287
lın xeyrinə torpağı, həmçinin öz əmlakını itirmiş olurdu və
bunlar feod
alın ixtiyarına keçirdi. Feodal qaçan kəndliləri 15
il ərzində qaytarmaq hüququna malik idi. Belə ki, əgər kəndli
15 il müddətinə təhkim olunduğu torpağı tərk edibsə, o yeni-
dən qayıtmaq hüququnu saxlayırdı. Amma bu qayda mahiy-
yət etibarilə digər ölkələrdəki təhkimçilik sistemlərindən
daha
dəhşətli idi. Ona görə ki, hər şeyini itirəcəyini dərk edən
kəndli hara gedə bilərdi?
XVII-
XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran,
Avropa dövlətləri tərəfindən "Şərq probleminin"
hazırlanması
Avropa
dövlətləri artıq kapitalist inkişafı yoluna keçdiyi
bir vaxtda
Osmanlı imperiyasında feodal münasibətləri hökm
sürürdü. Ö
lkə durğunluq vəziyyətində idi. İmperiyanın Avro-
pa ölkələrindən geridə qalması buna səbəb oldu ki, türklər
hərbi məğlubiyyətlərə uğramağa başladılar, zəngin hərbi qə-
ni
mət mənbəyi tükəndi, feodalların müharibəyə marağı itdi.
Bunun
müqabilində isə onlar kəndlilər üzərindəki istismarı
daha da güc
ləndirdilər.
XVII-
XVIII əsrlərdə şəhər sənətkarları və tacirlərinin də
vəziyyəti xeyli pisləşdi. Ödənilməsi heç də mümkün olmayan
vergilər qoyulması, qəlp pul kəsilməsi, əhalinin həmin təbə-
qələrinin əmlakının müsadirə edilməsi, insan həyatının və
mül
kiyyətinin valilərin özbaşınalığından qorunmaması onla-
rın narazılığına səbəb olurdu. Bu narazılıqlar getdikcə artır və
bəzən də üsyanlara gətirib çıxarırdı.
Kəndlilərin, sənətkarların və tacirlərin müflisləşməsi,
kənd təsərrüfatı, sənaye və ticarətin inkişafı yolunda feoda-
lizm rejiminin yaratmış olduğu maneələr Türkiyəni Avropa
öl
kələrindən ayıran məsafəni getkidcə daha çox artırır və
onun tənəzzülünə, ölkədə uzun sürən iqtisadi böhrana, bir qə-
dər sonra isə siyasi böhranın baş verməsinə səbəb oldu.
Türkiyənin tənəzzülü onun başqa ölkələrlə əlaqələrində
də özünü göstərdi. Bu məhdudiyyətlər xüsusilə Avropa döv-
lətləri ilə münasibətlərdə özünü büruzə verirdi. XVII əsrin
axırlarında Türkiyənin Avropada olan torpaqlarının bir hissə-
288
si (1699-cu il Karlovitsi
sülh müqaviləsi əsasında) ilk dəfə
bölüşdürüldü. Avropa dövlətlərinin təzyiqi altında Türkiyə
sul
tanları XVIII əsrin ikinci yarısının axırlarından etibarən öz
ölkəsinin ticarət və sənayesinin zərərinə olaraq xarici tacirlərə
birtərəfli iqtisadi və siyasi imtiyazlar verməyə başladılar. Xa-
tırladaq ki, onlar bu güzəştləri keçmişdə öz xoşları ilə verir-
dilər və qismən könüllülük prinsipi gözlənilirdi. Kapitulyasi-
yalar adlanan bu birtərəfli imtiyazlar Türkiyənin müstəmləkə
əsarəti altına düşməsinin ən mühüm formalarından birinə
çev
rildi. Kapitulyasiyalara əsasən xarici tacirlər Türkiyə qa-
nun
larına tabe olmayaraq, Türkiyə hökumət idarələrinin səla-
hiy
yətindən və təsir vasitələrindən kənarda qalırdı. Onların
Türkiyəyə gətirdikləri mallara Türkiyə tacirlərinin verdiyin-
dən bir neçə dəfə az gömrük qoyulurdu.
