və silahlı əsgər də gətirməli idilər. Feodal malikanə-

sinin böyüklüyü 

həmin  malikanələrin  dövlət  vergi  siyahıla-

rında  göstərilmiş  gəlirin  miqdarı  ilə  müəyyən  edilirdi,  lakin 

əslində  dövlət  vergi  siyahılarındakı  qeydlərlə  malikanələrin 

həqiqi  gəliri  arasında  bu  və  ya  başqa  cəhətdən  böyük  fərq 

olur


du.  Feodalın  gəlirini  kəndlilərin  torpaqdan  istifadə  üçün 

məhsulun  müəyyən  hissəsi  şəklində  verdikləri  vergi  təşkil 

edirdi. Əsas vergi əşar vergisi (şərti olaraq onda bir) idi. XVII 

əsrin  əvvəllərində  Osmanlı  imperiyasında  2.672  ziyamət  və 

39.378  timar  var  idi.  Torpaqların  xeyli  hissəsi  ruhanilərin 

əlində olan vəqf torpaqları, xüsusi mülkiyyətdə olan isə mülk 

torpaqları var idi. 

Bütün  feodal  torpaqlarında  istismarın  əsas  forması  olan 

yardarlıq  mövcud  idi  (Balkanlarda,  biyarın  üstün  yer  tutduğu 

ayrı-ayrı  vilayətlərdən  başqa).  Yardarlıq  sistemində  məhsulun 

bir hissəsi feodala, əsasən əşar şəklində verilirdi. Beləliklə, renta 

vergi  ilə  qovuşurdu.  Başlıca  olaraq  kəndlilərdən  alınan  çoxlu 

digər vergilər də var idi. Müsəlman olmayan kəndlilərdən əlavə 

vergi  alınırdı  ki,  bu  da  onların  hüquqca  bərabər  olmadıqlarını 

göstərirdi. Bununla türklər ərəblərin islamı yaydıqları ilk dövr-

lərdəki  "imtiyazlar"  siyasətini  yeridirdilər.  Vergi  verən  bütün 

əhali milliyyətindən asılı olmayaraq XVIII əsrin axırlarına qədər 

rəiyyət  adlanırdı.  Sonralar  bu  qanun  yalnız  xristianlara,  həm 

kəndli, həm də şəhərli xristianlara aid edilmişdi.  

Zaman keçdikcə kəndlilərin istismarı artır, vergilər daha 

da 

ağırlaşır,  feodalların  özbaşınalığı  qüvvətlənirdi.  Bütün 



bun

lar üsyanlara, həmçinin kəndlilərin kəndlərdən dağlara və 

şəhərlərə  qaçmasına  səbəb  olurdu.  Kəndlilərin  istismardan 

qaç


masının  qarşısını  almaq  üçün  sultan  hökumət  idarələri 

XVI  əsrin  əvvəllərində kəndliləri  feodal  malikanələrinə  təh-

kim etdi. Lakin Qərbdə və Rusiyadakı təhkimçilikdən fərqli 

olaraq 


Türkiyədə kəndlilər heç bir vaxt şəxsən feodala təhkim 

olmamışdı. Feodalın öz kəndlilərini satmaq, başqasına bağış-

la

maq və ya dəyişmək ixtiyarı yox idi. Torpağa təhkim edil-



mək bundan ibarət idi ki, torpağı buraxıb gedən kəndli feoda-


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə