350
Məhəmmədəlinin islahatları və daxili siyasəti
Məhəmmədəli Misirdə tam qayda-qanun yaratdıqdan
sonra
Misirlə kifayətlənməyib böyük imperiya yaratmaq
niyyətində idi. Ona qüdrətli, yaxşı silahlanmış və Avropa
qayda
sı ilə təlim görmüş bir ordu lazım idi. Ona vəsait, iqti-
sadi müstəqillik, səlis işləyən inzibati idarə aparatı, savadlı
zabit və məmurlar lazım idi. Bu vəzifələrin zəruriliyini nəzərə
alaraq
Məhəmmədəli Misirdə özünün şəriksiz və "əbədi" ha-
kimiy
yətinə nail olmaq üçün ölkədə islahatlar keçirməyi də
plan
laşdırdı ki, bu da olduqca mütərəqqi hadisə hesab
olunurdu.
Amma
bir müddətdən sonra məlum oldu ki, Məhəmmə-
dəli heç də Misir xalqının həyat şəratini yaxşılaşdırmağa, onu
təhkimli vəziyyətdən qurtarmağa qətiyyən çalışmır. Xalq küt-
lələri onu yalnız işçi qüvvəsi, vergi verən kütlə və əsgər kimi
ma
raqlandırırdı. Bundan başqa, yeni hökmdar etnik cəhətdən
də misirlilərə yabançı idi. Onun özü alban mənşəli, ana dili
türk dili idi və o özünü türk hesab edirdi. Məhəmmədəli belə
hesab edirdi ki, ərəbləri daima asılı vəziyyətdə saxlamaq la-
zımdır. Amma obyektivlik naminə deyilsə onun siyasəti ərəb
Misri
nin yüksəlişinə səbəb oldu, lakin o özü heç də ərəblərin
istiqla
liyyəti tərəfdarı deyildi. Məhəmmədəlinin əhatə dairəsi
alban
lar, türklər, çərkəzlər, kürdlər və lazlardan ibarət idi.
Ölkədə rəsmi dövlət dili türk dili idi.
Nəhayət, bir müddətdən sonra Məhəmmədəli aqrar sa-
hədə də islahat keçirdi. O, paşaların idarə etdiyi xass torpaq-
la
rını ən əvvəl öz əlinə aldı. Artıq 1808-ci ildə Məhəmmədəli
qiyamçı bəylərin malikanələrini müsadirə etməyə başladı.
1811-
ci il qırğınından sonra məmlük feodallarının bütün tor-
paq
ları tamamilə paşanın əlinə keçdi. Sonra o, mürtəzimlər-
dən, onların gəlirləri haqqında hesabat tələb etdi. Mürtəzimlər
güman etdilər ki, paşa yeni vergilər qoymaq istəyir və buna
görə də onlar öz gəlirlərinin çox az və qəsdən azaldılmış rə-
qəmlərini göstərdilər. Məhəmmədəli bütün saxtakarlıqları
351
aşikar etdi və o, elan etdi ki, hökumət vergi yığmağı öz öh-
dəsinə götürür. Mürtəzimlərin bəylərdən icarəyə götürmüş
olduqları torpaqlar onların əlindən alındı. Bunun əvəzində
onları "ədalətlə" mükafatlandırmaq üçün paşa mürtəzimlərə,
öz "gəlirləri" haqqında özlərinin verdiyi məlumata uyğun
miqdarda təqaüd verilməsini əmr etdi. Məhəmmədəli vəqf
torpaqları idarəçilərindən torpaq mülkiyyəti hüququ haqqında
sənəd tələb etdi. O, yaxşı bilirdi ki, belə sənədlərin əksəriyyə-
ti çoxdan itib-bat
mışdır. Məhəmmədəli heç bir sənəd təqdim
edə bilməyən idarəçiləri dini əmlaka pis nəzarət etməkdə təq-
sirləndirdi və vəqf torpaqlarını öz nəzarəti altına aldı. Bunun-
la da o, vəqf gəlirləri hesabına yaşayan müsəlman ruhaniləri-
nə təsir göstərmək üçün əlavə vasitə və imkanlar əldə etdi.
1841-
cü il üçün Məhəmmədəli, əslində, Misirdə yeganə tor-
paq mülkiy
yətçisi o, özü idi.
Bununla yanaşı Məhəmmədəli fəllahlar üçün yeni torpaq
qaydası qoydu. Paşanın əmrilə hər kənddə torpaq hər bir yaşlı
işçi üçün 3-5 fəddah hesabı ilə kəndlilər arasında bölüşdürül-
dü. Hüquqi cəhətdən kəndli torpaq sahəsinin sahibi və onun
məhsulunun mülkiyyətçisi hesab olunurdu. Əslində isə fəlla-
hın hüquqsuz və təhkimli vəziyyəti demək olar ki, dəyişmə-
miş qalırdı. Paşa kəndlinin məhsulunu ya vergi hesabına əlin-
dən alır və ya özü təyin etdiyi qiymətlə "satın alırdı". Fəllah
ildə 60 gün paşa və dövlət üçün biyara getməli idi. Məhəm-
mədəli vergi yığılmasında ellik zəmanət sistemini saxlayıb
möhkəmlətdi. Çox vaxt elə olurdu ki, bir kənddən vergi tama-
milə toplanmırdısa, verginin toplanmamış hissəsi qonşu kən-
din
əhalisinin hesabına toplanırdı. Məhəmmədəlinin hakimiy-
yəti dövründə orduya səfərbərlik qaydası kəndlilər üçün yeni
və ağır yük idi.
Göstərilən tədbirlərlə yanaşı, Məhəmmədəli geniş miq-
yas
da torpaq paylamağa başlamışdı. O, öz oğlanlarından, za-
bit
və məmurlardan qohum-əqrəbasından ibarət yeni torpaq
sahibləri yaradıb, onları öz ictimai dayağına çevirdi. Bu qay-
da ilə Məhəmmədəli feodal sinfinin tərkibini, demək olar ta-
352
mamilə yeniləşdirdi. Köhnə feodallar kimi, bu yeni mülkə-
dar-
feodallar da mənşə etibarilə misirli deyildilər. Bunlar pa-
şanın ətrafındakı türklər, albanlar, çərkəzlər və kürdlər hesa-
bına artırdı. Torpaq paylanması və yeni mülkədarlar sinfinin
təşəkkülü bir neçə onillik davam etdi.
Lakin ölkədə mövcud olan diktatura rejimi və xalqın
zülm altında olmasına baxmayaraq, XIX əsrin birinci yarısında
Misirin kənd təsərrüfatında xeyli irəliləyiş baş verdi və uğurlar
əldə edildi. XIX əsrin əvvəllərində əkin sahələri 2 milyon
fəddandan artıq olmadığı halda, artıq 1840-cı ildə 3,8 milyon
fəddana, 1852-ci ildə isə 4,1 milyon fəddana çatmışdı. Ölkədə
köhnə suvarma şəbəkələrinin bərpa edilməsi və yeni suvarma
şəbəkələri yaradılması sahəsində böyük iş aparılırdı. 1820-ci
ildən etibarən suvarma işləri il boyu aparılırdı. Bu ildə iki dəfə
məhsul götürməyə və növbəti mövsüm bitkilərini su ilə təmin
etməyə imkan verdi. Ölkədə məhsul istehsalı çoxalsa da köhnə
qayda
ilə idarəçilik sistemi olduğu kimi qalırdı.
Ölkənin idarəçilik sistemində, aqrar sahədə problemlər
hələ də mövcud olsa da, nəticədə ölkədə kənd təsərrüfatı
məhsulları xeyli artdı. 1820-ci ildən yetişdirilməyə başlanan
pambıq məhsulu artıq 1836-cı ildə 300 min kantara (kantar
44,9 kiloqramdır) çatdı. Şəkərqamışı, xam ipək, indiqo isteh-
salının əvvəlki illərə nisbətən artımına nail oldu. Buğda və
düyü məhsulu da çoxaldı ki, bu da xalqın maddi vəziyyətini
xeyli yaxşılaşdırdı.
Misirdə nəzərə çarpan irəliləyişlə yanaşı idarəçilik siste-
min
də despotik üsul, vergi sistemində hədsiz qarətçilik hələ
də saxlanılmışdı. Belə ki, fəllahın yığılan məhsulu sərf etmək
ix
tiyarı yox idi. Kəndli biçindən sonra məhsulu dövlət anba-
rına təhvil verirdi. Məhsulun bir hissəsi vergiyə çıxılır, qalan
hissəsi isə dövlət qiymətilə satın alınırdı. Bu qiymətlər Misir-
də bazar qiymətindən təxminən iki dəfə, ixracat qiymətindən
isə üç dəfə aşağı idi. Yəni məhsulu becərəndən çox istehlakçı
qazanırdı.
Məhəmmədəli bir çox kənd təsərrüfatı məhsulları üzə-
rin
də dövlət inhisarı qoymuşdu. O, özü daxili bazarda ən bö-
Dostları ilə paylaş: |