Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə109/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   105   106   107   108   109   110   111   112   ...   142

326 

laxi


ya üzərində Türkiyənin suverenliyi saxlanılırdı. Müqavi-

ləyə əlavə olaraq boğazlar haqqında müqaviləyə ayrıca bənd 

qəbul  edildi  və  bu  da  bütün  ölkələrin  hərbi  gəmilərinin  bo-

ğazlardan keçməsinin qadağan olunduğunu təsdiq etdi. İngil-

tərə, Fransa və Avstriya 1856-cı il aprelin 15-də imzaladıqları 

sazişlə "Paris müqaviləsi məzmunu daxilində Osmanlı impe-

ri

yasının  istiqlaliyyəti  və  bütövlüyünə  təminat  verməyi"  və 



bu müqavi

lənin  hər  hansı  bir  şəkildə  pozulmasına  mühari-

bəyə səbəb kimi baxmağı öhdələrinə götürdülər. 

 

Bu müharibədə Avropa dövlətlərinin yardımı ilə Türki-



yənin qalib gəlməsinə baxmayaraq Krım müharibəsi Türkiyə 

üçün 


də  olduqca  ağır  nəticələr  verdi.  İngilis-fransız  kapitalı 

tərəfindən  Türkiyənin  maliyyə  əsarətinə  alınması  məhz mü-

har

ibə  illərində  başlandı.  Böyük  hərbi  xərclər  Türkiyəni 



1854-1855-

ci  illərdə  olduqca  ağır  şərtlərlə  ingilis  və  fransız 

bank

larından  ilk  borclar  almağa  məcbur  etdi.  İngilis  kapita-



listləri  Türkiyəni  təsir  altında  saxlamaq  üçün  1856-cı  ildə 

Osmanlı bankının əsasını qoydular. Bu bank Türkiyədə xarici 

kapitalın əsas dayağı oldu. Elə həmin il yenə də ingilis kapi-

ta

listləri İzmir rayonunda dəmir yolu çəkmək üçün Türkiyəyə 



qətiyyən xeyirli olmayan şərtlərlə ilk konsessiya aldılar. Tür-

ki

yə hərbi cəhətdən tamamilə zəifləşmiş, onun ordusu ruhdan 



düşmüşdü. Türkiyə demək olar bütün donanmasını itirmişdi. 

Heç  bir  dövlətə  nüfuz  gətirməyən  süni  şəkildə  törədilmiş 

müha

ribə Türkiyəni İngiltərə və Fransanın kollektiv protekto-



ratı altına düşməyə məcbur etdi. 

 

XI



X əsrin 50-60-cı illərində Türkiyədə iqtisadi vəziyyət, 

Yeni islahatlar 

 

1853-1856-



cı  illərdə  baş  vermiş  Krım  müharibəsi 

Türkiyənin  iqtisadi  qüdrətini  xeyli  zəiflətdi.  Müharibə 

kəndlilərin  vəziyyətinə  xüsususilə  ağır  təsir  göstərdi.  Lakin 

müharibədən sonra da hakim dairələr kəndlilərin vəziyyətini 

yüngülləşdirmək üçün nəinki tədbir görmədilər, hətta onların 

üzərindəki  vergi  yükünü  daha  da  ağırlaşdırdılar  və  1850-ci 




327 

ildə illik yığım 2,5 milyona çatdığı halda, 1856-cı ildə vergi 

yığımı təxminən 7 dəfə artırılmışdı. Amma müharibənin baç 

verməsinin  bəzi  təbəqələrə  çox  xeyri  olmuşdu.  Belə  ki, 

müharibə  ordu  üçün  ərzaq  satan  iri  torpaq  sahiblərinin  var-

lanmasında əsas mənbə olmuşdu. 

XIX əsrin 30-40-cı illərində len sistemi ləğv edildikdən 

sonra torpaq sahibliyind

ə yaranmaqda olan yeni münasibtlər 

aqrar  sahədə  yeni  qanunlar  verilməsini  tələb  edirdi.  1858-ci 

ildə qəbul olunan torpaq qanunu mövcud aqrar münasibətləri 

təsbit etdi. Yeni qanuna görə torpaqların böyük bir hissəsini 

dövlət  və  vəqf  torpaqları  təşkil  edirdi.  Bu  torpaqlar  icarəyə 

verilirdi. Bunları satmaq, girov qoymaq, bağışlamaq olmazdı. 

Bu torpaqların çox cüzi hissəsi nəsli prinsiplərə əsasən nəslin 

davamçılarına  keçə  bilərdi.  Təəssüf  ki,  yeni torpaq qanunu 

aqrar 

hüquq  sahəsində  bir  çox  feodal  istismarı  xüsusiyyət-



lərini yenə də saxladı. Dövlət və məscid torpaqlarından isti-

fadə  edən  icarədarların  tələbini  yerinə  yetirərək  hökumət 

1867-

ci ildə verdiyi qanunla bu iki qrup torpaqların nəsli su-



rətdə keçməsi imkanını xeyli artırdı. Yenə də həmin ildə xari-

ci

lərə  Türkiyədə  daşınmaz  əmlak  satın  almaq  hüququ  verildi. 



Xaricilər başlıca olaraq yeraltı sərvət yataqlarını ələ keçirmək, 

müəssisə  və  ev  tikmək  üçün  sahə  almaq  imkanı  əldə  etmək 

məqsədi ilə buna nail olmağa çalışırdılar. Türkiyədə nəsli prin-

siplərə  əsasən  keçən  torpaqların  varislərə  çatması  narazılıq 

yaradırdı. Məsələn, 50 il əvvəl birinin babası hansı yollasa xeyli 

torpaq əldə edib. Həmin varis heç bir əziyyət çəkmədən torpaq 

sahibi  olur,  başqalarını  da  istismar  edirdi.  Nəticədə  narazılıq 

artırdı.  

Amma, hələlik sənayedə durğunluq hökm sürürdü. Sənət 

sənayesi, yəni kustar sənətkarlıq və xırda əmtəə istehsalı üs-

tün yer tuturdu. Doğrudur, 1861-ci ildə sex reqlamenti (sənət-

karların müstəqil fəaliyyətini məhdudlaşdıran qaydalar) ləğv 

edilmişdi. Lakin bazarda xarici malların hökmranlığı şəraitin-

də  bu  tədbir  sənayenin  inkişaf  etdirilməsi  üçün  daha  ciddi 

müsbət nəticələr verə bilməzdi. 



328 

Xarici ticarət on illərdən bəri müəyyənləşmiş istiqamət-

də, yəni köhnə qayda ilə inkişaf edirdi. Bu isə xarici kapital-

dan  Türkiyənin  asılılığını  artırırdı.  Xarici  kapitalistlər  yeni 

dəmiryol konsessiyaları alırdılar. Hökumət, çəkilən hər bir ki-

lometr yol üçün onla

ra  gəlir  təminatı  verirdi  və  beləliklə, 

nəticədə kəndlilərdən alınan bir sıra vergi gəlirləri konsessiya 

sahib

lərinin ixtiyarına keçirdi. 



Ölkənin  maliyyə  vəziyyəti  getdikcə  pisləşirdi.  Dövlətin 

məxarici mədaxilindən çox idi. Büdcə gəlirlərinin böyük bir his-

səsi  ordu  saxlanılmasına  və  saray  xərclərinə  sərf  olunur, 

borcların ödənilməsinə sərf edilirdi. Odur ki, daxili xərcləri ödə-

mək üçün hökumət xaricdən tez-tez borc almağa başladı. 1854-

cü ildən 1869-cu ilədək olan qısa müddətdə Türkiyənin borcu 

böyük  məbləğə  -  2 milyard 391  milyon  franka  çatmışdı.  Bu 

məbləğdən yalnız 1.533 milyon frank Türkiyə dövlətinin ehtiyat 

fonduna daxil olmuşdu. Türk tarixçilərinin dediyi kimi "Xalqın 

soyulması hesabına müəmmalı maliyyə fırıldaqları var idi". 

Türkiyənin maliyyə çətinliklərindən istifadə edən xarici 

ka

pitalistlər onu getdikcə daha çox özlərinə tabe edir və Tür-



ki

yədən  yeni-yeni imtiyazlar qoparırdılar.  Bu  imtiyazlardan 

biri 

xüsusi Osmanlı bankının 1863-cü ildə dövlət bankı hüqu-



quna  malik  olan  maliyyə  orqanına  çevrilməsi  idi.  Osmanlı 

ban


kına kağız pul buraxmaq, dövlət adından borclar almaq və 

s. hüquqlar ver

ilmişdi.  Bununla  yanaşı  1864-1868-ci  illərdə 

Türkiyədə yeni xarici banklar açıldı ki, bu da ölkənin daha da 

böhrana  sürüklənməsinə  xidmət  edirdi.  Nəticədə  bank 

oliqarxiyası  ilə  maliyyə  oliqarxiyasının  birləşməsi  prosesi 

yaxınlaşmaqda idi ki, bu da təhlükəli iş idi. 

Əlbəttə,  yeni  təfəkkürlü  burjua  və  mülkədar  təbəqələri, 

həmçinin xarici kapitalistlər Türkiyədə inzibati idarə işlərinin 

qaydaya salınmasına, özbaşınalığın aradan qaldırılmasına, ti-

ca

rət və digər kapitalist fəaliyyəti üçün əlverişli şərait yara-



dılmasına ehtiyacı bəyan etsələr də, hakimiyyət irəli sürülən 

təklifləri  sanki  eşitmirdi.  Bu  da  ölkəni  gələcək  fəlakətlərə 

sürükləyirdi.    Bu  səbəbdən  sultan  hökuməti  özünü  yeni  şə-

raitə uyğunlaşdıraraq 1860-cı ildə ticarət məhkəmələri yara-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə