332
kiyə üçün əlavə problemlər yaradırdı. Odur ki, belə bir vəziy-
yət o dövrdəki Türkiyə ictimai dairələrində dərin həyəcan do-
ğurdu. İctimaiyyətin müxtəlif təbəqələri bu hadisələrə müx-
təlif münasibət bəsləyirdi. İrticaçı mühafizəkarlar bütün fəla-
kətlərin əsas səbəblərini islahatlarda görürdü. Çünki bu isla-
hatlar
onların fikrincə "kafir-xristianları" fəallaşdırmaqdan
təqlid etməkdən başqa bir şey deyildi. Bunun əksinə olaraq
radikal-
liberal təbəqələr qəbul edilmiş islahatları olduqca
məhdud və imperiyanın dağılmasının qarşısını almaq üçün
qeyri-kafi hes
ab edirdilər. Bir qədər sonra radikal-liberallar
i
çərisindən bir cərəyan yetişdi ki, bu da yeganə nicat yolunu
konstitusiyalı-parlamentar monarxiya yaradılması tələbini
irəli sürürdü. Bu cərəyanın tərəfdarları zabitlərdən, yeni yetiş-
miş gənclərdən, məmurlar içərisindən çıxmış demokratik fi-
kirli şəxslərdən, müxtəlif aşağı təbəqələrin nümayəndələrin-
dən və hətta bəzi əyanlar içərisindən çıxmış vətəndaşlardan
ibarət idi. Bu cərəyanın əsas nümayəndələri burjuaziya sinfi-
nə mənsub deyildisə də, hər halda həmin cərəyan yetişməkdə
olan türk burjuazi
yasının mənafeyini ifadə edirdi. Yəni bu
cərəyanın fəaliyyəti sinfi xarakter daşıyırdı.
Bu
cərəyanın fəaliyyətində əvvəllər mütərəqqilik, yəni
maarifçilik
ideyaları güclü idi. Hərəkatın əsas nümayəndələri
eyni zamanda istedadlı yazıçılar idi. Onlar milli türk ədəbiy-
yatı yaradılması, türk dilinin təmizliyi, ölkədə elmi biliklərin
yayılması uğrunda mübarizə aparırdılar. İlk vaxtlarda bu cə-
rəyanın nümayəndələri 1860-cı ildə təsis olunmuş "Tərcüma-
ni-
əhval" qəzeti ətrafında birləşmişdilər. Qəzetin ilhamçısı və
yeni cərəyanın ən görkəmli nümayəndəsi ədib və alim İbra-
him Şinasi idi. Sıravi bir zabit oğlu olan İbrahim Şinasi Fran-
sada 1848-ci il inqil
abında iştirak etmiş Mustafa Rəşid paşa-
nın qəzetinin əməkdaşı olmuşdu.
Bir qədər sonra Şinasi "Təsviri əfkar" adlı öz xüsusi qə-
ze
tini yaratdı. Qəzet redaksiyası İstanbulun ən mütərəqqi nü-
ma
yəndələrini, vətənpərvər ziyalıları öz ətrafında birləşdirərək
mütərəqqi amalları reallaşdıran bir mərkəzə çevrilmişdi. Əski
türklər adlanan mühafizkarlardan fərqli olaraq, islahat tərəfdar-
ları özlərini gənc türklər və ya yeni osmanlılar adlandırırdı.
333
Yeni osmanlıların ən görkəmli nümayəndəsi, məmur
ailəsində anadan olmuş Namiq Kamal idi. O, şair, dramaturq,
publisist və siyasi xadim idi. Çox keçmədən yeni osmanlıla-
rın maarifçilik fəaliyyəti böyüyüb mövcud rejimi tənqid et-
mək, sarayın özbaşınalığına, istibdada, israfçılığa qarşı, bu
bəlaların müqəssirləri və təşkilatçılarına qarşı mübarizəyə
çevrildi.
Yeniliyi, elmi tərəqqini qəbul etmək istəməyən istis-
mar
çıların və tacirlərin keçmiş mürtəce ruhlu qalıqlar bu
gənclərə qarşı çıxdılar və yeni osmanlıları təqib etməyə baş-
la
dılar. Buna görə də yeni osmanlılar gizli cəmiyyət yaratdı-
lar. Bu gizli cəmiyyətin təşkilatçıları içərisində İbrahim Şina-
si və Namiq Kamaldan başqa iri məmur və ədib Ziya bəyi,
Krım müharibəsi zamanı ordunun baş komandanı olmuş
Ömər paşanı və başqalarını göstərmək olar. Gizli cəmiyyətin
245 üzvü var idi.
