347
hər-bi xəzinəsinə daxil edilirdi. Bunlara əlavə olaraq ölkədə
yeni vergilər qoyuldu və özbaşına qanunsuz müsadirələr
başlandı.
Xarici işğalçıların ölkəyə soxulması və onların quldurluq
siyasəti Misir xalqının ayağa qalxmasına səbəb oldu. Misir
xalqı xarici işğalçılara qarşı mübarizəyə başladı. 1798-ci il
oktyrabrın 21-də Qahirədə fransızlara qarşı böyük üsyan baş
verdi. Üsyanın mərkəzi Əl-Əzhar müsəlman universiteti idi.
Napoleon çətinliklə üsyanı yatırdı. Fransızlar Misirdə başlan-
mış antifransız hərəkatını yatırarkən 5 minədək admı öldür-
müşdülər. Üsyan yatırıldıqdan sonra bədəvilər və fəllahlar
işğalçılara qarşı geniş partizan müharibəsinə başladılar. Fran-
sızlar qəddar tədbirlərlə əyalətlərdə müqaviməti boğurdular.
Nil boyunca yuxarıya irəliləyən fransız qoşunları 1798-ci ilin
dekabrında Misirin işğalını başa çatdırdılar.
1799-
cu ilin əvvəllərində Napoleon Suriyaya yürüşə baş-
la
dı. Lakin Şimali Fələstində Əkkə şəhəri yaxınlığında fran-
sızların hücumunun qarşısı alındı. Onlar Əkkə şəhərini ala
bil
məyib, Misirə qayıtmağa məcbur oldular. 1799-cu ilin av-
qustunda Napoleon ordusunu
Misirdə qoyub komandanlığı
general Kleberə tapşırdı və gizli surətdə Fransaya qayıtdı.
Misirdə müharibənin perspektivsiz olduğunu görən,
həmçinin Türkiyədə Fransanın nüfuzunu bərpa etmək istəyən
Kleber türklər və ingilislərlə danışıq aparmağa başladı. 1800-
cü il yanvarın 24-də imzalanan sazişə əsasən fransız qoşunla-
rı Misirdən çıxarılmalı, ingilis gəmiləri isə onları Fransaya
da
şımalı idi. Fransız ordusu bu məqsədlə Qahirə ətrafında
top
landı. Türkiyənin baş vəziri də Misir paytaxtına daxil ol-
maq üçün Qahirəyə yaxınlaşırdı. Lakin Kleber xəbər tutdu ki,
ingilis admiralı sazişi təsdiq etmir, fransız əsgərlərini isə hər-
bi əsir elan etmək istəyir. Buna görə də Kleber sazişi ləğv et-
di və türklərə qarşı çıxdı. 1800-cü il martın 20-də Heliopolis
yanında vuruşma oldu. Kleber tam qələbə çaldı. Lakin bu za-
man Qahirədə yeni üsyan başlandı. Yalnız aprelin 25-də Kle-
ber Qahirədəki üsyanı yatıra bildi.
Misiri i
kinci dəfə işğal etdikdən sonra ingilislərin iştirakı
olmadan birbaşa Türkiyə ilə yeni danışıqlar aparmağa hazır-
348
la
şan Kleber 1800-cü il iyulun 14-də öldürüldü. Ondan sonra
komandanlıq tamamilə bacarıqsız və məhdud dünyagörüşlü
bir general olan Menuya keçdi. Menu 1801-
ci ilin yazında
Misi
rə gətirilən ingilis qoşunları ilə üz-üzə gəlməli oldu. Say-
ca
azalmış və özünü çətinliklə müdafiə edən fransız ordusu
iki
hissəyə parçalanmışdı. Fransızlar Qahirədən, sonra da İs-
gəndəriyyədən çıxmaq haqqında saziş bağlamağa məcbur ol-
du. Sazişə əsasən ingilislər bu ordunu Fransaya daşımağı öh-
dəsinə götürmüşdü. 1801-ci ilin sentyabrında axırıncı fransız
əsgəri Misiri tərk etdi.
1798-1801-
ci il hadisələri Misirdə milli oyanışa səbəb
oldu və qapalılıq vəziyyətindən, beynəlxalq həyatdan təcrid
olmaq vəziyyətindən xilas oldu. Misirdə isə başlıca irticaçı
qüvvə olan məmlük feodalları son dərəcə zəifləmişdi. Fransız
işğalçılarından azad olan Misir xalqı bundan sonra məmlük
zülmünün saxlanılmasına razı ola bilməzdi.
