314
özbaşınalığını aradan qaldıra bilmədi. Vəzifələrin satılması
kimi neqativ hallar b
u özbaşınalığı daha da dərinləşdirirdi.
Başqa islahatlar içərisində 1836-cı ildə gömrük sistemi-
nin vahid şəkilə salınmasını, taxıl və yun satın almaq sahəsin-
də dövlət inhisarının 1838-ci ildə ləğv edilməsini, 1836-
1837-
ci illərdə xarici işlər və daxili işlər nazirliklərinin, hərbi
nazirliyin yaradılmasını, Paris, Vyana, London və Berlində
səfirliklər açılmasını da göstərmək lazımdır. Məhz bu islahat-
dan sonra Türkiyənin beynəlxalq münasibətlər sistemi ilə da-
xili idarəçilik sistemi arasında qismən uyğunluq yaradılmış
oldu.
Hətta məmurların zahiri görünüşünü müəyyən edən fər-
manlar verildi. Misal üçün, 1837-
ci il fərmanı bığların uzun-
lu
ğu ilə qaşların uzunluğu arasında nisbət olmasını tələb edir-
di.
Yəni, insanın zahiri görünüşü dövləti maraqlandırırdı və
bunun çox böyük əhəmiyyəti var idi.
Səlnaməçilərin təsvirinə görə Türkiyədə küçələrdə qışqı-
ra-
qışqıra danışanların siması çox iyrənc görünürdü. II Mah-
mud öz fərmanı ilə belələrini mədəniləşdirdi. Bu fərmandan
sonra ilk növbədə şəhər əhalisinin xarici görünüşündə Avropa
təsiri özünü göstərməyə başladı. Müasirlərdən birinin dediyi-
nə görə, alabəzək Şərq geyimi əvəzinə indi kişilər qara, avro-
pasayağı pencək və dar şalvar geyir, çalma əvəzinə fəs qoymağa
başlamışdı. Uzun saqqal qoyanlar azalmışdı. "Türklərin yuxarı
təbəqələrinin indiki gəncləri daha əvvəlki kimi bir-birilə qışqıra-
qışqıra danışmır, hay-küy salmırlar, fransızca laqqırtı vurur,
naz-
əda ilə söhbət edir, sarı rəngli qədim çəkmə əvəzinə laklı
tufli geyirdi
lər. Keçmişdə ayaqyalın gəzən varlı qadınlar isə indi
ayaqlarında tarım geyilmiş corabla gəzir və hətta bəziləri bel-
lərinə korset də taxırdı. Uzun yaylı, avropasayağı faytonlar da
dəbə düşmüşdü..."
İslahatın digər bir tərəfi də diqqətəlayiqdir ki, II Mah-
mud özünü dini mənsubiyyətindən asılı olmayaraq bütün tə-
bəələrin bərabər olması tərəfdarı kimi qələmə verməyə çalı-
şırdı. O, Türkiyə sultanları içərisində birinci olaraq 1837-ci
ildə imperiyanın Avropa hissəsini gəzdi, orada müsəlman ol-
mayan əhalinin nümayəndələrini qəbul etdi, onlara müraciətlə
315
söylədiyi nitqlərində dini etiqadından asılı olmayaraq imperi-
yanın bütün təbəələrinin bərabər olmasından danışdı. Padşa-
hın xalq içərisinə getməsi, hətta müstəmləkələrdə yerli əhali
ilə ünsiyyətdə olması, onların problemləri ilə maraqlanması
onun nüfuzunu artırdı. Bu olduqca böyük siyasət idi. Fransız
səyyahı, etnoqrafı A.Buni XIX əsrin ortalarında Türkiyə mə-
dəniyyəti və xalqların adət-ənənələrindən bəhs edərək yazır-
dı: "İqdırda bir toy mərasiminə dəvət edilməmiş iştirak edir-
d
im. Süfrələri çox kasıb idi, amma o qədər oynayırdılar ki,
oyun yerinin to
zu insanların çöhrəsini tanınmaz etmişdi. Oy-
na
yanların arasında hətta ürəkləri gedən də oldu. Bu adamlar
o qədər şənlənmişdilər ki, səfalətlərini və kasıblıqlarını toy
müd
dətində unutmuşdular". Mən türk musiqisini başa düşmə-
səm də, yəqin edirdim ki, oynayanların əksəriyyəti musiqinin
məzmununu dərk etmədən oynayırdılar.
