299
altında rus qoşunları 1811-ci ilin iyun-oktyabr aylarında türk
ordusu
nu məğlubiyyətə uğratdılar. Napoleon bundan çox mü-
təəssir oldu. Türkiyənin yenidən sülh danışıqlarına razı ol-
maq
dan başqa heç bir əlacı qalmadı. Buxarestdə aparılan sülh
danışıqları 1812-ci il mayın 28-də sülh müqaviləsinin
imzalanması ilə nəticələndi.
Müqaviləyə əsasən Bessarabiya Rusiyaya verildi, Zaqaf-
qaziyada isə Arpa çaya, Acar dağlarına və Qara dənizə qədər
olan bütün yerlər Rusiyanın təsir dairəsinə keçdi. Maldoviya
və Valaxiya Türkiyəyə qaytarıldı və eyni zamanda onlara
1791-
ci il Yassı müqaviləsində göstərilən imtiyazlar verilirdi.
Müqavilə serb xalqının Türkiyə əsarətindən tamamilə
azad olmaq ümidlərini doğrultmadısa da, bununla belə Serbi-
ya üçün böyük əhəmiyyəti var idi. Yəni, Serbiya müəyyən
daxili muxtariyyət əldə etmiş oldu.
1814-1829-cu
illərdə Balkanlarda
yeni milli-
azadlıq hərəkatı
Rusiya ilə müharibəni qurtarmağa macal tapmış Türki-
yənin hakim dairələri Balkanlarda milli-azadlıq hərəkatının
yeni
dalğası ilə üz-üzə gəlməli oldular. 1814-cü ildə serblər
ye
nidən üsyan qaldırdı. II Mahmud Rusiyanın Napoleonla
mü
haribəyə başı qarışmasından istifadə edərək Buxarest
sülhünün şərtlərini pozub serbiyada əvvəlki hakimiyyətini
bərpa etmək üçün 1813-cü ildə böyük bir ordu ilə Serbiyaya
hücum etdi
. Əhaliyə divan tutulmaqla yanaşı, şəhər və kənd-
lər dağılırdı. Buna cavab olaraq serblərin kütləvi üsyanı baş
verdi və Rusiya serblərə diplomatik yardım göstərdi. Rusiya-
nın təzyiqi nəticəsində Sultan güzəştə gedib serblərə öz daxili
işlərində muxtariyyət verməyə məcbur oldu.
1820-
ci ildə Moldaviya və Valaxiyada kəndlilər sultanın
əlaltıları olan qospodarlara və mülkədarlara qarşı üsyan qal-
dırdılar. 1821-ci ildə üsyana valax vətənpərvəri Todor Vladi-
mi
resku başçılıq etdiyi zaman hərəkat, xüsusilə geniş vüsət
almış oldu. Üsyan eyni zamanda Avropa müstəmləkəçilərinə
və Türkiyəyə qarşı da çevrilmişdi.
300
1821-1829-cu
illərdə yunanların üsyanı
XIX
əsrin 20-ci illərində milli-azadlıq hərəkatlarından ən
böyüyü 1821-
ci ildə baş verən yunan üsyanı idi. Bu üsyan yu-
nan
xalqına istiqlaliyyət verməklə bərabər beynəlxalq müna-
si
bətlərdə də dərin iz buraxdı.
Bu zaman yunan xalqı iqtisadi və mədəni sahədə xeyli
in
kişaf etmişdi. Əlbəttə, yunan xalqının bəşər sivilizasiyasına
töhfələr verməsi hər bir kəsə məlumdur. Onların müstəmləkə
əsarətində qalmaları dünya dövlətləri tərəfindən birmənalı
qarşılanmırdı.
Balkanlarda antiosmanlı hərəkətına keteriyalar (yunanca
cəmiyyətlər) rəhbərlik edirdi. Yunan geteriyaları bu üsyanı
çox
dan hazırlayırdı. İlk dəfə 1821-ci ilin martında Moreyada
başlanan bu üsyan tez bir zamanda bütün Yunanıstanı, Egey
və Adriatik dənizlərində yunan əhalisinin yaşadığı adaların
çox hisəsini bürüdü. Eyni zamanda 1821-ci ildə baş verən üs-
yanda bolqar könül
lüləri də iştirak edirdi. Üsyana yunan tica-
rət burjuaziyası başçılıq edirdi. Lakin əsas hərəkətverici qüv-
və kəndlilər idi. Nəhayət, gərgin mübarizədən sonra 1822-ci
ildə milli yunan hökuməti təşkil olundu.
