Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə107/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   103   104   105   106   107   108   109   110   ...   142

320 

ci  ildə  Moldaviya  və  Valaxiyada  xalq  üsyanının  yatırılma-

sında  türk  qoşunları  ilə  birlikdə  rus  orduları  da  iştirak  etdi. 

Beləliklə,  XIX  əsrin  30-40-cı  illərində  Türkiyənin  Avropa 

döv

lətlərinin  yarımmüstəmləkəsinə  çevrilməsi  ticarət  əlaqə-



ləri qurmaq üçün ilkin siyasi zəmin hazırladı. Eyni zamanda 

müvafiq ilkin iqtisadi 

əlaqələr yaranmaqda idi.  

 

Osmanlı dövlətində Krım müharibəsi ərəfəsində 

islahatlar

, ölkənin iqtisadi vəziyyəti 

 

Gülx



anə fərmanından sonra Osmanlı imperiyası ərazisin-

də fərmanın davamı olaraq yeni islahatlar haqqında təkliflər 

verildi. 

Türkiyənin  rəsmi  tarixşünaslığında  bu islahatlara 

"tənzimati-xeyriyyə" deyilirdi. 

 

Əlavə olaraq 1840-cı ildə vergi alınması islah edildi və 

bundan sonra vergi 

alınması tənzimləndi. Eyni zamanda ver-

giləri xüsusi agentlər vasitəsilə dövlət özü topamalı oldu. Hə-

min il ci

nayət  məcəlləsinə  yeni  maddələr  də  daxil  edildi  və 

mülki-


qanun  məcəlləsi  də  hazırlanmağa  başlandı.  Bununla 

ya

naşı  1843-cü  il  fərmanı  orudunun  yeni  quruluşunu  müəy-



yən  etdi.  Kadr  qoşunlarında  xidmət  müddəti  15  ildən  5  ilə 

endirildi. Ehtiyatda qalmaq müddəti 7 il müəyyən olundu. Elə 

həmin il islam dini mürtədlərinə edam cəzası verilməsi ləğv 

olundu. 1847-

ci ildə ticarət məhkəmələri təşkil edildi ki, bun-

larda  da  ilk  dəfə  olaraq  müsəlman  olmayanların  şəhadəti 

müsəlmanların şəhadətinə bərabər tutulurdu. Yenə də həmin 

il

də maarif nazirliyi yaradıldı. 1850-ci ildə fransız ticarət mə-



cəlləsi nümunəsi ilə türk ticarət qanun məcəlləsi qəbul edildi. 

Qanun  layihələrinə  baxmaq  üçün  dövlət  şurası,  qubernator-

paşalar nəzdində isə məsləhət şuraları-məclisləri yaradıldı ki, 

bunlara  da  zadəgan  və  varlıların,  o  cümlədən  müsəlman  ol-

mayanlar

ın nümayəndələri də daxil edildi. 

Lakin p

aşalar, iltizamçılar, sələmçilər, ruhanilər və başqa 



imtiyaz  sahibləri,  qeyri-mütərəqqi  qüvvələr  əyalətlərdə  isla-

hat


ların həyata keçirilməsini qəsdən pozurdular. Bir sıra hal-


321 

lar


da əhalini məcbur edirdilər ki, həm keçmişdə olduğu kimi 

iltizamçılara,  həm  də  hökumət  agentlərinə  vergi  versinlər. 

Bunun  nəticəsində  ölkənin  müxtəlif  regionlarında  üsyanlar 

baş verirdi. Lakin müsəlman olmayan əhaliyə, hələ də əziyyət 

verilməsi  mövcud  idi.  İrticaçılar  müsəlmanlarla  "kafirlərin" 

hüquqca bərabər olmasını təsəvvürünə belə gətirmək istəmir-

di

lər. Mühafizəkarların belə pozucu fəaliyyəti Balkanlarda və 



bir sıra digər yerlərdə üsyanların baş verməsinə səbəb oldu. 

Bu  üsyanlar  sultanın  Gülxanə  islahatlarını  həyata  keçirmək 

zəruriliyi  şüarı  altında  gedirdi.  Belə  üsyanlar  Bolqarıstanda 

1841-


ci  ildə  məşhur  Niş  üsyanı,  Makedoniyada,  Kritdə  və 

Ki

pirdə də baş vermişdi. 



Osmanlı imperatorluğunda yuxarıdan keçirilən islahatlar 

zəhmətkeş  kütlələrin  vəziyyətini  əsla  yaxşılaşdırmadısa  da 

bur

juaziyanın, o cümlədən milliyətcə türk olmayan burjuazi-



ya

nın artmasına kömək edirdi. Lakin islahatlar paralel olaraq 

eyni zamanda 

xarici kapitalın da mövqeyinin möhkəmlənmə-

sinə kömək edirdi. Bunlar bir-birinə zidd olan iki təmayül idi. 