Öz
hakimiyyətini möhkəmlətmək məqsədilə II Mahmu-
dun yuxarıdan həyata keçirdiyi islahatlar geniş zəhmətkeş
kütlələrin vəziyyətini yüngülləşdirməyə yönəldilmişdi. Am-
ma aparılan islahat reallaşandan sonra xalq kütləsi əsl həqi-
qəti gec də olsa dərk etdi. Onlar dərk etdilər ki, sultanın bütün
cəhdləri yalnız hakimiyyətini möhkəmlətmək imiş. Xalq küt-
lələri, xüsusilə kəndlilər vergilərin artmasından və hərbi mü-
kəlləfiyyətdən daha çox şikayət edirdilər. Doğrudan da yeni
inzibati rəislər hökumətin göstərişi əsasında vergilərin yükü-
nü daha da ağırlaşdıraraq toplanılan vergilərin xeyli hissəsini
özləri mənimsəyirdi. Orduda 15 il qulluq etməyi nəzərdə tu-
tan hərbi mükəlləfiyyət səfərbərlik zamanı kəndliləri uzun za-
man öz ailə və təsərrüfatından ayırırdı. Halbuki əvvəllər öz
feodalı tərəfindən hərbi qulluğa çağırılan kəndli adətən yayda
müha
ribədə iştirak edir, qışda isə evinə qayıdırdı. Bu amil-
dən, yəni əhalinin narazılığından istifadə edərək islahatları
poz
mağa çalışan qüvvələr də var idi. Onlar bəzən də buna
müvəffəq olurdular. Lakin II Mahmud heç bir müxalifətçiyə
güzəşt etmir, öz düşmənlərinə, hətta ruhanilərdən olan
düşmənlərinə də şiddətli divan tuturdu.
316
Türkiyədə islahatın davamı kimi, hətta II Mahmud yeni
islahatlar da
hazırlayırdı. Bunların işlənib hazırlanması ilə
xüsusi komissiya məşğul olurdu. Bu komissiyaya görkəmli
dövlət xadimi, diplomat, qərbpərəst Mustafa Rəşid paşa baş-
çılıq edirdi. Lakin Məhəmmədəli ilə yeni münaqişə baş ver-
məsi yeni islahatlardan ayrıldı və sultanın diqqətini özünün
hakimiyyətinin qorunub saxlanılmasına cəlb etdi.
Misir hakimi
Məhəmmədəli ilə Türkiyə arasında
1839-1840-
cı illərdə ikinci münaqişə
Özünü müstəqil hakim hesab edən Məhəmmədəli uzun
müddət idi ki, Osmanlı imperatorluğuna xərac vermir, hətta
Avropa dövlətləri ilə müstəqil əlaqələr qurmağa səy göstə-
rirdi.
Bu səbəbdən Məhəmmədəli ilə ikinci münaqişə 1838-ci
il
də baş verdi. Sultan II Mahmud vassalı Məhəmmədəlini
özü
nə tabe etmək üçün yenidən müharibə variantını 1839-cu
ildə sultanla onun rəsmi vassalı arasında açıq müharibə baş-
landı. Həmişə olduğu kimi bu dəfə də münaqişənin mühari-
bəyə çevrilməsində İngiltərə mühüm rol oynadı. Məhəmməd-
əli ərəb Şərqində İngiltərənin öz mövqeyini genişlədib möh-
kəmlətmək səylərinə mane olurdu. O, 1836-cı ildə imzalan-
mış ingilis-türk ticarət müqaviləsinə görə taxıl və yun almaq
sahəsində dövlət inhisarının ləğv edilməsi ilə razı olmamışdı.
Türk
lərin əli ilə Məhəmmədəlini rədd etməyə çalışan İngiltə-
rə Misir canişininin bu hərəkətindən istifadə edib, onunla sul-
tan arasında münaqişə hazırlamışdı. Bununla İngiltərə eyni
zaman
da Misirdə Fransanın da mövqeyini son dərəcə zəiflədə
bilərdi. Lakin İngiltərə türk sultanının vədlərinə əbəs yerə
ümid bəsləyirdi. 1839-cu il iyunun 24-də Suriyanın şimalında
Nəzib yaxınlığında sultan ordusu ilə Misir qoşunları arasın-
dakı vuruşmada türklər darmadağın edildi. II Mahmuda bun-
dan 6 gün sonra
məğlubiyyət haqqındakı xəbər çatmışdı.
Onun xələfi sultan Əbdülməcidin o zaman 16 yaşı var idi və
buna görə də təbiidir ki, o, imperiyanın idarə olunmasında elə
bir rol oynaya bilməzdi, idarəçilik zəif idi.
Dostları ilə paylaş: |