302
bəni dayandırsın və Yunanıstana muxtariyyət versin. Lakin
nə İngiltərə, nə də Rusiya sultanı bu tələbləri qəbul etməyə
məcbur etmək üçün qəti tədbir görmədilər. Bundan başqa
Avstriya, yuxarıda göstərilən səbəblərə görə, Rusiya və İngil-
tərənin tələbləri ilə razı olmadığını bildirdi. Buradan belə
məntiqi nəticəyə gəlmək olur ki, İngiltərə, Rusiya və Avstriya
arasında həmrəylik baş tutmadı.
Yeniçərilərin məhv edilməsi və orduda yeni islahatlar
Yunan
məsələsi haqqında hələ danışıqlar aparıldığı bir
vaxtda
Türkiyədə çox böyük əhəmiyyəti olan bir hadisə baş
verdi və hakimiyyətə qarşı üsyan qaldırdılar. Sultan üsyançı
gənclərə qarşı qəddar tədbirlər həyata keçirdi və yeniçərilər
məhv edildi. Yunanıstandakı müharibə, Məhəmmədəliyə yar-
dım üçün müraciət etmək məcburiyyəti, ordunun döyüş baca-
rığının aşağı olması III Səlimin islahatlarının bir çox əleyh-
dar
larına göstərdi ki, Türkiyənin yeni qaydada təşkil edilmiş
nizami orduya nə qədər böyük ehtiyacı vardır. Sultan yeniçə-
rilərdən xüsusilə narazı və onlara qarşı qəzəbli idi. Yeniçə-
rilər daha ordu deyil, yalnız qiyam, qətl və qarətlə məşğul
olan quldurlar dəstəsinə çevrilmişdi. Bundan başqa yeniçə-
rilərin çoxu ev-eşik və ailə sahibi olub sənətkarlıq və ticarətlə
məşğul olmaqla yanaşı, kazarmalarda qalanlar isə dələduzluq
edir, tüfeyli
həyat tərzi keçirirdilər.
Odur ki, zaman göstərdi ki, təkcə yeniçərilər deyil, bütün
türk qoşunu yararsız vəziyyətdədir. Belə hesab olunurdu ki,
müharibə dövründə türk ordusu sıralarında 400 min canlı
qüvvə olmalıdır. Əslində isə orduda 170 mindən artıq əsgər
yox idi, çünki timar və ziyamət sahiblərinin əksəriyyəti hərbi
xid
mətdən boyun qaçırırdı. Eyni zamanda bu 170 min nəfər-
dən yalnız 60 min nəfəri silahlı əsgər idi, qalanını köməkçi
heyət o cümlədən mehtərlər, sudaşıyanlar, yerqazanlar, müx-
təlif ustalar və sairə təşkil edirdi.
Ordunun yenidən qurulması məqsədilə 1826-cı il mayın
28-
də sultan nizami ordu yaradılması haqqında ali fərman
(xətti-şərif) imzaladı. Fərmanda tələb olunurdu ki, hər bir
yeni
çəri polkundan yeni orduya 150 adam göndərilsin.
303
Ye
niçərilər başa düşdülər ki, bu tədbir onların korpusunun
fəaliyyətinə son qoyur və əsgər həmrəyliyi qəsdən pozulur,
buna görə də onlar açıq şəkildə öz narazılığını bildirməyə
başladılar. Bunun üstündə onların bəzilərinin boynu vuruldu
və yeniçərilərin edam edilməsi qiyama səbəb oldu. Xatırladaq
ki, Osmanlı ordusu Avropanın Şərqində, xüsusilə Balkan ya-
rımadasında hərbi yürüşlərdə olan zaman xristian mənşəli
çox
lu qadın və uşağı əsir kimi Türkiyəyə gətirmiş, hərbi his-
sələrdə, kazarmalarda yerləşdirmişdilər. Həmin uşaqlar indi
üsyan edirdi.
İyunun 15-i gecəsi 10 min yeniçər İstanbul
mey
danlarından birinə toplaşaraq sultandan öz fərmanını ləğv
etməyi tələb etdilər. Lakin II Mahmud yəniçəriləri aldatmağa
nail oldu
. O, üsyançıları nizami hissələr və toplarla mühasi-
rəyə alıb, onların məhv edilməsi haqqında əmr verdi. Yeni-
çərilərlə üzbəüz durmuş toplar, onları yaxın məsafədən atəşə
tutdu
. Sultanın əmri ilə yeniçərilərin kazarmaları, burada
gizlənmiş qiyamçılarla birlikdə yandırıldı. Müxtəlif məluma-
t
a görə, bir neçə gün ərzində 7 mindən 16 minə qədər yeni-
çəri məhv edildi. Yeniçərilərin qalan hissəsini isə paytaxtdan
qovdular və sürgün etdilər, başqa hissələrə göndərdilər.
