335
Müxtəlif məhdudiyyətlərə və antimaarifçiliyə baxmaya-
raq
Türkiyədə ilk yenilik maarif sahəsində oldu. Hələ sultan
III Səlimin dövründə əsası qoyulmuş, lakin II Mahmudun
döv
ründə həyata keçirilən hərbi islahatlar təhsil almış zabit,
həkim, mühəndislər və digər mütəxəssislərin olmasını tələb
edirdi. Bu tələbat ilk növbədə bir sıra ali hərbi məktəblər açıl-
ma
sına səbəb oldu. 1826-cı ildə ali tibb məktəbi yaradıldı.
Avropa
ölkələri ilə əlaqələrin möhkəmlənməsi həmin ölkələ-
rin Türkiyəyə mədəni təsirinin artmasına səbəb oldu.
Nəhayət, XIX əsrin 40-cı illərində məktəb islahatı keçi-
ril
di. İslahat dünyəvi ibtidai, orta və ali məktəblər açılmasını
nəzərdə tuturdu. Dünyəvi məktəblərə rəhbərlik işi, bu məq-
sədlə təşkil olunmuş maarif nazirliyinə tapşırıldı. Beləliklə,
Türkiyədə maarif islahatı müsbət nəticələrini verdi. 1861-ci
ildə Türkiyədə 15 mindən artıq ibtidai məktəb var idi. Orta
məktəblər tək-tək idi. Paralel olaraq məscidlər yanındakı bü-
tün məktəblər saxlanılmışdı və təəssüf ki, xalq maarifi əslində
əvvəlki kimi yenə də ruhanilərin əlində idi. Çünki cəmiyyətin
ideoloqu olan
xalqı cəhalətdən, fanatizmdən qurtarmağa qadir
olan alim, müəllim çatışmırdı.
Türkiyədə xurafata qarşı mübarizə aparan xalqa əsl hə-
qiqəti söyləyən ziyalılar təqib olunurdu. Bu dövrdə ərəb ölkə-
lərindən gəlmiş missionerlər maarifçiliyə qarşı mübariəyə
çox
lu vəsait sərf edirdilər. Amma, ölkədə mətbuat tədricən
mədəni inkişafın mühüm amilinə çevrilirdi. İlk qəzet 1825-ci
ildə İzmirdə, lakin fransız dilində çıxmağa başladı. Türk di-
lin
də isə ilk qəzet 1832-ci ildə çıxdı ("Təqvimi vəqai" "Hadi-
sələr jurnalı"). Bu qəzet rəsmi orqan olub, əsas etibarilə hö-
ku
mət sərəncamlarını çap edirdi. Lakin zaman keçdikcə qə-
zet
lərin sayı çoxalırdı və XIX əsrin 70-ci illərinin əvvəlində
Türkiyədə artıq 47 qəzet və jurnal nəşr olunurdu ki, bunlar-
dan 13-
ü türk dilində, qalanları isə yunan, erməni, ərəb, bol-
qar, fransız və başqa dillərdə buraxılırdı. Qəzetlər beynəlxalq
və daxili hadisələri işıqlandırır və müxtəlif ictimai mövzular-
da məqalələr, həmçinin ədəbi əsərlər də dərc edirdi. Yeni os-
man
lıların qəzetləri siyasi və mədəni-maarif sahəsində xüsu-
silə böyük rol oynayırdı. Kitab nəşri inkişaf edirdi və türk
dilində ilk kitab Türkiyədə hələ 1728-ci ildə çap edilmişdi.
336
Nəzərdən keçirilən dövrdə yeni bədii ədəbiyyat keçmiş-
də demək olar ki, əsla inkişaf etməmişdi. Şərq poeziyasının
klassik nümunələrindən bəhrələnərək nəzm, dramaturgiya və
digər bədii yaradıcılıq növü yaranırdı. Yeni roman və pyeslər
bir çox hallarda m
əzmunca vətənpərvərlik ruhunda yazılırdı.
Humanizm prinsiplərinə əsaslanan əsərlər cəmiyyətin bütün
üzvlərinin azad olması, konstitusiya hüququna malik olması
bədii şəkildə öz əksini tapırdı və bunlar həmçinin ölkədə bə-
ra
bərlik ideyalarını təbliğ edən əsərlər idi. O dövrün ədəbiy-
ya
tına yenilik gətirən ən görkəmli türk yazıçıları İbrahim Şi-
na
si, Namiq Kamal, Ziya paşa və başqaları idi. Belə mütəfək-
kirlərin əsərləri tərbiyəvi əhəmiyyətə malik idi.
Yeni ədəbiyyata Qərb, xüsusilə fransız ədəbiyyatı böyük
təsir göstərirdi. Türkiyədə fransız klassikləri Molyer, Russo,
V.
Hüqo və başqalarının əsərləri tərcümə edilib yayılırdı. Eyni
za
manda fransız dilindən boş əyləncəli romanlar da tərcümə
edilir və təbliğ olunurdu.
İctimai-siyasi həyatın inkişafı, dövri mətbuatın, yeni
ədəbiyyatın yaranması ədəbi dilin inkişaf etdirilməsini, onun
danışıq dilinə yaxınlaşdırılmasını tələb edirdi. Türk dilinin is-
la
hatçıları içərisində də İbrahim Şinasi və Namiq Kamal
aparıcı mövqe tuturdular.
Teatr sənəti sahəsində də yenilik nümunələri meydana
çıxmağa başlayırdı. 1859-cu ildə ilk daimi dram teatrı açıldı.
Burada türk müəlliflərinin və xarici müəlliflərin mütərəqqi
pyesləri tamaşaya qoyulurdu. Qadın rollarını erməni aktrisa-
la
rı oynayırdılar. Əlbəttə, ölkədə mövcud olan idarəçilik sis-
temi feodal-
teokratik rejim, bütün qalan sahələr kimi mədə-
niy
yətin əksər sahəsinin də inkişafını ləngidirdi.
Bu dövrdə dünya poeziyasının korifeyi Nizami Gəncə-
vi, Ə.Xaqani, İ.Nəsimi, M.Füzuli, M.Ş.Vazeh. M.Ə.Sabir,
M.F.Axundzadə kimi klassiklər türk xalqı tərəfindən sevilə-
rək oxunurdu. Azərbaycanın görkəmli mütəfəkkirləri dünya
səviyyəli klassiklər kimi qəbul olunduqlarına görə, həmçinin
türk dünyasının klassikləri rolunu oynamış, Azəri xalqının
dünyaya bəxş etdiyi dühalar kimi qəbul edilmişdi.
337
ƏRƏBLƏR VƏ ƏRƏB İSTİLALARI
Ərəblər əsasən Qərbi Asiya və Şimali Afrikanın Ərəb
öl
kələrində məsgunlaşmışlar. Ərəblər Suriya, Livan, İraq,
İordaniya, Səudiyyə Ərəbistanı, Yəmən Ərəb Respublikası,
Yəmən Xalq Demokratik Respublikası, Oman, Küveyt, Bəh-
reyn
, Qətər, MƏR, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Birləş-
miş Ərəb Əmirlikləri, Mavritaniya, eləcə də Sudan və Fələs-
tin
vətəndaşı olduqları ölkələrdə əhalinin əksəriyyətini təşkil
et
məklə iqtisadi, siyasi və ərazi birliyinə nail olmaqla beynəl-
xalq hüququn
subyektinə çevrilmişlər.
Ərəblər yuxarıda sadalanan ölkələrlə yanaşı İran, Türki-
yə, Əfqanıstan, İsrail, İndoneziya, Efiopiya, Somali, ÇAD
Res
publikası, Tanzaniya, Şərqi Afrikanın digər ölkələrində,
həmçinin Şimali və Cənubi Amerikada, Fransada və başqa
dövlətlərin ərazilərində yaşayırlar.
Ehtimala görə ərəb xalqının təşəkkülündə qədim sami
tayfaları əsas rol oynamışdır. Sami tayfaları hələ e.ə. 2-ci
min
illikdə Ərəbistan yarımadasında yaşayırdılar. Nəhayət, 1-
ci minillikdə Palmira (Tadmor) dövlətləri təşəkkül tapdı. Era-
mızın V-VI əsrlərində isə Şimali Ərəbistanda Hasan Ləhm,
Mərkəzi Ərəbistanda isə Kinda və başqa ərəb dövlətləri mey-
da
na gəldi. Həmçinin bu dövrdə vahid ərəb xalqının forma-
laşması prosesi də davam edirdi və tayfa quruluşu dağılma
mərhələsində olsa da, qədim patriarxal qəbilə münasibətləri
və tayfa əlaqələri uzun müddət davam etməkdə idi. Bu xüsu-
siyyət köçəri və yarımoturaq əhali arasında daha çox müşa-
hidə olunurdu.
VII əsrin birinci yarısında islam dininin yaranması və
ərəb işğallarının başlanması nəticəsində ərəblərin qonşu ölkə-
lərə axını sürətləndi.
Ərəblərin dövlətinin yaradılmasında bütün Ərəb dünyası
Məhəmmədə (570-632) borcludur. Ona görə ki, səhra həyat
şəraitində köçəri bədəvi ərəbləri islam bayrağı altında birləş-
di
rərək dövlətin ideya əsasının qoyulması Məhəmmədə məx-
Dostları ilə paylaş: |