Lakin bu zaman xarici kapital Türkiyədə artıq elə üstünlüklər 

qazanmışdı ki, geridə qalmış və zəif Türkiyə burjuaziyası xa-

ri

cilərlə rəqabətdə geridə qalır, həm də idxalat getdikcə ixra-



catı ötüb keçirdi. XIX əsrin 50-ci illərinin əvvəllərində impe-

ri

yanın xarici ticarətində kəsir baş verdiyi aşkara çıxır və bu 



k

əsir daimi hal alırdı. Həmin ildə 11.820 min lirəlik mal gəti-

ril

mişdirsə,  10.640  lirəlik  mal  çıxarılmışdı.  Xarici  malların 



idxalının təsiri altında sənayenin fəaliyyəti zəifləyirdi. Misal 

üçün, 1812-

ci ildə Skutari və Tırnovoda 2000 toxucu dəzgahı 

oldu


ğu halda, 1841-ci ildə yalnız 200 dəzgah fəaliyyət göstə-

rirdi


. Eyni zamanda Türkiyənin kapitalist dövlətləri üçün aq-

rar-xam


mal bazasına çevrilməsi prosesi qüvvətlənirdi. Misal 

üçün, 1839-

cu ildə imperiyanın Qara dəniz limanları vasitə-

silə  1,8  milyon  kiloqram  taxıl  ixrac edildiyi halda, 1841-ci 

ildə təxminən 11 milyon kiloqram taxıl ixrac edilmişdi. Baş-

qa kənd təsərrüfatı məhsullarının ixracı da bir neçə dəfə art-

mışdı. Türkiyənin iqtisadiyyatı getdikcə daha çox birtərəfli və 

şəxsi mənafelərə xidmət edən iqtisadiyyata çevrilirdi. 




322 

  

Beləliklə, XIX əsrin 30-50-ci illərində Türkiyənin həm 



siyasi, həm də iqtisadi sahədə Avropa kapitalist dövlətlərinin 

başlıca  olaraq  İngiltərə  və  Fransanın  yarımmüstəmləkəsinə 

çev

rilməsi  üçün  ilkin  zəmin  hazırlandı.  Həmin  dövlətlərin 



təsiri  altına  düşən  Türkiyə,  getdikcə  daha  artıq  dərəcədə  bu 

dövlətlərin öz düşmənlərinə qarşı mübarizə alətinə çevrilirdi. 

Türkiyənin bu asılı vəziyyəti Rusiya-Osmanlı münasibətləri-

nə xələl gətirirdi. Belə mövcud vəziyyət nə Rusiyanın, nə də 

rkiyəni  razı  salmırdı.  Qarşılıqlı  narazılıqlar  təbii  olaraq 



yeni müharibə üçün şərait yaratmaqda idi. 

 

1853-1856-



cı illər Şərq (Krım) müharibəsi 

 

Şərq və ya Krım müharibəsi adlanan müharibə Türkiyəni 

müharibə  meydanına  çəkmək  məqsədilə  hələ  XIX  əsrin  əv-

vəllərində  Avropa  dövlətləri  tərəfindən  hazırlanmışdı.  Bu 

müha

ribə İngiltərə ilə Rusiyanın birinci növbədə "Şərq məsə-



ləsində"  mövqelərinin  tamamilə  əksliyindən  irəli  gələn  zid-

diy


yətlərin kəskinləşməsi nəticəsində baş verdi. Osmanlı im-

peri


yasını bütünlüklə özünə tabe etməyə çalışan İngiltərə, im-

periyanın  vəziyyətini  olduğu  kimi  ("status  kvo")  saxlamağa 

tərəfdar idisə, Rusiya Osmanlı imperiyasının Balkanlarda və 

Yaxın  Şərqdəki  torpaqlarının  dövlətlər  arasında  bölüşdürül-

məsi  siyasətini  yeridirdi.  Bu  dövrdə  Türkiyəyə  qarşı  iddialı 

olan  Rusiya  əsasən  boğazları  və  İstanbulu  tutmaq  istəyirdi. 

Fransa  və  Avstriya,  habelə  Avropanın  başqa  dövlətləri,  hər 

biri 


öz  mənafeyi  nöqteyi-nəzərindən  İngiltərənin  tərəfində 

durur


du.  Aydındır  ki,  Balkan  torpaqlarını  öz  hakimiyyəti 

altında  saxlamağa  çalışan  Türkiyə  İngiltərəyə  və  Rusiyanın 

digər düşmənlərinə arxalanırdı. 

 

"Şərq  məsələsində"  Rusiyanın  rəqibi  olan  dövlətlərlə 



Ru

siya  arasında  münasibətlər  o  dərəcədə  kəskinləşmişdi  ki, 

ki

çicik bir bəhanə müharibəyə səbə ola bilərdi. Belə bir bəha-



nə, Qüds və Vifleyemdə xristianların "müqəddəs yerləri" üs-

tündə pravoslav və katolik kilsələri arasındakı mübahisə oldu. 

Pra

voslav kilsəsinin arxasında Rusiya, katolik kilsəsinin arxa-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə