344
Tür
kiyə 1786-1787-ci illərdə Misirdə özünün bilavasitə haki-
miy
yətini bərpa etmək təşəbbüsü göstərdi. Türkiyənin bu səy-
ləri müvəffəqiyyətsizliklə nəticələndi. 1791-ci ildə Murad və
İbrahim hakimiyyətə qayıtdılar. Onlar artıq öz aralarında mü-
ba
rizə aparmayaraq bütün səylərini yerli əhalini soyub qarət
etməyə istiqamətləndirmişdilər. Amma ölkədə xarici istila
daima güclənməkdə idi və müstəmləkə rejimi bərpa olduqdan
sonra xalqın vəziyyəti daha da pisləşdi.
1798-
ci ildən etibarən Fransa Misiri işğal etməyə başla-
dı. Amma 1801-ci ildə vəziyyət dəyişdi və Osmanlı hökmran-
lığı Misirdə yenidən bərpa olundu.
XVIII əsrin axırlarında Misir hələ də iqtisadiyyatının
əsasını kənd təsərrüfatı təşkil edirdi. Suvarma sistemi son də-
rəcə tənəzzül etmişdi. 2-2,5 milyon fəddandan (fəddan 0,42
hektardır) artıq torpaq becərilmirdi. Yayda Nil çayında su
azal
dıqda Nil vadisinin xeyli hissəsi yarımsəhraya çevrilirdi.
Misirdə buğda, arpa, darı və bir az da düyü yetişdirilirdi. Tür-
ki
yənin hakimiyyəti dövründə qarğıdalı bitkisi də yayılmağa
başlamışdı.
Mülkiyyət növlərinə görə torpaqlar bir neçə kateqoriya-
ya bölünürdü. Xass torpaqları Türkiyə sultanının mülkiyyəti
hesab olunur, paşa və onun məmurları tərəfindən idarə edilir-
di. Xass torpaqlarından sonra məmlük bəylərinin çoxlu mali-
kanələri gəlirdi. Misal üçün, 1720-ci ildə İsmayıl bəyin 400
kəndi var idi. Daim hakimiyyət uğrunda mübarizəyə başı
qarışan bəylər demək olar ki, heç bir vaxt öz malikanələrində
yaşamırdılar. Onlar bu yerləri icarəyə verirdilər. İcarədarlar
ilti
zamçılardan, mültəzimlərdən olurdu. Türkiyənin hökumət
orqanları bütün vergilərin yığılmasını iltizama həvalə etmişdi.
Mültəzimlərin öz inzibati idarəsi, katibləri, vergi yığan agent-
ləri, keşikçiləri var idi. Əslində onlar yerlərdə imtiyazlı höku-
mət nümayəndələri idi. Eyni zamanda onlar bəylərin də tor-
paqlarını icarəyə götürür və zaman keçdikcə nəsli icarədarlara
çevrilirdi. Onla
rın nəsli malikanələri olurdu və buradakı tor-
paqlar
ı biyar əməyi ilə becərilirdi, qalan torpaqları isə fəllah-
lara icarəyə verirdilər. Həm mülkədarlar, həm də iltizamçılar
345
kəndlilər üzərində böyük hüquqa malik idilər. XVIII əsrin
axırlarında 5-6 min mültəzim var idi. Məscidlərin və digər
müsəlman dini idarələrin torpaqları vəqf adlanırdı. Bu yerlərin
idarəçilərini müsəlman ruhaniləri təyin edirdi. Nəhayət, xüsusi
mülkiy
yətdə olan mülk yerləri var idi, amma bunlar o qədər də
çox deyildi. Belə torpaqların sahibləri isə çoxlu vergi və tədiyə-
lərdən yaxa qurtarmaq üçün öz torpaqlarını vəqfə keçirirdilər.
Misir əhalisinin böyük əksəriyyətini təşkil edən kəndlilər
tamamilə hüquqsuz idi. Fəllahın nə torpağa, nə də bunun
məhsuluna qarışmaq hüququ yox idi. Kəndlinin istismar dərə-
cəsi feodalın özbaşınalığından asılı idi. Kəndli rəsmən azad
olsa da, əslində feodalların hakimiyyəti altında idi və kəndli-
lərin hüquqları haqqında qanuna məhəl qoyulmurdu.
Fəllahlarda icma quruluşu qalmaqda idi. Kəndin idarə
edil
məsi feodal tərəfindən təsdiq edilən kəndxudaya tapşırıl-
mışdı. Kənd, mülkədardan torpağı icarəyə götürür, bunu bir-
likdə əkib becərirdi. Kənd vergiləri ellik zəmanət sistemi ilə
ödəyirdi ki, bu da ədalətsiz sistem idi.