Cəmiyyətin əsas tələbi konstitusiyalı monarxiya yarat-
maq idi. Cəmiyyətin rəhbərləri öz tələblərini Qurana istinadla
əsaslandırırdılar. Yeni osmanlılar hətta sultan Əbdüləzizə
qar
şı sui-qəsd də hazırlamışdılar. Lakin xəyanət nəticəsində
bu qəsdin üstü açıldı. Yeni osmanlıların rəhbərləri Parisə və
Londona qaçdılar. Onlar mühacirətdə "Hürriyyət" ("Azad-
l
ıq"), "Müxbir" və başqa qəzetləri dərc etməklə özlərinin
məcburi mühacirətlərinin mahiyyətini, Türkiyənin demokra-
tik bir ölkə olmasının vacibliyini, Avropaya inteqrasiya yolla-
rı və onun vacibliyini yazırdılar. Həmin qəzetlər gizli surətdə
Türkiyəyə gətirilir və burada geniş yayılırdı. Xalq hökumət
qəzetlərindən çox onlara nicat vermək istəyən bu gənclərin
qəzetlərini oxuyurdu.
Nəhayət, yeni osmanlılar hərəkatı Türkiyənin həyatında
mütərəqqi hadisə və onun siyasi inkişafı yolunda diqqətəlayiq
bir mərhələ oldu. Lakin hər bir milli hərəkatda olduğu kimi
“Yeni Osmanlıların”da çatışmazlıqları çox idi. Məsələn, hə-
min hərəkat kütlələrdən və onların mənafeyindən uzaq idi ki,
bu amil də onların ən böyük nöqsanlarından idi. Yeni osman-
lılar aşağı təbəqədən, yoxsullardan uzaq olduğuna görə yeni
osmanlılar hərəkatı imperiyanın məzlum xalqlarının milli-
azadlıq hərəkatına yabançı idi. Yeni osmanlılar hərəkatındakı
bu irticaçı cəhət onu məzlum xalqların və əzilən təbəqələrin
334
güclü hərəkatından uzaqlaşdırıb, zəiflədirdi. Bütün bunların
hamısı təkcə hərəkatın özünə deyil, həmçinin Türkiyənin mü-
qəddəratına da mənfi təsir göstərirdi. Amma Türkiyənin və-
tənpərvər övladlarının tənqidi çıxışları mütərəqqi hadisə idi.
Onların bu çıxışları vətənpərvərlikdən irəli gəlirdi və təbii xa-
rakter daşıyırdı. ən başlıcası isə “Gənc Osmanlılar” öz xalqını
cəhalətdən, istismardan, təhkimçilik əzablarından qurtuluşa
çıxarmağa gəlmişdilər.
Mədəniyyət
Orta
əsrlərdə islam dininin təsiri Türkiyənin mədəni in-
kişafını olduqca ləngidirdi. Türkiyə yalnız feodal dövləti de-
yil, həm də feodal-teokratik dövlət olduğundan islam dini öl-
kədə həyatın bütün sahələrinə böyük təsir göstərirdi. Bütün
dini e
hkamlar dövlət qanunu hesab edilirdi. Dövlət qanunları
Osma
nlı imperiyasında ən yüksək dini başçı hesab olunan
yal
nız şeyxülislamın təsvibindən sonra qüvvəyə minirdi, yəni
hakimiyyətdən də güclü molla hökmranlığı mövcud idi.
İdeologiya sahəsində təhrif olunmuş islam ayinləri əzilən
təbəqələrə xüsusilə mənfi təsir göstərirdi. Maarif işi, bütün-
lüklə ruhanilərin ixtiyarında idi. Savadlı adamların sayı çox
az idi. Elm yox
dərəcəsində idi. Yalnız şəriət qanunları hökm
sürür
dü. Tarix, başlıca olaraq rəsmi tarixçilərin əsərlərindən
ibarət idi. İslam, canlı aləmin rəsmi təsvirini qadağan etdi-
yindən təsviri incəsənətin inkişafı ləngiyirdi. İslam Osmanlı
imperi
yasını Qərb ölkələrinin mədəni təsirindən uzaqlaşdırır-
dı, çünki islam dininə görə bütün xristian dövlətlər düşmən
he
sab olunur və bu ölkələrdən müəyyən bir şeyin iqtibas edil-
məsi fikri belə mürtədli sayılırdı.
XIX əsrdə islam dini və müsəlman ruhanilərinin Türki-
yədə böyük nüfuzu qalmaqda idi. Türkiyə teokratik dövlət
ola
raq qalırdı. Lakin Türkiyədə yaranmış olan yeni şəraitdə
mədəniyyət sahəsində müəyyən tərəqqi də var idi. Mədəni tə-
rəqqi yolundakı hər bir addım fanatizm ideyaları ilə silahlan-
mış ruhanilərə qarşı şiddətli mübarizə bahasına başa gəlirdi.
Ruhanilər daim hər bir yeniliyə qarşı çıxır, elm və mədəniy-
yət adamlarına qarşı qəsdlər düzəldilirdi.
Dostları ilə paylaş: |