Eyni zmanada
hiddətlənmiş sultan II Mahmud yeniçəri-
lərlə sıx bağlı olan bektaşi müsəlman təriqətinə, yanğınsön-
dürənlərə, yeniçərilərə həmrəylik göstərənlərə də divan tutdu.
Sonra o, hərbi xidmətdən boyun qaçıran len sahiblərindən
timar və ziyamət torpaqlarının geri alınmasına əmr etdi. Be-
ləliklə, III Səlimdən fərqli olaraq, II Mahmud nizami ordu ya-
radılması üçün qılınc və qanla lazım olan hər cür əməllərə əl
atmalı oldu. Lakin nizami ordu yaradılması, təxminən 30 il
keçəndən sonra nəzərə çarpacaq nəticələr verdi. Bu vaxt ər-
zində isə Türkiyə hərbi cəhətdən hələ də geri qalmaqda idi. Bu
da danılmaz faktlardan idi ki, Avropa dövlətləri Türkiyəyə
qarşı açıqca düşmən münasibət bəsləyirdilər. III Sultan Mah-
mud Misir hakimi
İbrahim paşanın qoşunlarına və Yunanıstan
məsələsində dövlətlər arasındakı ixtilaflara ümid bağlayaraq
Yuna
nıstanda müharibəni davam etdirirdi. Lakin onun layi-
hələşdirdiyi mülahizələr düz çıxmadı və özünü doğrultmadı.
Yuna
nıstandakı müharibə Balkanlardakı mövcud vəziyyət
tezliklə Rusiya ilə müharibəyə səbəb oldu.
304
1828-1829-cu
illərdə Rusiya-Türkiyə müharibəsi
Rusiya 1826-
cı il martın 17-də Türkiyəyə ultimatium
ver
dikdə, təkcə yunanların xeyrinə sultana təzyiq göstərmək
deyil,
həmçinin yaranmış vəziyyətdən öz mənafeyi üçün də
istifadə etməyi nəzərdə tutmuşdu. Nəticə etibarilə Akkerman-
da keçi
rilən rus-türk konfransı 1826-cı il oktyabrın 7-də saziş
im
zalanması ilə sona çatdı. Həmin saziş əvvəlki müqavilələr
əsasında müəyyən edilmiş rus-türk sərhədlərini təsbit etdi və
Buxarest sülh müqaviləsinin Moldaviya, Valaxiya və Serbi-
ya
ya vermiş olduğu hüquqları bərpa etdi. Beləliklə, Rusiya-
nın uzun müddət apardığı Balkan siyasəti Rusiyanın və Bal-
kan xalqlarının xeyirinə həll edildi. Yeni sazişə əsasən Rusiya
Balkanlarda
əvvəlki illərə nisbətən öz mövqeyini daha da
möhkəmləndirdi.
Bu
dövrdə isə Misir qoşunları öz istiqlaliyyəti uğrunda
mübarizə aparan yunanlara qarşı qırğını davam etdirirdi. Mi-
sir qoşunları 1827-ci ilin iyununda yunan vətənpərvərlərinin
da
yağı olan Afinanı işğal etdilər. Belə bir vəziyyətdə Rusiya
1827-ci il iyulun 6-
da üç dövlət arasında imzalanan sazişin
təşəbbüsçüsü oldu. Bu saziş əsasında sultandan tələb edilirdi
ki, Yunanıstana muxtariyyət versin. Eyni zamanda sazişdə
nəzərdə tutulurdu ki, sultan bu tələbi rədd etsə, ona qarşı güc
tətbiq edilsin.
Avstriya tərəfindən qızışdırılan II Mahmud ümid edirdi ki,
dövlətlər arasında Yunanıstan məsələsi üstündəki ixtilaf onların
imzaladığı sazişin əhəmiyyətini itirəcək. Buna görədə II Mah-
mud ona verilmiş tələbləri rədd etdi. Bunun nəticəsində birləş-
miş ingilis-fransız eskadrası 1827-ci il oktyabrın 20-də Navarin
limanında (Peloponnes yarımadasının cənub-qərb sahili) Tür-
kiyə-Misir eskadrası ilə döyüşə başladı. Müttəfiqlərin, yəni av-
ro
palıların eskadrasında 26 gəmi, Türkiyə-Misir eskadrasında
isə 94 gəmi var idi. Bu texniki üstünlüyə baxmayaraq, türk-Mi-
sir eskadrası demək olar ki, tamamilə darmadağın edildi. İbra-
him paşa Misirə çəkilməyə məcbur oldu. Lakin Avstriyanın
Dostları ilə paylaş: |