Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə108/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   104   105   106   107   108   109   110   111   ...   142

323 

sında isə Fransa və onun müttəfiqləri dururdu. I Nikolay ulti-

ma

tum şəklində sultandan tələb etdi ki, "müqəddəs yerlərin" 



ixti

yarı pravoslav kilsəsinə, sultanın bütün pravoslav təbəələri 

üzərində  himayəçilik  hüququ  isə  onun  özünə  verilsin.  Belə 

bir  müqavilə  pravoslav  əhali  olan  yerlərdə  sultanın  suveren 

ha

kimiyyətini  sarsıda  bilərdi.  Eyni  zamanda  bu müqaviləni 



Türkiyənin bölüşdürülməsinin başlanğıcı hesab etmək olardı. 

İngiltərə  və  Fransaya  arxalanan  sultan  I  Nikolayın  tələbini 

rədd etdi. Buna cavab olaraq müharibə elan edilmədən əvvəl 

rus qoşunları 1853-cü il iyunun 21-də Moldaviyaya girdilər. 

Bundan  sonra  həmin  il  oktyabrın  4-də  Türkiyə  Rusiyaya 

müharibə elan etdi. 

1853-

cü il noyabrın 30-da admiral Naximov Sinop lima-



nında  türk  donanmasını  məğlubiyyətə  uğratdı.  Buna cavab 

olaraq İngiltərə və Fransa öz donanmalarını Qara dənizə gə-

tir

dilər. 1854-cü il martın 12-də onlar Rusiyaya qarşı Türkiyə 



ilə  ittifaq  haqqında  müqavilə  bağladılar  və  martın  27-28-də 

isə Rusiyaya müharibə elan etdilər. Beləliklə, Rusiya təklən-

miş şəraitdə müharibəni davam etdirdi. 

Rusiyanın məğlubiyyəti ilə qurtaran "Şərq müharibəsi", 

eyni zamanda Rusiyada hakim feodal idarə üsulunun çürüklü-

nü və dağılması ehtimalı özünü doğrultdu. Rusiya Avropa-



nın qabaqcıl dövlətlərinin ittifaqı ilə nə iqtisadi, nə də hərbi 

cəhətdən müharibə aparmağa hazır deyildi  

Əslində Türkiyə də bu müharibəyə hazır deyildi. Rusiya-

nın məğlub olması aydınlaşdıqda Qara dənizdə heç də İngil-

tərənin mövqeyini möhkəmlətmək istəməyən Fransa və Avst-

riya  sülh  söhbətini  ortaya  atdılar.  Müharibəni  davam  etdir-

mək istəyən İngiltərə güzəştə getməyə məcbur oldu. Avstriya 

1855-


ci ilin axırlarında İngiltərə və Fransa ilə birlikdə hazır-

lan


mış sülh şərtlərini Rusiyaya təqdim etdi. Rusiya hökuməti 

bu şərtlərə özünün ilkin razılığını verdi və 1856-cı il fevralın 

25-

də Parisdə sülh konfransı açıldı. Lakin hələ konfrans açıl-



ma

mışdan  əvvəl  Türkiyə  Rusiyanın  mövqeyini  zəiflətmək 

üçün  İngiltərə  və  Fransanın  məsləhəti  ilə  daxili  bir  tədbir 

keçirdi. 

Bu tədbir Balkanlara, Qara dəniz regionuna və digər 

ərazilərə aid idi. 




324 

Türkiyədə 1856-cı ildəki  xətt-humayunun mahiyyəti 

 

1856-


cı  il  fevralın  25-də  açılan  Paris  sülh  konfransının 

gündəliyindən bir daha məlum olurdu ki, bu konfransda im-

pe

rialist dövlətlər Türkiyəyə qarşı heç də səmimi deyillər. O 



da 

məlum idi ki,  sülh konfransında Rusiya Türkiyənin fakt 

qarşısında qoymağa cəhd göstəriləcəkdir. Odur ki, Rusiyaya 

özünü 


Türkiyədəki "məzlum" milliyyətlərin müdafiəçisi kimi 

çıxış etmək imkanı verməmək üçün İngiltərə və Fransa hələ 

müharibə illərində sultanı bəzi fərmanlar verməyə məcbur et-

mişdilər ki, bunlar da müsəlman olmayan əhalinin vəziyyəti-

nin yaxşılaşdırılmasını və bərabərhüquqlu vətəndaş olmaları-

nı sübut etməli idi. Odur ki, misal üçün, müsəlmanların cina-

yət  işlərinə  müsəlman  olmayanların  şəhadət  verməyə  buraxıl-

ması haqqında 1854-cü ildə fərman nəşr edildi. Əsrlərdən bəri 

müsəlman  olmayanlardan  alınan  xüsusi  şəxsi  vergi  "xəracın" 

ləğv  edilməsi  haqqında  hələ  1855-ci il mayın  10-da  fərman 

verilmişdi.  Lakin,  əslində  "xərac"  ləğv  edilməmiş,  müsəlman 

olmayanların hərbi mükəlləfiyyətdən azad edilməsi üçün alınan 

vergi  ilə  əvəz  edilmişdi.  Bütün  bu  fərmanlar  az  səmərəli 

tədbirlər idi. Qeyri müsəlman əhalinin ziyalıları Paris sülh kon-

fransına göndərdikləri müraciətlərdə göstərirdilər ki, “Müharibə 

zamanı Osmanlı imperiyasının xristian əhalisinə qarşı Türkiyə 

kumət  idarələrinin  özbaşınalığı  misli  görünməmiş  bir  şəkil 



alıb”.  Belə  ki,  xristianlar  iddia  edirdilər  ki,  “guya  milli  ayrı 

seçkiliklə yanaşı Rusiyaya rəğbət bəsləyən xristianlardan qisas 

alırlar”, bu da Avropa ictimaiyyatının qınağına çevrilirdi. 

 

Məzlum  xalqların  Türkiyə  əsarətindən  azad  edilməsi 



məsələsinin müzakirəsi Rusiyanın rəqibləri üçün əlverişli de-

yil


di  və  buna  yol  verməmək  üçün  İngiltərə  və  Fransa  hələ 

1856-


cı ilin yanvarında Türkiyəyə memorandum vermişdilər. 

Sultanın  1856-cı  il  fevralın  18-də  nəşr  etdiyi  ali  fərmanının 

(xətt-humayunun)  əsas  prinsipləri  həmin  memorandumdan 

götürül


müşdü. Fərman, Gülxanə xətt-şərifinin elan etdiyi hü-

quq  bərabərliyinin  müsəlmanlarla  müsəlman  olmayanların 

quq  bərabərliyini,  dini  etiqadından  asılı  olmayaraq  bütün 




325 

təbəələrin şəxsiyyət, şərəf və mülkiyyət təhlükəsizliyinin tə-

min olunmasını təsdiq edirdi. Yəni fərman müsəlman olma-

yan


ların  müsəlmanlarla  bərabər  əsasda  dövlət  qulluğuna  və 

hərbi  məktəblərə  buraxılmasını  bəyan  edirdi.  Fərman  dinin-

dən asılı olmayaraq bütün təbəələr üzərinə bərabər vergi qo-

yul


masını, vergi toplanışında iltizam sisteminin tədriclə ləğv 

olunacağını vəd edirdi. Dövlət büdcəsi tərtib olunacağı, yollar 

çəkiləcəyi, banklar açılması, xaricilərə mülk sahibliyi hüququ 

verilməsi,  Avropa  dövlətlərinin  kapitalından,  həmçinin  elm 

və  incəsənət  nailiyyətlərindən  istifadə  edilməsi  də  fərmanda 

nəzərdə tutulmuşdu ki, bu da Türkiyədə xristianlara çox bö-

yük hü

quq və imtiyazlar verirdi. 



Rusiyanın  rəqibləri  sülh  şərtlərinin  müzakirəsi  zamanı 

bu  fərmandan  istifadə  edərək,  “Osmanlı  imperiyasında  xris-

tian  əhalinin  vəziyyəti  kimi”  kəskin  bir  məsələ  ətrafında 

uzun-


uzadı müzakirə və mübahisələrə yol verməməyə müvəf-

fəq oldular. Həmin fərman eyni zamanda Türkiyənin avropa-

laşması  dəlili  kimi  qələmə  verilirdi  və  buna  əsasən  Türkiyə 

sırasında olan dövlət kimi tə  qdim edildiyinə görə  sənədləş-

mədə Avropa dövlətləri tərkibinə qəbul edildi. 

 

1856-

cı il Paris sülh müqaviləsi  

 

1856-



cı il martın 30-da bir tərəfdən Rusiya, digər tərəf-

dən də Avstriya, Fransa, Böyük Britaniya, Prussiya, Sardini-

ya və Türkiyə arasında sülh müqaviləsi imzalandı. Müqavilə-

yə əsasən Rusiya Cənubi Bessarabiyanı itirmiş oldu. Bununla 

yanaşı Rusiya Dunay mənsəbini öz nəzarəti altında saxlamaq 

imkanından məhrum edildi. Müqavilə Qara dənizdə Rusiya-

nın  hərbi-dəniz  donanmasını  ton  su  tutumu  hesabı  ilə  məh-

dud


laşdırır, Qara dəniz sahillərində cəbbəxana, tərsanə və gə-

mi-


təmir edən müəssisələr tikməyi qadağan edirdi. Bu haqda 

rus klassikləri haqlı olaraq yazırdılar ki, Krım müharibəsində 

Rusi

yanın  məğlubiyyəti  "Çarizmin  çürüklüyünü  göstərdi". 



Maraq

lı burasıdır ki, "qalib gəlmiş" Türkiyə də öz üzərinə bu 

cür 

öhdəliklər götürdü. Həmçinin Serbiya, Moldaviya və Va-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə