293
qanlı qəsd müəyyən dərəcədə həyata keçirildi. Bu hadisə
serblərin səbr kasasını doldurub daşdırdı. Nəticədə ümumxalq
üsyanı baş verdi. Üsyanın başında qayduk (partizan), donuz
al
veri ilə məşğul olan iri tacir Qara Georgi dururdu. Əvvəl
üs
yan yeniçərilərin özbaşınalığına qarşı çevrilmişdi. Lakin bir
az sonra üsyan türk əsarətinə qarşı milli-azadlıq müharibəsinə
çevrildi. Üsyançı serblərə qarşı mübarizədə sultan III Səlim
feo
dal qoşunlarına və yeniçərilərə arxalanırdı. Serblər dəfə-
lərlə türk qoşunlarını məğlub etmişdi. Nəhayət, 1806-cı ildə
serblər türkləri Belqraddan qovdular. Müəyyən müddət bir
qədər zəifləyən bu mübarizə sonralar yeni qüvvə ilə fəallaşdı
və beləliklə, Balkan xalqlarının antimüstəmləkəçi mübarizəsi
1818-
ci ilə qədər davam etdi.
İlk burjua islahatı təşəbbüsləri
B
ir tərəfdən daxili çətinliklər, hakimiyyət uğrunda gü-
zəştsiz mübarizə, feodalların separatçı əməlləri, milli-azadlıq
hərəkatının yeni mərhələyə daxil olması, digər tərəfdən Tür-
ki
yənin beynəlxalq vəziyyətinin pisləşməsi Osmanlı imperi-
ya
sının hakim dairələri üçün qorxulu bir vəziyyət yaratmış
oldu. Belə bir şəraitdə döyüş bacarığına malik olan güclü or-
duya çox böyük
ehtiyacı var idi. Lakin belə bir ordu yox idi.
1677-
ci ildə türklərin Ukraynaya hərbi yürüşlərinin uğursuz-
luğu, 1768-ci illər müharibəsində türklərin yeni məğlubiyyə-
tini təsdiq edən Kiçik Qaynarca müqaviləsi 1783-cü ildə Krı-
mın Rusiyaya birləşdirilməsi dövlətin hərbi qüdrətini zəiflət-
diyinə görə Osmanlı imperiyasının hakim dairələri bu ordu-
nun olmama
sına ən böyük təhlükə kimi baxırdılar və ordusu
zəif olan dövlət üçün daima təhlükə gözlənilirdi.
Əlbəttə, bu dövrdə Türkiyədə yaxşı ordu ola da bilməz-
di. Adətən ordunun vəziyyəti ölkənin ümumi vəziyyətini əks
etdirir.
Düzdür, türk ordusu yeni qaydada qurulmuşdu. Am-
ma bu ordunun
özülünü yenə də feodal süvarisi və yeniçərilər
təşkil edirdi ki, bu təbəqələrin də özlərinin maddi maraqları
294
var idi. Deməli türk ordusunun taleyi belə maddi maraq gü-
dən təbəqələrdən asılı idi ki, bu da mövsümi xarakter daşıyır-
dı. Bununla yanaşı len-timar sahibləri artıq uzun müddət idi
ki, hərbi xidmətdən boyun qaçırırdılar. Yeniçərilər isə bu za-
man sənətkarlıq və ticarətlə, bəzən də qarət və quldurluqla
da
ha çox məşğul olurdular və onlar döyüş qabiliyyətini itir-
mişdilər. Orduda intizam aşağı düşmüşdü. Əsgərlərin döyüş
meydanından kütləvi surətdə fərariliyi adi hal almışdı. Ordu-
nun belə bir vəziyyətdə olması hakim dairələri son dərəcə
narahat edirdi və buna görə də onlar belə bir fikrə gəldilər ki,
ordunu əsaslı surətdə Avropa qaydasında yenidən qurmaq
lazımdır.
Ordunun yenidən qurulması üçün vəsait lazım idi, bu iş
feodalları da narahat etməli idi. Mövcud böhrandan xilas ol-
maq üçün or
du islahatı vacib idi. Axır ki, islahat səyləri öz
ifa
dəsini sultanın bir sıra fərmanlarında tapmış oldu. Bu fər-
manlar ümumilikdə "nizami cədid", yəni yeni quruluş və ya
yeni qayda adı ilə tarixə düşdü. Bu islahatlar sultan III Səli-
min padşahlığı dövründə keçirildiyindən tarixi ədəbiyyatda
onun adı ilə Sultan Səlim islahatları kimi tarixə daxil oldu.
Beləliklə, 1791-ci ildə sultan ali dünyəvi və dini əyanlara
sərəncam verdi ki, keçirilməsi lazım olan islahatlar haqqında
öz mülahizələrini bildirsinlər. Təqdim edilən layihələrin ço-
xun
da əsas diqqət ordunun Avropa qaydasında qurulmasına
yetirilirdi. III Sultan
Səlim 1792-1793-cü illərdə əməli olaraq
islahatlara başladı. Onun verdiyi fərmana görə hərbi vəzifəsi-
ni yerinə yetirməyən len sahiblərindən timar və ziyamətlər
ge
ri alınmalı, Avropa nümunəsində hərbi korpus yaradılmalı,
islahatların həyata keçirilməsini vəsaitlə təmin etmək üçün
xüsusi
xəzinə təsis edilməli və bu məqsədlə bir sıra vergilərin
top
lanması həmin xəzinənin ixtiyarına verilməlidir. Hərbi
isla
hatlar fransız hərbi missiyasının rəhbərliyi altında həyata
keçirilirdi. Lakin yeni
hərbi korpus çox ləng yaradılırdı. Hə-
min korpusda 1798-
ci ildə hələlik 3-4 min əsgər toplamışdı,
1804-
cü ildə isə korpusda 12 min əsgər var idi. Bundan baş-
295
qa, müt
ərəqqi hal idi ki, ilk növbədə hərbi-mühəndislər mək-
təbi açıldı və donanmanın yenidən təşkil edilməsi üçün təd-
birlər görülməyə başlandı.
Lakin mühafizəkar qüvvələr islahatlara şiddətli müqavi-
mət göstərirdilər. Həmin islahat əleyhdarları əsasən yeniçəri-
lərə arxalanırdı. III Sultan Səlim yeniçərilərin bir hissəsini
yeni orduya göndərmək istədikdə bu əmrə etiraz olaraq yeni-
çərilər 1805-ci ildə qiyam qaldırdılar. Qiyam Avropa ilə sər-
hədlədə yerləşdirilmiş hərbi hissələrdə başlandı və sonra
İstanbula da yayıldı. Türkiyə üçün reallaşan qorxulu vəziyyət
dövlətin mövcudluğuna təhlükə yaratmışdı. Belə bir şəraitdə
III Sultan
Səlim qətiyyətsizlik göstərdi. O, hərbi islahatlar
haqqındakı fərmanı ləğv etdi, yeni korpusu buraxdı. Lakin o
bununla özünü xilas ed
ə bilmədi. Nəticədə müxalif qüvvələr
onu (1807-
ci il mayın 29-da) taxtdan saldılar. III Səlimin
tərəfdarı, Ruşşuk paşası Mustafa Bayraqdar İstanbulu tutaraq
Səlimi hakimiyyətə qaytarmaq və onun islahatlarını həyata
keçirmək təşəbbüsü göstərdi. Lakin Sultan III Səlimi taxtda
əvəz edən irticaçı və cəhalətpərəst sultan IV Mustafanın əmri
ilə III Səlimi yatağında boğub öldürdülər. Nəticədə qan
tökməklə hakimiyyəti ələ keçirmiş IV Mustafanın özü qətlə
yetirildi. Bay
raqdar və onun tərəfdarları (1808-ci il iyulun 28-
də) II Mahmudu taxta çıxardılar. Bayraqdarın da Səlimin
islahatlarını həyata keçirmək səyləri müvəffəqiyyətsiz oldu.
1808-
ci il noyabrın ortalarında yeniçərilərin təzədən qiyamı
baş verdi və qiyam zamanı Bayraqdar da öldürüldü.
III
Səlimin başladığı islahatların müvəffəqiyyətsizliyinin
əsas səbəbi bunda idi ki, o, Avropa dövlətləri nümunəsilə or-
du ya
ratmağa çalışdığı halda eyni zamanda Osmanlı impe-
riya
sının feodal əsaslarını saxlamaq istəyirdi. Əlbəttə, bu isla-
hatların özündə çoxlu mütərəqqi əlamətlər var idi. Çünki bun-
lar labüd olaraq hərbi-len sisteminin ləğv edilməsi ilə nəticə-
lənməli idi. Lakin III Səlim və onun tərəfdarları feodal-sultan
idarə rejimini dağıtmaq deyil, onu möhkəmlətmək və Osman-
lı imperiyasının əsarəti altında olan xalqlar üzərindəki zülmü
Dostları ilə paylaş: |