Şəhər idarəçilik sistemi, inzibati quruluşu araşdırılarkən
bir daha aydın olur ki, ölkədə inkişaf edən yeganə iri şəhəri
Qahirə idi, burada təxminən 250 min əhali yaşayırdı. Vaxtilə
Aralıq dənizi hövzəsində ən böyük mərkəz olan İsgəndəriy-
yədə cəmi 6-8 min əhali qalmışdı. Əhali istismardan, ağır
vergi siyasətindən bezərək məcburi mühacirət edirdi.
Şəhərlərdə sənətkarlıq, parça, həsir, kirəmit hazırlanma-
sı, ərzaq malları istehsalı olduqca ləng gedirdi. Sənətkarlar
başda şeyxlərə məxsus olan sexlərdə, əsnaflarda birləşmişdi-
lər. Şeyxlər hazırlanan mallara qiymət qoyur, sənətkarlardan
ver
gi yığır, sifarişləri sənətkarlar arasında bölüşdürürdülər.
Tədricən Misirdə ilk şəkər istehsal edən sexlər və başqa xırda
istehsal müəssisələri yaranırdı.
Misirdə həm daxili, həm də xarici ticarətlə məşğul olan
nüfuzlu tacir təbəqəsi də var idi. Misir Avropa ilə, daxili
Afrika və Ərəbistanla ticarət edirdi.
Şəhərin varlı sakinləri türk-məmlük hökumət orqanları-
nın özbaşınalıq və zorakılığı qarşısında tam aciz idi və onlar
346
özlərinin varlı olduğunu gizlətməyə məcbur olurdular. Varlı
he
sab olunan şəxsləri bəylər çox zaman həbs edir və onlardan
pul qoparmaq üçün d
öyür, işgəncə verirdilər. Arasıkəsilmə-
yən feodal müharibələri və bunlarla əlaqədar olan siyasi sə-
batsızlıq, çoxlu daxili gömrüklər, xarici və daxili nəqliyyatın
maneələrə rast gəlməsi də ticarət və sənayenin inkişafını lən-
gidirdi. Türk-
müsəlman feodalizm rejimi Misirin iqtisadi
inkişafı yolunda başlıca maneə idi.
Türkiyənin və məmlük feodallarının uzun sürən ağalığı
ölkənin tənəzzülünə və əhalinin azalmasına səbəb oldu. 1800-
cü ilin əvvəllərində Misirdə təqribən 2,5 milyon əhali qalmış-
dı. Odur ki, az-çox mötəbər məlumata malik olduğumuz
bütün Misir tarixində bu dövr, Misir üçün ən aşağı səviyyə və
daim dərinləşdiyi dövr hesab olunur.
1798-1801-
ci illərdə Misirə qarşı Fransız ekspedisiyası
XVIII əsrin axırları və XIX əsrin əvvəllərində Misir Av-
ro
panın qabaqcıl kapitalist dövlətləri olan Fransa ilə İngiltərə
ara
sında müstəmləkəçilik uğrunda mübarizə regionuna
çevrildi.
1798-ci il iyunun 30-
da Napoleon başda olmaqla 35
min
lik fransız ordusu İsgəndəriyyənin yaxınlığına quruya çı-
xarıldı. İyulun 21-də ehramlar yaxınlığındakı vuruşmada
fran
sızlar Muradın və İbrahimin məmlüklərini darmadağın et-
di
lər, sonra isə fransızlar Qahirəni tutdular. Lakin ingilis ad-
miralı Nelson avqustun 1-də Əbukir yaxınlığında fransız do-
nan
masını məhv etdi və fransızların Misirdəki ordusu arxa
cəbhədən təcrid edilmiş oldu. Türkiyə sultanı III Səlim Fran-
sa
nın Misirə soxulmasına cavab olaraq sentyabrın 2-də Fran-
saya müharibə elan etdi. Bu dövrdə yerli əhali də fransızlara
qarşı üsyana qalxdı. Fransızlar yerli əhali ilə də mübarizə
aparmalı oldular və bir sıra dəyişikliklər etdilər.
Amma üsyanlar yatırıldıqdan sonra onlar Misirdə köhnə
ictimai quruluşu və köhnə inzibati aparatın aşağı orqanlarını
olduğu kimi saxladılar. Bütün vergilər əvvəlki miqdarda top-
la
nırdı. Daha bu vergi gəlirləri bəylərin deyil, fransızların
Dostları ilə paylaş: |