Yun
an üsyanı demokratiya tərəfdarları olan Avropa öl-
kələrinin əhalisi tərəfindən rəğbətlə qarşılandı. Böyük mütə-
fəkkir Bayron üsyanda iştirak etmiş, Puşkin üsyana bir sıra
şeirlər həsr etmişdi. Avropanın əsas ölkələrinin hökumətləri
isə əksinə hərəkət edirdi. Onlar "qanuni hökmdarın" hakimiy-
yətini qəsdlərdən qorumaq məqsədi ilə 1815-ci ildə Vyana
konqresində "Müqəddəs ittifaq" yaratmış və hər hansı bir in-
qilabi hərəkata nifrətlə yanaşırdılar. "Müqəddəs ittifaqın" eh-
kamları Türkiyə sultanını da qoruyurdu. II Mahmud özü də
üs
yançı yunanlara qarşı mübarizəsində bu əhkamlardan ilham
alırdı. Avstriya hökumətinin başçısı "Müqəddəs ittifaqın" ya-
radıcısı Metternix yunanlara yardım göstərilməsinə xüsusilə
müqavimət göstərirdi. Metternix ona görə buna müqavimət
göstərirdi ki, Avstriyanın məzlum slavyan əhalisinə də üsya-
nın təsir edəcəyindən, habelə Rusiyanın fəal iştirakı ilə yu-
301
nan
lara yardım göstərildiyi halda, Balkanlarda Rusiyanın
mövqeyinin qüvvətlənəcəyindən qorxurdu.
Əlbəttə, Yunan üsyanını yatırmaq Sultan üçün olduqca
çətin idi. Çünki, beynəlxalq əks-səda güclü idi. Bu zaman
i
taətdən çıxan iri feodallar Yunanıstana qoşun göndərməkdən
imtina etdilər, yeniçərilər isə əsas etibarilə dinc əhalini qır-
maq və qarət etməklə məşğul olub, vuruşma qabiliyyətinə əs-
la malik olmadıqlarını nümayiş etdirdilər. II Mahmud öz vas-
salı əslində isə Misirin müstəqil canişini Məhəmmədəliyə
yar
dım haqqında müraciət etdi. Məhəmmədəli Misirdə Avro-
pa qaydası ilə təşkil olunmuş nizami ordu yaratmışdı. Misirin
göstərəcəyi yardım müqabilində sultan Suriyanı və Krit ada-
sını Məhəmmədəlinin ixtiyarına verməyi vəd etdi (Məhəm-
mədəli əslində 1823-cü ildə Krit adasına yiyələnmişdi). Mə-
həmmədəlinin oğlu İbrahim paşanın komandanlığı altında
1824-
cü ildə Moreyaya böyük bir ordu göndərildi. Bu ordu
öz sayı, xüsusilə silahı və hərbi təlimi cəhətdən yunanların
qüv
vələrindən üstün idi. Misir ordusu 1825-ci ildə Moreyaya
çıxarıldı və üsyançıların müqavimətini qırmaq üçün misilsiz
vəhşiliklərə başladı. Yunanlar inadla vuruşurdular, lakin on-
la
rın qüvvələri az idi. 1826-cı ildə Misir ordusu demək olar
ki, bütün Moreyanı işğal etdi. Yunanlar hələ müqavimət gös-
tərməkdə idilər. Lakin onların müqaviməti əvvəlki qüvvə və
vüsətini itirmişdi. Sultan qısa vaxt ərzində qələbə əldə edilə-
cəyinə əmin idi. Lakin sultan irəlicədən əbəs yerə sevinirdi.
Ona görə ki, Rusiya Türkiyənin Balkanlar siyasəti ilə barış-
mır və Avropa dövlətləri ilə Türkiyəyə qarşı gizli danışıqlar
aparmışdı.
Nəhayət, Rusiya sultana güclü təzyiq göstərərək 1826-cı
il martın 17-də ona ultimatum şəklində belə bir tələb verdi ki,
Moldaviya və Valaxiyanın muxtariyyəti bərpa edilsin. Demək
olar ki, elə bu zaman (1826-cı il aprelin 4-də) Rusiyanın tə-
şəbbüsü ilə Rusiya və İngiltərə arasında Peterburqda saziş
im
zalandı. İngiltərə hələ 1823-cü ildə Yunanıstanı və Türki-
yəni müharibə edən tərəflər kimi tanımışdı, yəni yunanların
üsyanını qanuni elan etmişdi. Peterburq sazişinə əsasən hər
iki dövlət sultandan tələb etdilər ki, yunanlara qarşı mühari-
Dostları ilə paylaş: |