374
375
İRAQ
Osmanlı imperatorluğu XVI əsrin birinci yarısında Misi-
ri və digər ölkələri işğal edəndən sonra digər Ərəb ölkələrinin
də işğalını planlaşdırdılar. Nəhayət, XVI əsrin ortalarında Os-
man
lı imperatorluğu İraqın işğalını reallaşdırdılar. 1534-
1538-
ci illərdə İraq türklər tərəfindən işğal edildi və sonra da
təxminən 300 il ərzində Türkiyə ilə İran arasında nifaq və
mü
naqişə mənbəyinə çevrildi. XVIII əsrin əvvəllərində Tür-
ki
yə zəiflədiyi bir şəraitdə ucqar İraqda osmanlı canişinləri-
nin hakimi
yyəti möhkəmləndi. Bağdad paşası Həsən 1702-
1723-
cü illərdə 40 minlik bir ordu yaratmışdı. Bu ordunun
ya
rıdan çoxu yerli ərəblərdən ibarət idi. Həsən bir də gürcü
kölələrdən ibarət "küləmən" qvardiyası da yaratmışdı.
XVIII əsrin ortalarından etibarən siyasi vəziyyət dəyiş-
məyə başladı və küləmənlər əslində ölkənin imtiyazlı tayfa-
larına çevrildilər. 1780-1802-ci illərdə İraqda hətta mənşəcə
gürcü Böyük Süleyman hökmranlıq edirdi. O, ingilis Ost-
Hind kompaniyasının yardımı ilə hakimiyyət başına gəlmişdi.
Süleyman
mütərəqqi idarəçilik formalarına görə qüdrətli ha-
kim oldu. XIX əsrin əvvəllərində küləmən-hakimlər 1801-ci
ildə Kərbəlanı tutan və 1808-ci ildə isə Bağdadı tutmağa ça-
lışan vahabilərə qarşı mübarizə aparmalı oldular. Vahabilər
ge
ri çəkildikdən sonra Türkiyə sultanı II Mahmud əslində İra-
qın əldə etmiş olduğu muxtariyyətinə son qoymağa çalışırdı.
1817-
ci ildə şiddətli mübarizə şəraitində Böyük Süleymanın
yeznəsi gürcü Davud hakimiyyətə keçdi. O, 1817-ci ildən
1831-
ci ilə qədər Bağdadın paşası oldu.
Davudun hakimiyyəti bəzi cəhətdən Misirdə Məhəmmə-
dəlinin fəaliyyətinə oxşayırdı. O, küləmənlərin özbaşınalığına
son qoydu. Öz nizami ordusunu Avropa qaydasında yenidən
qur
maq üçün Davud ingilis təlimatçılarını dəvət etdi. Sipa-
hilər nümunəsində təlim alan və hərbi libas geyinən bir neçə
min nəfərlik piyada hissə və güclü topçu dəstəsi yaradıldı.
Bun
dan başqa, Davudun 25 min nəfərlik köhnə tipli piyada
və süvari dəstələri, həmçinin müttəfiq ərəb qəbilələrindən
təşkil olunan dəstələri var idi.
Davud öz əyalətinin gəlirlərini artırmağa çalışırdı. İra-
qın əsas kənd təsərrüfatı məhsulu olan taxıl və xurma ticarəti
376
inhisara alınmış, İraqın öz xüsusi çay və dəniz donanması ya-
radılmışdı. Misirdə olduğu kimi, İraqda da Davud pambıq və
şəkərqamışı yetişdirmək istəyirdi, lakin bundan bir nəticə çıx-
madı. Sonra, Kərbəla və Nəcəfə gedən şiə zəvvarlar üzərinə
vergi qoyuldu.
Bu siyasətin özü də dini və siyasi xarakter da-
şıdığına görə gələcəkdə Davud idarəçilik sisteminə qarşı yeni
problemlər yarada bilərdi və bu problem gözlənilirdi.
İqtisadi və hərbi cəhətdən qüvvətlənən Davud Türkiyə-
dən tədricən ayrılmağa çalışırdı. II Mahmud Ədirnə sülhünə
görə təzminat vermək üçün İraqdan vəsait istədikdə Davud
rədd cavabı verdi və 1830-cu ildə açıqdan-açığa Türkiyə ilə
əlaqəsini kəsdi. Sultan buna cavab olaraq Əli Rzanın koman-
dan
lığı altında İraqa ordu göndərdi. Lakin Əli Rza Mosulu
tutduqdan sonra daha irəliləməyə cürət etmədi. Davud öz
yax
şı hazırlıqlı qoşunları ilə birlikdə onu cəsarətlə Bağdadda
gözləyirdi. Lakin 1831-ci ilin martında İraqda dəhşətli taun
xəstəliyi baş verdi və bu xəstəlik Davudun ordusunu tələf et-
di. Davudun özü isə türklər tərəfindən əsir edildi. Bütün külə-
mənlərdən yalnız dörd nəfər, Teylorun təlim vermiş olduğu
əsgərlərdən isə bir nəfər sağ qaldı. Taun xəstəliyi yalnız Əli
Rzanın qoşunlarının dayandığı dağlıq və şimal rayonlarına
sirayət etməmişdi. Taun xəstəliyi təhlükəsi sovuşduqdan son-
ra, türk sərkərdəsi asanlıqla Bağdadı işğal etdi. Davud isə
1850-
ci ildə Türkiyədə əsirlikdə vəfat etdi. Onun hakimiyyə-
tinin
süqutundan sonra İraqın nisbi müstəqillik dövrü (1702-
1831) başa çatdı.
