Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə110/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   106   107   108   109   110   111   112   113   ...   142

329 

dılması  haqqında  fərman  verdi  və bu  işləri  ruhanilərin  səla-

hiy

yətindən  kənarlaşdırdı.  Eyni zamanda 1864,  1867  və 



1871-

ci  illərdə  Fransa  inzibati  idarəçiliyinə  oxşar  inzibati 

islahatlar keçirildi. 

Əslində bütün bu islahatların olduqca az əhəmiyyəti var 

idi. Yaln

ız adı dəyişmiş satraplar (hakimlər və valilər) əvvəl-

ki kimi özbaşınalıq edirdilər, müsəlmanlarla müsəlman olma-

yanlar arasında məzlumlarla dilənçilər arasında heç bir bəra-

bərlik  yox  idi.  İslahatlardan  isə  xarici kapitalistlər  və  yerli 

burjuaziya 

ən çox xeyir görür və daha geniş imtiyazlara sahib 

olurdular. 

 

Ölkədə daxili zidiyyətlərin artması, Krım 

müharibəsindən sonra müstəmləkə ərazilərində milli 

azadlıq hərəkatı 

 

Krım müharibəsindən sonra ölkədə narazılıq qüvvətlənir-

di. Xalq k

ütlələri öz vəziyyətinin pisləşməsindən narazı idilər. 

50-60-

cı  illərin  yarımçıq,  həm  də  çox  pis  həyata  keçirilən 



islahatları hətta mülkədar-burjua təbəqələrini də qane etmirdi. 

Bir sıra yerlərdə ağır vergilərə qarşı pərakəndə kəndli üsyanları 

baş verirdi. Türkiyənin tarixindən bəhs edən tarixi ədəbiyyat-

larda məzlum xalqlar ifadəsi tez-tez işlədilir. Ən başlıcası isə 

sultan hakimiyyətinə müxalif olan qüvvələr "məzlum xalqlar" 

adlan


dırılan  xalqların  adlarından  istifadə  edirdilər.  Rusiyada 

nəşr olunan kitablar da məhz belə mənbələrdən bəhrələnirdilər. 

Türk tarixçisi Bilge Ç. 

məzlum  xalqlar  ifadəsinə  münasibət 

bildirərək deyirdi ki, bu diyarda məzlum xalq  deyəndə qeyri 

müsəımanlar nəzərdə tutulur. Daha başa düşmürlər ki, Sultanın 

ailəsindən və qohumlarından başqa hamı məzlumdur. 

Əlbəttə,  hakimiyyətin  təbəqələr  arasında  fərq  qoyması, 

imtiyazlı şəxslərin hədsiz səlahiyyətlərə malik olmaları, əha-

lin


in  yoxsul  təbəqələrinin  hüquqsuzluğu  və  daha  da  yoxsul-

laşması məzlum xalqların və təbəqələrin mübarizəsini xüsu-

silə genişləndirirdi. Xüsusilə xristianların azad cəmiyyət mü-

ba

rizəsi hərəkata çevrilməkdə idi. Bu hərəkat Türkiyənin əsa-



rətindən tamamilə azad olmaq və öz milli hökumətlərini ya-

rat


maq  uğrunda  ümummilli  mübarizə  səviyyəsinə  yüksəldi. 

Bu  mübarizənin  hegemonu  milli,  başlıca  olaraq  ticarət  bur-




330 

jua


ziyası,  ideoloji  rəhbəri  milli  ziyalılar,  əsas  hərəkətverici 

qüv


vəsi kəndlilər, habelə şəhər zəhmətkeşləri və başlıca ola-

raq sənətkarlar idi. "Məzlum" xalqların mübarizəsində iki cə-

rəyan, Türkiyə əsarətinə qarşı milli-azadlıq uğrunda mübarizə 

və türk mülkədarlarının - feodal və yarımfeodalların zülmün-

dən azad olmaq uğrunda kəndlilərin ictimai mübarizəsi birlə-

şirdi ki, bu da gələcəkdə ümumölkə miqyasına çevrilə bilərdi. 

Türkiyədə  milli-azadlıq  hərəkatının  və  istismara  qarşı 

mübarizənin bir səbəbi də, Krım müharibəsindən sonra Bal-

kan xalqla

rı ilə Avropa ölkələrinin iqtisadi və ideoloji əlaqə-

lərinin artması idi. Balkan xalqları içərisində Avropanın qa-

baqcıl ideyalarının, o cümlədən Gertsen və Çernışevski ide-

ya

larının  böyük  təsiri  var  idi  və  bu  təsir  sultan  hökumətini 



narahat edirdi. 

Balkanlarda türk ağalarının vəziyyəti getdikcə çətinləşir-

di. Balkan ölkələrinin ümumi əhalisi içərisində türklərin sayı 

dönmədən  azalmaq  istiqamətində  dəyişirdi,  yəni  türklər  bu 

yerləri məcburən tərk edirdilər. 