Bunul
a yanaşı, hələ 1664-cü və 1683-cü illərdə Osmanlı
imperatorluğuna qarşı Sentqozxarda (Macarıstan) və Vyana-
da uğurlu döyüşlər keçirmişdilər. Zaman keçdikcə Avropa
dövlətlərinin, xüsusilə Fransa, İngiltərə, bəzən də Rusiyanın
səfirləri Türkiyə hökumətinin xarici və daxili siyasətinə daha
artıq təsir göstərirdilər. Avropa dövlətləri hətta Türkiyənin
tor
paqlarını bölüşdürmək planlarını hazırlamağa başlamışdı-
lar. Bu planlar ətrafında dövlətlər arasında kəskin mübarizə
gedirdi. Həmin mübarizə tarixi ədəbiyyatda "Şərq məsələsi"
adlanır. Türkiyənin cəlb olunduğu bu problem XVIII əsrin
axırlarında xüsusilə kəskinləşdi.
XVIII əsrin axırlarında böhranın kəskinləşməsi
Türkiyənin artıq uzun illərdən bəri məruz qaldığı iqtisadi
və siyasi böhran XVIII əsrin axırları və XIX əsrin əvvəllə-
rində daha da kəskinləşdi. Daxili səbəblərdən başqa, o zaman
Avropanın iki qabaqcıl ölkəsində baş vermiş hadisələr –
Fransa
dakı 1789-cu il burjua inqilabı və İngiltərədəki sənaye
çevrilişi də buna təsir göstərmişdi.
Əsasən Fransa inqilabı Osmanlı imperiyasının hərbi,
siyasi və iqtisadi vəziyyətinə böyük təsir göstərmişdi. İnqila-
bın demokratik ideyaları birinci növbədə imperiyanın əsarət
289
altında olan xalqları arasında içərisində milli-azadlıq hərə-
katını bir qədər də coşdurmuşdu. Tədricən fəallaşan xalqların
bütün əvvəlki ictimai-iqtisadi və siyasi dünyagörüşünün
istiqlal savaşına istiqamətləndirilməsi nəticəsində baş verirdi
və XVIII əsrin axırlarında həmin ideyalara yiyələnməyə daha
əlverişli şərait yaranmışdı. Bundan başqa, burjuaziyanı haki-
miy
yət başına gətirən Fransa inqilabı nəticəsində Fransa ilə
İngiltərə arasında müstəmləkələr uğrunda, o cümlədən Os-
man
lı imperiyasının tərkibinə daxil olan ərazilər uğrunda mü-
ba
rizə özünün daha gərgin mərhələsinə daxil olmuşdu. İngil-
tərədəki sənaye inqilabı da (bunu bəzən də sənaye çevrilişi
adlandırırdılar) İngiltərədə yeni tələblərin meydana çıxmasına
səbəb olmuşdu.
Fransa burjua
inqilabı və İngiltərədə sənaye çevrilişi hə-
min ölkələrin, həmçinin bütün kapitalizm dünyasının ictimai-
iqtisadi tərəqqisi yolunda ən mühüm mərhələ hesab edilirdi.
Belə bir mühitdə Osmanlı imperiyasının geriliyi, mərhələ-
mərhələ tənəzzülü xüsusilə nəzərə çarpırdı.
Türkiyə iqtisadiyyatının əsas istehsal sahəsi olan kənd
təsərrüfatı dərin böhran içərisində idi. Öz dövrünü keçirib
dağılmaqda olan timar torpaq sahibliyi sistemi hələ də hökm
sürürdü.
Hələlik bundan mütərəqqi üsul tapılmırdı. Amma
XVIII əsrin axırlarında Osmanlı imperiyasında istehsal edilən
kənd təsərrüfatı məhsullarına Avropa dövlətlərinin tələbatı
artmışdı. Bu isə kəndlilər üzərindəki feodal istismarının,
xüsusilə Kiçik Asiyanın sahil rayonlarında və Balkanlarda
feodal istisma
rının güclənməsinə səbəb olmuşdu. Bununla
bərabər, Türkiyədə yardarlıq sistemi çox yayılmış olduğun-
dan
istismarın güclənməsi başlıca olaraq özünü kəndlilərin
istehsal etdiyi məhsulun bilavasitə feodal tərəfindən ələ
keçirilməsində və soyğunçuluqda özünü göstərirdi.
Şəhərlərdə sənətkarlar və tacirlər üzərində tətbiq edilən
vergi siyasəti o qədər də ürək açan deyildi. Başqa təbəqələr
kimi əhalinin bu təbəqələrinin, hətta iri əyanların belə həyatı
və əmlakı heç bir qanunla qorunmurdu. Paşaların özbaşınalı-
Dostları ilə paylaş: |