Viranedici y
ürüşlər nəticəsində ölkə xarabazarlığa çev-
ri
lib dağılmışdı. Bağdadda 150 min əhalidən yalnız 20 min,
Bəsrə də isə 80 min əhalidən 5 min adam sağ qalmışdı. Tarla-
lar səhraya çevrilmişdi, bellənib becərilməyən xurma bağları
məhv olurdu, iqtisadiyyatda köçəri və yarımköçəri qəbilələrin
ibtidai təsərrüfatının nisbəti artmışdı. İraq o dərəcədə zəiflə-
mişdi ki, bir il sonra, yəni 1832-ci ildə Türkiyənin məğlubiy-
yətlərindən bəhrələnə bilmədi, yəni iqtisadi, hərbi qüdrətini
bir yerə cəmləşdirmək imkanından uzaq idi.
Ölkənin müdafiə qüdrətinin bərpası zərurəti meydana
çıxdığına görə 1848-ci ildə Bağdadda VI ordu korpusunun
qərargahı yaradıldı. İraqlıların bir hissəsi türk ordusunda
377
xidmətə həvəs göstərirdi və onlar ixtisaslı zabitlər olurdular.
Lakin bir müddətdən sonra ərəb mənşəli zabitlərə münasibət
dəyişdi. Sonralar türk ordusundakı ərəb zabitlərinin əksəriy-
yəti İraqdan çıxaraq məcburi mühacirət etməli oldular.
XIX əsrin 60-cı illərində İngiltərənin Şərq siyasəti daha
da fəallaşdı. Artıq 60-cı illərdə ingilis kapitalı İraqda öz möv-
qeyini
möhkəmlədirdi və ingilis kompaniyası Dəclə çayında
Bəsrə ilə Bağdad arasında gəmi nəqliyyatını təşkil etdi. Bəs-
rədən Hindistana müntəzəm surətdə gəmilər gedib-gəlirdi. İn-
gilislər Ost-Hind teleqraf xəttini İraqdan keçirdilər ki, ope-
rativ idarəçilik sistemi yaransın.
1869-1872-
ci illərdə İraqın canişini olmuş, Türkiyənin
görkəmli dövlət xadimi Midhət paşanın fəaliyyəti və islahat-
ları İraq tarixində görkəmli rol oynadı. Belə ki, ilk əvvəl Mid-
hət paşa inzibati idarələri yeniləşdirdi. O, iraqlıları idarə işlə-
rinə cəlb etmək istəyirdi. Əsas şəhərlərdə şəhər şuraları yara-
dıldı. Bundan başqa Midhət paşa Türkiyə hüquq islahatını
İraqda da həyata keçirərək Avropa nümunəsində yeni məh-
kəmələr təşkil etdi.
Midhət paşa Bağdadda yun və çit fabrikləri, gön zavodu
açdı. VI hərbi korpus İraqın özündə hazırlanan geyimlə təchiz
edil
məyə başlandı. Bağdadın yaxınlığında ilk buxar dəyirma-
nı işləməyə başladı, silah-sursat zavodu tikildi. Midhət paşa
Sü
veyş kanalı vasitəsilə Bəsrə, İstanbul və London arasında
mün
təzəm gəmi nəqliyyatı təşkil etdi və bu məqsədlə Avro-
padan gəmilər satın aldı. Ticarəti genişləndirmək üçün bir
sıra tədbirlər həyata keçirildi ki, iraqlılar üçün yeni iş yerlə-
rinin açılması, xalqın həyat şəraitinin yaxşılaşması nəticəsin-
də xalqın hakimiyyətə münasibətini dəyişdirdi, hakimiyyətə
qarşı yerli xalqda əvvəllər mövcud olan antoqonist münasi-
bətin dəyişməsinə şərait yaradıldı.
Midhət paşa daxili büdcəni zənginləşdirmək məqsədilə
başqa hakimlərdən fərqli olaraq vergiləri, cərimələri artırma-
dı, əksinə xeyli güzəştlər etdi. O, boş qalan, əkilib-biçilməyən
torpaqlar haqqında sərəncam verdi. Yeni vəsait əldə etmək və
əyalətin büdcəsini artırmaq məqsədilə Midhət paşa boş qalan
dövlət torpaqlarını açıq şəkildə hərraca çıxardı. Xurma məh-
su
lunun onda bir hissəsinin alınması daimi pul vergisi ilə
Dostları ilə paylaş: |