Köhnəlib və öz dövrünü keçirmiş olan türk-məmlük reji-
mi
nə qayıtmaq daha mümkün deyildi. Məhz bu dövrdə Misir-
də yeni islahat zərurəti meydana çıxırdı. Bu labüd idi və
reallaşmasını xalq səbirsizliklə gözləyirdi.
Məhəmmədəlinin hakimiyyətə keçməsi
Fransızlar Misiri tərk etdikdən sonra Misirdə 4 il ərzin-
də hakimiyyət uğrunda şiddətli mübarizə davam etdi. Türkiyə
ilə münaqişəyə yol verməmək üçün İngiltərə 1803-cü ildə öz
ordusunu
Misirdən çıxarmalı oldu. Bundan sonra ingilislər
Misirdə məmlüklərin silahlı və nüfuzlu qüvvələrinə arxalana-
raq Misirdə bəzi tədbirlər həyata keçirdi. Eyni zamanda Tür-
kiyə sultanının Misrə göndərdiyi yeni paşası məmlüklərə qar-
şı mübarizəyə başladı. Belə bir şəraitdə 4 minlik alban nişan-
çı korpusunun komandanı, türkləşmiş alban Məhəmmədəli
Misirdə canfəşanlıq edərək türklərin rəğbətini və inamını qa-
zandı. O, öz korpusunda da köhnə türk ordusuna nisbətən gö-
rün
məmiş intizam yaratdı. Özünü misirlilərin xilaskarı kimi
göstərdi və bununla da türklərin və məmlüklərin qarət və zo-
rakılığından cana gəlmiş yerli əhalinin rəğbətini qazandı. Mə-
349
həmmədəli Misirdə yeni qüvvələrə, o cümlədən maddi cəhət-
dən zəngin adamlara, tacirlərə və ruhanilərə, başda şeyx
Ömər Məkrəmin durduğu mütərəqqi qüvvələrə arxalanmağa
çalışırdı. O, türk hökumət orqanları ilə məmlüklər arasındakı
düşmənçilikdən məharətlə istifadə etdi. Ömər Məkrəm başda
olmaqla Qahirə şeyxləri 1805-ci il mayın 14-də Məhəmməd-
əlini paşa elan etdilər. Türkiyə sultanı Qahirə şeyxlərinin qə-
rarını təsdiq etməyə məcbur oldu. Məhəmmədəli 44 il, 1805-
ci ildən 1849-cu ilədək hakimiyyət başında qaldı.
Məhəmmədəli mərkəzi hakimiyyəti möhkəmləndirmək
və məmlük bəylərinə, digər separatçılara divan tutmaq məq-
sədilə Yuxarı Misirdə gizlənmiş məmlük dəstələri ilə yenidən
mübarizə aparmalı oldu. 1807-ci ilin yazında ingilislər məm-
lük
lərin köməyinə qoşun göndərməyi qərara alıb İsgəndəriy-
yəyə hərbi qüvvə çıxardılar. Hərbi-taktiki cəhətdən yaxşı ha-
zırlaşmış Məhəmmədəli ingilisləri məğlubiyyətə uğratdı. İs-
gəndəriyyədə onları mühasirəyə aldı və 1807-ci ilin sentyab-
rında təslim olmağa məcbur etdi. Bu qələbə təkcə Misirdə de-
yil, bütün Yaxın Şərqdə onun nüfuzunu son dərəcə yüksəltdi.
Məmlük bəyləri könüllü surətdə silahı yerə qoymağa razı ol-
du
lar. Lakin ölkədə sui-qəsd və qiyamların daimi mənbəyi
qaldıqca, Məhəmmədəli özünü rahat hiss edə bilməzdi. O,
1811-
ci il martın 1-də Qahirə qalasında təntənəli ziyafət dü-
zəltdi və bütün məmlük bəylərini onların yaxın adamları ilə
bərabər buraya dəvət etdi. Məmlük bəyləri buraya toplanan
kimi
Məhəmmədəli öz alban nişançılarına onları dövrəyə alıb
hamısını qırmağı əmr etdi. Məhəmmədəlinin oğlu İbrahim də
eyni vaxtda əyalətlərdə məmlüklərə divan tutdu. Öldürülənlə-
rin sayı 2 minə çatırdı. Misiri 560 il əsarətdə saxlayan feodal
dəstəsi həm siyasi, həm də fiziki cəhətdən məhv edilidi. Mə-
həmmədəli Misirin şəriksiz hakimi oldu. Ona mane olanların
hamısını fiziki cəhətdən məhv edəndən sonra o, islahatlara
ba
şlamağı planlaşdırdı.
Dostları ilə paylaş: |