Krım müharibəsindən sonra Balkanlarda baş verən proses-

lərə münasibət bildirən K.Marks göstərirdi ki: "On iki milyon 

slavyan, yunan, valax, arnaut (alban-red) bir milyon türkün 

tabeliyindədir",  "türklərin  Avropada  olması  Frakiya-İlliriya 

yarımadasının  malik  olduğu  bütün  ehtiyatların  inkişaf  etdi-

rilməsi  üçün  ciddi  maneədir"

1



K.Marksın  antitürk  mövqeyi 

başa  düşüləndir.  Ona  görə  ki,  o  da  avropalılar  mövqeyindən 

çıxış edən yəhudi ziyalısı idi, amma onun irəli sürdüyü fikirlər 

faktlara söykəndiyinə görə obyektivliyinə də yaxın idi. 

Bununla  yanaşı, türklərin  Balkanlarda  hakim  mövqe 

tutmasından  qeyzlənən  Marks  Avropa  dövlətlərinin,  Rusi-

yanın Balkanlardakı siyasətinə obyektiv münasibət bəsləmə-

məsi aydındır. Bu qapalı fikrin açıqlaması isə ondan ibarətdie 

ki,  Avropa  dövlətlərinin,  həmçinin  Rusiyanın  Balkanlardakı 

ma

raqları  heç  də  Türkiyənin  maraqlarından  az  deyildi.  Bal-



kan yarımadasının xalqları getdikcə daha artıq qətiyyətlə Tür-

kiyə əsarətini həmişəlik olaraq öz üzərindən atmağa çalışırdı. 

Serblər  1862-ci  ildə  yenidən  mübarizəyə  qalxdı  və  1867-ci 

ildə türkləri serb torpaqlarından çıxıb getməyə məcbur etdi-

                                                 

1

 



1

 

K.Marks və F.Engels. Əsərləri, 9-cu cild, səh 5,6. 




331 

lər. Bosniya və Hertsoqovina kəndliləri təhkimçilik zülmünə 

qarşı 1860-1862-ci illərdə yenidən üsyan qaldırdılar. Molda-

viya və Valaxiya knyazlıqlarından 1861-ci ildə Rumınya döv-

ləti yarandı. 1866-cı ildə Krit adasında yunanların böyük bir 

üs

yanı baş verdi. Üsyançılar Yunanıstanla birləşməyə çalışırdılar. 



XIX  əsrin  60-cı  illərində  bolqar  xalqının  milli  azadlıq 

hərəkatı yeni yüksəliş dövrü keçirirdi. Bu hərəkat gedişində 

Xristo Botev, Qriqori Rakovski, Vasil Levski kimi görkəmli 

rəhbərlər formalaşdılar. 

Dunay  vilayətinin  (Dunay  vilayəti  "Bolqarıstan"  adının 

özünü 


yer üzərindən silmək məqsədilə quraşdırılmışdı) valisi 

(qubernatoru)  Midhət  paşa  bolqar  milli-azadlıq  hərəkatına  

qar

şı  şiddətli  mübarizə  aparırdı. Bununla bərabər o başa dü-



şürdü ki, köhnə, açıq zorakılıq vasitəsilə türklərin hakimiyyə-

tini  burada 

möhkəmləndirmək mümkün deyil. Buna görə də 

o, əhalinin rəğbətini qazanmağa çalışırdı. O, yollar çəkdirir, 

sənayeyə, ticarətə, təhsil işinə himayəçilik edir, bolqar varlı-

la

rını inzibati idarə işinə cəlb edir, kənd təsərrüfatı kredit xə-



zinələri  yaradırdı.  Lakin  Midhət  paşanın  ikili  siyasəti  milli-

azadl


ıq  hərəkatının  qanunauyğun  inkişafını  dayandıra 

bilmədi. 

 

Türkiyə əsarətinə qarşı mübarizə imperiyanın şərqindəki 



bir çox 

məzlum xalqları da bürüdü. 1858-ci ildə Livanda üs-

yan baş verdi və xarici müdaxilə ilə nəticələndi (1861-ci il). 

Nəticə etibarilə Livanın idarə olunmasına dair xüsusi qayda-

lar qəbul edildi ki, qaydalara əsasən Livana qismən muxtariy-

yət  verirdi. 1862-ci  ildə  Zeytun  şəhəri  rayonunda  ermənilər 

üsyan etdi. Ermənilərin bu üsyanı imperiyanın erməni əhalisi 

içərisində  və  imperiyadan  xaricdə    özünə    dayaq    tapmadı.  

Er

mənilər isitisna olmaq şərtilə "Məzlum"  xalqlar  içərisində  



aza

dlıq hərəkatının və türk xalqının öz içərisində narazılığın 

artması  Osmanlı  imperiyasının  yeni  siyasi  böhran  mərhə-

ləsinə daxil olduğunu göstərirdi. 



 

Konsti

tusiyaçılıq hərəkatının formalaşması 

 

İmperiya  ərazisində  baş  qaldırmış  narazılıqlar  onsuz  da 



beynəlxalq  münasibətlər  sistemində  təklənməkdə  olan  Tür-


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə