308
Münaqişəni Misir canişini Məhəmmədəli başladı. K.Marksın
dediyinə görə "Məhəmmədəlinin dövründə Misir Osmanlı
im
periyasının o zaman həyat qabiliyyəti olan yeganə hissəsi
idi"
1
.
Məhəmmədəli rəsmən yalnız canişin hesab olunsa da o,
əslində Misirin müstəqil hakimi idi. Lakin o böyük bir impe-
riya, yəni böyük ərəb imperiyası yaratmaq, Misiri bütün Ya-
xın Şərqin ticarət mərkəzinə çevirmək haqqında düşünürdü.
1831-
ci ildə Məhəmmədəli sultana qarşı açıq çıxış etdi. Baş-
lan
mış olan bu müharibədə sultan qoşunları məğlub edildi.
Misir qo
şunları Anadolunun içərilərinə soxuldu və 1832-ci
ilin de
kabrında Konya yaxınlığında sultan qoşunlarını darma-
d
ağın edərək İstanbula yürüş etməyə hazırlaşdı. Sultan II
Mahmu
dun və bütün Osmanlı sülaləsinin hakimiyyətdən dev-
ril
məsi təhlükəsi meydana çıxdı. Sultanla Məhəmmədəlinin
münaqi
şəsi Şərq məsələsinin də son dərəcə kəskinləşməsinə
səbəb oldu. Türkiyə ilə münaqişə zamanı Məhəmmədəliyə
Fransa qəyyumluq edirdi. Buna görə də Misir canişininin hər-
bi mü
vəffəqiyyəti eyni zamanda Yaxın Şərqdə Fransa təsiri-
nin güc
lənməsi demək idi. Təbiidir ki, İngiltərə və Rusiya bu-
na düşməncəsinə yanaşır və Fransanın Misirdə möhkəmlən-
məsilə əsla barışmırdılar.
Belə mövcud problemlə əlaqədar yaranmış vəziyyət II
Mahmudu Fransa və İngiltərədən yardım istəməyə məcbur et-
di. Fransa
həmişəki kimi ikili oyun oynadı və Türkiyəyə rədd
cavabı verdi. İngiltərənin isə Sultan Mahmuda Avstriyanın
vasi
təçiliyi ilə kömək etmək istəyi məlum oldu. Lakin Avstri-
ya
qəflətən öz mövqeyini dəyişdi və Məhəmmədəliyə qarşı
mü
haribəyə başlamaqdan boyun qaçırdı. Heç də gözlənilmə-
yən tərəfdən, yəni I Nikolaydan Türkiyəyə kömək gəldi. Çar
öz qonşuluğunda zəif Türkiyənin olmasını daha münasib bilə-
rək ehtiyat edirdi ki, bacarıqlı Məhəmmədəli Türkiyəni hərbi-
strateji cəhətdən zəiflədib, onu Yaxın Şərqdə Fransanın daya-
ğına və Rusiyanın müsəlman təbəələrinə arzu olunmaz təsir
1
K.Marks və F.Engels. Əsərləri, 9-cu cild, səh 201.
309
mərkəzinə çevirə bilər. Odur ki, I Nikolay II Mahmuda təcili
yardım göstərdi. Onun tələbilə Məhəmmədəli hücumu dayan-
dırdı. 1833-cü ilin fevral-aprelində Bosforun Asiya sahilində-
ki Xunkar yaxınlığında 14 min rus əsgəri quruya çıxarıldı.
Rusiyanın münaqişəyə fəal müdaxilə etməsi İngiltərə və
Fransanı məcbur etdi ki, sultan ilə Məhəmmədəli arasında
mü
haribənin qurtarması üçün tədbirlər görsünlər. Nəticə eti-
ba
rilə 1833-cü il mayın 9-da sultan ilə onun rəsmi vassalı
Məhəmmədəli paşa arasında Kütəhyədə müqavilə imzalandı.
Müqaviləyə əsasən Misir, Suriya, Livan, Fələstin və Kilikiya
Məhəmmədəlinin hakimiyyəti altına keçdi. Beynəlxalq jan-
darm rolunu oynayan Rusiya Türkiyə-Misir ziddiyyətlərini öz
istədiyi kimi həll etdi. Eyni zamanda daha rus qoşunlarının
Tür
kiyədə saxlanılmasına ehtiyac qalmadı. Yalnız 1833-cü il
iyulun 8-
də, II Mahmud Rusiya ilə 8 il müddətinə Xunkar
mü
dafiə müqaviləsini imzaladıqdan sonra rus qoşunları Tür-
kiyədən çıxarıldı.
Müqaviləyə əsasən hər iki tərəf razılaşdırılmış siyasət
yerit
məyi, "tərəflərin əmin-amanlıq və təhlükəsizliyini təmin
etməyə" ehtiyac olduqda bir-birinə kömək etməyi öhdələrinə
götürürdülər. Xüsusilə Rusiya Türkiyəyə həm xarici, həm də
daxili düşmənlərə qarşı mübarizədə silahlı yardım göstərmək
haqqında razılığa gəldilər. Müqavilənin bir neçə gizli maddə-
ləri var idi ki, onlar sirr olaraq qalırdı. Bircə o aydınlaşdı ki,
Türki
yəni Rusiyaya yardım göstərmək öhdəçiliyindən azad
edir
di, lakin bunun müqabilində Rusiyanın tələbilə Türkiyə
Rusiya ilə münaqişədə olan dövlətlərin xarici hərbi gəmilərin
Darda
nel boğazından keçməsinə yol verməməli idi. Əvvəlcə-
dən razılaşdırılmış şərtlərə görə müqavilə imzalandıqdan üç
gün sonra rus qoşunları Türkiyəni tərk edirdi.
Lakin bir az sonra, Rusiya Avstriya ilə saziş bağlamağa
məcbur oldu. Belə ki, 1833-cü il sentyabrın 18-də imzalanmış
Münxenqrets
sazişinə əsasən Avstriya Türkiyədə mövcud re-
ji
mi qorumağı öhdəsinə götürən dövlət oldu. Bu isə həm ölkə,
həm də beynəlxalq aləmdə Türkiyənin nüfuzuna xələl gətirən
saziş idi.
310
Türkiyənin ictimai-iqtisadi inkişafı
Türkiyə-Misir münaqişəsinin nəticələri Türkiyənin siyasi
və hərbi vəziyyətinin nə qədər ağır olduğunu və Avropa döv-
lətlərindən asılılığının nə dərəcədə qüvvətləndiyini yenidən
əyani şəkildə nümayiş etdirməli oldu. Onun iqtisadi vəziyyəti
də eyni dərəcədə ağır idi. Türkiyənin Avropa dövlətlərindən
siyasi asılılığının artması, onun iri kapitalist ölkələrindən
iqtisadi asılılığının sürətlənməsi prosesi ilə yanaşı gedirdi.
Ölkədə milli zülm, feodalların ağır istismarı, saysız-he-
sab
sız vergilər, müharibələr, əhalini xüsusilə kəndliləri müf-
lis
ləşdirməkdə idi. Bütün imperiyada tez-tez baş verən vəba
xəstəliyi çoxlu insan tələfatına səbəb olurdu. Misal üçün
1833-1836-
cı illərdə baş verən epidemiya zamanı kütləvi in-
san bu xəstəliyin qurban olmuşdu.
Ölkənin kənd təsərrüfatı son dərəcə ağır vəziyyətdə idi.
Lakin kənd təsərrüfatında, xüsusilə Avropa Türkiyəsində yeni
cəhət, timar və ziyamətlər hesabına iri xüsusi torpaq mülkiy-
yətinin artması getdikcə daha çox nəzərə çarpırdı. Bu əmtəə-
pul müna
sibətlərinin kənd təsərrüfatına soxulmasının nəticəsi
idi. Bir çox hallarda timar torpaq sahibliyi
nin tənəzzülü o
qədər dərinləşmişdi ki, timar sahibinin ixtiyarında yalnız bir
neçə kəndli həyəti, yəni təsərrüfatı qalırdı.
Digər mülkiyyətlərdə kəndlilərin vəziyyəti timar torpaq-
la
rındakı kəndlilərinkindən daha ağır idi. Çünki onlar torpaq
sahibinə məhsulun yarısını, bundan başqa əşar və başqa ver-
gilər də verməli idilər. Kəndli məhsulunun dövlət və paşalar
tərəfindən icbari qiymətlə satın alınması da kənd təsərrüfatına
məhvedici təsir göstərir və kəndliləri müflisləşdirirdi. Taxılın
və yunun satın alınması dövlət inhisarında idi. Bu məhsullar
strateji əhəmiyyət kəsb edirdi.
Bütün bunlara baxmayaraq
hər halda sultan feodal reji-
mi şəraitində Türkiyənin təsərrüfatında yeni istehsal münasi-
bətlərinin rüşeymləri meydana çıxırdı ki, bunlar gələcəkdə
inkişaf edib kapitalist münasibətlərinə çevrilə bilərdi ki, bu da
Dostları ilə paylaş: |